Məhkəmə qərarları › İş №2(009)-346/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-346/2023

09.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-346/2023 09.02.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyev İlkin Mehman oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «alimentin azaldılması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «alimentin azaldılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-4734/2015 saylı, xx.xx.2015-ci il tarixli və Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1879/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnamələri ilə tutulan alimentin dəyişdirilərək xx.xx.2014-cü il təvəllüdlü övladı X6 və xx.xx.2022-ci il təvəllüdlü övladı X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün qazancının və başqa gəlirlərinin 1/3 hissəsi nisbətində aliment müəyyən edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-4734/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə xx.xx.2014-cü il təvəllüdlü övladı X6 yetkinlik yaşına çatanadək saxlanması üçün əmək haqqının ¼ hissəsinin tutularaq Cavabdeh2 ödənilməsi qət edilmişdir. Həmçinin, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1879/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə xx.xx.2022-ci il təvəllüdlü övladı X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tutularaq Cavabdeh1 ödənilməsi qət edilmişdir. Hal-hazırda onun əmək haqqından birinci nikahdan olan övladı X11 üçün ¼ və hazırki nikahından olan övladı X8 üçün ¼ hissə aliment məbləği tutulmaqla, ümumilikdə maaşının ½ hissəsi, yəni yarısı tutulur. Qeyd edir ki, onun aylıq başqa xərcləri var. Belə ki, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 2(005)-5576/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə ünvan 1 ünvanının yarısı İddiaçı İspəndiyar oğlunun, yarısı isə X1 payları müəyyən edilmiş və xx.xx.2015-ci il tarixindən başlayaraq "xxxx" ASC-nə ödənilməli olan aylıq 385,91 manat kredit borcunun yarısının X7 tərəfindən ödənilməsi qət edilmişdir. Lakin, qətnamə çıxarıldığı tarixdən bu günkü günədək Cavabdeh2 tərəfindən 1 manat belə olsa ödəniş həyata keçirilməmiş və sözügedən kreditlərin ödənişlərini tam formada İddiaçı İspəndiyar oğlu həyata keçirir. Kredit məbləğinin də ödənişlərini İddiaçı İspəndiyar oğlu tərəfindən icra edildiyi üçün və əmək haqqından 2 uşaq üçün ½ hissə aliment tutulduğu üçün maddi vəziyyəti əhəmiyyətli dərəcədə pisdi. Cavabdeh2 etiraz ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Etiraz ərizəsini onunla əsaslandırmışdır ki, Nərimanov rayon Məhkəməsinin 2(005)-4743/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsi ilə xx.xx.2014-cü il təvəllüdlü övladı X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün iddiaçıın qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında alimentin onun xeyrinə tutulması qət edilmişdir. İddiaçı ilə qohumluq münasibətləri vardır. İddiaçının iddia ərizəsində Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1879/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə istinad etməkdə məqsədi azyaşlı xx.xx.2014-cü il təvəllüdlü övladı X9 ödədiyi alimenti azaltmaq məqsədi ilə formal olaraq guya digər övladına da aliment ödədiyini göstərməkdir. Halbuki, onlar bir yerdə yaşayırlar. Etiraza əlavə etdiyi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-ci il tarixli 2(103)-1011/2016 saylı qətnaməsi ilə ünvan 2 ünvanının 1/2 hissəsinə onun payı müəyyən olunsa da, iddia ərizəsində iddiaçının və digər cavabdehin yaşayış ünvanı eyni olmaqla o həmin mənzilə mülkiyyət hüquqlarını həyata keçirə bilmir. Bu hal bir daha sübut edir ki, iddiaçının formal olaraq digər cavabdehə aliment ödəməsi kimi rəsmiləşdirməkdə məqsədi qeyd etdiyi kimi övladına ödədiyi alimenti azaltmaqdır. Beləliklə də hesab edir ki, İddiaçı İspəndiyar oğlu ona və digər cavabdehə qarşı xx.xx.2014-cü il təvəllüdlü övladı X6 və digər nikahından olan xx.xx.2022-ci il təvəllüdlü övladı X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün qazancının və başqa gəlirlərinin 1/3 hissəsi nisbətində alimentin müəyyən edilməsi tələbi əsassız olduğundan təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdehlər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını, onun nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Səbail rayon Məhkəməsinin 2(009)-1879/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 15 avqust 2022-ci il tarixdən hesablanaraq Cavabdeh1 hər ay cavabdeh X2 tərəfindən qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında alimentin tutulması qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)- 4734/2015 saylı,xx.xx.2015-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə Nəcəfova (Həsənzadə) Ülkər Yusif qızı arasında xx.xx.2013-cü ildə Bakı şəhəriDəbail rayon qeydiyyat şöbəsində qeydə alınmış və 497 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması,xx.xx.2014cü ildə anadan olmuş X11 iddiaçı X1 yanında saxlanılması və Cavabdeh İddiaçı 31 iyul 2015-ci il tarixdən başlayaraq,təəflərin birrgə nikahından xx.xx.2014-cü ildə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazanının (başqa gəlirlərin) 1/4 hissəsi miqdarında,eyni zamanda uşaq 3 yaşına çatanadək 60 (altmış) manat sabit pul məbləğində tutularaq iddiaçı X5 ödənilməsi qət edilmişdir. İş materialarında olan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(05)5576/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsi ilə ünvan 1 ünvanının 1/2 hissəsinə İddiaçı, 1/2 hissəsinə isə X1 payları müəyyən olunması, həmin paylara müvafiq mülkiyyət hüququ qeydə alınmaqla müvafiq çıxarışların verilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi, 23 iyul 2015-ci il tarixndən başlayaraq ”Bank Respublika” ASC-yə ödənilməli olan aylıq 385,91 manat kredit borcunun 1/2 hissəsi, yəni 192,95 manat kredit borcu iddiaçı X7 tərəfindən ödənilməsi, iddiaçı X4 məxsus və mülki işin materiallarında olan cehiz əmlakı siyahısında göstərilən əşyalar, 5000 manat dəyərində boyunbağı və sırğa cavabdeh İddiaçı alınaraq X4 verilməsi qət edilmişdir. İş materialarında olan xx.xx.2022-ci tarixli, MŞB/11-001179 saylı ilkin mediasiya barədə arayışa əsasən İddiaçı iştirak etsə də, Cavabdeh1 iştirak etməkdən imtina etmişdir. İş materialarında olan xx.xx.2022-ci tarixli,MŞB/11-001183 saylı ilkin mediasiya barədə arayışa əsasən İddiaçı iştirak etsə də, Cavabdeh2 iştirak etməkdən imtina etmişdir. Ailə Məcəlləsinin 76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancının və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi, 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə-qazancının (başqa gəlirlərinin) yarısı miqdarında aliment tutulur. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə iddiaçının mövqeyi və tələbini əsassız sayaraq qeyd edir ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenum qərarında və Ailə Məcəlləsində bir başa qeyd edilir ki, kredit ödənişlərinin və digər ödənişlərin olması alimentin azaldılması üçün əsas ola bilməz. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehlərin xeyrinə tutulmuş alimentlər Ailə Məcəlləsinin 76.1-ci maddəsinin tələblərinə uyğundur. Tutulmaların iddiaçının qazancının müvafiq hissəsinə uyğun aparılması isə icra məmuru tərəfindən icra qanunvericiliyinə uyğun qaydada həyata keçirilməlidir. Bu halda, uşaqları üçün ödənilən alimentin məbləğindən narazı qalan şəxs (aliment alan), alimentin miqdarının dəyişdirilməsi (sabit məbləğdə tutulması və s.) üçün məhkəmədə iddia qaldıra bilər. Odur ki, İddiaçı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4734/2015 saylı, xx.xx.2015-ci il tarixli və Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1879/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnamələri ilə tutulan alimentin dəyişdirilərək xx.xx.2014-cü il təvəllüdlü övladı X6 və xx.xx.2022-ci il təvəllüdlü övladı X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün qazancının və başqa gəlirlərinin 1/3 hissəsi nisbətində aliment müəyyən edilməsinə dair tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar