Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-417/2021 26.02.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli İlkin Şahin oğlunun sədrliyi, Tomayev Deputat Süleyman oğlunun katibliyi, İlkin iddia üzrə cavabdehin və onun nümayəndəsi-vəkili X1 iştirakarı ilə, İlkin iddia üzrə İddiaçı - Cavabdeh qarşı «mənəvi ziyan tələbi» barədə ilkin iddia ərizəsi, habelə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “mənəvi və maddi zərər” barədə qarşılıqlı tələbi üzrə mülki işə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı «mənəvi ziyan tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 5.000 manat mələğində mənəvi ziyanın və 30 manat dövlət rüsumunun əvəzinin tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixdə iddiaçı yaşadığı mənzildən çıxaraq pilləkənlərlə aşağı dşən zaman birinci mərtəbədə qonşuları və sahə inspektorunun dayandığını görmüşdür. Həmin vaxt orada Əhmədovlar ailəsi tərəfindən quraşdırılmış kameranın yerinin dəyişdirilməsi üçün akt tərtib olunurd, İddiaçı həmin aktı oxuyub imza edib blokdan çıxaraq zibilləri atmağa getmişdir. Daha sonra mənzilinə qalxmaq üçün bloka daxil olduqda blokun birinci mərtəbəsində 12 saylı mənzildə yaşayan cavabdeh “kamera sənə mane olurdu?” sualini verib qəflətən iddiaçının qolundan tutub itələyərək divara çırpmış, bu vaxtı iddiaçının başı divara dəymiş və o, xəsarət alaraq yerə yıxılmışdır. Bundan sonra o, yıxıldığı yerdən qalxıb evinə getmək istədikdə 16 nömrəli mənzilin sakini Bahadur Eynullayev hadisəni görüb ona kömək edərək mənzilinə qaldırmışdır. İddiaçı cavabdehin bu əməli barəsində “102” xidmətinə xəbər vermişdir. Lakin cavabdehin əməlində cinayət tərkibi olmadığından cinayət təqibinin başlanması rədd edilmişdir. Cavabdehin bu əməli nəticəsində o mənəvi iztirab keçirmişdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş olunur. Eyni zamanda Cavabdeh Qeorgiyevna İddiaçı qarşı “mənəvi ziyan” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5.000 manat maddi zərər, 10.000 manat mənəvi zərər, hüquqi xidmətə görə ödənilən 511 manat pul vəsaitinin və 30 manat dövlət rüsumunun əvəzinin İddiaçı tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ilkin iddia ərizəsində qeyd olunanlar öz təsdiqini tapmadığından onun barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. 2019cu ilin fevral ayından bu günə qədər İddiaçı hərəkətlərinə görə Cavabdeh maddi və mənəvi zərər vurulmuşdur. Bu müddət ərzində şər-böhtan nəticəsində keçirdiyi mənəvi iztirablar Cavabdeh sağlamlığına təsir göstərmişdir. Bu müddət ərzində dəfələrlə polis orqanlarına çağırılmışdır. Həmçinin İddiaçı Cavabdeh barəsində yalan məlumatları yayaraq qonşular, cəmiyyət arasında ona olan hörməti aşağı salıb nüfuzuna xeyli miqdarda ziyan vurmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş ilkin iddia üzrə İddiaçı məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında iştirak etmiş qarşılıqlı iddia üzrə iddiaçı ərizə verərək məhkəmə iclasının ilkin iddia üzrə iddiaçının iştirakı olmadan keçirilməsini, habelə qarşılıqlı iddia tələbini tam müdafiə edərək, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddia tələbinin təmin edilməməsini, qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi-vəkili qarşılıqlı iddia tələbini tam müdafiə edərək, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddia tələbinin təmin edilməməsini, qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə təqdim olunmuş sübutları yoxlayıb, iddia ərizəsinin dəlillərini nəzərə alaraq hesab edir ki, hər iki iddia tələbi əsassız olduğundan təmin olunmamalıdır. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxxxxxx 2020-ci il tarixli qərarın surətindən görünür ki, izahatı alınmış Cavabdeh izahatında göstərmişdir ki, İddiaçı mənzilinə geri qayıtdıqda o, İddiaçı dayanmasını xahiş edərək, digər qonşu Bahadur Eynullayevin arvadı Murgünaz Tağızadənin onun mənzilinin qapısına nəcis yaxmasına dair foto şəkilləri göstərmiş, lakin İddiaçı heç bir reaksiya vermədən pilləkənlə qalxıb evinə getmişdir. Həmin vaxt o, İddiaçı ilə mübahisə etməməsini, qolundan tutub itələməməsini və qəsdən xəssarət yetirməməsini göstərmişdir. 63 nömrəli ekspert rəyində İddiaçı üzərində müəyyən olunmuş xəsarətin sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsinin təyin olunmadığı qeyd edilmişdir Məhkəmə qeyd edir ki, ilkin iddia tələbi onun əsaslarına dair ilkin iddia üzrə iddiaçı tərəfindən heç bir sübut təqdim edilmədiyindən təmin edilməməlidir. Belə ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya hər hansı bir mənəvi ziyan vurduğunu təsdiq edən sübutlar iş materiallarında mövcud deyildir. İddiaçının iddia etdiyi kimi cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya hər hansı bir xəsarət yetirilməsi və ekspert rəyində qeyd olunan sağlamlığa zərər vurmayan xəsarətin məhz cavabdeh tərəfindən törədildiyi iş materialları ilə öz təsdiqini tapmır. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə qeyd edir ki, qarşılıqlı iddia tələbi də əsassız olduğundan təmin edilməməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında izah edilir ki, mənəvi zərər anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və y ahəmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Məhkəmə yuxarıda sadalananları və işin hallarını əsas götürərək hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı cavabdehin hərəkətləri nəticəsində maddi ziyan çəkdiyini və mənəvi sarsıntı keçirdiyini bildirsə də, hansı mənəvi sarsıntı və ya fiziki itirab keçirdiyi, habelə maddi ziyanla üzləşdiyi barədə məhkəməyə əsaslı bir sübut təqdim edə bilməmişdir. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən ərizəyə əlavə edilmiş TTTYS-nın Sahə həkiminin Xəbərdarlıq vərəqələrində Cavabdeh həkim xidməti göstərildiyi qeyd edilsə də, məhkəmə bu sübutu Cavabdeh səhhətinin pisləşməsinin məhz İddiaçı hərəkətləri nəticəsində baş verməsini təsdiq edə biləcək mötəbər sübut kimi qəbul etmir. Qarşılıqlı iddia tələbi “maddi və mənəvi ziyan” hissəsində təmin edilmədiyindən tələb “hüquqi xidmətə görə ödənilən 511 manat pul vəsaitinin cavabdehdən tutulması” hissəsində də təmin edilməməli, hüququ xidmətə görə çəkilən xərc qarşılıqlı iddia üzrə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azər. Resp. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hər iki iddia tələbi təmin olunmadığından hazırkı iddiaların qaldırılması ilə əlaqədar dövlət büdcəsinə ödənilmiş rüsumu tərəflərin özünə aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İlkin iddia üzrə İddiaçı - Cavabdeh qarşı «mənəvi ziyan tələbi» barədə ilkin iddiası təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı «maddi və mənəvi ziyan tələbi» barədə qarşılıqlı iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu tərəflərin özünə aid edilsin. Qətnamədən təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №2(009)-417/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-417/2021
26.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver