Məhkəmə qərarları › İş №2(009)-42/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-42/2022

13.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-42/2022 13.06.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi Əlizadə Hüseyn Oktay oğlunun katibliyi Cavabdeh ləğv prosesində olan QSC “Bank Standard” Kommersiya Bankının nümayəndəsi X1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər ləğv prosesində olan QSC "xxxx" Kommersiya Bankı və ləğv prosesində olan QSC "xxxx" Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna (3-cü şəxs qismində "xxxx" MMC, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 işə cəlb edilməklə) qarşı daşınmaz əmlakların ipotekasına xitam tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər ləğv prosesində olan QSC "xxxx" Kommersiya Bankı və ləğv prosesində olan QSC "xxxx" Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna (3-cü şəxs qismində "xxxx" MMC, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 işə cəlb edilməklə) qarşı daşınmaz əmlakların ipotekasına xitam tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki iş üzrə cavabdeh ləğv prosesində olan QSC “Bank Standard” Kommersiya Bankının nümayəndəsi X2 məhkəmə iclasına gəlmiş, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq mülki iş üzrə iddiaçı, digər cavabdeh və 3-cü şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə iclasında iştirak edən cavabdeh ləğv prosesində olan QSC “Bank Standard” Kommersiya Bankının nümayəndəsi X2 məhkəməyə mülki işin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddiaçı məhkəmə iclasına gəlmədiyindən, cavabdeh isə işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Məhkəmə qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər ləğv prosesində olan QSC "xxxx" Kommersiya Bankı və ləğv prosesində olan QSC "xxxx" Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna (3-cü şəxs qismində "xxxx" MMC, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 işə cəlb edilməklə) qarşı daşınmaz əmlakların ipotekasına xitam tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılmamış saxlanılsın. Tərəflərə izah edilsin ki, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məlumat verməmələrinin üzürlü səbəbdən baş verməsi haqqında sübutlar təqdim edərlərsə, bu Məcəllənin 259.0.7-ci maddəsində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanılması barədə qərardad ləğv oluna bilər. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar