Məhkəmə qərarları › İş №2(009)-443/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-443/2024

11.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-443/2024 11.06.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Seyidli İlkin Ramin oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə2, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı atalığın müəyyən edilməsi, aliment tələbi, hamiləlik və doğum xərcinin, əlavə xərcin ödənilməsi tələbinə dair mülki işə Bakı şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh xx.xx.2023-cü ildə Bakı şəhərində anadan olmuş X6 atası olmasının müəyyən edilməsi, 3 saylı Bakı "ASAN xidmət" mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixdə 7622 nömrəli qeydə alınmış doğum haqqında akt qeydində düzəlişin edilməsi və soyad hissəsinə atanın soyadının yazılması, cavabdehdən xx.xx.2024-cü il tarixdən başlayaraq onun xeyrinə xx.xx.2023-cü ildə anadan olmuş oğlu X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün bütün növ qazancının dörddə bir hissəsi miqdarda aliment tutulmasını müəyyən edilməsini, mediasiya üçün ödənilmiş 50 manat pulun və dövlət rüsumu kimi ödənilmiş 100 manat, cəmi 150 manat pulun cavabdehdən alınaraq iddiaçıya verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə aralarında 2021-ci il tarixdən 2023-cü il tarixədək qeydiyyat orqanlarında nikahlarını qeyd etdirmədən münasibət qurmuşlar. Cavabdeh ABŞ-da işlədiyinə görə, tez-tez Azərbaycanı tərk edirdi, bu səbəbdən ümumi təsərrüfat aparmamışlar. Cavabdeh 2 vətəndaşlığı var (Azərvaycan və ABŞ). xx.xx.2023-cü ildə onların oğlu X11 anadan olmuşdur. Uşağın atası cavabdehdir. Cavabdeh atalığının qeydiyyata alınması üçün qeydiyyat orqanına ərizə verməkdən imtina edir. Cavabdeh uşağa atalıq vermədiyindən uşağa doğum haqqında şəhadətnamədə öz soyadını uşağın soyadı kimi qeyd etdilər. Qeyd etmək istəyir ki, cavabdeh hamiləliyin dördüncü ayına kimi uşağı qabul edirdi. xx.xx.2023-cü ildə, cavabdeh anası ilə tanış eləmək üçün onu «Nakhchivan» restoranına dəvət etdi. Restoranda ona mənəvi təyziq göstərərək, abort eləməyə çağırırdılar. O, abortdan imtina etdi və o gündən cavabdeh onunla bütün əlaqələri sildi və uşağın ona lazım olmadığını söylədi. O dəfələrlə cavabdehlə əlaqə saxlamağa cəhd etdi (zəng etdi, yaşadığı ünvana getdi). Lakin onu bir neçə dəfə polisə şikayət etdilər. Anası tərəfindən yalançı şikayət ərizələr yazıldı. O, saatlarla hamilə olaraq polis bölmələrində saxlanılmışdır. Polis öz tərəfindən onu utandırıb, uşağı təkbaşına böyütməklə qorxudurdular. Mənəvi təzyiq göstərdilər, həkimdən uşağın ultrasəs şəkillərini ondan tələb edirdilər, şəxsi nömrəsinə yazırdılar (yazışmanın şəkli var). xx.xx.2023-cü il tarixdə cavabdehi küçədə qadınla gördü və ona yaxınlaşdı, amma cavabdeh onu tanımadığını söylədi (video sübüt var). xx.xx.2023-cü il tarixində, hamiləliyinin 9 ayında cavabdehin qardaşı onu yaşadığı binanın yanına gələrək onu təhqir edib, fiziki təzyiq göstərdi (video sübüt var) və qonşularının qabağında onu biyabir etdi. Həmin axşam onun halı pisləşdi və o, təcili tibbi yardım çağırmağa məcbur oldu və Semaşko xəstaxanasına aparıldı. xx.xx.2023-cü il tarixində cavabdehin anası ilə əlaqə saxlaya bildi və uşağın doğulduğunu xəbər verdi. Cavabdeh ABŞ-da olduğunu söylədi. Anası ona DNA test verməyini dedi və o razılaşdı. xx.xx.2023-cü il cavabdeh Mediasiya prosesində iştirak etməkdən imtina etdi. xx.xx.2024-cü il tarixdə cavabdehə öz anasının telefon nömrəsindən uşağın şəklini göndərdi və məsuliyyət daşımağa çağırdı. Cavabdeh cavab verərək onu və onun ailəsini narahat etməməyi və məhkəməyə müraciət etməyi dedi. Cavabdeh hazırda uşağa atalıq verməkdən imtina edir, buna görə də, atalığın məhkəmə qaydasında müəyyən edilməsi zəruridir. Uşaq onun himayəsindədir, uşağın bütün təminatı və zəruri xərclərini daima özü təmin edir. Uşaq azyaşlı olduğu üçün o işləyə bilmir. Buna görə də, uşağın qidalanması və zəruri xərclərinin ödənilməsi üçün alimentin təyin edilməsinə ehtiyacı var. xx.xx.2024-cü il tarixdə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 məhkəməyə iddia tələbinin həcminin artırılması və iddia tələblərinin dəqiqləşdirilmə barədə ərizə təqdim edərək, İddiaçı hazırda öz soyadını verdiyi xx.xx.2023-cü il təvəllüdlü X6 atasının xx.xx.1987-ci il təvəllüdlü Cavabdeh olaraq müəyyən olunması; 3 saylı Bakı ASAN Xidmət mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixdə, 7622 nömrə ilə qeydə alınmış doğum haqqında akt qeydində düzəliş edilməsi, xx.xx.2023-cü il təvəllüdlü X6 doğum haqqında şəhadətnaməsində "atanın soyadı" qrafasında soyadının Hüseynov olaraq qeyd olunması; Tərəflərin birgə övladı olan xx.xx.2023-cü il təvəllüdlü X6 (məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra X4) saxlanılması üçün xx.xx.2023-cü ildən (mediasiya təklifinin göndərildiyi tarix) uşaq 18 yaşına çatanadək hər ay 3.500 (üç min beş yüz) manat olmaqla sabit pul məbləği şəklində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi; Tərəflərin birgə övladı olan xx.xx.2023-cü il təvəllüdlü X8 (məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra X4) baxdığına görə xx.xx.2023-cü ildən (mediasiya təklifinin göndərildiyi tarix) uşaq 3 yaşına çatana qədər, yəni xx.xx.2026-cı ilə kimi həray 1.000 (bir min) manat olmaqla sabit pul məbləği şəklində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi; Hamiləlik və doğum, həmçinin uşağın saxlanılması üçün çəkilən 5.000 (beş min) manat məbləğində xərcin birdəfəlik şəkildə Cavabdeh tutularaq İddiaçı ödənilməsi; Xərclər olaraq - mediasiya üçün ödənilmiş 50 (əlli) manat, dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat, vəkil xərci olaraq ödənilmiş 320 (üç yüz iyirmi), həmçinin tibbi-genetik ekspertizanın keçirilməsi üçün İddiaçı tərəfindən ödənilmiş 2.300 (iki min üç yüz) manat məbləğində, cəmi ümumilikdə isə 2.770 (ikimin yeddi yüz yetmiş) manatın Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qənamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 məhkəməyə iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ərizəsini onunla əsaslandırmışdır ki, iş materiallarından da göründüyü kimi, İddiaçı və Cavabdeh rəsmi nikaha daxil olmadan 2020-ci ildən 2023-cü ilə kimi faktiki ailə münasibətləri üzrə birlikdə yaşayıblar. Onların bu münasibətindən xx.xx.2023-cü il təvəllüdlü X11 dünyaya gəlib. Lakin cavabdeh atalığın qeydiyyata alınması üçün qeydiyyat orqanına müraciət etməkdən imtina edib. Buna görə də, iddiaçı tərəfindən "atalığın müəyyən edilməsi, doğum haqqında şəhadətnamə qeydində düzəliş edilməsi və aliment tutulması" tələbi ilə məhkəməyə müraciət edilib. Məhkəmə iclası zamanı keçirilmiş ekspertiza əsasında Cavabdeh uşağın atası olması faktı öz təsdiqini tapıb. İş üzrə məhkəməyə təqdim edilən çoxsaylı yazılı və digər sübutlarla, həmçinin iddia ərizəsində və iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizədə iddiaçının tələblərinin faktiki və hüquqi əsaslandırılması ətraflı şəkildə öz təsdiqini tapıb. Bununla yanaşı, iddiaçı tərəf bəzi məqamlara münasibətdə iddia tələbinin dəqiqləşdirilməsini məqsədəuyğun hesab edir. Odur ki, məhkəmədən xahiş edir ki, İddiaçı dünyaya gətirdiyi xx.xx.2023-cü il təvəllüdlü X6 atasının xx.xx.1987-ci il təvəllüdlü Cavabdeh (Azərbaycan Respublikası FİN: xxxxxxx) olaraq müəyyən olunması; Tərəflərin birgə övladı olan xx.xx.2023-cü il təvəllüdlü X1 üçün xx.xx.2023-cü ildən (mediasiya təklifinin göndərildiyi tarix) uşaq 18 yaşına çatanadək hər ay 3500 (üç min beş yüz) manat olmaqla sabit pul məbləği şəklində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi; Tərəflərin birgə övladı olan xx.xx.2023-cü il təvəllüdlü X8 baxdığına görə xx.xx.2023-cü ildən (mediasiya təklifinin göndərildiyi tarix) uşaq 3 yaşına çatana qədər, yəni xx.xx.2026-cı ilə kimi hər ay 1000 (bir min) manat olmaqla sabit pul məbləği şəklində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi; Hamiləlik və doğum, həmçinin uşağın saxlanılması üçün çəkilən 5000 (beş min) manat məbləğində xərcin birdəfəlik şəkildə Cavabdeh tutularaq İddiaçı ödənilməsi; Həmçinin əlavə xərc olaraq mediasiya üçün ödənilmiş 50 manat, dövlət rüsumu kimi ödənilmiş 100 manat, vəkil xərci olaraq ödənilmiş 300 manat, həmçinin tibbi-genetik ekspertizanın keçirilməsi üçün İddiaçı tərəfindən ödənilmiş 2300 (iki min üç yüz) manat məbləğində, cəmi ümumilikdə isə 2750 (iki min yeddi yüz əlli) manatın Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizəsini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etmiş və izahatında bildirmişdir ki, İddiaçı və Cavabdeh rəsmi nikaha daxil olmadan 2020-ci ildən 2023-cü ilə kimi faktiki ailə münasibətləri üzrə birlikdə yaşayıblar. Onların bu münasibətindən xx.xx.2023-cü il təvəllüdlü X11 dünyaya gəlib. Lakin cavabdeh atalığın qeydiyyata alınması üçün qeydiyyat orqanına müraciət etməkdən imtina edib. Buna görə də, iddiaçı "atalığın müəyyən edilməsi, doğum haqqında şəhadətnamə qeydində düzəliş edilməsi və aliment tutulması" tələbi ilə məhkəməyə müraciət edib. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 05 fevral 2024-cü il tarixli, 2(009)-443/2024 saylı qərardadı ilə məhkəmə tibbi-genetik ekspertizası təyin edilib. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Məhkəmə Tibbi Ekspertiza və X9" X14 eksperti tərəfindən verilən 15 aprel 2024-cü il tarixli, 138/2024 MTBŞ saylı rəyə əsasən, Cavabdeh uşağın atası olması faktı öz təsdiqini tapıb. Həmçinin məhkəmə tibbiekspertizası keçirildikdən və iddiaçının uşağın saxlanılması üçün çəkilən xərclər hesablanıldıqdan sonra belə məlum oldu ki, ilkin iddiaya münasibətdə müəyyən tələblər yenidən gözdən keçirilməlidir. Buna görə də, iddiaçı tərəfindən “iddia tələbinin həcminin artırılması və iddia tələblərinin dəqiqləşdirilməsi barədə” ərizə verilib. Uşağa ödəniləcək alimentin miqdarını müəyyən etmək üçün cavabdehin qazancı və malik olduğu mal varlığı ilə bağlı müvafiq sorğular verilib. Onlara cavablar əldə edilə bilinmədiyi üçün “sübutun tələb edilməsi” qaydasında məhkəmənin özü tərəfindən bir neçə dövlət orqanına və səfriliklərə sorğu verilib. Onlardan yalnız AR DİN DYPİ tərəfindən cavab verilib, digərlərindən isə hələ də müvafiq cavablar təqdim edilməyib. Məhkəmə tərəfindən təyin olunan ekspertiza ilə müəyyən olunub ki, həqiqətən cavabdeh uşağın bioloji atasıdır. Odur ki, cavabdeh uşağın atası olaraq tanınmalı və bununla əlaqədar prosedur qaydalar yerinə yetirilməlidir. Uşağa ödəniləcək aliment tələbi ilə bağlı məhkəmənin nəzərinə çatdırır ki, cavabdeh uşaq doğulduğu andan indiyə kimi öz övladına biganə münasibət bəsləyib və onunla bir dəfə də olsun maraqlanmayıb. Təəssüf ki, uşaq dünyaya gəldikdən sonra bütün maddi və mənəvi yük iddiaçının üzərinə düşüb. Halbuki cavabdeh olduqca yüksək qazanca və mal varlığına sahibdir. Cavabdehin iki vətəndaşlığı mövcuddur. Belə ki, o həm Azərbaycan Respublikası (Cavabdeh, Ş/VAA*******, FİN: xxxxxxx), həm də X3 vətəndaşdır, maddi vəziyyəti kifayət qədər yüksəkdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112- ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında işə baxan məhkəmələr üçün rəhbər göstəriş xarakterli halların müəyyən edilməsi üçün, cavabdehin gəlirləri və malik olduğu mal varlığı barədə müvafiq sübutlar tərəflərindən məhkəməyə təqdim edilib. Belə ki, iş üzrə zəruri sübutların əldə olunması üçün xx.xx.2024-cü il tarixli, 316 nömrəli vəkil sorğusu ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X13 Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət olunub. Həmin sorğuya verilən xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-19040/2024 saylı cavabla məlum oldu ki, cavabdehin Azərbaycan Respublikası ərazisində 5 ədəd daşınmaz əmlakı mövcuddur. Sözügedən əmlakların hamısı şəhərin mərkəzində Səbail rayonu ərazisində yerləşən və kifayət qədər bahalı, eləcə də kifayət qədər çox qazanc gətirən əmlaklardır. Cavabdehin malik olduğu daşınmaz əmlakları və onlardan əldə etdiyi gəlirləri: 1) Bakı şəhəri, Səbail rayonu, M.Ə.Rəsulzadə küçəsi, ev 2, 47 saylı mənzil: Həmin mənzil Bakı şəhəri 29 saylı DNK-nın xx.xx.2021-ci il tarixli 4Ə/992 reyester nömrəli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixdə Cavabdeh adına qeydiyyatdan keçib və hazırda mülkiyyətindədir. 2) Bakı şəhəri, Nəsimi rayonu, Fikrət Əmirov küçəsi, ev 10, 28 saylı mənzil. Həmin mənzil Bakı şəhəri 51 DNK-nın xx.xx.2021-ci il tarixli 4Ə/2519 reyester nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh adına qeydiyyatdan keçib. Lakin 2 saylı Bakı “ASAN Xidmət” mərkəzinin notariusu tərəfindən təsdiq edilmiş 4Ə/222 reyester nömrəli, xx.xx.2022-ci il tarixli dəyişmə müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. 3) Bakı şəhəri, Səbail rayonu, M.Ə.Rəsulzadə küçəsi, ev 2, 82B saylı mənzil. Həmin mənzil 2 saylı Bakı “ASAN Xidmət” mərkəzinin notariusu tərəfindən təsdiq edilmiş 4Ə/222 reyester nömrəli, xx.xx.2022-ci il tarixli dəyişmə müqaviləsinə əsasən Cavabdeh adına qeydiyyatdan keçmişdir. Lakin 2 saylı Bakı “ASAN Xdmət” mərkəzinin notariusu tərəfindən təsdiq edilmiş 4Ə/1105 reyester nömrəli, xx.xx.2024-cü il tarixli bağışlama müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. 4) ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 51.5 kv.m təşkil edən qeyri-yaşayış sahəsi. Bu ticarət obyekti ünvan 5NK-nın xx.xx.2022-ci il tarixli 4Ə/559 reyester nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh adına qeydiyyatdan keçib. Lakin 2 saylı Bakı “ASAN Xdmət” mərkəzinin notariusu tərəfindən təsdiq edilmiş 4Ə/1103 reyester nömrəli, xx.xx.2024-cü il tarixli bağışlama müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. 5) ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 13.5 kv.m təşkil edən qeyri-yaşayış sahəsi. Bu ticarət obyekti ünvan 5NK-nın xx.xx.2022-ci il tarixli 4Ə/1121 reyester nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh adına qeydiyyatdan keçib. Lakin 2 saylı Bakı “ASAN Xdmət” mərkəzinin notariusu tərəfindən təsdiq edilmiş 4Ə/1104 reyester nömrəli, xx.xx.2024-cü il tarixli bağışlama müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. 6) Türkiyə Cümhuriyyətinin, Bodrum şəhərinin X20 Fabay Adabükü, Milas ev impereal 21 ünvanında yerləşən ikimərtəbəli villa. Cavabdeh həmin villanı aylıq ən azı 10.000 manat olmaqla icarəyə verir. Bu barədə Türkiyə cümhuriyyətinin Azərbaycan Respuiblikasındakı səfirliyinə həm iddiaçının vəkili, həmdə məhkəmə tərəfindən müvafqi sorğu verilib, lakin hələ də cavab təqdim edilməyib. Qeyd edilən digər əmlaklara gəlincə, yuxarıda qeyd edilən ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 51.5 kv.m və 13.5 kv.m təşkil edən qeyri-yaşayış sahəsini ayrı-ayrılıqda gözəllik salonu kimi ən azı 5000 manat olmaqla icarəyə verir. Bundan başqa, Bakı şəhəri, Səbail rayonu, M.Ə.Rəsulzadə küçəsi, ev 2-də yerləşən 82B saylı mənzil və 47 saylı mərzil şəhərin tam mərkəzində, yəni Azərbaycan Dövlət Kukla Teatrı ilə üzbəüz yerləşir. Hər iki mənzil cavabdeh tərəfindən ayrı-ayrılıqda aylıq an azı 2.500 manata kirayəyə verilib Lakin göründüyü kimi, müvafiq ekspertiza ilə cavabdehin atalıq faktı müəyyən edildikdən, eləcə də iddiaçının cavabdehə məxsus daşınar daşınmaz əmlaklar barədə sübutlar tələb edilməsi, həmçinin iddia tələbinin məhz cavabdehə məxsus əmlakların çoxluğu ilə əsaslanaraq artırması, yüksək məbləğdə aliment tələb etməsindən dərhal sonra, yəni 30 aprel 2024-cü ildə bu əmlaklar məhz bağışlama müqavilsə əsasında özgəninkiləşdirilib. Şübhəsiz ki, cavabdeh mal varlığının həcmini azaltmaqla ümumiyyətlə aliment ödəməkdən və ya alimenti çox ödəməkdən yayınmaq istəyib. Cavabdehin avtomobilləri barədə məlumat əldə etmək üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X25 İdarəsi tərəfindən onların sorğusuna xx.xx.2024-cü il tarixli, 3-13-16/2-62246/2024 nömrəli cavabda qeyd olunur ki, xx.xx.1987-ci il təvəllüdlü Cavabdeh adına aşağıdakı nəqliyyat vasitələri var: 1. “Toyota Prado” markalı **-CP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi - xx.xx.2022-ci ildə əldə edilib və hal-hazırda da mülkiyyətindədir. 2. “Audı A4” markalı **-EF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi - xx.xx.2022-ci ildə əldə edilib və hal-hazırda da mülkiyyətindədir. Lakin cavabdeh xx.xx.2024-cü il tarixində verdiyi etirazında bildirib ki, “..məhkəmə tərəfindən DYP-ə göndərilmiş sorğuya verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubuna əsasən, Cavabdeh mülkiyyətində hazırda heç bir nəqliyyat vasitəsi yoxdur”. Halbuki DYP-nin veridiy cavabda açıq şəkildə qeyd edilib ki, “Toyota Prado” markalı **-CP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi də mənzillərdə olduğu kimi eyni ssenari ilə gedilərək, mal varlığını gizləşmək, dolayısı ilə aliment öhdəliyindən yayınmaq üçün 03 may 2024-cü ildə özgəninkiləşdirilib, “Audi A4” markalı **- EF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi isə hələ də cavabdehin mülkiyyətindədir. Avtomobillərin əsas alqı-satqı səhifəsi olan www.turbo.az-dahttp://WWW.TURBO.AZ-da olan məlumatlara əsasən 2015-ci il buraxılışlı “Toyota Prado” markalı avtomobilin ortalama satış qiyməti göstəricilərinə uyğun olaraq 50.000-60.000 manat aralığında dəyişir. 2013-cü il buraxılışlı “Audi A4” markalı avtomobilin ortalama satış qiyməti isə göstəricilərinə uyğun olaraq 20.000-26.000 manat aralığında dəyişir. Cavabdehin Azərbaycan Respublikası vətəndaşı olaraq digər kommersiya fəaliyyəti üzrə gəlirləri ilə bağlı məhkəmənin diqqətinə çatdırır ki, cavabdeh həmçinin fərdi sahibkardır. Belə ki, iddiaçı tərəfindən verilən şifahi məlumatlar əsasında və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron saytından əldə olunan məlumata əsasən, bəlli oldu ki, cavabdeh ********** nömrəli VÖEN-lə fərdi sahibkar kimi fəaliyyət göstərməkdədir. Bu istiqamətdə də zəruri dəlillərin əldə olunması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə 15 aprel 2024-cü il tarixli, 315 nömrəli sorğu ilə müraciət olunub. Adıçəkilən sorğuya müvafiq orqan tərəfindən verilən 24 aprel 2024-cü il tarixli, **********048300 nömrəli cavabla sözügedən faktın gerçəkliyi məlum olub. Qeyd edək ki, məhkəmə tərəfindən də Dövlət Vergi Xidmətinə sorğu ünvanlanıb və aşağıdakı cavab alınıb. Belə ki, həmin cavabda bildirilir ki, “...Vergi ödəyicilərinin dövlət reyesterində xx.xx.1987-ci il təvəllüdlü Cavabdeh (VÖEN:********** nömrəli) xx.xx.2006-cı il tarixdə öz ərizəsinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs qismində uçota alınması barədə məlumat mövcuddur”. Cavabdeh həm də X3 vətəndaşıdır. O, ABŞ-a ilk dəfə magistr təhsili almaq məqsədilə gedib. Həmçinin cavabdeh instaqram hesabında bioqrafiya məlumatları bölümündə investor olduğunu qeyd edib (müvafiq ekran görüntüsü məhkəmə çıxışına əlavə olunur). Hələ 10 il bundan öncəyə qədər insvestor olaraq X5 gedərək daimi yaşamaq üçün ən azı 500.000 ABŞ dolları tələb olunurdu. Həmçinin bu məsələləri tənzimləyən xüsusi proqram mövcuddur. Belə ki, əgər hər hansı bir şəxs ABŞ-dan başqa bir ölkənin vətəndaşıdırsa və ABŞ-da yaşamağa başlamaq istəyirsə, ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidməti (USCİS) tərəfindən idarə olunan EB-5 X2 müraciət etməlidir. EB-5 vizası üçün müraciət edənlər bugünkü tənzimləmə tələblərinə uyğun olaraq ABŞ-da istənilən Regional Mərkəz layihəsinə ən azı 800.000 ABŞ dolları həcmində investisiya qoymalıdır. Göründüyü kimi, cavabdeh ABŞ vətəndaşı olmaq üçün həmin ölkəyə ən azı 800.000 ABŞ dolları vəsait investisiya qoyub ki, vətəndaşlıq ala bilib. Deməli, bu vaxta kimi onun Azərbaycanda yetəri qədər yüksək gəlirləri olub ki, həmin gəlirləri başqa ölkədə investisiya kimi istifadə edə bilib. Bu investisiyadsan başqa, o, ABŞ-da 2 fərqli ştatda olduqca bahalı 2 daşınmaz əmlak əldə edib: 1. 5701 N SHERİDAN RD APT 20G CHİCAGO, İLLİNOİS ştatı 60660-4783, Phone (224) 477-9959. 2. 30 RUGGLES ST FRANKLİN, MASSACHUSETTS ştatı 02038-1727, Phone (224) 477-9959) Bütün bunlardan başqa, cavabdeh ABŞ-da İT mühəndisi kimi çalışır və ildə ən azı 150.000 (bir yüz əlli min) ABŞ dollarından çox gəlir əldə edir. Hamıya məlumdur ki, son illərdə İT sahəsində çalışanlar ən çox gəlir əldə edən şəxslərdir, xüsusilə kompüter texnologiyasının vətəni olan ABŞ-da. Cavabdehin ABŞ-da və Türkiyədə olan daşınar və daşınmaz əmlakları, iş və kommersiya fəaliyyəti, ümumi gəlirləri barədə məlumat almaq üçün həm Türkiyə Cümhuriyyətinin, həm də ABŞ-nin Azərbaycan Respublikasında yerləşən Səfirliklərinə həm iddiaçının vəkili, həm də məhkəmə tətərindən müvafiq sorğular ünvanlanıb. Lakin verilən sorğulara uyğun cavabları hələ də almaq mümkün olmayıb. Bütün bu qeyd olunanlar onu göstərir ki, cavabdehin maddi imkanları həddindən artıq yaxşı vəziyyətdədir. Belə ki, bütün bu məlumatlar onun həm Azərbaycan Respublikasının, həmdə X3 vətəndaşı kimi aylıq qazancının ən azı 50.000 manatı keçməsi faktının mövcud həqiqəti əks etdirdiyini təsdiq edir. Buna görə də, uşağın mənafeyi diqqətə alınmaqla, eləcə də qanunvericiliyin tələblərinə uyğun olaraq, cavabdehin aylıq sabit pul məbləği şəklində 3500 manat aliment ödəməsi qənaətindədirlər. Başqa sözlə, cavabdehdən öz övladının saxlanması üçün məhkəmə qaydasında alimentin tutulması tam qanuna uyğundur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarına əsasən, sabit pul məbləğində aliment tutularkən məhkəmələr Alə Məcəlləsinin 78.1-ci maddəsində göstərilən halları nəzərə almaqla yanaşı aliment ödəməli şəxsin digər gəlirlərinin olub-olmamasını müəyyən etməli, zəruri olduqda bununla əlaqədar əlavə sübutlar təqdim etməyi iddiaçı tərəfə təklif etməlidir. Uşağa baxdığına görə iddiaçıya ödəniləcək alimentə münasibətdə, bildirir ki, iddiaçı hal-hazırda işləmir. O, ali təhsilli maliyyəçidir. Lakin həm xx.xx.2023-cü il təvəllüdlü X8 baxdığına, həm də himayəsində olan digər azyaşlı övladını atasız böyütdüyünə görə cavabdehlə nikahdankənar münasibətindən doğulan uşağa ən azı yaşına qədər baxmaq məcburiyyətindədir. Məhz bu səbəblərdən dolayı iddiaçı işləmək iqtidarında deyil. Buna görə də, xx.xx.2023-cü il təvəllüdlü X11 3 yaşına çatana qədər cavabdeh tərəfindən 1000 manat məbləğində pul hər ay iddiaçıya ödənilməlidir. Belə ki, tərəflər rəsmi nikahda olmasalar belə, ailə münasibətlərində olublar. Hətta cavabdeh iddiaçı ilə olan münasibətindən doğulacaq övladını ilk vaxtlar qəbul edib. Lakin daha sonra bu münasibətdən dünyaya gələcək övladından imtina edib və iddiaçıya biganə rəftar göstərməyə başlayıb. Cavabdeh tərəfindən iddiaçının bu tələbinə də etiraz olunub. İddia ərizəsinə əlavə olunan foto şəkillərdən də məlum olur ki, tərəflər çox mehriban münasibətdə olublar. Elə bu faktların hər biri tərəflərin birgə münasibətindən doğulan uşağın anasına aliment ödənilməsi üçün yetərlidir. Alə Məcəlləsinin 85.1.1-ci maddəsinə əsasən, hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən aliment ödəməyi tələb etmək hüququna malikdirlər. Alə Məcəlləsinin 86-cı maddəsinə əsasən, aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin “Mülki qanunvericiliyin analogiya üzrə tətbiqi” adlanan 11-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Cavabdehin uşağa və məhkəməyə dair digər xərclərinə münasibətdə qeyd edir ki, uşaq hələ dünyaya gəlmədən ana bətnində olduğu altıncı aydan cavabdeh uşaqdan imtina edib. Eyni zamanda qeyd olunan faktlar yetməzmiş kimi, cavabdeh iddiaçıdan uşağın həyatına son verməyi tələb edib. Lakin uşaq altı aylıq olduğuna görə iddiaçı uşağı abort etdirməyib. Çünki iddiaçı həmin vaxt artıq hamiləliliyin sonlarına yaxınlaşmışdı. Əgər uşağı abort etdirsəydi bu həm uşağın, həm də ananın həyatı üçün çox ciddi təhlükə idi. Həmçinin cavabdeh iddiaçı ilə münasibətlərini kəsmək məqsədilə başqa bir qadınla münasibət qurub. O, artıq iddiaçının hamiləliyinin altıncı ayından başlayaraq onun xərclərinin ödənilməsinin heç birində iştirak etməyib. Beləliklə, uşağın doğum xərcləri, onun saxlanılması üçün lazım (geyim,dərman və sair) olan ehtiyacları və sünnət olunması çəkiləcək bütün məsrəflər iddiaçının üzərində qalıb. İddiaçının bizə təqdimetdiyi ödəniş qəbzlərindən görünür ki, təkcə 1000 manat uşağın dünyaya gəlməsi üçün keysəriyyə əməliyyatına görə ödənilib. Orta riyazi hesablama aparmaqla belə müəyyən oldu ki, iddiaçı tərəfindən hamiləlik boyunca və uşaq dünyaya gəldikdən sonra təxminən 4360 manat xərc çəkilib. Təbii ki, qeyd olunan məbləğ iş materiallarında olan ödəniş qəbzləri üzrədir. İddiaçının əlində olmayan qəbzləri də bura əlavə edən zaman ümumilikdə bütün bu adıçəkilən hallar üzrə 5000 manat məbləğin məsrəf edildiyi məlum olub. Məlumdur ki, ailə mübahisələrində mediasiyadan keçmək lazımdır. Mediasiya sessiyasında tərəflər arasında razılıq olmadıqda müvafiq arayış əsasında məhkməyə müraciət olunur. Əgər tərəf qanunla müəyyən olunmuş əsaslar üzrə iddia ərizəsinin verilməsi üçün dövlət rüsumundan azad deyilsə, tələb olunan ödənişi etməlidir. İddiaçı tərəfindən də bu qaydaların hər birinə riayət olunub. Belə ki, o, 50 manat mediasiya, 100 manat isə iddia ərizəsinin verilməsi üçün ödəniş edib. Eyni zamanda iddiaçı hüquqi yardım almaq üçün 5 saylı Vəkil Bürosuna müraciət edərək vəkil orderinin alınması üçün 300 manat ödəniş edib. Nəhayət, iddiaçı 27 mart 2024-cü il tarixində tibbi-genetik ekspertizanın keçirilməsi üçün 2300 manat məbləğində ödəniş edib (həmin ödənişin qəbzi artıq iş materiallarına əlavə edilib). Buna görə də, iddiaçı yuxarıda göstərdiyi bütün xərclərin cavabdehdən tutulmasında tamamilə haqlıdır. Ailə Məcəlləsinin 81-ci maddəsinə əsasən, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Bundan başqa, Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə iclasında İddiaçı iddia tələblərini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş, nümayəndə və vəkilinin izahatı ilə razı olduğunu bildirmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini qəbul etməyərək, təmin olunmamasını xahiş etmiş və bildirmişdir ki, iddia ərizəsi və həmin ərizə ilə verilmiş tələblər tamamilə əsassızdır. Belə ki, ilkin olaraq iddiaçı 3 saylı Bakı Asan Xidmət mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixdə, 7622 nömrə ilə qeydə alınmış doğum haqqında akt qeydində düzəliş edilməsi, soyadını verdiyi xx.xx.2023-cü il təvəllüdlü X6 doğum haqqında şəhadətnaməsində “atanın soyadı” qrafasında soyadının Hüseynov olaraq qeyd olunması tələbini qeyd etmişdir. Bununla əlaqədar olaraq bildirir ki, cavabdeh uşağın doğum haqqında şəhadətnaməsində ata qrafasında “Cavabdeh” yazılmasına etiraz etmir. Lakin öz soyadının uşağa verilməsinə etiraz edir və bu hissədə iddia tələbini qəbul etmir. Hazırki mübahisədə tərəflər arasında soyada münasibətdə razılıq olmadığı üçün məsələ müvafiq icra hakimiyyəti orqanı yəni, Qəyyumluq və Himayəçilik Orqanı tərəfindən həll edilməlidir. Ailə Məcəlləsinin tələbindən də aydındır ki, atalıq faktının müəyyən edilməsi məhkəmə qayadasında həll edilən mübahisədir. Lakin uşağa soyadın verilməsi qaydaları dəqiq müəyyən edilmişdir və məsələnin həll olunması qaydası fərqlidir. Belə ki, Ailə Məcəlləsinin 53.3-cü maddəsinə əsasən, qanunvericiliyin tələbinə əsasən, uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Ailə Məcəlləsinin 53.4-cü maddəsinə əsasən, valideynlər arasında uşağın ad və soyadına münasibətdə razılıq olmadıqda yaranan fikir ayrılığı müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll olunur. İddiaçının digər tələbi xx.xx.2023-cü il təvəllüdlü X1 üçün xx.xx.2023-cü ildən uşaq 18 yaşına çatanadək hər ay 3500 manat olmaqla sabit pul məbləği şəklində alimentin iddiaçıya ödənilməsidir. İdda tələbinin həcminin artırılması barədə ərizədə iddiaçı cavabdehin gəlirlərinin 1 ayda 30.000 manatı keçdiyini qeyd edir. Lakin bu barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir və qeyd edilənlər sadəcə qarşı tərəfin mülahizələrindən ibarətdir. Bununla əlaqədar həmçinin qeyd edir ki, Səbail rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə ünvanladığı sorğunun xx.xx.2024-cü il tarixli cavabına əsasən, Cavabdeh hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi uçota alınsa da, təsisçisi olduğu hər hansı hüquqi şəxs mövcud deyildir. Uçot baza məlumatlarına əsasən Cavabdeh 2007-ci ildə 130 manat, 2012-ci ildə 6844 manat dövriyyə məbləği əks etdirilmişdir. Həmçinin məhkəmə tərəfindən Baş Dövlət Yol Polis İdarəsinə göndərilmiş sorğuya verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubuna əsasən, Cavabdeh mülkiyyətində hazırda heç bir nəqliyyat vasitəsi yoxdur. Beləliklə iddiaçının ərizədə qeyd etdiyi cavabdehin illik 30.000 manat gəlir əldə etməsi faktının əsassız olduğu müəyyən olunur. Əlavə olaraq məhkəmənin nəzərinizə çatdırmaq istəyir ki, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minumumu haqqında” Qanununa əsasən, 2024-cü il üçün yaşayış minumumu uşaqlar üçün 235 manat məbləğində müəyyən olunmuşdur. Hazırda iddiaçının aliment tələbi kifayət qədər çoxdur və bu hal cavabdehin mənafelərinə ciddi şəkildə zərər gətirir. Cavabdeh uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün ölkə üzrə 1 uşaq üçün müəyyən edilmiş aliment miqdarını yəni 235 manat alimenti ödəməyə razıdır. Həmçinin əlavə etmək istərdi ki, cavabdehin iş yeri yoxdur, əmək haqqı almır və bu səbəbdən də 235 manat aliment təyin edilməlidir. İddiaçının xx.xx.2023-cü il təvəllüdlü X8 baxdığı üçün xx.xx.2023-cü ildən uşaq 3 yaşına çatana qədər, yəni xx.xx.2026-cı ilə kimi hər ay 1000 manat olmaqla sabit pul məbləği barədə tələbi də tamamilə əsassızdır. Belə ki, Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinə əsasən, hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən aliment ödəməyi tələb etmək hüququna malikdir. Həmçinin Ailə Məcəlləsinin 86-cı maddəsinə əsasən, aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Qanunvericilik konkret olaraq hansı şəxslərin 3 yaşınadək ümumi uşaqlarına baxmasına görə aliment tələb etmək hüququna malik olduğunu müəyyən etmişdir. Maddənin dizpozisiyasından da aydındır ki, belə aliment tələbi üçün tərəflər arasında nikah münasibətləri olmalı və sadəcə nikah pozulduqdan sonra keçmiş arvad aliment tələbini irəli sürməlidir. Hazırki mübahisədə iddiaçı və cavabdeh heç zaman nikah münasibətlərində olmamışlar. Belə olan halda iddiaçının özü üçün tələb etdiyi alimentin heç bir hüquqi əsası yoxdur. İddiaçının tələb etdiyi hamiləlik və doğum, həmçinin uşağın saxlanması üçün çəkilən 5000 manat məbləğində xərcin, tibbi-genetik ekspertizanın keçirilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 2.300 manat məbləğində pulun, vəkil xərci olaraq 320 manatın cavabdehdən tutulub iddiaçıya ödənilməsi tələbi də əsassızdır. Hazırki halda tibbi-genetik ekspertizanın keçirilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 2.300 manat məbləğində pulun tərəflər arasında müştərək qaydada ödənilməsi zəruridir. Ümumilikdə qanunvericilikdə hamiləlik və doğum xərclərinin tutulması ilə əlaqədar da heç bir müddəa müəyyən olunmamışdır, iddiaçının ödənişsiz tibbi xidmət həyata keçirilən xəstəxalanarda doğum etməyib ödənişi yüksək olan xəstəxanada etməsinin nəticəsini cavabdehdən tələb etmək əsassızdır. Qeyd olunanları nəzərə alaraq, iddiaçının iddia tələblərinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə baxıb, tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək, hesab edir ki, aşağıdakılara görə iddia qismən təmin edilməlidir. İş materiallarında olan AZ-İV 952343 nömrəli, 25 noyabr 2023-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2023-cü ildə doğulmuşdur, atası X12, anası İddiaçıdır. İş üzrə təyin olunmuş məhkəmə tibbi-genetik ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X9” X21 xx.xx.2024-cü il tarixli, 138/2024-MTBŞ nömrəli ekspert rəyindən görünür ki, genetik test nəticəsində testə uğradılan uşaq və güman olunan ata arasında tam şəkildə uyğunluq aşkarlanmışdır. Bu isə onlar arasında övlad-valideyn səviyyəsində qohumluq əlaqəsinin olduğunu göstərir. Qəbul olunmuş müvafiq beynəlxalq normalara əsasən və alınmış nəticələr nəzərə alınaraq, Cavabdeh ekspertizaya təqdim olunmuş X11 adlı uşağın bioloji atası olması təsdiq olunmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, GLL seriyalı, 300856 nömrəli kassa mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı genetik ekspetizasının aparılması, malmaterialların alınması üçün "xxxx" MMC-yə 2300 manat məbləğində pul ödəmişdir. Təqdim olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məhkəmənin sorğusuna xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, dövlət reyestrində Cavabdeh (VÖEN:**********) hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs qismində uçotda olması barədə məlumat mövcuddur. Reyestrdə Cavabdeh hər hansı hüquqi şəxsin təsiçisi olması barədə məlumat mövcud deyildir. Eyni zamanda, uçot baza məlumatlarına əsasən Cavabdeh tərəfindən təqdim edilmiş bəyannamələrdə yalnız 2007-ci ildə 130.0 manat, 2012-ci ildə 6844.0 manat dövriyyə məbləği əks etdirmişdir. Əlavə olaraq bildirir ki, uçot baza məlumatlarına əsasən xx.xx.2007-ci il tarixdən xx.xx.2024-cü il tarixədək Cavabdeh tərəfindən dövlət büdcəsinə 434.30 manat vergi ödənilmişdir. Təqdim olunmuş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X25 İdarəsinin məhkəmənin sorğusuna xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Qeydiyyat-imtahan İdarəsinin kompüter uşot bazasının məlumatlarına əsasən xx.xx.1987ci il təvəllüdlü Cavabdeh adında xx.xx.2022-ci il tarixdən “Toyota Prado” markalı **-CP-*** və xx.xx.2022-ci il tarixdən “Audi A4” markalı **-EF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri qeydiyyatdadır. Cavabdeh etibarnamə ilə istifadəsində və ya 2020-ci il tarixdən sonra onun tərəfindən özgəninkiləşdirilən nəqliyyat vasitəsi yoxdur. Təqdim olunmuş xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı ünvan 4 ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, M.Ə.Rəsulzadə küçəsi, ev 2, 47 saylı mənzil Bakı şəhəri 29 saylı DNK-nın xx.xx.2021-ci il tarixli, 4Ə/992 reyestr nömrəli alqısatqı müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixdə Cavabdeh adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Nəsimi rayonu, Fikrət Əmirov küçəsi, ev 10, 28 saylı mənzil Bakı şəhəri 51 DNK-nın xx.xx.2021-ci il tarixli, 4Ə/2519 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh adına qeydiyyatdan keçmişdir, lakin 2 saylı Bakı “ASAN Xidmət" mərkəzinin notariusu tərəfindən təsdiq edilmiş 4Ə/222 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli dəyişmə müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Bakı şəhəri, Səbail rayonu, M.Ə.Rəsulzadə küçəsi, ev 2, 82 B saylı mənzil 2 saylı Bakı “ASAN Xidmət” mərkəzinin notariusu tərəfindən təsdiq edilmiş 4Ə/222 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli dəyişmə müqaviləsinə əsasən Cavabdeh adına qeydiyyatdan keçmişdir, lakin 2 saylı Bakı “ASAN Xidmət” mərkəzinin notariusu tərəfindən təsdiq edilmiş 4Ə/1105 reyestr nömrəli, xx.xx.2024-cü il tarixli bağışlama müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 51,5 kv.m təşkil edən qeyri-yaşayış sahəsi ünvan 5NK-nın xx.xx.2022-ci il tarixli, 4Ə/559 reyestr nömrəli alqısatqı müqaviləsinə əsasən Cavabdeh adına qeydiyyatdan keçmişdir, 2 saylı Bakı “ASAN Xidmət” mərkəzinin notariusu tərəfindən təsdiq edilmiş 4Ə/1103 reyestr nömrəli, xx.xx.2024-cü il tarixli bağışlama müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 13,5 kv.m təşkil edən qeyri-yaşayış sahəsi ünvan 5NKnın xx.xx.2022-ci il tarixli 4Ə/1121 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh adına qeydiyyatdan keçmişdir, 2 saylı Bakı “ASAN Xidmət mərkəzinin notariusu tərəfindən təsdiq edilmiş 4Ə/1104 reyestr nömrəli, xx.xx.2024-cü il tarixli bağışlama müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. İş materiallarında olan X10 ünvanında qeydiyyatda olan Cavabdeh tərəfindən Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinə ünvanlanmış və notariat qaydasında təsdiq olunmuş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, xx.xx.1990-cı il təvəllüdlü İddiaçı Almaniya Federativ Respublikasında olduğu müddətdə məbləğindən və növündən asılı olmayaraq bütün xərclərinin (nəqliyyat, yaşayış, qida, qonqlama, tibbi və sair) ödənilməsini öz öhdəsinə götürür. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında sübutların tədqiqi ilə kifayət qədər müəyyən olundu ki, xx.xx.2023-cü il təvəllüdlü X11 tərəflərin qeyri-rəsmi nikah münasibətlərindən doğulmuşdur. Cavabdeh uşağın atası olmasını inkar etdiyindən, mübahisənin mahiyyəti üzrə düzgün həll olunması üçün məhkəmə tərəfindən iş üzrə məhkəmə tibbi-genetik ekspertizası təyin edilmişdir. İş üzrə təyin olunmuş məhkəmə tibbi-genetik ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X9” X21 xx.xx.2024-cü il tarixli, 138/2024-MTBŞ nömrəli ekspert rəyindən görünür ki, genetik test nəticəsində testə uğradılan uşaq və güman olunan ata arasında tam şəkildə uyğunluq aşkarlanmışdır. Bu isə onlar arasında övlad-valideyn səviyyəsində qohumluq əlaqəsinin olduğunu göstərir. Qəbul olunmuş müvafiq beynəlxalq normalara əsasən və alınmış nəticələr nəzərə alınaraq, Cavabdeh ekspertizaya təqdim olunmuş X11 adlı uşağın bioloji atası olması təsdiq olunmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Baxılan mübahisənin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, ekspert rəyi ilə razılaşmamaq üçün əsas yoxdur və o, məhkəmənin gələcəyi gənaət üçün həlledici rol oynayır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.3-cü maddəsinə əsasən uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən uşaq, aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.2-ci maddəsinə görə, valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Baxılan mübahisənin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, ekspert rəyi ilə razılaşmamaq üçün əsas yoxdur və o, məhkəmənin gələcəyi gənaət üçün həlledici rol oynayır. İş üzrə verilmiş ekspertiza rəyini əsas götürərək məhkəmə hesab edir ki, anası İddiaçı olan oğlan uşağının atasının Cavabdeh olduğu müəyyən edilməlidir. İddiaçının “uşağın saxlanılması üçün aliment ödənilməsi” tələbi ilə bağlı isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 48-ci maddəsinə əsasən, atalıq müəyyən olunduqda, uşaqlar valideynlərinə və onların qohumlarına münasibətdə, öz aralarında nikahda olan valideynlərin uşaqlarının malik olduqları hüquq və vəzifələri daşıyırlar. Həmin Məcəllənin 75.1-ci və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması bərabər vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Alimentin miqdarını müəyyən edərkən məhkəmə uşağın mənafeyini, onun əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını, respublikada 2024-cü il üçün uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu məbləğini, eyni zamanda tərəflərin maddi və sosial vəziyyətini nəzərə alaraq hesab edir ki, tərəflərin uşağı 11 yanvar 2024-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən sabit pul məbləğində alimentin tutulması uşağın mənafeyi baxımından məqsədə uyğundur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə uyğun olaraq alimentin tutulmasının əvvəli iddiaçı məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. İddianın xx.xx.2023-cü ildən uşaq 18 yaşına çatanadək hər ay 3500 manat sabit pul məbləğində alimentin iddiaçıya ödənilməsi hissəsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. İddaçı cavabdehin gəlirlərinin 1 ayda 30.000 manatı keçdiyini qeyd edir. Lakin bu barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məhkəmənin sorğusuna xx.xx.2024cü il tarixli cavabından görünür ki, Cavabdeh hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi uçota alınsa da, təsisçisi olduğu hər hansı hüquqi şəxs mövcud deyildir. Uçot baza məlumatlarına əsasən Cavabdeh 2007-ci ildə 130 manat, 2012-ci ildə 6844 manat dövriyyə məbləği əks etdirilmişdir. Beləliklə, iddiaçının ərizədə qeyd etdiyi cavabdehin illik 30.000 manat gəlir əldə etməsi faktı təqdim edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. İddianın xx.xx.2023-cü il təvəllüdlü uşaq 3 yaşına çatana qədər iddiaçının xeyrinə cavabdehdən hər ay 1000 manat sabit pul məbləğinin tutulması tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinə əsasən, hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən aliment ödəməyi tələb etmək hüququna malikdir. Ailə Məcəlləsinin 86-cı maddəsinə əsasən, aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Qanunun qeyd olunan normalarından göründüyü kimi, nikah pozulduqdan sonra keçmiş arvad ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş ərdən aliment ödəməyi tələb etmək hüququna malikdir. Ona görə də, məhkəmə hesab edir ki, həmin hissədə iddia təmin edilməməlidir. İddianın hamiləlik və doğum, həmçinin uşağın saxlanması üçün çəkilən 5000 manat məbləğində xərcin tutulması tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Hazırki mübahisədə iddiaçı və cavabdeh əvvəllər nikah münasibətlərində olmadıqları üçün qeyd olunan hissədə də iddia tələbi əsassızdır və təmin edilə bilməz. Məhkəmə iddianın mediasiya üçün ödənilmiş 50 manat, dövlət rüsumu kimi ödənilmiş 100 manat, vəkil xərci olaraq ödənilmiş 300 manat, tibbi-genetik ekspertizanın keçirilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 2300 manat məbləğində xərcin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsi ilə bağlı qeyd edir ki, həmin hissədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 234.2, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.1987-ci il təvəllüdlü Cavabdeh xx.xx.2023-cü il təvəllüdlü X6 atası olması müəyyən edilsin. Cavabdeh, 11 yanvar 2024-cü il tarixdən başlayaraq, xx.xx.2023-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh İddiaçı xeyrinə mediasiya üçün ödənilmiş 50 (əlli) manat, ödənilmiş 100 (yüz) manat dövlət rüsumu, ödənilmiş 300 (üç yüz) manat vəkil xərci, ekspertiza tədqiqatının dəyəri 2300 (iki min üç yüz) manat tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Aliment tutulması hissəsində qətnamə dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar