Məhkəmə qərarları › İş №2(009)-448/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-448/2024

29.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-448/2024 29.03.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "alimentin artırılması və əlavə xərclərdə iştirak" tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı "alimentin artırılması və əlavə xərclərdə iştirak" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2007-ci il təvəllüdlü X8 və xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh hər ay tutulan alimentin həcminin artırılaraq, hər ay hər uşağa görə 235 manat-cəmi 470 manat sabit pul məbləğində müəyyən edilməsi, X8 müayinə və müalicəsi üçün gələcəkdə çəkilən xərclərə görə hər ay sabit pul məbləğində 250 manat müəyyən edilərək ödənilməsi, Əfsəl Abdullayevin müalicəsinə çəkilmiş 1.649,42 manat xərcin və mediasiya prosesi üçün ödənilmiş 50 manatın cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(009)- 179/2021 saylı qətnaməsinə əsasən onunla cavabdeh arasında bağlanmış nikah pozulmuş, birgə nikahdan olan övladları onun yanında saxlanması və Cavabdeh xx.xx.2021-ci il tarixdən başlayaraq, xx.xx.2005-ci il təvəllüdlü X7, xx.xx.2007-ci il təvəllüdlü X8 və xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay, hər uşağa görə 175 manatcəmi 525 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Günay Abdullayvanın 18 yaşı tamam olduğundan ona ödənilən aliment dayandırılmışdır. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Repubiikasının Qanununa əsasən 2024-cü il üçun yaşayış minimumu ölkə üzrə adambaşına uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir, hesab edir ki, cavabdehdən tutulan alimentin məbləği artırılmalı, alimentin məbləği hər uşağa görə 235 manat məbləğində müəyyən edilmişdir. Göstərilənlədən başqa övladı X5 böyrəyində olan xəstəlikdən əziyyət çəkdiyinə görə mütəmadi olaraq müayinə və müalicələr təyin olunmuş, 2022-ci ilin yanvar ayında əməliyyat olunduğuna görə Medistyle Hospitala 1400 (bir min dörd yüz) manat, müayinə üçün xx.xx.2023-cü il tarixdə 50 manat, xx.xx.2023-cü il tarixdə 199,42 manat olmaqla ümumilikdə 1.649,42 manat ödəniş olunmuşdur. Etirazın dəlilləri: İddia ərizəsinin məzmunundan göründüyü kimi, iddia tələbləri aşağıdakılardan ibarət olmuşdur: xx.xx.2007-ci il təvəllüdlü X13 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay tutulan alimentin həcminin artırılaraq, hər ay hər uşağa görə 235 manat – cəmi 470 manat sabit pul məbləğində müəyyən edilməsi; X8 müayinə və müalicəsi üçün gələcəkdə çəkilən xərclərə görə hər ay sabit pul məbləğində 250 manatın müəyyən edilərək ödənilməsi; Əfsəl Abdullayevin müalicəsinə çəkilmiş 1.649,42 manat xərcin ödənilməsi; Mediasiya prosesi üçün ödənilmiş 50 manatın ödənilməsi. 1. Sabit pul məbləğində hər ay tutulan aliment məbləğinin artırılaraq hər uşaq üçün aylıq 235 manat, cəmi 470 manat müəyyən edilməsi tələbi ilə bağlı cavabdeh bildirir ki, o, uşaqlarının maddi cəhətdən qayğısına qalmağını özünün valideynlik borcu kimi dərk edir və ona görə də əvvəlki məhkəmə qətnamələri əsasında müəyyən edilmiş alimenti vaxtlı-vaxtında könüllü şəkildə ödəmişdir. Aliment məbləğninin artırılması ilə bağlı hazırkı iddia tələbi üzrə də hər hansı bir etirazı yoxdur və bu hissədə iddia tələbini qəbul edir. 2. İddiaçı yetkinlik yaşına çatmamış X8 müayinə və müalicəsi üçün gələcəkdə çəkilən xərclərə görə hər ay sabit pul məbləğində 250 manat tələb etsə də, gələcəkdə həqiqətən də həmin xərcə ehtiyacın yaranacağını, eləcə də həmin ehtiyacın təmin edilməsi üçün göstərilən məbləğdə xərcin zəruriliyini sübut edə bilməmiş, ümumiyyətlə bununla bağlı iddia ərizəsində hər hansı əsaslandırma aparmamışdır. 3. Yetkinlik yaşına çatmamış Əfsəl Abdullayevin müalicəsinə çəkilmiş 1.649,42 manat xərcin ödənilməsi barədə tələbin zəruriliyi də iddiaçı tərəfindən əsaslandırılmamışdır. İddia ərizəsinə əlavə edilmiş “Medistyle Hospital”ın verdiyi epikrizdən görünür ki, xəstə X13 xx.xx.2022-ci il tarixində “Kəskin appendisit. Yerli peritonit” diaqnozu ilə “Medistyle Hospital”a daxil olmuş, xx.xx.2022-ci tarixində ümumi anesteziya altında “Laparoskopik appendektomiya. Qarın boşluğunun sanasiya və drenə edilməsi” cərrahi əməliyyatları icra olunmuş, əməliyyat və əməliyyat sonrakı dövr fəsadsız keçmiş və o, xx.xx.2022ci il tarixində kafi vəziyyətdə evə ambulator müalicəyə yazılmışdır. İddiaçının təqdim etdiyi ödəniş qəbzlərinə görə onu tərəfindən 1 400 manat xx.xx.2022-ci il tarixində “Medistyle Hospital”a, 199,42 manat xx.xx.2023-cü il tarixində və 50 manat pul isə xx.xx.2023-cü il tarixində X9 ödənilmişdir. Məlumdur ki, Azərbaycan Respublikasının tibbi sığorta qanunvericiliyinə müvafiq olaraq icbari tibbi sığorta 2016-cı ildən etibarən mərhələli şəkildə həyata keçirilməyə başlamış, 01 aprel 2021-ci ildən isə bütün ölkə ərazisini əhatə etmişdir. Nəzərə alınmalıdır ki, müəyyən xərc əsasında iddiaçının uşağına göstərilmiş tibbi xidmət – “Laparaskopik appendektomiya” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 yanvar 2020-ci il tarixli, 5 №li qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə 2.6.675-ci sırada 47.01 xəstəlik kodu ilə nəzərdə tutulmuş, eləcə də həmin “Zərf”in 1-ci qeydinə əsasən əməliyyat önü müayinə və həkim konsultasiyası xidmətin tarifinə daxildir. İstinad olunan qanunvericlikdən göründüyü kimi, Azərbaycan Respublikasının vətəndaşları tibbi yardım almaq kimi konstitutsion hüquqlarını reallaşdırılmaq üçün istədiyi dövlət yaxud özəl tibb müəssisəsinə müraciət etmək, eləcə də tibbi sığorta sisteminə daxil olan tibb müəssisələrində icbari tibbi sığorta fondunun hesabına yaxud tibbi sığorta sisteminə daxil olmayan tibb müəssisələrində öz şəxsi vəsaiti hesabına tibbi yardım almaq hüququ vardır. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı yetkinlik yaşına çatmayan övladının müalicəsi üçün icbari tibbi sığortadan faydalanmaq hüququndan istifadə etməyərək özəl tibb müəssisəsində öz şəxsi hesabına tibbi yardım almışdır. Lakin iddiaçı tibbi yardım almaq üçün tibbi sığortadan faydalanmadan özəl tibb müsəsisəsi hesab olunan məhz “Medistyle Hospital”da öz şəxsi vəsaiti hesabına tibbi yardım almasının zəruriliyini təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bu da onu göstərir ki, iddiaçı ödənişsiz tibbi yardım almaq imkanlarının olmasına baxmayaraq, hər hansı obyektiv zərurət olmadan uşağı üçün tibbi yardımı lüzumsuz olaraq ödənişli əsaslarla, yəni öz şəxsi vəsaiti hesabına almışdır. Belə olduğu halda sözü gedən iddia tələbi iddiaçının istinad etdiyi ailə qanunvericliyində nəzərdə tutulmuş valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakını tənzimləyən normanın məqsəd və dispozisiya şərtlərinə uyğun olmamışdır ki, bu da cavabdehin həmin xərcdə iştirak etmək öhdəliyini istisna etmişdir. 199,42 manat pulun labaratoriya müayinəsi üçün xx.xx.2023-cü il tarixində və 50 manat pulun isə uroloq müayinəsi üçün xx.xx.2023-cü il tarixində X9 ödənilməsi ilə bağlı iddiaçının təqdim etdiyi ödəniş qəbzləri ilə bağlı nəzərə alınmalıdır ki, həmin tibbi sənədlər əsasında qeyd olunan müayinələrin zəruriliyini, eləcə də müyainələrin nəticələri üzrə qoyulmuş diaqnozu müəyyən etmək mümkün deyildir. Eləcə də sənədin mətnini əks etdirən yazı şriftləri keyfiyyətsiz olduğundan labaratoriya müayinələrinin adlarının oxunması və qavranılması mümkün deyildir. Bu da həmin sənədin sübut qismində tədqiqini və sübut qismində nəzərə alınmasını mümkünsüz etmişdir. 4. Mediasiya xərci olan 50 manatın ödənilməsi tələbinin çıxarılacaq yekun məhkəmə qərarına mütənasib olaraq həllini cavabdeh, məhkəmənin mülahizəsinə buraxır. Nəhayət, cavabdeh iddiaçı ilə arasında olan şəxsi münasibətlərə toxunaraq məhkəmənin nəzərinə çatdırır ki, iddiaçı ilə rəsmi nikahda olduğu dövrdə onların arasında ailə-məişət münasibətləri zəminində dəfələrlə mübahisə yaranmış, bu mübahisələrin nəticəsində ər-arvad münasibətləri dəfələrlə faktiki olaraq kəsilmişdir. Həmin vaxtlar – 2007-ci ildə iddiaçı məhkəməyə müraciət edərək məhkəmə qaydasında əsassız və qanunsuz olaraq onun atasına məxsus mənzildən istifadə hüququ əldə etmiş və həmin mənzilə pasport qeydiyyatına alınmışdır. O, bir müddət sonra iddiaçı ilə aralarında yaranan mübahisələrin səngimədiyini və normallaşmadığını görüb, iddiaçının nikahın pozulmasına razı olmamasına baxmayaraq ailənin qorunub saxlanılmasının mümkünsüz olduğunu hesab etdiyi üçün onun müraciəti əsasında aralarında olan nikah məhkəmə qaydasında pozulmuş, atasının vermiş olduğu apellyasiya şikayəti əsasında isə iddiaçıya onun atasına məxsus mənzildən əsassız və qanunsuz olaraq istifadə hüququ verən məhkəmə qətnaməsi ləğv edilərək iddiaçı həmin mənzildən pasport qeydiyyatından çıxarılmışdır. Məhz bundan sonra iddiaçı ona qarşı qərəzli mövqe nümayiş etdirərək ondan pul tələbinə dair məhkəmədə əsassız iddialar qaldırmış, guya cavabdehin onun atası evindən oğurluq etməsi barədə hüquq mühafızə orqanına həqiqətə uyğun olmayan, yalan məzmunlu şikayət vermişdir. Təbii ki, iddiaçının verdiyi pul tələbinə dair iddiası məhkəmə tərəfindən təmin edilməmiş, cinayət təqibi qaydasında verdiyi yalan məzmunlu şikayəti əsasında toplanmış material üzrə isə cinayət işinin başlanması rədd edilmişdir. Buna baxmayaraq o, əmlak bölgüsü məsələsində barışdırıcı mövqe tutaraq iddiaçının dediyi şərtlərlə barışıq sazişini imzalamış, hətta məhkəmənin müəyyən etdiyi 1/2 hissədən artıq miqdarda payı iddiaçıya vermişdir. Beləliklə də, şərh olunanlara əsasən hesab edir ki, iddia tələbləri aliment məbləğinin artırılması hissəsində qismən təmin edilməklə, qalan, yəni etiraz edilən hissədə təmin edilməməlidir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, həmçinin bildirmişdir ki, uşağın məhz əməliyyatına 1400 manat ödəmişlər, qalan məbləğlər analiz və s. xərcləridir, uşağın mütəmadi müalicəyə ehtiyacı var. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdehu nümayəndəsi və vəkili Vəkil iddia tələbinə etirazı müdafiə edərək iddia tələbini qismən- alimentin artırılması hissəsində qəbul etdiklərini, çəkilən xərclərin zəruriliyinin əsaslandırılması barədə sübutların təqdim edilmədiyini, odur ki, iddia tələbinin əlavə xərclər və əməliyyata çəkilmiş xərclərlə bağlı hissədə iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(009)-179/2021 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında Səadət Sarayı (Bakı nikah evi) tərəfindən qeydə alınmış 19 sentyabr 2004-cu il tarixli, 2279 saylı nikahın bağlanması haqqında akt qeydinə əsasən bağlanılmış nikahın pozulması, xx.xx.2005-ci il təvəllüdlü X7, xx.xx.2007-ci il təvəllüdlü X8, xx.xx.2013-cü il təvəllüdlü X4 anaları - İddiaçı yanında qalması, Cavabdeh xx.xx.2021-ci il tarixdən başlayaraq, xx.xx.2005-ci il təvəllüdlü X7, xx.xx.2007-ci il təvəllüdlü X8 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 175 manat, cəmi 525 (beş yüz iyirmi beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. - Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(009)-819/2023 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-179/2021 saylı 18 yanvar 2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin artırılaraq Cavabdeh xx.xx.2005-ci il təvəllüdlü X7, xx.xx.2007-ci il təvəllüdlü X8, xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 220 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. - “Medistyle Hospital”ın X8 adına yazılmış epikrizdən və “Medistyle Hospital”ın arayışından görünür ki, xəstə X13, Medi Style hospitala xx.xx.2022-ci tarixində qəbul olunub. Daxil olarkən şikayətləri: Qarnın sağ aşağı kvadratında (sağ qalça çuxurunda) ağrı, ağrının bütün qarın boşluğuna irradiyasiyası şikayətləri ilə daxil olub. Klinik, laborator və instrumental müayinələrdən sonra xəstəyə “Kəskin appendisit. Yerli peritonit” diaqnozu qoyuldu. xx.xx.2022-ci il tarixində ümumi anesteziya altında ..Laparoskopik appendektomiya. Qarın boşluğunun sanasiya və drenə edilməsi” cərrahi əməliyyatları icra olundu. Əməliyyat və əməliyyat sonrakı dövr fəsadsız keçdi. xx.xx.2022-ci il tarixində kafi vəziyyətdə evə ambulator müalicəyə yazıldı. - xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, xəstə X10 görə “Medistyle Hospital”ın kassasına 1400 manat məbləğində ödəniş edilmişdir. - Kassa qəbzindən görünür ki, xəstə X8 uroloq müayinəsinə görə 50 manat məbləğində ödəniş edilmişdir. - Kassa qəbzindən görünür ki, xəstə X8 laborotoriya müayinəsinə görə 199.42 manat məbləğində ödəniş edilmişdir. -Medical Plazanın stasionar xəstənin tibbi kartasından çıxarışından görünür ki, X3 böyrəyinin ləyən sidik axarı seqmentinin daralması İİ dərəcə sol tərəfli hidronefroz diaqnozu qoyulmuşdur. -Bakı şəhəri Səbail rayon VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 918461 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2007-ci il təvəllüdlü X13 Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. -Bakı şəhəri Səbail rayon VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı, 192888 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2013-cü il təvəllüdlü X11 Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(009)-179/2021 saylı qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında 19 sentyabr 2004-cu il tarixli, 2279 saylı nikahın bağlanması haqqında akt qeydinə əsasən bağlanılmış nikah pozulmuş, xx.xx.2005-ci il təvəllüdlü X7, xx.xx.2007-ci il təvəllüdlü X8, xx.xx.2013-cü il təvəllüdlü X4 anaları - İddiaçı yanında qalması, Cavabdeh xx.xx.2021-ci il tarixdən başlayaraq, xx.xx.2005-ci il təvəllüdlü X7, xx.xx.2007-ci il təvəllüdlü X8 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 175 manat, cəmi 525 (beş yüz iyirmi beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(009)-819/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin artırılaraq Cavabdeh xx.xx.2005-ci il təvəllüdlü X7, xx.xx.2007-ci il təvəllüdlü X8, xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 220 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, xx.xx.2005-ci il təvəllüdlü X12 yetkinlik yaşına çatdığından ona ödənilən aliment dayandırılmışdır. Hazırda iddiaçı Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(009)- 819/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin artırılması, həmçinin X8 müayinə və müalicəsi üçün əlavə xərclərin ödənilməsi tələbi ilə məhkəmə müraciət etmişdir. Tətbiq edilən hüquq: Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, isə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından, (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. (AM-in 78.2.) Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. (AM 81.2) Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 05 dekabr 2023-cü il tarixli Qanununa əsasən 2024-ci il üçün yaşayış minimumu uşaqlar üçün 235 (iki yüz otuz beş) manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Alimentin miqdarını müəyyən edərkən məhkəmə alimentin tutulmasına dair qətnamənin çıxarılmasından müəyyən müddət keçməsini, hazırkı dövrədək müddət ərzində yaşayış səviyyəsinin müəyyən dərəcədə artmasını, uşaqların mənafeyini, onların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasının zəruriliyini, respublikada 2024-cü il üçün uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu məbləğini, eyni zamanda hər iki tərəfin ailə və maddi vəziyyətini və cavabdehin bu barədə mövqeyini nəzərə alaraq hesab edir ki, tərəflərin uşaqları xx.xx.2007-ci il təvəllüdlü X8 və xx.xx.2013-cü il təvəllüdlü X1 üçün cavabdehdən hər ay hər uşaq üçün sabit pul məbləğində 235 (iki yüz otuz beş) manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutulması məqsədəuyğundur. Məhkəmə, iddianın əlavə xərclərin tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı xx.xx.2007-ci il təvəllüdlü X2 problemlər olduğu üçün “Medistyle” Hospitalda əməliyyat olunmasına və səhhətində mövcud olan problemlərlə bağlı daimi olaraq müalicə və müayinələrə ehtiyac olmasına istinad edərək cavabdehdən müalicə xərcləri üçün əlavə olaraq hər ay sabit pul məbləğində 250 manat, həmçinin onun əməliyyatına və müayinəsinə çəkilmiş ümumilikdə 1.649,42 manat xərcin cavabdehdən tutulmasını xahiş etmişdir. Cavabdeh tərəf isə iddiaya əlavə xərclərin tutulması hissəsində etiraz edərək iddiaçının yetkinlik yaşına çatmayan övladının müalicəsi üçün icbari tibbi sığortadan faydalanmaq hüququndan istifadə etməyərək özəl tibb müəssisəsi hesab olunan “Medistyle Hospital”da öz şəxsi vəsaiti hesabına tibbi yardım almasının zəruriliyini təsdiq edən sübutu məhkəməyə təqdim edə bilmədiyini, valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakını tənzimləyən normanın məqsəd və dispozisiya şərtlərinə uyğun olmamasını, bu səbəbdən cavabdehin həmin xərcdə iştirak etmək öhdəliyinin istisna edilməsini, eyni zamanda iddiaçının yetkinlik yaşına çatmamış X8 müayinə və müalicəsi üçün həqiqətən də gələcəkdə xərcə ehtiyacın yaranacağını, eləcə də həmin ehtiyacın təmin edilməsi üçün göstərilən məbləğdə xərcin zəruriliyini sübut edə bilməməsini, ümumiyyətlə bununla bağlı iddia ərizəsində hər hansı əsaslandırma aparmamasını bildirərək həmin hissədə təmin edilməməsini xahiş etmişdir. İş materialları ilə müəyyən edilir ki, tərəflərin uşağı X10 “Kəskin appendisit. Yerli peritonit” diaqnozu qoyulmuş, xx.xx.2022-ci il tarixində əməliyyat olunmuş, bununla bağlı iddiaçı tərəfindən 1400 manat ödəniş edilmiş, həmçinin 2023-cü ilin mart ayında müayinədən keçmiş və bununla bağlı da 50 manat və 199,42 manat, cəmi 1649.42 manat ödənişlər edilmişdir. Məhkəmə, cavabdeh tərəfin iddiaçının yetkinlik yaşına çatmayan övladının müalicəsi üçün icbari tibbi sığortadan faydalanmaq hüququnun olduğu halda bu hüququndan istifadə etməməsi ilə əlaqədar dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, iddiaçı övladının sağlamlıq vəziyyəti ilə əlaqədar “Medistyle Hospital”a müraciət etmiş və zəruri müayinələrdən keçmiş və cavabdehin də öz etirazında göstərdiyi kimi iddiaçının şəxsi vəsaiti hesabına zəruri hesab edilən əməliyyat faktiki icra edilmişdir. Məhkəmə qeyd edir ki, xx.xx.2007-ci il təvəllüdlü X8 qeyd edilən əməliyyatına və daha sonrakı müayinələrinə ümumilikdə 1649.42 manat məbləğində iddiaçı tərəfindən vəsait sərf edilməsi işin mübahisəsiz halıdır. Odur ki, bununla əlaqədar yaranan xərclərə uşağın atası Cavabdeh da cəlb edilməlidir. Məhkəmə, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələrinin olduğunu, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsinin hər iki valideyninin də əsas vəzifələri olduğunu nəzərə alaraq, çəkilmiş ümumilikdə 1649,42 manatın deyil, həmin məbləğin ½ hissəsinin, yəni 824,71 manatın cavabdehdən iddiaçının xeyrinə tutulmasını məqsədə müvafiq hesab edir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı xx.xx.2007-ci il təvəllüdlü X2 mövcud olan problemlərlə bağlı daimi olaraq müalicə və müayinələrə daimi ehtiyac olması səbəbindən cavabdehdən müalicə xərcləri üçün hər ay sabit pul məbləğində 250 manatın tutulmasını xahiş etsə də, bu hissədə hər hansı bir mötəbər və tutarlı sübutları məhkəməyə təqdim etməmiş, hansı əlavə xərclərə cavabdehin cəlb edilməli olmasını və ondan hər ay sabit pul məbləğində pul tutulmasının zəruriliyini əsaslandıra və sübuta yetirə bilməmişdir. Odur ki, məhkəmə bu hissədə iddianın təmin edilməsini mümkün hesab etmir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(009)-819/2023 saylı qətnaməsi əsasında Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X8 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 220 manat sabit pul məbləğində tutulan alimentin həcmi artırılaraq hər uşaq üçün 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində müəyyən edilməli, xx.xx.2007-ci il təvəllüdlü X8 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh hər ay, hər uşaq üçün sabit pul məbləğində 235 (iki yüz otuz beş) manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat pul vəsaiti bu qətnamə qanuni qüvvəyə mindiyi gündən tutularaq (uşaqlar yetkinlik yaşına çatanadək) İddiaçı ödənilməli, əlavə xərclərin əvəzi olaraq 824,71 (səkkiz yüz iyirmi dörd manat yetmiş bir qəpik) manat, eləcə də ödənilmiş dövlət rüsumunun 84.60 (səksən dörd manat altmış qəpik) manat hissəsi və mediasiya xərcinin 25 (iyirmi beş) manat hissəsi Cavabdeh tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(009)-819/2023 saylı qətnaməsi əsasında Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X8 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində tutulan alimentin həcmi artırılaraq hər uşaq üçün 235 (iki yüz otuz beş) manat müəyyən edilsin, xx.xx.2007-ci il təvəllüdlü X8 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün sabit pul məbləğində 235 (iki yüz otuz beş) manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat pul vəsaiti bu qətnamə qanuni qüvvəyə mindiyi gündən tutularaq (uşaqlar yetkinlik yaşına çatanadək) İddiaçı ödənilsin. Əlavə xərclərin əvəzi olaraq 824,71 (səkkiz yüz iyirmi dörd manat yetmiş bir qəpik) manat, ödənilmiş dövlət rüsumunun 84.60 (səksən dörd manat altmış qəpik) manat hissəsi və mediasiya xərcinin 25 (iyirmi beş) manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar