Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-468/2023 28.02.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı aliment tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, Cavabdeh ilə rəsmi nikah bağlamışlar. Rəsmi nikahdan xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X5 adlı uşaqları vardır. Cavabdehlə birgə yaşadıqları müddət ərzində münasibətləri normal olmamışdır, adi bir ailə kimi həyatı davam etməmişdir. Cavabdehlə onun arasında kəskin xasiyyət uyğunsuzluğu mövcuddur. Evdə yaranan söz-söhbətlər uşaqların psixologiyasına mənfi təsir edir. Hal-hazırda cavabdehlə faktiki olaraq ayrı yaşayırlar. Hal-hazırda o, ünvan 1 ünvanında yerləşən mənzildə faktiki olaraq övladları ilə birlikdə yaşayır. Birgə yaşadıqları dövrdə də, hal-hazırda faktiki olaraq ayrı yaşadıqları dövrdə də cavabdeh ona və övladlarına qarşı laqeyd yanaşmış ailənin maddi mənəvi tələbatını ödəməmişdir. Həmçinin, keçən ilin sentyabr ayın ortalarından evdən çıxaraq onları tərk edib. Onunla və övladları ilə maraqlanmamış, nə maddi, nə də mənəvi dəstək göstərməmişdir. Dəfələrlə münasibətləri normallaşdırmağa çalışmışdır, lakin heç bir müsbət nəticə əldə edə bilməmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh övladları xx.xx.2007-ci il təvəllüdlü X4, xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə qazancının üçdə bir hissəsi miqdarında alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddianı tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, cavabdeh 6 ay bundan əvvəl çıxıb getmiş və həmin müddətdən sonra uşaqlarla maraqlanmır və onlara hər hansı bir maddi yardım göstərmir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh iddianı qəbul edərək göstərmişdir ki, o, rəsmi işləyir, 2257 manat əmək haqqı alır, aliment ödəməyə razıdır. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə təqdim edilmiş sübutları məcmu halında tam, hərtərəfli, obyektiv araşdıraraq və hüquqi qiymət verib hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə Bakı şəhəri Səbail rayon VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X3 arasında xx.xx.2006-cı il tarixdə nikah bağlanılmış və bu barədə akt qeydləri kitabında 399 №-li akt qeydi icra edilmişdir. Nikahdan sonra ərə Əmrahov, arvada Əmrahova soyadı verilmişdir. İş üzrə doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahdan xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X5 adlı uşaqları var. İş üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maliyyə-plan şöbəsi tərəfindən verimliş xx.xx.2023-cü il tarixli arayışına əsasən DİN-nin əməkdaşı Cavabdeh aylıq pul təminatı 2257 manat təşkil edir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2006-cı il tarixdə nikah bağlanılmış və onların birgə nikahından xx.xx.2007-ci il təvəllüdlü Sabir və xx.xx.2009-cu il təvəllüdlü Kamal adlı uşaqları var. Tərəflər arasında ailə münasibətləri pozulsa da, nikahları ləğv edilməmiş və onlar ayrı-ayrı ünvanlarda yaşayırlar. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, cavabdeh uşaqların saxlanılması üçün iddiaçıya hər hansı maddi yardım göstəmir və bu səbəbdən iddiaçı uşaqları saxlamaq üçün hazırki tələblə məhkəməyə müraciət etmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, 2022-ci ilin sentyabr ayın ortalarından evdən çıxaraq onları tərk etmiş, iddiaçı və uşaqları ilə maraqlanmır, uşaqların saxlanılması üçün nə maddi, nə də mənəvi dəstək göstərmir. Bu səbəbdən iddiaçı məhkəmədən uşaqların saxlanılması üçün cavabdehdən hər ay 1/3 hissəsi miqdarında alimentin tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən iki uşağa görə aylıq qazancının 1/3 hissəsi miqdarında aliment tutulur. AR MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə qeyd edir ki, cavabdeh işləyib müntəzəm qazanca malik olduğundan, ondan uşaqların saxlanılması üçün tutulmalı olan alimentin miqdarı aylıq qazancının 1/3 hissəsi miqdarında müəyyən edilməlidir. AR Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə həmçinin hesab edir ki, aliment tutulması iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan - xx.xx.2023-cü il tarixdən başlanılmalıdır. AR MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə habelə hesab edir ki, qətnamə dərhal icra edilməlidir. AR MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. Məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə aliment tutulması müəyyən edildiyindən, cavabdehdən bir il ərzində tutulacaq alimentin ümumi məcmusu – 9028 manat nəzərə alınaraq, dövlət rüsumunun əvəzi kimi 110,28 manat məbləğində dövlət nəfinə pul tutulmalıdır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 234 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq, xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay aylıq qazancının 1/3 hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə dərhal icra edilsin. Cavabdeh dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 110,28 (yüz on manat, iyirmi səkkiz qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-468/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-468/2023
28.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver