Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-495/2022 18.02.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X6 Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi İlkin iddia üzrə İddiaçı və ilkin iddia üzrə cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İlkin iddia üzrə İddiaçı - Cavabdeh qarşı “aliment tələbi” barədə ilkin iddiası, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “nikahın pozulması” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Bakı şəhərində 18 fevral 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 09.10.2018-ci il təvəllüdlü X1 üçün cavabdehdən hər ay 500 manat alimentin tutularaq ona ödənilməsi və alimentin tutulmasının 2021-ci ilin sentyabr ayından hesablanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər 22 yanvar 2018-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan 09.10.2018-ci il təvəllüdlü X5 anadan olmuşdur. Cavabdehlə iddiaçı faktiki ayrılmışlar və uşaq iddiaçının himayəsindədir. Cavabdeh uşağın saxlanılması üçün maddi ayrdım göstərmir və bununla da valideynlik borclarını yerinə yetirməkdən yayınır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş olunur. Eyni zamanda Cavabdeh “nikahın pozulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə bağlanmış 22.01.2018-ci il tarixli nikahın pozulması və alimentin ölkə üzrə minimum yaşayış həddi miqdarında tutulmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə 3 ildən çox müddətə ailə kimi bir yerdə yaşamışlar. Lakin hazırda cavabdeh ilə artıq ailə münasibətlərinin bərpası mümkün deyildir və onlar faktiki olaraq ayrılmışdırlar. Məhkəmə iclasında iştirak etmiş ilkin iddia üzrə iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddianı müdafiə edərək, ilkin iddia tələbinin təmin edilməsini xahiş etmişdir. O, eyni zamanda ərizə təqdim edərək, nikahın pozulmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak etmiş ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, qarşılıqlı iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hər iki iddia qismən təmin olunmalıdır. İş materiallarında olan: Az-İİ № 249465 nikah haqqında şəhadətnamədən görünür ki, X4 ilə Cavabdeh 22 yanvar 2018-ci il tarixdə nikaha daxil olmuşlar. AZ-İV № 191860 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin 09.10.2018-ci il təvəllüdlü X5 adlı uşaqları anadan olmuşdur. 31.01.2022-ci il tarixli Arayışda qeyd edilmişdir ki, Cavabdeh həqiqətən N nömrəli hərbi hissədə xidmət edir və onun aylıq pul təminatı 907,42 manat təşkil edir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan ümumi uşağı olan tərəflər nikahlarının pozulmasına razı olduqlarından, onların nikahları pozulma səbəbləri araşdırılmadan pozulmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda (ər-arvadın razılığı olduqda) nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.1 və 22.2-ci maddəsinə əsasən, nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldıqlarını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitini ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ərarvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. Ərarvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin maraqlarını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Həmin Məcəllənin 60.4-cü maddəsinə əsasən, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Məhkəmə hesab edir ki, tərəflərin nikahı məhkəmə qaydasında pozulduğu halda, onların yetkinlik yaşına çatmayan uşaqlarının anasının himayəsində qalması və cavabdehdən hər ay qazancının 1/4 hissəsi məbləğində alimentin tutulması uşağın mənafeyi baxımından daha məqsədəuyğun olardı. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında 22 yanvar 2018-ci il tarixdə bağlanmış və 155 №-li akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulsun 09.10.2018-ci il təvəllüdlü X3 İddiaçı yanında qalması müəyyən edilsin və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 21.01.2022-ci il tarixdən başlayaraq Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi məbləğində aliment tutulub İddiaçı ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi və ya təqdim edildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №2(009)-495/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-495/2022
18.02.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver