Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-499/2021 18.03.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Məmmədli Kənan Fuad oğlunun katibliyi ilə, İddiaçı cavabdeh “xxxx” Sığorta Şirkəti ASC-yə qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” Sığorta Şirkəti ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” Sığorta Şirkəti ASC-yə qarşı sığorta pulu tələbinə dair iddia ərizəsinin təmin edilməsini və ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh “xxxx” Sığorta Şirkəti ASC xx.xx.2021-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəyə baxıb, mülki iş materiallarını tədqiq edib, hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(81)- 800/18 saylı qətnaməsi ilə “xxxx” Sığorta Şirkəti ASC-nin könüllü olaraq ləğv edilməsi qanuni hesab olunmuşdur. Məhkəmə qeydi edir ki, «xxxx» Sığorta Şirkəti ASC-nin ləğv edilməsi ilə bağlı iflas prosedurana başlanıldığından, həmin hüquqi şəxsə qarşı irəli sürülmüş iddia tələbinə ümumi məhkəmədə baxıla bilməz. “Müflisləşmə və iflas haqqında" Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinin 2- ci hissəsinə əsasən borcludan müflis elan olunması məqamından etibarən bütün məhkəmə araşdırılmalarına və borcludan alınmalı məbləğlərin tutulması üçün digər hərəkətlərə son qoyulur və borcluya qarşı tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas prosesi çərçivəsində irəli sürülə bilər. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası MPM-nin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin 'Banklar haqqında" Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstiutsiya Məhkəməsi Plenumunun xx xxxx 2017-ci il tarixli qərarında göstərilmişdir ki, 'Banklar haqqında" Azərbaycan Respublikası Qanununun 72.1.2-ci maddəsinin “dayandırma" ifadəsi bankın müflis elan olunmasına dair məhkəmənin qanuni qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı mülki işin məhkəmə icraatında olan işlərin Azərbaycan Respublikası MPM-nin 254-cü maddəsində nəzərdə tutulmuş qaydada icraatın dayandırılması deyil, bu Məcəllənin 261.0.1-ci maddəsinə əsasən icraatına xitam verilməsini nəzərdə tutur. Həmin qərarında Kontistusiya Məhkəməsi Plenumu həmçinin göstərmişdir ki, "Banklar haqqında" Qanunun 76-82 və 87-ci maddələrinin müddəalarında bankın kreditorlarının tələblərinin qeydə alınması, tələblərə etiraz edilməsi, qeydə alınmış və etiraz edilmiş tələblərin məhkəmə tərəfindən təsdiq edilməsi, qeydə alınmış tələblərin ödənilməsinin xüsusi prosedura və s. müəyyən edildiyindən, bu cür kreditor tələbləri ilə bağlı məhkəmələrdə olan işlər üzrə icraat Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə uyğun olaraq xitam verilməli, tərəflərə pozulmuş hüquqlarının müdafiə etməsi üçün iflas prosedurana nəzarət edən məhkəməyə müraciət edilməsi izah olunmalıdır. Məhkəmə qeyd edir ki, “xxxx” SŞ ASC ləğv prosesində olduğundan, ona qarşı irəli sürülən tələblər yalnız iflas prosesi çərçivəsində irəli sürülə bilər. Belə olan halda məhkəmə hesab edir ki, hazırki işin icraatına iddia tələbinə ümumi məhkəmədə baxılmalı olmadığından xitam verilməli və iddiaçıya hazırki tələblə iflas prosedurana nəzarət edən məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, iş üzrə icraata xitam verilir. Məhkəmə hesab edir ki, mülki-prosessual qanunvericilik mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydalarını tənzimlədiyindən həmin Məcəllənin 261.0.1-ci maddəsində «iş məhkəmədə baxılmalı deyildirsə» ifadəsi işə məhz mülki məhkəmə icraatı qaydasında ümumi məhkərhələr tərəfindən baxılmasının mümkünlüyünü nəzərdə tutur. Əgər ümumi məhkəməyə daxil olmuş ərizə həmin məhkəmədə baxılmalı deyilsə, həmin ərizə (iddia) Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinin təsiri dairəsinə düşür. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261.0.1, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh “xxxx” Sığorta Şirkəti ASC-yə qarşı pul tələbinə dair iddia ərizəsindən imtinası qəbul edilsin və iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 gün müddətinə Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-499/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-499/2021
18.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver