Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-502/2021 02.03.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Məmmədli Kənan Fuad oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə - İqtisad Kollecinin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecinə qarşı “birdəfəlik müavinətin ödənilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecindən həmin kolleci bitirdiyi tarixdə, yəni xx xxxx 2018-ci ildən kollecin xərclər smetası hesabına respublika üzrə orta aylıq əmək haqqının 2 misli miqdarında birdəfəlik pul vəsaitinin ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2000-ci ildə anadan olmuşdur. X2 xx xxxxxx 2007-ci ildə “kəskin miokard infarktı” xəstəliyindən vəfat etmişdir. Bunu Ağstafa rayon Paylı kənd İƏD-i tərəfindən xx xxxxxx 2007-ci ildə verilmiş AZ-İ 249001 saylı “Ölüm haqqında şəhadətnamə” təsdiq edir. X3 2-ci dərəcəli əlildir. O, 2015/2016-cı tədris ilində Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecinə ümumi orta təhsil bazasından, “040401-Mühasibat uçotu” ixtisası üzrə əyani şöbəsinə, dövlət hesabına, Azərbaycan bölməsinə qəbul olunmuşdur. 2017/2018-ci tədris ilində həmin ixtisas üzrə məzun olmuşdur. xx.xx.2017-ci il tarixdən xx xxxx 2018-ci il tarixinə kimi təqaüdün 2 misli miqdarında təqaüd almışdır. 2018-ci ildə kolleci bitirmişdir. Bununla bağlı təhsil aldığı Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə- İqtisad Kollecinə müraciət etmişdir. Lakin ona imtina edilmişdir. Səbəb kimi müavinatın alınması üçün zəruri olan sənədlərin vaxtında müəssisəyə təqdim edilməməsi göstərilmişdir. Bu isə əsassızdır atasının vəfatı ilə bağlı sənədi kollecə təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı izahat verərək bildirmişdir ki, qardaşı X4 bitirən zaman ona məlum olmuşdur ki, 2 misli məbləğində müavinət verilmişdir. Bundan sonra o oz təhsil aldığı müəssisəyə müraciət etmişdir. Lakin, ona imtina cavabı verilmişdir. İmtinanın əsası kimi bitirdiyim dövrdə müraciət etməməyi olmuşdur. Bu səbəbdən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahat verərək biildirmişdir ki, o dövrdə o həmin kollecdə işləməyib. Hal-hazırda isə ona müavinətin ödənilməsi mümkün deyil. Qanundan da göründüyü kimi bitirdiyi zaman təhsil müəssisəsinin xərclər smetası hesabına ödənilir. Artıq xərclər təsdiqlənib, ödənişlər bitmişdir. Bu səbəbdən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan AA 113388 saylı diplomun surətindən görünür ki, İddiaçı 2018-ci ili 05 iyul tarixində Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə- İqtisad Kollecinin mühasibat uçotu ixtisası üzrə subbakalavr dərəcəsi verilmişdir. İş materiallarında olan AZ-1249001 saylı ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X5 xx.xx.2007-ci il tarixdə ölmüşdür. İş materiallarında olan TSEK-in müayinə vərəqindən görünür ki, X8 ikinci dərəcəli əlildir. İş materiallarında olan Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan X1 Natiq Hamlet oğluna ünvanladığı xx.xx.2020-ci il tarixli, 04/123 saylı məktubundan görünür ki, imtinanın səbəbi kimi 2015/2016-cı tədris ilində Azərbaycan Dövlət İqtisad Universtetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecinə ümumi orta təhsil bazasından “040401 – Mühasibat uçotu” ixtisası üzrə əyani şöbə, dövlət hesablı, azərbaycan bölməsinə qəbul olmuşdur. 2017/2018-ci tədris ilində həmin ixtisas üzrə məzun olubdur. “Valideynlərini itirmiş və valideyn himayəsində məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının 1999-cu il 22 iyun tarixli 693- İQ nömrəli Qanunun 5-ci maddəsinə əsasən xx.xx.2017-ci il tarixindən xx xxxx 2018-ci il tarixinə kimi ona təqaüdün iki misli miqdarında təqaüd verilibdir. “Valideynlərini itirmiş və valideyn himayəsində məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının 1999-cu il 22 iyun tarixli 693- İQ nömrəli Qanunun 5-ci maddəsində, “ Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 7 noyabr tarixli 179 nömrəli qərarının 2-ci bəndində “ valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər orta ixtisas təhsil müəssisəsini bitirdikləri zaman təhsil müəssisəsinin xərclər smetası hesabına respublika üzrə orta aylıq əmək haqqının 2 mislindən az olmamaqla birdəfəlik pul vəsaiti ilə təmin olunması nəzərdə tutulubdur. İddiaçı kolleci bitirdiyi zamandan, yəni xx xxxx 2018-ci ildən artıq 2 il 4 ay vaxt keçmişdir. Qeyd edilən normativ sənədlərin məzmunundan tam aydın görünür ki, valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş uşaqların, habelə onların arasından olan şəxslərin respublika üzrə orta aylıq əmək haqqının 2 mislindən az olmayan birdəfəlik pul vəsaitini almaq hüqunu orta ixtisas təhsil müəssisəsini bitirdikləri zaman və həmin il üzrə təhsil müəssisəsinin xərclər smetası hesabına həyata keçirmək mümkün idi. İddiaçı Azərbaycan Dövlət İqtisad Universtetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecini bitirdiyi zaman, yəni xx xxxx 2018-ci ildə həmin pul vəsaitinin alınması üçün müraciət və tələb olunan zəruri sənədləri təqdim etməmişdir. Buna görə də, həmin tədris ili üzrə kollecin xərclər smetası hesabında sözü gedən məqsədlər üçün pul vəsaiti nəzərdə tutulmamışdır. “Valideynlərini itirmiş və valideyn himayəsində məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının 1999-cu il 22 iyun tarixli 693- İQ nömrəli Qanunun 5-ci maddəsinə əsasən bütün tipdən olan dövlət təhsil müəssisələrində, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində, habelə bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər həmin təhsil müəssisəsini və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsini bitirənədək tam dövlət təminatına götürülürlər. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər dövlət, bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar övladlığa götürüldükdə də bu hüququ saxlayırlar. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, habelə onların arasından olan şəxslərə tam dövlət təminatından əlavə, həmin təhsil müəssisəsində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində müəyyən edilmiş təqaüdün iki mislindən az olmayan miqdarda təqaüd verilir, habelə istehsalat təhsili və istehsalat təcrübəsi dövründə yüz faiz əmək haqqı verilir. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar arasından olan şəxslərə ali, orta ixtisas və peşə təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil aldıqları müddət ərzində dərslik və dərs ləvazimatları alınması üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada və miqdarda müavinət verilir. Ali, orta ixtisas və peşə təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alarkən tibbi göstərişlər üzrə akademik möhlət verilən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar arasından olan şəxslərə həmin müddət ərzində tam dövlət təminatı saxlanılır, təqaüdlər verilir. Həmin müəssisələr və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilat onların müalicəsinin təşkilinə kömək edirlər. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara şəhər və şəhərətrafı nəqliyyat vasitələrindən (taksidən başqa) istifadə üçün müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə müavinət verilir. Valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ümumi təhsil, peşə və orta ixtisas təhsili, ali təhsil müəssisələrini və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsini bitirdikləri zaman müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi qaydada mövsümi paltar və ayaqqabı, habelə respublika üzrə orta əmək haqqının iki mislindən az olmamaqla birdəfəlik pul vəsaiti ilə təmin olunurlar. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların bir təhsil müəssisəsindən digərinə keçirilməsinə, ümumi əsas təhsil alana qədər təhsilin formasının dəyişdirilməsinə, habelə onların istənilən təhsil müəssisəsindən kənar edilməsinə yalnız qəyyumluq və himayə orqanlarının razılığı əsasında yol verilir. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 7 noyabr tarixli 179 nömrəli qərarının 2-ci bəndinə əsasən 2. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsini yaxşılaşdırmaq məqsədilə: valideynlərini itirmiş və valideyn «himayəsindən məhrum olmuş uşaqlar arasından olan şəxslərə dövlət ali və orta ixtisas təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında (bundan sonra — AMEA) təhsil aldıqları müddət ərzində dərslik və dərs ləvazimatları alınması təhsil aldığı müəssisənin və ya AMEA-nın vəsaiti hesabına təmin edilsin və yaxud həmin dərslik və dərs ləvazimatları əvəzinə 36 manat müavinət verilsin; valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər dövlət, ümumi təhsil, orta ixtisas təhsili, ali təhsil müəssisələrini və AMEA-nı bitirdikləri zaman Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Bütün tipdən olan internat məktəblərdə, əqli və ya fiziki cəhətdən qüsurlu uşaqlar üçün internat məktəblərdə, uşaq evlərində, yetim və valideyn himayəsindən məhrum uşaqlar üçün internat məktəblərdə tərbiyə olunan uşaq və yeniyetmələrin geyim, ayaqqabı və yumşaq inventarlarla təmin olunması norması haqqında» 1994-cü il 17 yanvar tarixli 15 nömrəli qərarına uyğun olaraq, müvafiq təhsil müəssisəsinin və ya AMEAnın xərclər smetası hesabına 27,5 manat məbləğində mövsümü paltar və ayaqqabı, habelə respublika üzrə orta aylıq əmək haqqının 2 mislindən az olmamaqla birdəfəlik pul vəsaiti ilə təmin olunsunlar; valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar ilk dəfə işə düzələn zaman Azərbaycan Respublikası dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinin «Təhsil xərcləri» bölməsində Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ayrılmış vəsait hesabına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 17 yanvar tarixli 15 nömrəli qərarında nəzərdə tutulmuş normativlər üzrə paltar, ayaqqabı, yumşaq inventar və avadanlıqla, habelə respublika üzrə orta aylıq əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətlə təmin olunsunlar. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı 2018-ci il tarixdə məzun olan zaman ona ödənilməli olan müavinət ödənilmədiyi üçün cavabdeh Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kolleci tərəfindən respublika üzrə 2018-ci ilin orta aylıq əmək haqqının iki misli miqdarında birdəfəlik pul vəsaiti iddiaçıya ödənilməlidir. İşdə olan qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 10 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən dövlət rüsumunun 5 manatı cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə - İqtisad Kollecindən respublika üzrə 2018-ci ilin orta aylıq əmək haqqının iki misli miqdarında birdəfəlik pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 10 (on) manat dövlət rüsumunun 5 (beş) manatı cavabdeh Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə -İqtisad Kollecindən tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-502/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-502/2021
02.03.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver