Məhkəmə qərarları › İş №2(009)-513/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-513/2021

20.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-513/2021 20.10.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı – cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyindən onun xeyrinə 3.000.000 (üç milyon) manat məbləğində mənəvi zərərə görə kompensasiyanın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, təqsirləndirilən şəxslər X20, X11 və X1 rəis və vəzifəli şəxs kimi bir qrup şəxs halında, silah tətbiq etməklə, müntəzəm olaraq digər şəxsi marağa görə qulluq səlahiyyətlərini aşması və öz qulluq mövqeyindən sui-istifadə etməsi ağır nəticələrə səbəb olmuş, qabaqcadan əlbir olan bir qrup şəxs halında, köməksiz vəziyyətdə olan iki və daha çox şəxsə qarşı mütəmadi olaraq döyməklə və sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirab, habelə işgəncə verməklə əzab vermiş, icra ediləcəyi üçün real əsaslar olmaqla öldürməklə və sağlamlığa ağır zərər vurmaqla hədələmiş, ondan sair cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi onunla amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma və ona hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə həddinə çatdırmış, aşkar surətdə köməksiz vəziyyətdə olan zərərçəkmiş şəxsə qarşı xüsusi amansızlıqla və ağır iztirablar verməklə, həyat üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmuş, habelə təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında aşkar surətdə köməksiz vəziyyətdə olan iki və daha çox zərərçəkmiş şəxsə qarşı xüsusi amansızlıqla və ağır iztirablar verməklə insan həyatı üçün təhlükəli olan, sağlamlığın başqa cür pozulmasına və əmək qabliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsinə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmuş, eləcə də təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında aşkar surətdə köməksiz vəziyyətdə olan iki və daha çox zərərçəkmiş şəxsə qarşı xüsusi amansızlıqla və ağır iztirablar verməklə, insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurması ehtiyatsızlıqdan zərərçəkmiş şəxslərin ölümünə səbəb olmuşlar. Belə ki, işin hallarından biri ondan ibarətdir ki, əri X9 hərbiçi olmuş, uzun illərdir ki, dövlətə millətə sədaqətlə xidmət edirdi. 08 may 2017-ci il tarixdə saat 6-da evdən işə getmək üçün yola çıxmış və ona Gorana getdiyini, uşaqları - yəni əsgərləri təlimə aparacağını demiş, əri sürücü olmuş, evdən çıxanda axşama evdə olacağını demişdir. Axşam olanda onun evə gəlmədiyini görüb zəng eləmiş, lakin telefonu bağlı olmuşdur. Bir neçə dəfə təkrar zəng etsə də, telefonuna zəng çatmamışdır. Səhəri gün taksi çağırmışdır ki, İsmayılbəylidə yerləşən hərbi hissəyə getmiş və Səxavətin harda olmasından məlumatı olsun. Hərbi hissəyə yaxınlaşanda Səxavətin əmisi oğlunu yolun kənarında görüb ondan Səxavət haqqında soruşmuş, o, isə ağlamış və ona get uşaqlarını yığ başına otur evdə Səxavəti danışdırmağa apardıqlarını demişdir. O, orada özünü döyüb ağlamış və evə qayıtmışdır. Bir neçə gün gözü yolda qalmış may ayının 16-da kənd icra nümayəndəsi kənddə yaşayan qaynıgilə Səxavətin öldüyünü demişdir. O, da fikirləşmişdir ki, yoldaşının meyidini gətirəcəklər, gözləməyə başlamış, saat 18:00-a kimi gözləmiş və ərinin meyidini niyə gətirmədiklərini soruşmuş, yoldaşının əmisi oğlu isə Səxavəti ekskavatorla gətirib basdırdıqlarını demişdir. Həmin vaxtı yoldaşını müsəlman qaydasına uyğun dəfn etməmişlər, bir quyu qazıb içinə atıb üstünü traktorla dümdüz etmişlər. Onun yoldaşını qəbristanlıqdan da kənarda basdırıblar ki, vətən xainidir, onu kənd camaatı ilə birlikdə basdırmaq olmaz. Meyidin basdırıldığı yeri təxminən yadlarında saxlamağa çalışmışlar, lakin traktorla həmin ərazini elə düzlətmişlər ki, ərinin qəbrinin yerini tapa bilməmişlər, hətta ərinin meyidini onlara göstərməmişlər. O, müsəlman qayda-qanununa uyğun olaraq deyil, insanlığa yaraşmayan bir şəkildə basdırılmış, tabutunu qazdıqları çuxurun içinə atıb üstünü torpaqlamışlar. Əri Səxavətdən ona yadigar qalan iki qızı ilə birgə yaşamağa başlamışdır. O, ərinin vətən xaini adlandırılmasına heç cür inana bilmirdi, çünki Səxavət igid bir Azəbaycan əsgəri idi, çox qürurlu, vətəninə, millətinə və dövlətinə sadiq birisi idi. Bu səbəbdən də o, ərinin hansı səbəblə vəfat etməsini araşdırmaq üçün bu barədə araşdırma aparan şəxslərlə görüşüb ərinin nədən vətən xaini adlandırılmasını öyrənməyə çalışmışdır. İstintaqı aparan müstəntiq Şöhrət Qəhrəmanovla görüşəndə ona Səxavətin heç bir günahının olmadığını, Səxavətin vəziyyəti pis olanda müəyyən ediblər ki, Səxavəti səhvən gətirib döyüb onun boynuna vətən xaini düşmənlə əlbir olma cinayətini qoymaq istəmişlər. Bundan sonra Səxavəti döyüb öldürən şəxslərin barəsində cinayət işi başlanmış və basdırıldıqdan 11 ay keçəndən sonra Səxavətin meyidini eksqumasiya etmişlər. Sonradan onlar Səxavəti kənd qəbristanlığında atasının məzarının yanında dəfn etmişlər. Əgər onun ərini döyərək öldürməsəydilər o, indiki Vətən müharibəsində ön cəbhədə yaxından iştirak edərdi. Azərbaycan əsgəri şəhadəti, yəni şəhid olmağı sevir. Nə qədər ağır olsa da indiki durumunda əgər əri Vətən müharibəsində şəhid olsaydı, onun arxada qalan iki qız övladına da müəyyən imtiyazlar verilə bilərdi. Müdafiə Nazirliyinin mənfur əməkdaşlarının təqsiri ucbatından qızları və o, bu imtiyazlardan məhrum olmuşlar. Sevinir ki, həyat yoldaşı vətən xaini olmamışdır. Belə ki, Tərtər Hərbi Məhkəməsinin 31 yanvar 2019-cu il tarixli, 1(098)-7/2019 saylı hökmünə əsasən X20 Azərbaycan Respublikası CM-in 125-ci maddəsi ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-in 126.2.1, 126.2.3-cü maddələri ilə təqsirli bilinib 6 il müddətinə, CM-in 126.3-cü maddəsi ilə təqsirli bilinib 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-in 127.2.2-ci maddəsi ilə təqsirli bilinib 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-in 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6-cı maddələri ilə təqsirli bilinib 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-in 134-cü maddəsi ilə təqsirli bilinib 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-in 341.2.1, 341.2.2. 341.2.3-cü maddələri ilə təqsirli bilinib 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə X20 qəti olaraq 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bundan başqa X11 Azərbaycan Respublikası CM-in 125-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-in 126.2.1, 126.2.3-cü maddələri ilə təqsirli bilinib barəsində Azərbaycan Respublikası CM-in 62-ci maddəsi tətbiq edilməklə 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-in 126.3-cü maddəsi ilə təqsirli bilinib barəsində Azərbaycan Respublikası CM-in 62-ci maddəsi tətbiq edilməklə 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-in 127.2.2-ci maddəsi ilə təqsirli bilinib 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-in 133.2.1, 133.2.4, 133.2.6-cı maddələri ilə təqsirli bilinib 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-in 341.2.1, 341.2.3-cü maddələri ilə təqsirli bilinib 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə X11 qəti olaraq 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həmçinin, X10 Azərbaycan Respublikası CMin 125-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-in 126.2.1, 126.2.3-cü maddələri ilə təqsirli bilinib barəsində Azərbaycan Respublikası CM-in 62-ci maddəsi tətbiq edilməklə 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-in 126.3-cü maddəsi ilə təqsirli bilinib barəsində Azərbaycan Respublikası CM-in 62-ci maddəsi tətbiq edilməklə 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-in 127.2.2-ci maddəsi ilə təqsirli bilinib 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-in 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6-cı maddələri ilə təqsirli bilinib 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-in 341.2.1, 341.2.3-cü maddələri ilə təqsirli bilinib 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə X10 qəti olaraq 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Tərtər Hərbi Məhkəməsinin 31 yanvar 2019-cu il tarixli, 1(098)-7/2019 saylı hökmü qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Hökmdən görünür ki, təqsirləndirilən şəxslər X20 N nömrəli hərbi hissə komandirinin hüquq işləri üzrə köməkçisi, ədliyyə mayoru X11 N nömrəli hərbi hissənin hərbi qulluqçusu, baş gizir X10 isə N nömrəli hərbi hissənin hərbi qulluqçusu, kiçik gizir olmaqla Azərbaycan Respublikası Müdafiə Nazirliyinə məxsus hərbi hissələrin əməkdaşları olmuşlar. Hökmün 41-ci səhifəsinin 1-ci abzasında X15 ifadəsi aşağıdakı kimi göstərilmişdir. Bundan başqa, Fuad Ağayev 08 may 2017-ci il tarixdə günorta saatlarında dövlətə xəyanət elməkdə şübhəli bildiyi N nömrəli hərbi hissənin zenit-raket artilleriya batareyasının 1-ci tağımının 2-ci manqasında sürücü vəzifəsində, əsgər rütbəsində xidmət edən, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu X4 N nömrəli hərbi hissənin köhnə qərargah binasına gətizdirərək, onun fiziki və psixi zor tətbiq edilməklə və işgəncə verilməklə sorğu-sual edilməsinə dair göstəriş vermişdir. Fuad Ağayev, habelə onun qanunsuz göstərişinə əsasən N nömrəli hərbi hissənin hal-hazırda istintaqla şəxsiyyətləri müəyyən edilməmiş hərbi qulluqçuları qabaqcadan əlbir olan bir qrup şəxs halında, Səxavət Binnətovdan onun düşmən tərəfindən kimin vasitəsi ilə hansı şəraitdə, nə vaxtdan məxfi əməkdaşlığa cəlb edilməsi, düşmənlə əlaqələri, onun özünün hansı hərbi qulluqçuların düşmən tərəfindən məxfi əməkdaşlığa cəlb edilməsini təşkil etməsi, düşmənlə əməkdaşlıq edən digər hərbi qulluqçular barədə məlumatlar verməsini tələb edərək, təkrarən qəsdən xüsusi amansızlıqla, o cümlədən ağır iztirablar verməklə aşkar surətdə köməksiz vəziyyətdə olan Səxavət Binnətova qarşı zorakı hərəkətlər etmiş, yəni günün müxtəlif, o cümlədən gecə saatlarında, arada müəyyən fasilələr verməklə, davamlı şəkildə köhnə qərargah binasının ikinci mərtəbəsində olan otaqlarda, habelə dəhlizdə əynində olan paltarlarını soyundurub əllərini və ayaqlarını, eləcə də ətrafda baş verənləri görməməsi üçün əski parçasını gözünün üstünə salıb üstündən yapışqanlı lentlə bağladıqları Səxavət Binnətovun bədəninin müxtəlif nahiyyələrinə yumruq, sillə və təpiklə, habelə plastik boru və digər kül əşyalarla çoxsaylı zərbələr vurmuş, onu üzü üstə uzadıb, tərpənməməsi, müqavimət göstərə bilməməsi üçün qollarından və ayaqlarından tutub başını vannadakı suyun içinə salıb bir neçə saniyə saxlamış, nəfəs ala bilmədiyindən boğulmaq həddinə çatdıqda başını sudan çıxarıb nəfəs almasına imkan vermiş, sonra yenidən həmin prosesi eyni qaydada bir neçə dəfə davam etdirmiş, habelə onu arxası üstə uzadıb, tərpənməməsi, müqavimət göstərə bilməməsi üçün başından, qollarından və ayaqlarından tutub əski parçasını onun ağzının üstünə qoymuş, əskinin üstündən ağzına su tökmüş, su ağzına dolduğundan nəfəs almasına imkan vermiş, sonra yenidən həmin prosesi eyni qaydada bir neçə dəfə davam etdirmiş, boğularaq çabaladıqda tutub saxlamış, daha şiddətli təsir etməsi üçün onun üstünə su töküb, xüsusi qurğu vasitəsi ilə naqillərini bədəninin müxtəlif nahiyyələrinə birləşdirməklə, bədəninə bir neçə dəfə elektrik cərəyanı vermişlər. Səxavət Binnətov düşmənlə əməkdaşlıq etməsini təkzib etməkdə davam etdiyindən 08 may 2017-ci il tarixdə axşam saatlarında N nömrəli hərbi hissəyə aparılanadək N nömrəli hərbi hissənin köhnə qərargah binasında, eləcə də N nömrəli hərbi hissəyə aparıldıqdan sonra orada da 09 və 10 may 2017-ci il tarixlərdə, günün müxtəlif, o cümlədən gecə saatlarında, arada müəyyən fasilələr verməklə, davamlı şəkildə, köhnə yataqxana binasının otaqlarında düşmənlə əməkdaşlıq etməsini etiraf etdirmək məqsədi ilə Səxavət Binnətova qarşı müxtəlif üsul və metodlarla fiziki zor tətbiq edərək və işgəncə vermiş, ehtiyacı olduğu halda zəruri tibbi yardım göstərilməsini və ixtisaslaşdırılmış tibb müəssisəsinə yerləşdirilməsini təmin etmədən işgəncə verməyə davam edərək Səxavət Binnətova "burun belində əzilmiş yara, sağ qoltuqaltı çuxurun ön səthində, hər iki bud və baldırın, arxa səthində dərialtı hemotomalar, hər iki bud və baldırın ön səthində müxtəlif istiqamətli çoxsaylı sıyrılmış yaralar, qaraciyər və dalaqda cırılma, kapsulaltı hemotoma, qarın boşluğuna 1.0 litr qanın yığılması" xəsarətlərini yetirərək, qəsdən onun sağlamlığına insan həyatı üçün təhlükəli olan ağır zərər vurmuşlar. X14 11 may 2017-ci il tarixdə, saat 11 radələrində N nömrəli hərbi hospitala aparılmış, saat 13 radələrində isə Silahlı Qüvvələrin Baş Klinik Hospitalına təxliyə edilib, orada müalicə tədbirlərinin görülməsinə baxmayaraq 15.05.2017-ci il tarixdə bədənin küt travması nəticəsində dalaq və qaraciyərin cırılmasından baş vermiş daxili qanitirmə səbəbindən hospitalda ölmüşdür. Hökmün 404-cü səhifəsinin 6-cı abazsında göstərilmişdir ki: - komisyon məhkəmə-tibb ekspertizasının 21 may 2017-ci il tarixli, 1122/2018 nömrəli rəyindən görünür ki, mərhum X2 meyitinin müayinəsi zamanı burun belində əzilmiş yara, sağ qoltuqaltı çuxurun ön səthində, hər iki bud və baldırın arxa səthində dərialtı hemotomalar, hər iki bud və baldırın ön səthində müxtəlif istiqamətli çoxsaylı sıyrılmış yaralar, sağ bud və baldırda aparılmış cərrahi kəsiklər, qaraciyər və dalaqda cırılma, kapsulaltı hemotoma, qarın boşluğuna 1,0 litr qanın yığılması müəyyən edilmişdir. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) bilavasitə çoxsaylı zərbələrinin təsirindən törənmiş, yetirilmə müddəti qərarda göstərilən tarixə, yəni 08-10 may 2017-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilir. Təqdim edilən tibbi kartada həmin xəsarətlərin təsviri tam aparılmadığından (səthi, rəngi, forması və sair) onların hər birinin yetirilmə müddəti haqda dəqiq fikir söyləmək mümkün olmadı. Mərhum S.İ.Binnətovun ölümünə səbəb bədənin küt travması nəticəsində dalaq və qaraciyərin cırılmasından baş vermiş daxili qanitirmə olmuşdur. Yetirilən xəsarətlərlə ölüm arasında birbaşa səbəbli əlaqə vardır. Mərhum S.İ.Binnətovun ölümünün dərhal deyil, müəyyən müddət keçdikdən sonra baş verməsini dalaq və qaraciyərdə aşkar edilən cırığın səthi olması ilə izah etmək olar. Belə ki, həmin cırıqlar səthi və kiçik olduğundan massiv, güclü qanaxmaya səbəb olmamışdır. Qanaxma tədricən olduğundan xəstənin vəziyyəti tədricən ağırlaşmış, orqanizmin konpensator funksiyaları bunu bərpa etmək üçün çalışsa da bu balans pozulmuş, geri dönməz proseslər inkişaf etmiş və nəticədə arzuolunmaz hal baş vermişdir. Xəsarətlər yetirildikdən müəyyən müddət sonra S.İ.Binnətov müəyyən məqsədyönlü hərəkətlər etmək iqtidarında ola bilərdi. Xəsarətlər yetirildikdən dərhal sonra S.İ.Binnətovun ixtisaslaşmış tibb müəssisəsinə yerləşdirilməsi onun sağ qalma şansını artıra bilərdi. Təqdim edilən sənədlərə əsasən S.İ.Binnətov 11 may 2017-ci il tarixdə N nömrəli hərbi hospitala göndərilmiş və qısa müddətdən sonra Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına düzgün olaraq təxliyyə olunmuş olsa da, ona göstərilən tibbi yardım haqqında hər hansı məlumat qeyd edilməmişdir. Baş Klinik hospitala göndərilməsinin əsas səbəbi isə xəstənin vəziyyətinin kritik ağır olması olmuşdur. SQ BKH-da S.İ.Bİnnətova diqanoz düzgün qoyulmuş, onun müayinə və müalicəsi tibb müəssisəsinin təminatına uyğun aparılmışdır. Mərhum S.İ.Binnətov SQ BKH-da olduğu müddətdə sağlamlıq durumunda müsbət dinamika müşahidə olunmamışdır. Bu müalicənin yetərincə aparılmamasından deyil, almış olduğu travmanın ağırlığı ilə əlaqəli olmuşdur. Yenə də həmin hökmün 426-cı səhifəsinin 11-ci abzasında göstərilmişdir ki, N nömrəli hərbi hissənin N iyul 2017-ci il tarixli, 5719 saylı məktubundan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər X9 11 may 2017-ci il tarixdə "Bədənin küt travması, müxtəli nahiyyələrin sıyrılmış yaraları, dərialtı qançırlar, kəskin böyrək çatışmazılığı" diaqnozu ilə hospitala daxil olmuş, ambulator tibbi yardım göstərildikdən sonra SQ BKH-na təxliyyə edilmişdir. Hal-hazıra kimi həyat yoldaşının öldürülməsi ilə bağlı vurulmuş mənəvi zərərə görə heç kimsə hər hansı bir səlahiyyətli orqan və ya şəxs tərəfindən bizə heç bir müraciət belə edilməmişdir. Cavabdeh orqanın məsul vəzifədə çalışan əməkdaşlarının qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətləri və baş verən hadisə nəticəsində ona və ailəsinə maddi və mənəvi ziyan dəymiş, ona vurulmuş mənəvi ziyan ödənilməmişdir. Baş vermiş cinayət hadisəsi nəticəsində həyat yoldaşının öldürülməsi ilə bağlı onun və digər ailə üzvlərinin mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və bu hadisə nəticəsində və ondan sonrakı proseslər zamanı yaşanan streslər, iztirablar, əzab və əziyyətlər ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə hüququ vardır. Bu baxımdan mərhum həyat yoldaşının ölümü, 2 uşağına təkbaşına baxmağı keçirdiyi stres, narahatlıq, məyusluq, mənəvi sarsıntı və s. kimi halları nəzərə alaraq ona dəymiş 3.000.000 (üç milyon) manat məbləğində mənəvi zərər ona ödənilməlidir. Sonradan iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək Azərbyacan Respublikası Maliyyə Nazirliyi cavabdeh qismində işə cəlb olunmaqla cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Azərbyacan Respublikası Maliyyə Nazirliyindən müştərək qaydada İddiaçı xeyrinə mənəvi zərərə görə 3.000.000 (üç milyon) manat məbləğində pul tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X12 iddia tələbinə etiraz edərək göstərmişdir ki, iddiaçı iddia ərizəsində bildirmişdir ki, təqsirləndirlən şəxslər X20, X11 və X1 və vəzifəli şəxs kimi bir qrup şəxs halında, silah tətbiq etməklə, müntəzəm olaraq digər şəxsi marağa görə qulluq səlahiyyətlərini aşması və öz qulluq mövqeyindən sui-istifadə etməsi ağır nəticələrə səbəb olduğunu, qabağcadan əlbir olan bir qrup şəxs halında, köməksiz vəziyyətdə olan iki və daha çox şəxsə qarşı mütəmadi olaraq döyməklə və sair zorakı hərəkətlərlə güclü fiziki ağır və pisixi iztirab, habelə işgəncə verməklə əzab verilmiş, icra ediləcəyi üçün real əsaslar olmaqla öldürməklə və sağlamlığa ağır zərər vurmaqla hədələnmiş, ondan sair cəhətdən asılı olduğunu, zərərçəkmiş şəxsi onunla amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma və ona hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə həddinə çatdırılmış, aşkar surətdə köməksiz vəziyətdə olan zərərçəkmiş şəxsə qarşı xüsusi amansızlıq və ağır iztirab verməklə həyat üçün təhlükəli olmayan lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurulması ehtiyatsızlıqdan mərhum həyat yoldaşı X2 ölümünə səbəb olduğunu qeyd etmişdir. İddiaçının həyat yoldaşının ölümünə səbəb olmuş X20 və N nömrəli hərbi hissənin digər hərbi qulluqçuları qabağcadan əlbir olan bir qrup şəxs halında 08 may 2017-ci il tarixdə günorta saatlarında dövlətə xəyanət etməkdə şübhəli bildiyi, N nömrəli hərbi hissənin Zenit-raket artilleriya batareyasının 1-ci tağımının 2-ci manqasında sürücü vəzifəsində, əsgər rütbəsində xidmət edən, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu X4 N nömrəli hərbi hissənin köhnə qərargah binasına gətizdirərək, onun müxtəlif üsul və metodlarla fiziki zor tətbiq edərək və işgəncə verilmiş, ehtiyacı olduğu halda zəruri tibbi yardım göstərilməsini və ixtisaslaşdırılmış tibb müəssisəsinə yerləşdirilməsini təmin etmədən işgəncə verməyə davam edərək, qəsdən onun sağlamlığına insan həyatı üçün təhlükəli olan ağır zərər vurmuşlar. X14 11 may 2017-ci il tarixdə, N nömrəli hərbi hospitala aparılmış oradan isə Silahlı Qüvvələrin Baş Kilinik Hospitalına təxliyə edilib, müalicə tədbirlərinin görülməsinə baxmayaraq, 15 may 2017-ci il tarixdə bədənin küt travması nəticəsində dalaq və qaraciyərin cırılmasından baş vermiş daxili qanitirmə diaqnozu ilə vəfat etmişdir. Faktla əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Azərbaycan Respublkası Hərbi Prokurorluğu tərəfindən cinayət işinin istintaqı aparılmış və cinayət işi məhkəməyə göndərilmişdir. Tərtər Hərbi Məhkəməsinin 1(098)-7/2019 saylı, 31 yanvar 2019-cu il tarixli hökmü ilə X2 və digər hərbi qulluqçuların ölümündə təqsirli bilinən X20 10 (on) il, X11 6 (altı) il və X10 6 (altı) il müddətinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. İddiaçı Tərtər Hərbi Məhkəməsinin sədrinə ərizə ilə müraciət edərək zərər çəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı kimi təqsirləndirilən şəxslər X20, X11 və X5 qarşı şikayət və tələbinin olmadığını bildirmiş, məhkəmənin verəcəyi ədalətli qərara inandığını və təqsirləndirilən şəxslərin valideynləri hadisədən sonra onunla əlaqə saxlayaraq ona maddi yardım etdiklərini öz ərizəsində qeyd etmişdir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarının 8-ci bəndində Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Qeyd olunan faktla bağlı Azərbaycan Respublkası Hərbi Prokurorluğu tərəfindən cinayət işinin istintaqında və məhkəmə prosesində sübüta yetirilmişdir ki, cinayət hadisəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin təqsiri ucbatından deyil X20, X13 və X1 təqsiri ucbatından baş vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1117-ci maddəsinə əsasən, müqavilə öhdəliklərinin icrası zamanı, habelə hərbi qulluq, polisdə qulluq vəzifələrinin və digər müvafiq vəzifələrin icrası zamanı fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzi, əgər qanunda və ya müqavilədə daha yüksək məsuliyyət ölçüsü nəzərdə tutulmayıbsa, bu Məcəllənin bu fəslində nəzərdə tutulmuş qaydalar üzrə ödənilir. “Hərbi qulluqçuların dövlət icbari sığortası haqqında” Azərbaycan Respublikasinin Qanununun 4-cü maddəsinə əsasən hərbi qulluqçular 11.000 (on bir min) manat məbləğində sığorta edilir. Göstərilənləri nəzərə alaraq, İddiaçı – cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Digər cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.6-cı maddəsinə əsasən işə həmin cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının, onun nümayədəsinin (vəkilinin) və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib belə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 01.06.2014-cü il tarixdə 703 saylı Hərbi Hissə komandiri tərəfindən verilmiş AD seriyalı, ******* nömrəli şəxsi vəsiqənin surətindən görünür ki, X9 703 saylı Hərbi Hissədə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. İş materiallarında olan Tərtər rayon Dəmirçilər Kənd üzrə İƏD nümayəndəliyi tərəfindən verilmiş AZ-İİ seriyalı, 236687 nömrəli Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə İddiaçı arasında 09 yanvar 2004-cü il tarixdə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Haqverdiyeva soyadı verilmişdir. İş materiallarında olan Tərtər Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 853983 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 17.07.2017-ci il tarixdə qarın boşluğu orqanlarının travması səbəbindən ölmüşdür. İş materiallarına əlavə olunmuş Tərtər Hərbi Məhkəməsinin 1(098)-7/2019 saylı, 31.01.2019-cu il tarixli hökmünün (hökmdən çıxarışın) surətindən görünür ki, X15 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə təqsirli bilinməsi, 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 126.2.1, 126.2.3-cü maddələri ilə təqsirli bilinməsi, 6 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 126.3-cü maddəsi ilə təqsirli bilinməsi, 9 (doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 127.2.2-ci maddəsi ilə təqsirli bilinməsi, 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 133,2.1, 133.2.3, 133.2.4, 133.2.6-cı maddələri ilə təqsirli bilinməsi, 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 134-cü maddəsi ilə təqsirli bilinməsi, 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 341.2.1, 341.2.2, 341.2.3-cü maddələri ilə təqsirli bilinməsi, 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə onun qəti olaraq 10 (on) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Fuad Ağayevin cəza çəkməsinin əvvəlinin 19 iyun 2017-ci il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, onun barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, X6 CM-nin 125-ci maddəsi ilə təqsirli bilinməsi, 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 126.2.1, 126.2.3-cü maddələri ilə təqsirli bilinməsi, barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 126.3-cü maddəsi ilə təqsirli bilinməsi, barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 127.2.2-ci maddəsi ilə təqsirli bilinməsi, 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 133.2.1, 133.2.3, 133,2.4, 133.2.6-cı maddələri ilə təqsirli bilinməsi, 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 341.2.1, 341.2.3-cü maddələri ilə təqsirli bilinməsi, 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə onun qəti olaraq 6 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Qurban Cümşüdovun cəza çəkməsinin əvvəlinin 18 iyun 2017-ci il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, onun barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, X1 CM-nin 125-ci maddəsi ilə təqsirli bilinməsi, 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CMnin 126.2.1, 126.2.3-cü maddələri ilə təqsirli bilinməsi, barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 126.3-cü maddəsi ilə təqsirli bilinməsi, CM-nin 62-ci maddəsi tətbiq edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 127.2.2-ci maddəsi ilə təqsirli bilinməsi, 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6-cı maddələri ilə təqsirli bilinməsi, 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 341.2.1, 341.2.3-cü maddələri ilə təqsirli bilinməsi, 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Cavid Ağadadaşovun qəti olaraq 6 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, onun cəza çəkməsinin əvvəlinin 18 iyun 2017-ci il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, onun barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi qərara alınmış, mülki iddialar baxılmamış saxlanılmış, hökmlə həmçinin maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələsi həll edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin sorğusuna Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27.09.2021-ci il tarixli cavab məktubundan görünür ki, Tərtər Hərbi Məhkəməsinin 31 yanvar 2019-cu il tarixli 1(098)- 7/2019 saylı hökmündən məhkum Qurban Cümşüdovun müdafiəçiləri, Cavid Ağadadaşovun müdafiəçisi və zərərçəkmiş şəxslərin hüquqi varisləri və mülki iddiaçılar tərəfindən apellyasiya şikayətləri verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 aprel 2019-cu il tarixli, 1-1(104)-51/2019 saylı qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Tərtər Hərbi Məhkəməsinin 31 yanvar 2019-cu il tarixli 1(098)- 7/2019 saylı hökmü dəyişdirilmiş, X7 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 126.3-cü maddəsinə Azərbaycan Respublikası CM-in 62-ci maddəsinin tətbiqi nəzərə alınmaqla təyin edilmiş 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası 4 (dörd) il 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasına endirilmiş, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən Tərtər Hərbi Məhkəməsinin 31 yanvar 2019-cu il tarixli, 1(098)-7/2019 saylı hökmü və hazırki qərarla təyin olunmuş cəzalar qismən toplamaq yolu ilə X7 qəti olaraq 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, X5 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 126.3-cü maddəsinə Azərbaycan Respublikası CM-in 62-ci maddəsinin tətbiqi nəzərə alınmaqla təyin edilmiş 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası 4 (dörd) il 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasına endirilmiş, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən Tərtər Hərbi Məhkəməsinin 31 yanvar 2019-cu il tarixli 1(098)-7/2019 saylı hökmü və hazırki qərarla təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə X5 qəti olaraq 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 aprel 2019-cu il tarixli, 1-1(104)-51/2019 saylı qərarından məhkumların müdafiəçiləri, zərərçəkmiş şəxslərin hüquqi varisləri və onların nümayəndələri tərəfindən kassasiya şikayətləri, dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 16 mart 2021-ci il tarixli, 1-1(102)-3/2021 saylı qərarı ilə kassasiya protesti tam təmin edilmiş, zərərçəkmiş şəxslərin hüquqi varisilərinin kassasiya şikayətləri qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 aprel 2019-cu il tarixli, 1- 1(104)-51/2019 saylı qərarı X5 və X7 cəza təyin olunmasına aid hissələrdə ləğv edilmiş, cinayət işi həmin hissələrdə yeni apellyasiya baxışına təyin edilmiş, məhkumların kassasiya şikayətlərinin geri qaytarılması barədə ərizələri təmin edilmiş və onların müdafiəçilərinin verdiyi kassasiya şikayətləri geri qaytarılmışdır. İddiaçı iddia ərizəsində bir sıra dəlillərə istinad edərək cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyindən və Azərbyacan Respublikası Maliyyə Nazirliyindən müştərək qaydada mənəvi zərərə görə onun xeyrinə 3.000.000 (üç milyon) manat məbləğində pul tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (MM-nin 21.2ci maddəsi). Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1100-cü madddəsinə əsasən, dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbi məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Məhkəmə qeyd edir ki, iş materialları ilə müəyyən olunur ki, Tərtər Hərbi Məhkəməsinin 31 yanvar 2019-cu il tarixli 1(098)-7/2019 saylı hökmü X16 aid hissədə qüvvədədir. Tərtər Hərbi Məhkəməsinin 31 yanvar 2019-cu il tarixli 1(098)-7/2019 saylı hökmü ilə müəyyən edilmişdir ki, X20 N nömrəli hərbi hissə komandirinin hüquq işləri üzrə köməkçisi vəzifəsində, ədliyyə mayoru rütbəsində hərbi xidmətdə olarkən rəis və vəzifəli şəxs kimi bir qrup şəxs halında, silah tətbiq etməklə, müntəzəm olaraq digər şəxsi marağa görə qulluq səlahiyyətini aşması və öz qulluq mövqeyindən sui-istifadə etməsi ağır nəticələrə səbəb olmuş, qabaqcadan əlbir olan bir qrup şəxs halında, köməksiz vəziyyətdə olan iki və daha çox şəxsə qarşı mütəmadi olaraq döyməklə və sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirab, habelə işgəncə verməklə əzab vermiş, icra ediləcəyi üçün real əsaslar olmaqla öldürməklə və sağlamlığa ağır zərər vurmaqla hədələmiş, ondan sair cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi onunla amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma və ona hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə həddinə çatdırmış, aşkar surətdə köməksiz vəziyyətdə olan zərərçəkmiş şəxsə qarşı xüsusi amansızlıqla və ağır iztirablar verməklə, həyat üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmuş, habelə təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında aşkar surətdə köməksiz vəziyyətdə olan iki və daha çox zərərçəkmiş şəxsə qarşı xüsusi amansızlıqla və ağır iztirablar verməklə, insan həyatı üçün təhlükəli olan, sağlamlığın başqa cür pozulmasına və əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirməsinə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmuş, eləcə də təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında aşkar surətdə köməksiz vəziyyətdə olan iki və daha çox zərərçəkmiş şəxsə qarşı xüsusi amansızlıqla və ağır iztirablar verməklə, insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurması ehtiyatsızlıqdan zərərçəkmiş şəxslərin ölümünə səbəb olmuşdur. Tərtər Hərbi Məhkəməsinin 31 yanvar 2019-cu il tarixli 1(098)-7/2019 saylı hökmü ilə həmçinin müəyyən edilmişdir ki, Fuad Ağayev 08 may 2017-ci il tarixdə günorta saatlarında dövlətə xəyanət etməkdə şübhəli bildiyi, N nömrəli hərbi hissənin zenit-raket artilleriya batareyasının 1-ci tağımının 2-ci manqasında sürücü vəzifəsində, əsgər rütbəsində xidmət edən, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu X4 N nömrəli hərbi hissənin köhnə qərargah binasına gətizdirərək, onun fiziki və psixi zor tətbiq edilməklə və işgəncə verilməklə sorğu-sual edilməsinə dair göstəriş vermişdir. Fuad Ağayev, habelə onun qanunsuz göstərişinə əsasən, N nömrəli hərbi hissənin hal-hazırda istintaqla şəxsiyyətləri müəyyən edilməmiş hərbi qulluqçuları qabaqcadan əlbir olan bir qrup şəxs halında, Səxavət Binnətovdan onun düşmən tərəfindən kimin vasitəsilə, hansı şəraitdə, nə vaxtdan məxfi əməkdaşlığa cəlb edilməsi, düşmənlə əlaqələri, onun özünün hansı hərbi qulluqçuların düşmən tərəfindən məxfi əməkdaşlığa cəlb edilməsini təşkil etməsi, düşmənlə əməkdaşlıq edən digər hərbi qulluqçular barədə məlumatlar verməsini tələb edərək, təkrarən qəsdən xüsusi amansızlıqla, o cümlədən ağır iztirablar verməklə aşkar surətdə köməksiz vəziyyətdə olan Səxavət Binnətova qarşı zorakı hərəkətlər etmiş, müxtəlif üsul və metodlarla fiziki zor tətbiq edərək işgəncə vermiş, ehtiyacı olduğu halda zəruri tibbi yardım göstərilməsini və ixtisaslaşdırılmış tibb müəssisəsinə yerləşdirilməsini təmin etmədən işgəncə verməyə davam edərək, Səxavət Binnətova xəsarətləri yetirərək, qəsdən onun sağlamlığına insan həyatı üçün təhlükəli olan ağır zərər vurmuşlar. X14 11 may 2017-ci il tarixdə, saat 11 radələrində N nömrəli hərbi hospitala aparılmış, saat 13 radələrində isə Silahlı Qüvvələrin Baş Klinik Hospitalına təxliyə edilib, orada müalicə tədbirlərinin görülməsinə baxmayaraq, 15.05.2017-ci il tarixdə bədənin küt travması nəticəsində dalaq və qaraciyərin cırılmasından baş vermiş daxili qanitirmə səbəbindən hospitalda ölmüşdür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli Qərarında vurğulanmışdır ki, qanunverici məhkəmənin icraatında olan mülki iş üzrə yalnız qanuni qüvvəyə minmiş məhkəmə hökmünün, qərarının, qətnaməsinin, qərardadının preyudisial əhəmiyyəti olduğunu göstərmişdir. "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17.02.2021-ci il tarixli Qərarında göstərilmişdir ki, “Qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə 2014-cü il 6 iyun tarixli Qərarı). Məhkəmənin qanuni qüvvəyə minmiş qərarları preyudisial əhəmiyyətə malikdir. Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 2015-ci il 15 iyul tarixli və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarları). Konstitusiya Məhkəməsi Plenumunun G.Əhmədovanın şikayəti üzrə 2019-cu il 24 iyul tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət-Prosessual Məcəlləsi) 65.1 və 65.4-cü maddələrinə əsasən, cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Cinayət prosesini həyata keçirən orqanın qərarı, şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyildir. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, kommersiya və ya inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Ali Məhkəmənin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli Qərarının 4-cü bəndində də göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Buna görə də cinayət işindən meydana gələn ziyanın ödənilməsi barədə mülki işə baxan məhkəmə öz qətnaməsində cavabdehin təqsirlilik məsələsinə qiymət verə bilməz. Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə müvafiq olaraq, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarın mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün preyudisiallığı işdə iştirak edən şəxslərin dairəsi ilə məhdudlaşır və yalnız hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Yəni, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarın preyudisial əhəmiyyəti prosessual qanunvericiliklə müəyyən edilmiş subyektiv və obyektiv hədlərdə mümkündür. Preyudisiallığın subyektiv həddi şəxslərin dairəsi ilə, obyektiv həddi isə hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsi ilə müəyyən edilir.” Məhkəmə qeyd edir ki, Tərtər Hərbi Məhkəməsinin 31 yanvar 2019-cu il tarixli 1(098)-7/2019 saylı hökmü ilə X15 əməllərinə hüquqi qiymət verildiyindən və həmin hökm (X16 aid hissədə) qanuni qüvvəyə mindiyindən hazırkı iş üzrə preyudisial əhəmiyyətə malik olan akt kimi qəbul edilməlidir. Tərtər Hərbi Məhkəməsinin 31 yanvar 2019-cu il tarixli 1(098)-7/2019 saylı hökmü ilə müəyyən edildiyi kimi X20 N nömrəli hərbi hissə komandirinin hüquq işləri üzrə köməkçisi vəzifəsində, ədliyyə mayoru rütbəsində hərbi xidmətdə olarkən rəis və vəzifəli şəxs kimi bir qrup şəxs halında, silah tətbiq etməklə, müntəzəm olaraq digər şəxsi marağa görə qulluq səlahiyyətini aşması və öz qulluq mövqeyindən sui-istifadə etməsi ağır nəticələrə səbəb olmuş, qabaqcadan əlbir olan bir qrup şəxs halında, köməksiz vəziyyətdə olan iki və daha çox şəxsə qarşı mütəmadi olaraq döyməklə və sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirab, habelə işgəncə verməklə əzab vermiş, icra ediləcəyi üçün real əsaslar olmaqla öldürməklə və sağlamlığa ağır zərər vurmaqla hədələmiş, ondan sair cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi onunla amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma və ona hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə həddinə çatdırmış, aşkar surətdə köməksiz vəziyyətdə olan zərərçəkmiş şəxsə qarşı xüsusi amansızlıqla və ağır iztirablar verməklə, həyat üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmuş, habelə təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında aşkar surətdə köməksiz vəziyyətdə olan iki və daha çox zərərçəkmiş şəxsə qarşı xüsusi amansızlıqla və ağır iztirablar verməklə, insan həyatı üçün təhlükəli olan, sağlamlığın başqa cür pozulmasına və əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirməsinə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmuş, eləcə də təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında aşkar surətdə köməksiz vəziyyətdə olan iki və daha çox zərərçəkmiş şəxsə qarşı xüsusi amansızlıqla və ağır iztirablar verməklə, insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurması ehtiyatsızlıqdan zərərçəkmiş şəxslərin ölümünə səbəb olmuşdur. ... Fuad Ağayev 08 may 2017-ci il tarixdə günorta saatlarında dövlətə xəyanət etməkdə şübhəli bildiyi, N nömrəli hərbi hissənin zenit-raket artilleriya batareyasının 1-ci tağımının 2-ci manqasında sürücü vəzifəsində, əsgər rütbəsində xidmət edən, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu X4 N nömrəli hərbi hissənin köhnə qərargah binasına gətizdirərək, onun fiziki və psixi zor tətbiq edilməklə və işgəncə verilməklə sorğusual edilməsinə dair göstəriş vermişdir. Fuad Ağayev, habelə onun qanunsuz göstərişinə əsasən, N nömrəli hərbi hissənin hal-hazırda istintaqla şəxsiyyətləri müəyyən edilməmiş hərbi qulluqçuları qabaqcadan əlbir olan bir qrup şəxs halında, Səxavət Binnətovdan onun düşmən tərəfindən kimin vasitəsilə, hansı şəraitdə, nə vaxtdan məxfi əməkdaşlığa cəlb edilməsi, düşmənlə əlaqələri, onun özünün hansı hərbi qulluqçuların düşmən tərəfindən məxfi əməkdaşlığa cəlb edilməsini təşkil etməsi, düşmənlə əməkdaşlıq edən digər hərbi qulluqçular barədə məlumatlar verməsini tələb edərək, təkrarən qəsdən xüsusi amansızlıqla, o cümlədən ağır iztirablar verməklə aşkar surətdə köməksiz vəziyyətdə olan Səxavət Binnətova qarşı zorakı hərəkətlər etmiş, müxtəlif üsul və metodlarla fiziki zor tətbiq edərək işgəncə vermiş, ehtiyacı olduğu halda zəruri tibbi yardım göstərilməsini və ixtisaslaşdırılmış tibb müəssisəsinə yerləşdirilməsini təmin etmədən işgəncə verməyə davam edərək, Səxavət Binnətova xəsarətləri yetirərək, qəsdən onun sağlamlığına insan həyatı üçün təhlükəli olan ağır zərər vurmuşlar. X14 11 may 2017-ci il tarixdə, saat 11 radələrində N nömrəli hərbi hospitala aparılmış, saat 13 radələrində isə Silahlı Qüvvələrin Baş Klinik Hospitalına təxliyə edilib, orada müalicə tədbirlərinin görülməsinə baxmayaraq, 15.05.2017-ci il tarixdə bədənin küt travması nəticəsində dalaq və qaraciyərin cırılmasından baş vermiş daxili qanitirmə səbəbindən hospitalda ölmüşdür. (Hökm səh. 3, 41,42) Bundan başqa hökmdə göstərilmişdir ki, “051 saylı hərbi hissəsinin hərbi qulluqçusu, ədliyyə mayoru X20 digərləri ilə bir qrup şəxs halında ... Azərbaycan Respublikasının qanunvericiliyinin, o cümlədən Cinayət Prosessual Məcəlləsinin, habelə Azərbaycan Respublikası Müdafiə Nazirinin 16.05.2014-cü il tarixli, 26 nömrəli qərarı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidməti araşdırmaların və cinayət əlamətləri olan hadisələr üzrə təhqiqatın aparılması Qaydaları”nın və digər rəhbəredici sənədlərin tələblərinə zidd, xidməti vəzifələrinin icrasına aid olmamasına, eləcə də prosessual şəxs olmadığından cinayət təqibi aparmaq, istintaq və prosessual hərəkətləri yerinə yetirmək, təhqiqat və ya istintaq altında olan şəxsləri çağırıb törədilməsi ehtimal olunan cinayət hadisələri ilə bağlı sorğu-sual etmək səlahiyyətlərinin olmamasına baxmayaraq, hərbi prokurorluğa vaxtında məlumat vermədən özbaşına qanunsuz iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış hərbi qulluqçuları sorğu-sual prosesinə məruz qoyması, ... Fuad Ağayevin özünün qismən etirafedici ifadələri ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla, yəni zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, tanınmaya təqdim etmə, üzləşdirmə, baxış keçirilməsi və ifadənin yerində yoxlanılması haqqında, protokollar, ekspert rəyləri, maddi sübutlar və digər sənədlərlə həmin əməlləri törətməkdə təqsirli olmaları tam sübuta yetirilmişdir.” (Hökm səh. 434) Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin hüquq işləri üzrə köməkçisi vəzifəsində, ədliyyə mayoru rütbəsində hərbi xidmətdə olarkən rəis və vəzifəli şəxs kimi bir qrup şəxs halında, silah tətbiq etməklə, müntəzəm olaraq digər şəxsi marağa görə, qulluq səlahiyyətini aşmaqla və öz qulluq mövqeyindən sui-istifadə etməklə X20 tərəfindən N nömrəli hərbi hissənin zenit-raket artilleriya batareyasının 1-ci tağımının 2-ci manqasında sürücü vəzifəsində, əsgər rütbəsində xidmət edən, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu X2 dövlətə xəyanət etməkdə şübhəli bilinməklə, fiziki və psixi zor tətbiq edilməklə və işgəncə verilməklə sorğu-sual edilməsinə, sağlamlığına insan həyatı üçün təhlükəli olan ağır zərər vurulmasına məruz qalması və nəticədə ölməsi işin mübahisəsiz halıdır. Məhkəmə hesab edir ki, baxılan iş üzrə iddiaçının ailə başçısının, yəni həyat yoldaşının və övladlarının atasının yuxarıda qeyd edilən hökmlə müəyyən edilmiş qaydada və şəraitdə, başqa sözlə dövlətə xəyanət etməkdə şübhəli bilinməklə, fiziki və psixi zor tətbiq edilməyə və işgəncələrə məruz qalaraq ölməsi faktı heç şübhəsiz ki, iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsinə səbəb olmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəzifəli şəxsi (şəxsləri) tərəfindən törədilən (hökmdə öz əksini tapan) qanunsuz hərəkətlər nəticəsində ailə başçısının, yəni həyat yoldaşının və övladlarının atasının ölməsi faktı ilə yanaşı, həmçinin həyat yoldaşının barəsində istər xidmət yoldaşları, istərsə də yaşadıqları rayonda (kənddə) əhali arasında yaranmış mənfi fikir və şübhələr də iddiaçının şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olmuşdur. Məhkəmə qeyd edir ki, mənəvi zərər bir tərəfdən hüquqa zidd əməl nəticəsində şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalmadırsa, digər tərəfdən onun meydana gəlməsi üçün şəxsin bu azalmanı hiss etməsi, psixoloji sarsıntı və iztirab keçirməsidir. Mənəvi zərər anlayışına şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalma kimi yanaşma ona dəlalət edir ki, bəzi hallarda baş vermiş faktın özü mənəvi zərərin vurulmasının dəlili kimi qəbul edilir və bu faktın başqa dəlillərlə sübuta ehtiyacı olmur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçıya mənəvi zərərin vurulması halı öz təsdiqini tapır. Belə ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqelərə görə mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyriəmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, “Konstitusiyanın 68-ci maddəsinin İİ hissəsi cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqlarının qanunla qorunmasını bəyan edir və zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququnu müəyyən edir. Həmin maddənin İV hissəsində qeyd edilir ki, dövlət, dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır. Konstitusiyanın bu norması insan hüquq və azadlıqlarının pozulduğu təqdirdə zərərçəkmiş şəxsə dəymiş ziyana görə kompensasiyanın ödənilməsini ədalətli sayaraq bu öhdəliyin yerinə yetirilməsində dövlətin də məsuliyyətini müəyyən edir. Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir. ... Şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur.” Həmin Qərarda həmçinin göstərilmişdir ki, “... Mülki qanunvericiliyin qeyd edilən normaları ilə hüquqa zidd hərəkət nəticəsində vurulmuş zərərə görə mülki məsuliyyət müəyyən edilmişdir. Mülki Məcəllənin 21-ci maddəsi ilə isə hüquqa zidd əməl nəticəsində yaranan maddi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ yaranırsa, həmin Məcəllənin 23-cü maddəsinə uyğun olaraq şəxs mənəvi zərərin ödənilməsini tələb edə bilər. Mülki qanunvericilikdə şəxsin ölümü və ya sağlamlığına zərər yetirilməsi ilə əlaqədar mənəvi zərərin ödənilməsi əsaslarını müəyyən edən konkret hüquq normasının nəzərdə tutulmaması bu barədə iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz və belə tələb Mülki Məcəllənin 23-cü maddəsinə əsaslanmaqla mənəvi zərərin ödənilməsi qaydasında irəli sürülə bilər. Mülki Məcəllənin 14-cü maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Başqa şəxsə zərər vurulması həmin maddə ilə hüquq və vəzifə doğuran əsas kimi nəzərdə tutulmuşdur (Mülki Məcəllənin 14.2.6-cı maddəsi). Bu hüquq normasındakı “qanunvericilikdə nəzərdə tutulmasa da” ifadəsi isə bilavasitə Məcəllə ilə nəzərdə tutulmayan hallarda belə mənəvi zərərin ödənilməsi ilə bağlı tələbin irəli sürülməsi üçün əsas yaradır. Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır.” Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər... Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə qeyd edir ki, Avropa Məhkəməsi mənəvi zərəri “nigarançılıq, ruhi sarsıntı və iztirab”, “həyəcan, acizlik və sarsıntı”, “məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyri-müəyyənlik” kimi səciyyələndirmişdir (Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə 2006-cı il 9 noyabr tarixli, Pelipenko Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli, Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli Qərarlar). Avropa Məhkəməsi Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyrimüəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqa zidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqa zidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir. Məhkəmə yuxarıda qeyd edilən qanunvericilik aktı normalarının tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun müvafiq Qərarlarında və Avropa İnsan Hüquqları Məhkəməsinin Qərarlarında göstərilən hüquqi mövqeni nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçının mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası əsaslıdır. Məhkəmə, mənəvi zərərin hansı məbləğdə tutulması ilə bağlı bildirir ki, Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 10-cu bəndində görə, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.” Məhkəmə, iddiaçının mənəvi zərərin əvəzinin ödənilməsinə dair iddiasının əsaslı olması qənaətinə gəlsə də, zərərin əvəzi olaraq iddia edilən 3.000.000 manat məbləği ağlabatan hesab etmir. Məhkəmə, mənəvi zərərin həcmini müəyyən edərkən iddiaçının (həyat yoldaşının) məruz qaldığı hüquqa zidd əməlin növünü, dərəcəsini, şiddətini, davam etdiyi müddəti, hüquqa zidd əməlin hansı şəraitdə və mühitdə baş verməsini, hüquqa zidd əməlin iddiaçının həyat yoldaşının ölümünə səbəb olmasını və bunun nəticəsində onun keçirdiyi mənəvi sarsıntının və iztirabın dərəcəsini, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alıb hesab edir ki, iddiaçının xeyrinə mənəvi zərərin əvəzi kimi 50.000 (əlli min) manat məbləğində pul tutulması ədalətli və ağlabatandır. Odur ki, mənəvi zərərin ödənilməsi tələbi həmin həcmdə təmin olunmalı, qalan hissədə rədd edilməlidir. Məhkəmə mənəvi zərərin cavabdehlərdən müştərək qaydada tutulması ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda qeyd edilən 1100-cü madddəsinin tələbindən də göründüyü kimi dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 09 fevral 2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamənin 1-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi (bundan sonra - Nazirlik) Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Məhkəmə qanunvericiliyin tələbini nəzərə alaraq qeyd edir ki, zərərin ödənilmə mənbəyinin "dövlət büdcəsinin vəsaiti", zərəri ödəməli olan subyektin isə "Azərbaycan Respublikası" kimi müəyyən edilməsi əsaslıdır. Belə ki, "Azərbaycan Respublikası" dövlətin adıdır, yəni bu ifadə ilə dövlət nəzərdə tutulur. Baxılan işdə hüquq münasibətinin tərəfi (qanunvericiliyin tələbi baxımından) dövlətdir, dövlətin səlahiyyətlərini isə onun orqanları həyata keçirir. Dövlətdən pul tələb olunduğu halda onun maliyyə siyasətini həyata keçirən və dövlət maliyyəsinin idarə olunmasını təşkil edən orqan dövlətin səlahiyyətlərini həyata keçirir. Göründüyü kimi, dövlətin bu kimi səlahiyyətlərini Azərbaycan Respublikası Maliyyə Nazirliyinin həyata keçirməsi qanunvericiliklə tənzimlənir. Məhkəmə, hazırki halda vurulmuş zərərin ödənilməsinin dövlət büdcəsinin vəsaiti hesabına, dövlətin bu kimi səlahiyyətlərinin isə Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən həyata keçirməsinin qanunvericiliklə tənzimlənməsini nəzərə alaraq hesab edir ki, iddiaçıya (onun həyat yoldaşına) qarşı qanunsuz hərəkətlər Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin vəzifəli şəxsi (şəxsləri) tərəfindən törədilsə də, hazırki iddia üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi cavabdehlik daşımır. Belə olan halda zərərin əvəzi dövlət büdcəsi hesabına Azərbaycan Respublikası Maliyyə Nazirliyindən tutulmalıdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilməli, mənəvi zərərin əvəzi olaraq dövlət büdcəsi hesabına cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən İddiaçı xeyrinə 50.000 (əlli min) manat məbləğində pul tutulmalı, İddiaçı iddiası qalan hissələrdə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. (119.2.) Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilsin. Mənəvi zərərin əvəzi olaraq dövlət büdcəsi hesabına cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən İddiaçı xeyrinə 50.000 (əlli min) manat məbləğində pul tutulsun. İddia qalan hissələrdə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar