Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-515/2021 02.03.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyev İlkin Mehman oğlunun katibliyi, X1, İddiaçı Əliyeva (Aliyeva) Angelina, Cavabdeh iştirakları ilə, İddiaçı Əliyeva (Aliyeva) Angelinanın Cavabdeh qarşı nikahın pozulması, uşaqların ananın yanında qalması və aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Əliyeva (Aliyeva) Angelina xx.xx.2020-ci il tarixdə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2016-cı il təvəllüdlü X3 və xx xxxx 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında alimentin və uşağın 3 yaşına qədər arvadın saxlanılması üçün hər ay 200 manat məbləğində alimentin hər ay 200 manat məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Əliyeva (Aliyeva) Angelina xx.xx.2021-ci il tarixdə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə onun arasında xx xxxxx 2016-cı il tarixdə Bakı şəhər, Səbail rayon Qeydiyyat şöbəsində 36 nömrə qeydi ilə bağlanmış nikahın pozulması, birgə nikahlarından doğulmuş övladları xx.xx.2016-cı il təvəllüdlü X3 və xx xxxx 2019-cu il təvəllüdlü X4 onun yanında saxlanılması barədə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(009)-542/2021-ci il tarixli qərardadı ilə 2(009)-542/2021 saylı mülki iş ilə 2(009)-515/2021 saylı mülki iş bir icraatda birləşdirilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh oğlu ilə xx.xx.2016-cı il tarixdə nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2016-cı il təvəllüdlü X3 və xx xxxx 2019-cu il təvəllüdlü X7 var. Cavabdeh hər gün ona psixoloji təzyiqlər edir, kobud davranır. Bütün bunları uşaqların gözü qarşısında və hətta xəstələnib köməyə ehtiyacı olduğu vaxtda da edir. Məhkəmənin baxış iclasında iştirak edən iddiaçı Əliyeva (Aliyeva) Angelina iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh izahat verərək nikahın pozulmasına, uşaqların ananın yanında qalmasına, uşaqlar üçün aliment tələbini qəbul etdiyini, iddiaçının özü üçün tələb etdiyi alimentin təmin edilməməsini və barışıq üçün 3 ay vaxt verilməməsini xahiş etmişdir. Məhkəmə iddiaçını və cavabdehi dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İİ 053752 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə Kartashova Angelina xx xxxxx 2016-cı il tarixdə nikaha daxil olmuşlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2016-cı ilin aprel ayının 23 günündə 36 № ilə qeyd edilmişdir. Nikahdan sonra ərə Əliyev, arvada Əliyeva soyadı verilmişdir. İş materiallarında olan AZ-T seriyalı, 035351 nömrəli, doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2016-cı il tarixdə doğulmuşdur, ata qrafasında Cavabdeh, ana qrafasında Əliyeva Angelina qeyd edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında ailə münasibətləri pozulmuş, iddiaçı ilə cavabdehin birgə yaşaması və ailənin qorunub saxlanılması imkanları tükənmişdir. Ailənin bərpası qeyri-mümkündür, iddiaçı nikahın pozulmasında israrlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Tərəflər barışmaq üçün 3 ay müddət verilmədən nikahın pozulmasına təkid etdiyini, ailənin saxlanılmasının qeyri-mümkünlüyünü nəzərə alaraq məhkəmə hesab edir ki, tərəflər arasında olan nikah pozulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.1-ci maddəsinə əsasən nikahın pozulması haqqında qətnamə qəbul edildikdə məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməlidir. “Uşaq hüquqlarına dair” BMT Konvensiyasının 3-cü maddəsinə əsasən məhkəmələr, uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər. Məhkəmə nikah pozulduqdan sonra yetkinlik yaşına çatmayan xx.xx.2016-cı il təvəllüdlü X3 və xx xxxx 2019-cu il təvəllüdlü X4 Əliyeva (Aliyeva) Angelinanın yanında qalması məsələsini həll edərkən uşağın yaşını, onun hal-hazırda da anasının yanında yaşamasını nəzərə alaraq hesab edir ki, nikah pozulduqdan sonra yetkinlik yaşına çatmayan uşaq iddiaçı (anası) Əliyeva (Aliyeva) Angelinanın yanında qalmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə görə ər-arvad arasında saziş olmadıqda nikahın pozulması haqqında qətnamə qəbul edildikdə məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə və Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (ailment) məhkəmə qaydasında tutulmalıdır. Həmin Məcəlləsinin 78.1-ci maddəsində əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76-cı maddəsinə əsasən, Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə - qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə - qazancın (başqa gəlirlərin) yarısı. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Qanuna əsasən 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iş yeri olduğu nəzərə alınmaqla tələb bu hissədə təmin edilərək Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X3 və xx xxxx 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay aylıq qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment tutularaq iddiaçı Əliyeva (Aliyeva) Angelinaya verilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinə əsasən hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər. Uşağın 3 yaşına çatanadək cavabdehdən iddiaçının xeyrinə 200 manat miqdarında alimentin tutulması tələbinə hüquqi qiymət verərək məhkəmə 100 manat sabit pul məbləğində müəyyənləşdirilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə hesab edir ki, aliment tələbi ilə bağlı iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən, həmin hissədə dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Beləliklə, məhkəmə mülki iş üzrə araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçı Əliyeva (Aliyeva) Angelina ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 36 № nömrəli nikah pozulmalı, boşanmadan sonra yetkinlik yaşına çatmayan xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2019cu il təvəllüdlü X7 anası Əliyeva (Aliyeva) Angelinanın yanında saxlanılmalı, xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq, hər ay aylıq qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment, habelə xx.xx.2019-cu il təvəllüdlü X4 3 yaşına çatana kimi, yəni xx xxxx 2022-ci il tarixədək hər ay 100 (yüz) manat olmaqla Cavabdeh tutularaq iddiaçı Əliyeva (Aliyeva) Angelinaya verilməlidir. Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 216- 220, 234.2.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Əliyeva (Aliyeva) Angelina ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 36 № nömrəli nikah pozulsun. Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X7 anası Əliyeva (Aliyeva) Angelinanın yanında saxlanılsın. xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq, hər ay aylıq qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment, habelə xx.xx.2019-cu il təvəllüdlü X4 3 yaşına çatana kimi, yəni xx xxxx 2022-ci il tarixədək hər ay 100 (yüz) manat olmaqla Cavabdeh tutularaq iddiaçı Əliyeva (Aliyeva) Angelinaya verilsin. İddia üzrə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı Əliyeva (Aliyeva) Angelinaya ödənilsin. Cavabdeh dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-515/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-515/2021
02.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver