Məhkəmə qərarları › İş №2(009)-517/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-517/2023

10.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-517/2023 10.04.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əzizova Nurlanə Əli qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sığorta hadisəsi zamanı ona dəymiş ziyan 6500 manat məbləğində pulun cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ASC-də sığortalanmış “Hyundai Sonata” markalı, ** RZ *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdə X4 tərəfindən idarə olunarkən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisində “Mercedes Benz C200” markalı, ** XZ *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə tərəfindən idarə olunan “Mercedes Benz C200” markalı avtomobilə maddi ziyan dəymiş və o, az ağır dərəcəli bədən xəsarəti almışdır. Cavabdeh ona sığorta məbləğini ödəmədiyi üçün ona pretenziya qaydasında yazdığı rəsmi ərizəsinə aşağıdakı məzmunda imtina cavabı almışdır: “Hadisə ilə bağlı Cəmiyyətimizə təqdim edilən sənədlərdə cinayət işi üzrə icraata xitam verilmə əsası kimi qeyd edilmişdir ki, zərərçəkmiş şəxsə dəymiş ziyan tam ödənilmişdir. Belə ki, Siz 25 avqust 2021-ci il tarixli ərizənizdə Sizə dəymiş ziyanın əvəzi olaraq təqsirləndirilən şəxs X2 atası X5 tərəfindən Sizə 11000 (on bir min) manat pul ödənildiyindən təqsirləndirilən şəxslə barışdığınızı və ona qarşı heç bir iddia və tələbinizin olmadığını bildirmişsiniz. Qeyd olunan məsələnin dəqiqləşdirilməsi üçün tərəfindən Suraxanı rayon Prokurorluğuna sorğular ünvanlanmışdır. Suraxanı rayon Prokurorluğu tərəfindən sorğuya ünvanlanmış cavab məktubunda qeyd olunan hal təkzib olunmamışdır. “İcbari sığortalar haqqında” Qanunun 19.4-cü maddəsinə əsasən mülki məsuliyyətin sığortası üzrə üçüncü şəxsin sağlamlığına zərər vurulması ilə əlaqədar sığortalı və ya sığorta olunan tərəfindən zərərçəkənin xeyrinə hər hansı ödəmə həyata keçirildikdə sığortaçı bu Qanuna uyğun olaraq hesablanan sığorta ödənişini bu Qanunun 19.5-ci maddəsinin tələbi nəzərə alınmaqla, sığorta məbləği həddində sığortalıya və ya sığorta olunana verir. Həmin Qanunun 20.6-cı maddəsinə əsasən sığorta hadisəsi nəticəsində üçüncü şəxsin əmlakına vurulan zərərin əvəzi sığortalı və ya sığorta olunan, həmçinin üçüncü şəxsin bağlamış olduğu digər müvafiq sığorta müqaviləsinin tərəfi olan sığortaçı tərəfindən tam ödənildikdə, sığortaçı sığorta ödənişini sığorta məbləği həddində sığortalıya və ya sığorta olunana, yaxud da subroqasiya qaydasında tələb irəli sürmüş digər sığortaçıya verir.” Bildirir ki, yuxarıda qeyd və istinad edilən “ittiham aktı” ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən prokrorun qərarı İlə ləğv edilmiş və yeni “İttiham Aktı”nda ona zərərin əvəzinin qismən ödənilməsi qeyd edilmişdir. O yenidən yeni ittiham aktının və hökmün surətini ərizəsinə əlavə edərək cavabdehə müraciət edərək bu xüsusatları nəzərə alaraq onun xahişinə yenidən baxılmasını xahiş etmiş, lakin xx.xx.2022ci il tarixdə onun məktubunu alsalar da bu günə kimi ona cavab verilməmişdir. Ona dəymiş ziyan tam ödənilmədiyindən, qismən ödənildiyindən sığorta hadisəsi zamanı ona dəymiş ziyan 6500 manat məbləğində pulun cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etmiş, izahatında eləcə də bildirmişdir ki, onu hadisə vaxtı Sabunçu xəstəxanasına oradan da DİN hospitalına aparmışlar. Orada 10-12 gün qalmış və ayağından əməliyyat olunmuşdur. 2 ay ev şəraitində müalicə aldıqdan sonra masaja və üzgüçülüyə gedərək yeriməyini bərpa etmək üçün bəzi müalicələr etdirmişdir. Əvvəlcə təqsirləndirilən şəxsin valideyinləri onlarla barışıb valideyinlərinə 11.000 manat pul ödəmişlər. O, hadisədən bir neçə gün əvvəl idarə etdiyi avtomobilini satmaq məqsədi ilə sosial şəbəkələrdə elanını yerləşdirmişdir. Orada avtomobilini 12.300 manata satmaq istəmişdir. Onun ayağına qoyulan milin qiyməti 2.500-3000 manat civarındadır. Bundan əlavə, o, xəstəxanada yatan zaman yanında 12 gün müddətində əlavə şəxsin saxlanılması məqsədi ilə hər günə 50 manat pul ödəmişlər. Həmçinin əməliyyatdan sonra o, gəzmək üçün qolcuqlar almış və ona da müəyyən məbləğdə pul ödəmişdir. Düşünür ki, ona dəymiş ziyan təqsirləndirilən şəxsin ona ödədiyi məbləğin iki qatıdır. Əslində təqsirləndirilən şəxs ona 12.000 manat ödəməli idi, lakin 11000 manat ödəmişdir. Təqsirləndirilən şəxsin atası ilə razılaşmışlar ki, ona avtomobilə görə ödədiyi puldan əlavə sığorta şirkətindən alacağı pulu da onun özünə dəymiş ziyana hesablayacaqlar. Lakin sığorta şirkəti ona bildirdi ki, müstəntiq təqdim olunan sənədlərdə zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənildiyini qeyd etmişdir. Dəymiş ziyan ödənildiyi halda sığorta şirkəti zərərçəkmiş şəxs qarşısında məsuliyyət daşımır. Sığorta şirkəti zərərçəkmiş şəxsə deyil, zərər vuran şəxsə ödəniş etməlidir. Zərər vuran şəxs hadisə vaxtı narkotik vasitələrin təsiri altında olduğundan həmin pulu ona da ödəmirlər. Sürücü narkotik vasitələrdən istifadə edərək, sərxoş vəziyyətdə avtomobili idarə etdikdə və sənədləri qaydasında olmadıqda xəta baş verdikdə sığorta şirkəti tərəfindən ona ödəniş olunmur. O özü təqsirləndirilən şəxsin atasına bildirmişdir ki, sığorta şirkəti ona pul ödəmir. O isə bildirmişdir ki, onlar artıq barışıq ərizəsi yazmış, buna görə də onu narahat etməsin. “İcbari sığortalar haqqında” Qanunun 20.6-cı maddəsində göstərilir ki, sığorta hadisəsi nəticəsində üçüncü şəxsin əmlakına vurulan zərərin əvəzi sığortalı və ya sığorta olunan, həmçinin üçüncü şəxsin bağlamış olduğu digər müvafiq sığorta müqaviləsinin tərəfi olan sığortaçı tərəfindən tam ödənildikdə, sığortaçı sığorta ödənişini sığorta məbləği həddində sığortalıya və ya sığorta olunana, yaxud da subroqasiya qaydasında tələb irəli sürmüş digər sığortaçıya verir. Halbuki ona dəymiş zərər tam ödənilməmişdir, qismən ödənilmişdir. Hesab edir ki, qeyd olunan qanunun tələblərinə uyğun olaraq ona dəymiş ziyana görə 6500 manat məbləğində pul sığortaçı tərəfindən ona ödənilməlidir. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi iddia tələbini qəbul etməyərək, təmin edilməməsini xahiş etmiş və bildirmişdir ki, iddiaçının sığorta ödənişinin ona ödənilməsi barədə tələbi tamamilə əsassızdır. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli “cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərarda zərərçəkmiş İddiaçı, zərərvuran X2 atası X5 tərəfindən ona 11000 manat pul ödənildiyindən zərərvuranla barışdığı və ona qarşı heç bir iddia və tələbinin olmadığı qeyd edilmişdir. Bu səbəbdən də xx.xx.2021-ci il tarixli qərarla cinayət işi üzrə icraata xitam verilmiş və qərarın surəti X4 barəsində inzibati iş üzrə icraat başlanılması üçün Suraxanı RPİ DYPŞ-nə göndərilmişdir. İddiaçı iddia ərizəsində həmin qərarın ləğv edildiyini və xx.xx.2022-ci il tarixli “İttiham Aktı”inda zərərin əvəzinin qismən ödənilməsinin qeyd olunduğunu bildirmişdir. Əvvəlki qərarın ləğv edilərək yeni “İttiham Aktı”nın qəbul edilmə əsası və həmin əsasın cavabdehə 11000 manat pul ödənilməsi faktının aradan qalxıbqalxmaması ilə əlaqədar olmasının araşdırılması məqsədilə şirkət tərəfindən xx.xx.2022-ci il tarixli, №1138-1/22 saylı məktubla Suraxanı rayon Prokurorluğuna, AR Baş Prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinə, AR Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinə və Suraxanı RPİ-yə sorğu ünvanlanmışdır. Sorğularına cavab olaraq Suraxanı rayon Prokurorluğunun xx.xx.2022-ci il tarixli cavab məktubunda AR CM-nin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxsin zərərçəkmişlə barışıq əldə etməsi halında cinayət işi üzrə icraata xitam verilmədiyi üçün qeyd edilən qərarın ləğv edildiyi aydın olmuşdur. AR Baş Prokurorluğunun xx.xx.2022-ci il tarixli cavab məktubunda da oxşar məzmun əks olunmuş və barışıq əldə olunması halında məsuliyyətdən azad olunması halının 263.1 və ya 263.1-1-ci maddələrinə aid edildiyi, 263- 1.1-ci maddədə isə qeyd edilən halın nəzərdə tutulmadığı göstərilmişdir. Göründüyü kimi, əvvəlki qərarın ləğv olunma əsası qərarın qəbul edilməsi zamanı maddənin yanlış tövsif olunması, yəni 263-1.1-ci maddənin yanlışlıqla 263.1-1-ci maddə kimi tövsif olunması olmuş, lakin barışıq əldə olunması və cavabdehə pulun ödənilməsi ilə bağlı qeyd edilən fakt aradan qalxmamış, əksinə bu fakt təqsirli şəxsin məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmışdır. Şirkət tərəfindən xx.xx.2022-ci il tarixli məktubla Suraxanı rayon Prokurorluğuna yenidən sorğu göndərilərək ödənilmiş məbləğlə bağlı faktı və məbləğin nə qədər olmasını dəqiqləşdirməyə çalışsalar da, xx.xx.2022-ci il tarixli cavab məktubu ilə cavabdeh İddiaçı 11000 manat pul ödənilməsini aradan qaldıran hər hansı fakt qeyd edilməmiş, məbləğin dəqiq miqdarı göstərilməmiş, həmçinin zərərin qismən ödənilməsinin məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alındığı qeyd edilmişdir. “İcbari sığortalar haqqında” Qanunun 19.4-cü maddəsinə əsasən mülki məsuliyyətin sığortası üzrə üçüncü şəxsin sağlamlığına zərər vurulması ilə əlaqədar sığortalı və ya sığorta olunan tərəfindən zərərçəkənin xeyrinə hər hansı ödəmə həyata keçirildikdə sığortaçı bu Qanuna uyğun olaraq hesablanan sığorta ödənişini bu Qanunun 19.5-ci maddəsinin tələbi nəzərə alınmaqla, sığorta məbləği həddində sığortalıya və ya sığorta olunana verir. Həmin Qanunun 20.6-cı maddəsinə əsasən sığorta hadisəsi nəticəsində üçüncü şəxsin əmlakına vurulan zərərin əvəzi sığortalı və ya sığorta olunan, həmçinin üçüncü şəxsin bağlamış olduğu digər müvafiq sığorta müqaviləsinin tərəfi olan sığortaçı tərəfindən tam ödənildikdə, sığortaçı sığorta ödənişini sığorta məbləği həddində sığortalıya və ya sığorta olunana, yaxud da subroqasiya qaydasında tələb irəli sürmüş digər sığortaçıya verir. Qeyd edilənlərə əsasən qanunvericiliyin tələblərinə uyğun olaraq tərəflərindən iddiaçıya xx.xx.2022-ci il tarixli, №1382-1/22 saylı məktubla ödənişin ona ödənilməsinin mümkün olmaması əsasları izah edilmişdir. “İcbari sığortalar haqqında” Qanunun tələbinə əsasən şəxsin az ağır və ya ağır xəsarət alması halında sığortaçının öhdəliyinin son həddi 1500 manat, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə əmlaka dəyən zərərə görə öhdəliyinin son həddi 5000 manat olaraq müəyyən edilmişdir. Nəzərə alınsa ki, zərərvuran tərəfindən iddiaçıya ödənilən məbləğ yuxarıda qeyd olunan (1500 + 5000) 6500 sığorta ödənişi məbləğini əhatə edir, beləliklə sığortaçı tərəfindən iddiaçıya ödəniləcək əlavə məbləğ qalmır. Yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə uyğun olaraq sığorta ödənişinin zərərvurana ödənilməsi mümkündür. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələbinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı həmiçinin iddia ərizəsində zərərvuran tərəfindən ona ödəniş olunmaması və ya “qismən”olaraq qeyd etdiyi ödənişin dəqiq miqdarı ilə bağlı heç bir sübut təqdim edə bilməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə baxıb, iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək, hesab edir ki, aşağıdakılara görə iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, Cəmiyyətdə sığortalanmış “Hyundai Sonata” markalı, ** RZ *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdə X4 tərəfindən idarə olunarkən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisində “Mercedes Benz C200” markalı, ** XZ *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə ərizəçi tərəfindən idarə olunan “Mercedes Benz C200” markalı avtomobilə maddi ziyan dəymiş və ərizəçi az ağır dərəcəli bədən xəsarəti almısdır. Hadisə ilə bağlı Cəmiyyətə təqdim edilən sənədlərdə cinayət işi üzrə icraata xitam verilmə əsası kimi qeyd edilmişdir ki, zərərçəkmiş şəxsə dəymiş ziyan tam ödənilmişdir. Belə ki, ərizəçi 25 avqust 2021-ci il tarixli ərizəsində ona dəymiş ziyanın əvəzi olaraq təqsirləndirilən şəxs X2 atası X5 tərəfindən ona 11000 (on bir min) manat pul ödənildiyindən təqsirləndirilən şəxslə barışdığını və ona qarşı heç bir iddia və tələbinin olmadığını bildirmişdir. Qeyd olunan məsələnin dəqiqləşdirilməsi üçün Cəmiyyət tərəfindən Suraxanı rayon Prokurorluğuna sorğular ünvanlanmışdır. Suraxanı rayon Prokurorluğu tərəfindən sorğularına ünvanlanmış cavab məktubunda qeyd olunan hal təkzib olunmamışdır. “İcbari sığortalar haqqında” Qanunun 19.4-cü maddəsinə əsasən mülki məsuliyyətin sığortası üzrə üçüncü şəxsin sağlamlığına zərər vurulması ilə əlaqədar sığortalı və ya sığorta olunan tərəfindən zərərçəkənin xeyrinə hər hansı ödəmə həyata keçirildikdə sığortaçı bu Qanuna uyğun olaraq hesablanan sığorta ödənişini bu Qanunun 19.5-ci maddəsinin tələbi nəzərə alınmaqla, sığorta məbləği həddində sığortalıya və ya sığorta olunana verir. Həmin Qanunun 20.6-cı maddəsinə əsasən sığorta hadisəsi nəticəsində üçüncü şəxsin əmlakına vurulan zərərin əvəzi sığortalı və ya sığorta olunan, həmçinin üçüncü şəxsin bağlamış olduğu digər müvafiq sığorta müqaviləsinin tərəfi olan sığortaçı tərəfindən tam ödənildikdə, sığortaçı sığorta ödənişini sığorta məbləği həddində sığortalıya və ya sığorta olunana, yaxud da subroqasiya qaydasında tələb irəli sürmüş digər sığortaçıya verir. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)- 355/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, X4 Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, X2 22 - 24 iyul 2022-ci il tarixləri üzrə tutulduğu 02 gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla ona qəti araq 01 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, X2 azadlıqdan məhrum etmə növündə cəzasını məntəqə tipİi cəzaçəkmə müəssisəsində çəkməsi, azadlıqdan məhrum etmə cəzasının əvvəlinin məntəqə tipli cəzaçəkmə müəssısəsində qeydiyyata alındığı vaxtdan hesablanması, X4 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbirinin hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Qeyd olunan hökmdən görünür ki, məhkəmə X2 hadisələrin təsadüfi axarı zəminində ehtiyatsızlıqdan ilk dəfə olaraq az ağır cinayət törətdiyini, törətdiyi cinayəti cəmimi etiraf etdiyini və peşman olduğunu, zərərçəkmiş şəxsə vurduğu zərərin əvəzi olaraq 11.000 manat miqdarında pul ödədiyini, himayəsində bir nəfər yetkinlik yaşına çatmamış uşağının olduğunu iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirmişdir. Təqdim olunmuş Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən "xxxx" ASC-nin İdarə Heyətinə ünvanlanmış xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, xx.xx.2021-ci il tarixdə "xxxx" ASC-də sığortalanmış “Hyundai Sonata” markalı **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobili X6 idarə edərkən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisində “Mercedes-Benz C200” markalı **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş vermişdir. Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin qeyd hissəsində gəzərdə tutulan cinayət məsuliyyətindən azad edilən hallar həmin məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrinə aid edilir. Məcəllənin 263-1-ci maddəsində göstərilən cinayət əməlləri həmin müddəaların təsiri altına düşmür. Təqdim olunmuş Bakı şəhəri Suraxanı rayon Prokurorluğu tərəfindən "xxxx" ASC-nin İdarə Heyətinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 666-x-22 nömrəli cavab məktubundan görünür ki, Suraxanı RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-in 263-1.1ci maddəsi ilə istintaqı aparılan ********* saylı cinayət işi üzrə istintaq tamamlanmış, citıayəl işi xx.xx.2022-ci il tarixli ittiham aktı ilə birlikdə baxılması üçün Suraxanı rayon məhkəməsinə göndərilmişdir. Cinayət işi üzrə tərtib edilmiş ittiham aktının rayon prokurorluğunda saxlanılan nüsxəsindən görünür ki, təqsirləndirilən şəxs X3 zərərçəkmişə dəymiş ziyanı qismən ödəməsi onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmış, lakin zərərçəkmişə ziyanın əvəzi kimi ödənilmiş məbləğ dəqiq göstərilməmişdir. Təqdim olunmuş "xxxx" ASC-nin 1820/21 nömrəli, xx.xx.2021-ci il tarixli Qiymətləndirmə Aktından görünür ki, Mercedes-Benz markalı, ** XZ *** dövlət nömrə nişanlı avtomaşına cəmi 3090 manat məbləğində ziyan dəymişdir. Məhkəmə iddia tələbi üzrə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Mülki Məcəllənin 922-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır. Mülki Məcəllənin 926-cı maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. “İcbari sığortalar haqqında” Qanunun 14.2-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına vurulan zərərin əvəzi sığorta məbləğinin aşağıdakı nisbətlərində ödənilir: 14.2.4. əlillik”müəyyən olunmadan az ağır və ya ağır xəsarət alması – 30 faiz. “İcbari sığortalar haqqında” Qanunun 56.1-ci maddəsinə əsasən üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari”sığortasına dair standart və sərhəd sığorta müqavilələri”üzrə sığorta məbləğləri aşağıdakı kimi müəyyən edilir: 56.1.1. fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 50.000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat; 56.1.2. üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat. “İcbari sığortalar haqqında” Qanunun 19.4-cü maddəsinə əsasən mülki məsuliyyətin sığortası üzrə üçüncü şəxsin sağlamlığına zərər vurulması ilə əlaqədar sığortalı və ya sığorta olunan tərəfindən zərərçəkənin xeyrinə hər hansı ödəmə həyata keçirildikdə sığortaçı bu Qanuna uyğun olaraq hesablanan sığorta ödənişini bu Qanunun 19.5-ci maddəsinin tələbi nəzərə alınmaqla, sığorta məbləği həddində sığortalıya və ya sığorta olunana verir. Həmin Qanunun 19.5-ci maddəsinə əsasən mülki məsuliyyət sığortası üzrə üçüncü şəxsin sağlamlığına zərər vurulması ilə əlaqədar sığortalının və ya sığorta olunanın zərərçəkənə ödəmiş olduğu məbləğ bu Qanuna uyğun olaraq hesablanan sığorta ödənişi məbləğindən az olduqda, sığorta ödənişinin müvafiq fərqə bərabər olan hissəsi zərərçəkənə verilir. “İcbari sığortalar haqqında” Qanunun 20.6-cı maddəsinə əsasən sığorta hadisəsi nəticəsində üçüncü şəxsin əmlakına vurulan zərərin əvəzi sığortalı və ya sığorta olunan, həmçinin üçüncü şəxsin bağlamış olduğu digər müvafiq sığorta müqaviləsinin tərəfi olan sığortaçı tərəfindən tam ödənildikdə, sığortaçı sığorta ödənişini sığorta məbləği həddində sığortalıya və ya sığorta olunana, yaxud da subroqasiya qaydasında tələb irəli sürmüş digər sığortaçıya verir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, cavabdeh "xxxx" ASC-də sığortalanmış “Hyundai Sonata” markalı, ** RZ *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdə X4 tərəfindən idarə olunarkən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisində “Mercedes Benz C200” markalı, ** XZ *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə İddiaçı tərəfindən idarə olunan “Mercedes Benz C200” markalı avtomobilə maddi ziyan dəymiş və iddiaçı az ağır dərəcəli bədən xəsarəti almısdır. X1 atası Cavid Ələkpərov tərəfindən iddiaçıya dəymiş ziyana görə 11000 manat pul ödənilmişdir. Bu hal öz təsdiqini X2 barəsində olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-355/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündə öz təsdiqini tapmışdır. İddiaçı ona dəymiş ziyanın tam deyil, qismən ödənildiyi əsası ilə sığorta hadisəsi zamanı ona dəymiş ziyan 6500 manat məbləğində pulun cavabdeh "xxxx" ASC-dən alınıb ona ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. “İcbari sığortalar haqqında” Qanunun yuxarıda qeyd olunan normalarının tələbinə əsasən şəxsin az ağır və ya ağır xəsarət alması halında sığortaçının öhdəliyinin son həddi 1500 (5000 x 30%) manat, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə əmlaka dəyən zərərə görə öhdəliyinin son həddi 5000 manat olaraq müəyyən edilmişdir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, zərərvuran tərəfindən iddiaçıya ödənilən 11000 manat məbləğ 6500 (1500 + 5000) manat sığorta ödənişi məbləğini əhatə edir və beləliklə sığortaçı tərəfindən iddiaçıya ödəniləcək əlavə məbləğ qalmır. Digər tərəfdən, yuxarıda qeyd olunan Qanunun normalarının tələbinə əsasən sığorta ödənişinin zərərvurana ödənilməsi mümkündür. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələbinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla yanaşı, iddiaçı iddia ərizəsində zərərvuran tərəfindən ona ödəniş olunmaması və ya qismən olaraq qeyd etdiyi ödənişin dəqiq miqdarı ilə bağlı heç bir sübut təqdim edə bilməmişdir. İş üzrə müəyyən olunmuş hallara qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi əsassızdır və təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə iddiası təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X10

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar