Məhkəmə qərarları › İş №2(009)-533/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-533/2023

01.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-533/2023 01.02.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Mən, Səbail rayon Məhkəməsinin hakimi Bağırova Mədinə Ağacavad qızı, İddiaçı Məmmədova (Əmiraslanova) Tamam Camal qızının Cavabdeh qarşı cavabdehin üzərinə vəzifə qoyulması və mənəvi zərər tələbi barədə iddia ərizəsini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Məmmədova (Əmiraslanova) Tamam Camal qızı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh iddiaçı X1 qarşı etdiyi təhqir və təhdidlərə görə üzr istəməsi bir vəzifə olaraq qoyulması, cavabdehdən iddiaçının xeyrinə 200 000 manat miqdarında dəymiş mənəvi zərərin əvəzi tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddiaçı tərəfindən dövlət rüsumu ödənilmədiyindən ərizəsi və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Digər tərəfdən, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, cavabdehin üzərinə vəzifə qoyulması və mənəvi zərər tələbi barədə mübahisələr üzrə 490 manat məbləğində dövlət rüsumu ödənilməli olduğu halda, iddiaçı cəmi 50 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 108.3-cü maddəsinə əsasən dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Məmmədova (Əmiraslanova) Tamam Camal qızının Cavabdeh qarşı cavabdehin üzərinə vəzifə qoyulması və mənəvi zərər tələbi barədə iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar