Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-55/2023 17.01.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Rufullayeva Rövşanə Elşən qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək sığorta ödənişi qismində 4071,81 manat və ödənilmiş 61 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı 27 aprel 2022-ci il tarixdə Yasamal rayonu, Z.Xəlilov küçəsində idarə etdiyi “Subaru Forester” markalı, **-KN-*** dövlət nişanlı avtomobillə “Mercedes Benz 410 D” markalı, **-KJ-*** dövlət nişanlı avtomobil toqquşmuşdur. Həmin hadisə qeydiyyata alınmışdır və hadisə ilə bağlı araşdırma aparılaraq hər ikisinə inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Bununla yanaşı Yasamal RPİ tərəfindən “Mercedes Benz 410 D” markalı avtonəqiyyat vasitəsinin sığorta şirkətinə Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayış təqdim edilmişdir. Cavabdeh 18 may 2022-ci il tarixli məktub ilə iddiaçının avtomobilinə dəyən zərəri 430 manat qiymətləndirmişdir və halbuki iddiaçı "xxxx" MMC-dən 17 may 2022-ci il tarixdə arayışı ilə dəymiş zərər 4071,81 manat təşkil edir. Bundan sonra cavabdeh 07 iyun 2022-ci il tarixli məktubla iddiaçıya sığortalının və ya sığorta olunanın mülki məsuliyyəti yaranmadığından "xxxx" ASC tərəfindən sığorta ödənişinin həyata keçirilməsi üçün hüquqi əsaslar olmadığı bildirmişdir. İddiaçı onlarla dəfələrlə şifahi danışıqlıqlar aparsa da, hər hansı bir nəticə əldə olunmamışdır. Ona görə də o məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixində etiraz ərizəsi vermişdir. Ərizəni onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.2022-ci il tarixli məktubla cavabdehə müraciət edərək hadisə nəticəsində dəymiş zərər məbləğinin "xxxx" MMC tərəfindən qiymətləndirmənin aparılmasını xahiş etmişdir. "xxxx" MMC tərəfindən iddiaçıya məxsus olan avtomobilə dəymiş zərərin məbləği 430 manat müəyyən edilmişdir. “İcbari sığortalar haqqında” qanunun 13.1-ci maddəsinə əsasən icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. Həmin Qanunun 17.1.4-cü maddəsinə əsasən bu Qanunun Xüsusi bölməsində ayrı qayda nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi hesab edilə bilən halın təsərrüfatları (hadisənin baş vermə vaxtı, yeri, hadisənin baş verməsində təqsirli olan və (və ya) zərərçəkən şəxs (şəxslər), həmçinin zərər dəymiş əmlak, zərərin xüsusiyyətləri) barədə səlahiyyətli orqanın təqdim etdiyi arayış sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədlərin siyahısına daxil edildiyinə baxmayaraq, iddiaçı tərəfindən qeyd edilən hadisə nəticəsində sahibliyində olan əmlak üçüncü şəxslərə vurulan zərərə görə mülki məsuliyyəti cavabdeh tərəfindən sığortalanmış şəxsin təqsirli olmasına dair arayış təqdim edilməmişdir. Qeyd edilənlərlə yanaşı avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilən halın təsərrüfatları barədə Bakı şəhər X9 İdarəsi tərəfindən tərtib edilən və ASC-yə təqdim edilən arayışda və inzibati tənbeh verilməsi haqqında xx.xx.2022-ci il tarixli protokolda iddiaçı zərərvuran (təqsirli) şəxs kimi göstərildiyi halda, iddiaçının özü tərəfindən ASC-yə təqdim edilmiş arayışda zərərçəkən kimi göstərilmişdir. Nəzərə çatdırır ki, iddiaçı tərəfindən ASC-yə təqdim edilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilən halın təfərrüatları barədə arayış İSB portalında aşkar edilməmişdir və bu hal ASC-də həmin sənədin mötəbərliliyinə şübhə yaratmışdır. Qeyd edilənlərə əsasən hesab edir ki, iddia tələbi əsassızdır və baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının mülkiyyətində olan avtomobilə dəymiş zərərin məbləği tərəflərindən qanunvericiliyə müvafiq qaydada hesablanmışdır. Buna görə də, iddia tələbinin təmin edilməməli olduğunu hesab edirlər. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə Yasamal rayonu, Z.Xəlilov küçəsində yolnəqliyyat hadisəsi baş vermişdir. “Subaru Forester” markalı, **-KN-*** dövlət nişanlı avtomobillə “Mercedes Benz 410 D” markalı, **-KJ-*** dövlət nişanlı avtomobil toqquşmuşdur. X9 əməkdaşları tərəfindən araşdırma aparılmışdır. Araşdırma nəticəsində hər iki şəxs barəsində protokol tərtib edilmişdir. Müvafiq arayış "xxxx" Açıq Səhmdar Cəmiyyətinə elektron formada göndərilmişdir. Arayışlardan birini "xxxx" Açıq Səhmdar Cəmiyyətinə göndərilmişdir. Hansı ki, o arayışda təqsirli şəxs “Mercedes Benz 410 D” markalı avtomobilin sürücüsü tanınmışdır. Eyni zamanda da zərərçəkən şəxs kimi iddiaçı tanınmışdır. Bunun təsdiqi kimi sonradan xx.xx.2022-ci il tarixdə iddiaçı ilə cavabdeh arasında yazışma aparılmış, cavabdeh məktubla 430 manat pul təklif etmişdir. Qarşı tərəf təkrar ekspertiza keçirilməsini təklif etmişdir. Cavabdeh sonradan bildirmişdir ki, bu YNHdə iddiaçı zərərçəkmiş yox, təqsirli şəxsdir. Ona görə də vəsaitlərin verilməsindən imtina etmişdir. Digər avtomobilə nə qədər ziyan dəyməsini bilmirlər. Çünki müraciət etməmişdir. Eyni zamanda qarşı tərəf məktub təqdim edib ki, onlar təqsirli şəxsdir, qarşı tərəf zərərçəkmişdir. Necə olur ki, DYP tərəfindən hər iki şəxs barəsində protokol tərtib edilir və hər ikisi təqsirli bilinib, cərimələnir. Bu arayış onlarda var idi. Qarşı tərəf dəfələrlə məbləğ təklif etmişdir. Hətta razılaşma olmamışdır. Özləri hansı şirkətlərlə işləyirlərsə, o şirkətlərdən rəy almaq üçün ekspertiza keçirilməsini təklif etmişlər. Sonradan 4000 manatdan artıq məbləği görəndən sonra süni şəkildə imtinalar vermişlər. Məlumdur ki, hər iki tərəf barəsində protokol tərtib edilib. Hər ikisi təqsirli olsa belə onlara dəyən ziyan sığorta şirkətləri tərəfindən ödənilməlidir. Amma qarşı tərəf zərərin əvəzinin ödənilməsi ilə bağlı müraciət etməmişdir. Hal-hazırda “Mercedes Benz 410 D” markalı avtomobilin sürücüsü təqsirli bilinir. Hesab edir ki, iddiaçıya dəyən ziyan ödənilməlidir. Odur ki, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iştirak edən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 bildirmişdir ki, birinci müraciəti qarşı tərəf etmişdir. İnzibati qərar olmuşdur. Sonradan məlumat əldə edilmişdir ki, həm də iddiaçı da təqsirli bilinmişdir. Həmin qərarı da tələb ediblər. Həmçinin avtonəqliyyat sahiblərinin mülki məsuliyyəti barəsində çıxarış-Forma 4 arayışı vardır. Bilavasitə sığorta şirkətləri tərəfindən dəyən zərər həmin arayış nəticəsində verilir. Bir-birinə zidd qərar vardır. Rəsmi sorğu verilib. Cavabda bildirilir ki, digər avtomobilin də sürücüsü təqsirkar bilinmişdir. Hər iki qərar qüvvədədir. Hesab edir ki, bu qərarlar bir-birinə ziddir. Bu səbəbdən sığorta ödənişi ödəməli deyillər. Qiymətləndirici şirkətlər təklif edilmişdir. İddiaçının təqsiri olduğu üçün ona ödəniş olunmamalıdır. Arayışın biri əvvəl göndərilmiş, digəri isə sonradan. Bu polisin texniki səhvidir. İddia ərizəsində göstərilməmişdir ki, pul kimdən tutulmalıdır. Bu hallar düzgün deyildir. İddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli icbari sığorta müqaviləsindən görünür ki, "xxxx" ASC ilə "xxxx" MMC arasında “Mercedens Benz 410 D” minik markalı, **-JK-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün müqavilə bağlanmışdır. İş materiallarında olan AB 729125 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Subaru Forester” markalı,**-KN-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. İş materiallarında olan Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə Arayışdan görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 09:50 dəqiqədə Yasamal rayonu, Z.Xəlilov küçəsində toqquşma növündə yol-nəqliyyat hadisəsi baş vermişdir. “Subaru Forester” markalı, **-KN-*** dövlət nişanlı avtomobil ilə “Mercedes Benz 410 D” markalı, **-KJ-*** dövlət nişanlı avtomobil toqquşmuşdur. “Subaru Forester” markalı, **-KN-*** dövlət nişanlı avtomobilə zərər dəymişdir. İş materiallarında olan Bakı şəhər Baş Polis İdarəsinin "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İş materiallarında olan 29 aprel 2022-ci il tarixli, PBA********** nömrəli, “Əmlaka dəymiş zərərin qiymətləndirlməsinə” dair akta əsasən zərər 430 manat dəyərində qiymətləndirilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli, BS- C-22/2224 saylı məktubundan görünür ki, dəymiş zərər məbləğinin 430 manat olduğu ilə razılaşmadığından müstəqil ekspertin təyin edilməsi təklif edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli, BS- C-22/2224 saylı məktubundan görünür ki, vurulmuş zərərin ödənilməsi məsuliyyəti yaranmadığından zərərin ödənilməsindən imtina edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin SUB-38362 nömrəli iş kartından görünür ki, “Subaru Forester” markalı,**-KN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 4071,81 manat müəyyən edilmişdir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 noyabr 2022-ci il tarixli, 9/7045 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, ”Subaru Azərbaycan” MMC-nin xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumata əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2007-ci il buraxılışlı “Subaru Forester” markalı, **-KN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 3161 manat müəyyən edilmişdir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X2 dair bildirişdən görünür ki, keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizası xərci -100 (yüz) manat təşkil edir. İş üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” X8 Məhkəmə-kimya şöbəsinin 2/13919 saylı, 27 aprel 2022-ci il tarixli rəyindən görünür ki, İddiaçı götürülmüş qan nümunəsinin tərkibində etil spirti aşkar edilməmişdir. İş üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” X8 Məhkəmə-kimya şöbəsinin 2/13896 saylı, 27 aprel 2022-ci il tarixli rəyindən görünür ki, X1 götürülmüş qan nümunəsinin tərkibində etil spirti aşkar edilməmişdir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən ********* saylı qəbz üzrə İddiaçı tərəfindən 61 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 925.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. Həmin Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Həmin Məcəllənin 926.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. «İcbari sığortalar haqqında» Qanunun 50.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Həmin Qanunun 52.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. Həmin Qanunun 56.1 və 56.1.2-ci maddəsinə əsasən üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri - üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat kimi müəyyən edilir. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır. Məhkəmə qeyd edir ki, hadisə baş verən gün hadisə yerini müayinə edən, zəruri araşdırmanı aparan müvafiq icra hakimiyyəti orqanı (DYPİ) sığortaçını həmin gün hadisə barədə məlumatlandırmışdır. Cavabdeh isə 18 may 2022-ci il tarixli məktub ilə iddiaçının avtomobilinə dəyən zərəri 430 manat qiymətləndirmişdir. Məhkəmə hesab edir ki, iddiaçı baş vermiş yol-nəqliyyat hidisəsi nəticəsində zərərə məruz qalmışdır ki, həmin zərər məbləği də cavabdeh tərəfindən ödənilməlidir. Məhkəmə qeyd edir ki, İddiaçı vurulmuş ziyanın məbləğinin 4071,81 manat olmasını iddia etsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 noyabr 2022-ci il tarixli, 9/7045 nömrəli rəyindən görünür ki, “Subaru Forester” markalı, **-KN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 3161 manat təşkil edir. Məhkəmə hesab edir ki, İddiaçı mülkiyyətində olan nəqliyyat vasitəsinə vurulmuş ziyanın aradan qaldırılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əsasən təmir-bərpa xərci təxminən 3161 manat məbləğində müəyyən edildiyindən, həmin məbləğ "xxxx" ASC tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən ********* saylı qəbz üzrə İddiaçı tərəfindən 61 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə İddiaçı tərəfindən iddia ərizənin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun 50 (əlli) manatı cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizası xərci -100 (yüz) manatın 20 (iyirmi) manatı İddiaçı, 80 (səksən) manatı "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22) ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəllilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T ET D İ: İddia qismən təmin edilsin. "xxxx" ASC-dən 3161 (üç min yüz altmış bir) manat tutularaq İddiaçı ödənilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 50 (əlli) manatı "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilsin. Keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizası xərci -100 (yüz) manatın 20 (iyirmi) manatı İddiaçı, 80 (səksən) manatı "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22) ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-55/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-55/2023
17.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver