Məhkəmə qərarları › İş №2(009)-610/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-610/2022

04.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-610/2022 04.04.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, cavabdehlər Cavabdeh1 Qəhraman qızının, Cavabdeh2 Qəhraman qızının və Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı aliment tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 qızdan, Cavabdeh2 və Cavabdeh3 bərabər hissələrə bölünməklə onun xeyrinə 1000 manat aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, 06.10.1983-cü il tarixində X8 ilə nikah bağlamışdır. Birgə nikahdan xx.xx.1984-cü il təvəllüdlü qızları X4, xx.xx.1985-ci il təvəllüdlü qızları Cavabdeh2 və xx.xx.1992-ci il təvəllüdlü qızları Cavabdeh3 var. 21.12.2004-cü il tarixində onların nikahları pozulmuşdur və 26.01.2005-ci il tarixli Səbail rayon Məhkəməsinin qətnaməsi ilə ona məxsus olan Bakı şəhəri, Ə.Cavad küçəsi 22 saylı evin 113 saylı mənzilin 2/3 hissəsinə X2, 1/3 hissəsinə İddiaçı payları müəyyən olunub. X8 onu 2000-ci ildə ünvan 1 ünvanlarda qohumların və tanışların mənzillərində yaşayır. Hazırda Bakı şəhəri, N.Nərimano küçəsi, ev 9, mənzil 57-də yaşayır. Cavabdehlər yetkinlik yaşına çatmış və əmək qabliyyəti olan şəxslərdir. 1985-ci ildən, yəni nikah pozulana qədər ona 2-ci qrup əlillik və 260 manat miqdarında təqaüd təyin edilib. Onun yaşayışı üçün aylıq icarə haqqı ödənişi ilə mənzil sahəsinin icarə edilməsinə, ona xidmət göstərilməsinə görə kənar şəxsə zəhmət haqqı ödənilməsinə və səhhətinin bərpası üçün dərman alınmasına ehtiyac vardır. Ona görə də, cavabdehlərdən bərabər hissələrə bölünməklə onun xeyrinə 1000 manat aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə MPM-nin 185.4-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək onun rədd edilməsini xahiş etmiş və izah etmişdir ki, onların atası İddiaçı 06.10.1983-cü il tarixində onların anası X8 ilə nikaha daxil olaraq ailə qurmuşdur. Həmin nikahdan xx.xx.1984-cü ildə bacısı X4, xx.xx.1985-ci ildə o və xx.xx.1992-ci ildə digər bacısı Cavabdeh3 doğulmuşdur. 2004cü ildə valideynləri arasında olan nikah məhkəmə qaydasında pozulmudur. İddiaçı heç vaxt ata kimi onlara qayğı göstərməmiş, onlarla maraqlanmamış, anasının qız uşaqları doğduğuna görə onları bir övlad kimi qəbul etməmiş, onlar qız uşaqları olduqları üçün həmişə bildirib ki, o sonsuzdur. 2005-ci ildə Səbail rayon Məhkəməsi onların anaları X3 iddia tələbi ilə İddiaçı kiçik bacıları Aygünün saxlanılması üçün aliment tutulması barədə qətnamə qəbul etsə də, İddiaçı Kərm oğlu tərəfindən bu günə kimi aliment ödənişindən yayındığı və ödənişindən boyun qaçırdığı üçün Səbail rayon İcra şöbəsinin 26 yanvar 2022-ci il tarixli, 418/2005-16-15195 saylı rəsmi arayışına əsasən onun 5885 manat 30 qəpik anaları X5 aliment borcu qalmışdır. 2002-ci il tarixdə ataları İddiaçı onları, yəni hər üç bacını Yasamal rayon prokurorluğuna şikayət edərək 1 ay müddətində Prokurorluqda psixoloji duruma salmış və onları həbs etdirəcəyi ilə hədələmiş və get-gələ salmışdır. Onun iki övladı var və işləmir. Belə ki, anadangəlmə bir böyrəyin olmamasına, böyrək çatışmazlığı xəstəliyindən, eləcə də ürək xəstəliyindən əziyyət çəkdiyi üçün 2-ci qrup ömürlük əlildir. İddiaçı Kərm oğlu bu günə kimi ona müalicəsi üçün və tibbi ləvazimatların alınması üçün maddi yardım etməmişdir. İddiaçı anaları Mədinə tərəfindən oğlan yox, qız uşaqlarını dünyaya gətirdiyi üçün anaları Mədinə ilə məhkəmə qaydasında aralarında olan nikah pozulub və onlara bu səbəbdən maddi yardım etməyib və onları anaları Mədinə saxlayıb. İddiaçının maddi durumu çox yaxşıdır və bir neçə ev və bağ evinə məxsusdur və həmin əmlakları qardaşının və qardaşı oğlanlarının adına sənədləşdirib və 70000 manatlıq JEEP 4x4 markalı avtomobili idarə edir. İddiaçı nəsli ilə bağlı kitab buraxdırmış və özü ilə bağlı hissədə övladlarının, yəni onların adlarını göstərməmişdir və mediatora isə bildirmişdir ki, o sonsuzdur və qızdan övlad olmaz. İddiaçı onların təhsilinə də kömək etməyib. Belə olduğu halda onlardan aliment tələb etməsi əsassızdır. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək onun rədd edilməsini xahiş etmiş, bacısı iş üzrə Cavabdeh2 izahatında göstərilənlərlə razı olduğunu bildirmiş və eləcə də bildirmişdir ki, boşandıqdan sonra İddiaçıı bir ata kimi görməmlər və onlarla heç bir vaxt unisiyyətdə olmayıb. O evdar qadındır, işləmir, hər hansı gəliri yoxdur və onun biri azyaşlı və ikisi yetkinlik yaşına çatmamış üç oğlan övladı vardır. Məhkəmə iclasında Cavabdeh3 qız iddia tələbini qəbul etməyərək onun rədd edilməsini xahiş etmiş, bacısı iş üzrə Cavabdeh2 izahatında göstərilənlərlə razı olduğunu bildirmiş və eləcə də bildirmişdir ki, o, işləyir və əmək haqqı alır. Buna baxmayaraq İddiaçı iddia tələbini qəbul etmir. Belə ki, İddiaçı heç vaxt ata kimi onlara qayğı göstərməmiş, onlara heç bir maddi köməklik göstərməmişdir. 2005-ci ildə Səbail rayon Məhkəməsi anası X3 iddia tələbi ilə İddiaçı onun saxlanılması üçün aliment tutulması barədə qətnamə qəbul etsə də, İddiaçı Kərm oğlu tərəfindən bu günə kimi onun saxlanması üçün aliment ödənişindən yayınmışdır. İddiaçı onun saxlanması üçün aliment ödənişindən boyun qaçırdığı üçün Səbail rayon İcra şöbəsinin 26 yanvar 2022-ci il tarixli, 418/2005-16-15195 saylı rəsmi arayışına əsasən İddiaçı Kərm oğlunun 5885 manat 30 qəpik anaları X5 aliment borcu qalmışdır. Məhkəmə cavabdehlərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan AZ-İ 099851 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı və X8 ilə olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2004 ilin dekabr ayının 21 günündə 171 № ilə qeyd edilmişdir. İş materiallarında olan 246 nömrəli vəsiqədən görünür ki, İddiaçı «Əfqanistan» veteranlar İttifaqının üzvüdür, 2-ci qrup əlildir. İş materiallarında olan 9 saylı Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 135 nömrəli, 28.12.2021-ci il tarixli arayışından görünür ki, vət.İddiaçı həqiqətən Ə.Cavad küçəsi 22, mənzil 113-də qeydiyyatdadır. İş materiallarında olan Səbail rayon Məhkəməsinin 30 avqust 2005-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı X3 xeyrinə xx.xx.1992-ci il təvəllüdlü qızı Cavabdeh3 saxlanılması üçün hər ay 01 iyul 2005-ci ildən başlayaraq yetkinlik yaşına çatana qədər 500.000 manat tutulması qət edilmişdir. Təqdim olunmuş AA******* 1QAOF48 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 xx.xx.1984-cü ildə anadan olmuşdur. Təqdim olunmuş AA******* xxxxxxx nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 xx.xx.1985-ci ildə anadan olmuşdur. Təqdim olunmuş AA******* SHTTJ2VV nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh3 xx.xx.1992-ci ildə anadan olmuşdur. Təqdim olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X1 haqqında 15.03.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh2 işsizdir. Təqdim olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Ağentliyi publik hüquqi şəxsi 1 saylı Bakı DOST Mərkəzinin 01 aprel 2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh1 (FİN 10AOF48) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sisteminin «Əmək müqaviləsi bildirişi» altsisteminə əsasən əmək müqaviləsi aşkar edilməmişdir. Təqdim olunmuş doğum haqqında şəhadətnamələrdən görünür ki, Cavabdeh1 X6 ilə birgə nikahından 3 övladı vardır: 11.05.2007-ci il təvəllüdlü X7, 02.02.2011-ci il təvəllüdlü X14 Qafuroviç və 26.08.2016-cı il təvəllüdlü X10. Təqdim olunmuş Səbail rayon Məhkəməsnin 2-1271/05 saylı, 30.08.2005-ci il tarixli icra vərəqəsindən görünür ki, İddiaçı X3 xeyrinə xx.xx.1992-ci il təvəllüdlü qızı Cavabdeh3 saxlanılması üçün hər ay 01 iyul 2005-ci ildən başlayaraq yetkinlik yaşına çatanadək 500000 manat ödənilməlidir. Təqdim olunmuş Bakı şəhəri Səbail rayon İcra şöbəsinin 26.01.2022-ci il tarixli, 418/2005-16-15 nömrəli arayışından görünür ki, Səbail rayon Məhkəməsnin 2-1271/05 saylı, 30.08.2005-ci il tarixli icra sənədinə əsasən İddiaçı 1 uşağın saxlanması üçün hər ay 500 manat aliment tutularaq X3 xeyrinə ödənilməlidir. Səbail rayon Məhkəməsinin 2- 1271/05 saylı, 30.08.2005-ci il tarixli icra vərəqəsinin icrası ilə bağlı borclu İddiaçı bugünə olan aliment borcu 5885 manat 30 qəpik təşkil etməkdədir. Aliment borcu hər ay borclunun pensiyasından tutulmaqdadır. Təqdim olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 25.08.2006-cı il tarixli, 6k-1746 saylı qərarından görünür ki, İddiaçı kassasiya şikayəti təmin edilməyərək, Səbail rayon Məhkəməsnin 2-1271/05 saylı, 30.08.2005-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin MİÜMK-nın 22.02.2006-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Təqdim olunmuş 11.12.2015-ci il tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidməti 10 saylı Tibbi Sosial Ekspert Komissiyasının arayışından görünür ki, Cavabdeh2 xroniki böyrək xəstəliyi İİİ mərhələ, xroniki obustriktiv pielonefrit, ürəyin hipertenziv xəstəliyi İİ dərəcə diaqnozu ilə müddətsiz ikinci dərəcəli əlildir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, 06.10.1983-cü il tarixində İddiaçı və X8 nikah bağlamışlar və birgə nikahlarından 3 övladları var: xx.xx.1984-cü il təvəllüdlü X4, xx.xx.1985-ci il təvəllüdlü Cavabdeh2 və xx.xx.1992-ci il təvəllüdlü Cavabdeh3. İddiaçı ilə X8 arasında olan nikah 21.12.2004-cü il tarixində məhkəmə qaydasında pozulmuşdur. İddiaçı qızı xx.xx.1992-ci il təvəllüdlü Cavabdeh3 saxlanılmasına heç bir maddi yardım göstərmədiyi üçün X3 iddiası əsasında Səbail rayon Məhkəməsinin qətnaməsi ilə İddiaçı X3 xeyrinə xx.xx.1992-ci il təvəllüdlü qızı Cavabdeh3 saxlanılması üçün hər ay 01 iyul 2005-ci ildən başlayaraq yetkinlik yaşına çatana qədər 500.000 manat aliment tutulması qət edilmişdir. Həmin alimenti ödəmədiyi üçün Bakı şəhəri Səbail rayon İcra şöbəsinin 26.01.2022-ci il tarixli, 418/2005-16-15 nömrəli arayışına əsasən Səbail rayon Məhkəməsinin 2-1271/05 saylı, 30.08.2005-ci il tarixli icra vərəqəsinin icrası ilə bağlı borclu İddiaçı bugünə olan aliment borcu 5885 manat 30 qəpik təşkil etməkdədir. Aliment borcu hər ay borclunun pensiyasından tutulmaqdadır. Azərbaycan Respublikası Ali Məcəlləsinin 82.1-ci maddəsinə əsasən əmək qabliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərinin saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. Ali Məcəlləsinin 82.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur. Ali Məcəlləsinin 82.3-cü maddəsinə əsasən övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərin diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Qanunun yuxarıda göstərilən normalarının tələbindən göründüyü kimi, maddi yardıma ehtiyacı olan valideyinlərdir ki, onlar ümumi təqaüd yaşına çatmışlar və onların qazancı, təqaüdü, müavinəti özlərini yaşayış minimumu həddində təmin etməyə imkan vermir. Digər tərəfdən, həmin normaların tələbindən görünür ki, əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlardan maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynləri üçün aliment tutularkən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərin diqqətəlayiq digər maraqları nəzərə alınmalıdır. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, Cavabdeh2 xroniki böyrək xəstəliyi İİİ mərhələ, xroniki obustriktiv pielonefrit, ürəyin hipertenziv xəstəliyi İİ dərəcə diaqnozu ilə müddətsiz ikinci dərəcəli əlildir və əlilliyə görə 316,48 manat pensiya alır. Məhkəmə hesab edir ki, iddiaçı qanunun yuxarıda qeyd olunan normasının tələbinə zidd olaraq, hazırki tələblə əmək qabiliyyəti olmayan qızı Cavabdeh2 qarşı iddia qaldırdığı üçün onun iddia tələbi təmin oluna bilməz. Məhkəmə iclasında sübutların tədqiqi ilə eləcə də müəyyən olundu ki, Cavabdeh1 işləmir və onun 11.05.2007-ci il, 02.02.2011-ci il və 26.08.2016-cı il təvəllüdlü 3 övladı vardır. Bununla yanaşı, İddiaçı Cavabdeh1 333 manat məbləğində aliment ödəməyə imkanı olduğunu təsdiq edən sübutları təqdim etməmişdir, onun tərəfindən cavabdehin hər hansı digər gəlirləri barədə, fərdi sahibkarlıq fəaliyyəti barədə məlumatlar da, təqdim olunmamışdır. Digər tərəfdən, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçının pensiyası özünü yaşayış minimumu həddində təmin etməyə imkan verir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçının Cavabdeh1 aliment tutulması barədə tələbi əsassızdır, ona görə də, Cavabdeh1 münasibətdə iddianın təminindən imtina olunmalıdır. Məhkəmə iclasında sübutların tədqiqi ilə həmçinin müəyyən olundu ki, Səbail rayon Məhkəməsinin 2-1271/05 saylı, 30.08.2005-ci il tarixli icra vərəqəsinin icrası ilə bağlı borclu İddiaçı xx.xx.1992-ci il təvəllüdlü qızı Cavabdeh3 saxlanılması üçün X3 xeyrinə tutulacaq aliment borcu bu günə 5885 manat 30 qəpik təşkil etməkdədir. Azərbaycan Respublikası Ali Məcəlləsinin 82.5-ci maddəsinə əsasən valideynlərin öz valideynlik vəzifələrini yerinə yetirməməsi məhkəmə tərəfindən müəyyən olunarsa, uşaqlar əmək qabliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlərini saxlamaq vəzifəsindən azad edilə bilərlər. Beləliklə, qanunun qeyd olunan normasının tələbinə uyğun olaraq İddiaçı xx.xx.1992-ci il təvəllüdlü qızı Cavabdeh3 münasibətdə öz valideynlik vəzifələrini yerinə yetirməməsi məhkəmə iclasında müəyyən olunduğu üçün məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh3 münasibətdə əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı aliment tutulması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar