Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-613/2022 10.03.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı sığorta hadisəsi üzrə vurulmuş maddi ziyan tələbinə dair Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı sığorta hadisəsi üzrə vurulmuş maddi ziyan tələbinə dair iddia ərizəsi ilə Səbail rayon Məhkəməsinə müraciət etmişdir. X1 elektron qaydada “Elektron Məhkəmə” sistemi vasitəsi ilə 05.03.2022-ci il tarixdə Səbail rayon Məhkəməsinə ərizə ünvanlayaraq, "xxxx" ASC-nin hüquqi ünvanının Bakı şəhəri, Nəsimi rayonu, Lev Tolstoy, ev 170 olduğunu nəzərə alaraq, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı sığorta hadisəsi üzrə vurulmuş maddi ziyan tələbinə dair mülki işin aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş iş üzrə iddaçı İddiaçı və cavabdeh "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi məhkəmənin hazırlıq iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, hazırki mülki iş aidiyyəti üzrə baxılması üçün Nəsimi rayon Məhkəməsinə göndərilməlidir. İş üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında şəhadətnaməyə əsasən "xxxx" ASC-nin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Lev Tolstoy, ev 170-dir. AR MPM-nin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar edilərsə məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Göstərilən Məcəllənin 45.1-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aidiyyatı ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. «Məhkəmələr və hakimlər haqqında» AR Qanununun 15-ci maddəsinə əsasən işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdehin hüquqi ünvanı ünvan 4 pozulması ilə icraata götürülmüşdür. Məhkəmə qeyd edir ki, iddia ərizəsi aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyindən və bu hal işə baxılan zaman aşkar olunduğundan, hazırki mülki iş cavabdehin hüquqi ünvanı üzrə olan məhkəmədə, yəni Nəsimi Rayon Məhkəməsində baxılmalıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən verilmiş iddia ərizəsi aidiyyət qaydalarının pozulması ilə məhkəmənin icraatına qəbul edildiyindən və həmin iddianın aidiyyəti üzrə Nəsimi rayon Məhkəməsində baxılmalı olması müəyyən edildiyindən, hazırki mülki iş aidiyyəti üzrə baxılması üçün Nəsimi rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 35.2, 45.2.2, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə… QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı sığorta hadisəsi üzrə vurulmuş maddi ziyan tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhər Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhər Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-613/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-613/2022
10.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver