Məhkəmə qərarları › İş №2(009)-623/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-623/2022

18.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-623/2022 18.05.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, X8 oglunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı (3-cü şəxs qismində Mustafayev Ayxan Yasin oğlu işə cəlb olunmaqla) cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh2 qarşı sığorta ödənişin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh2 qarşı sığorta ödənişinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Sığorta Şirkəti ASC-dən 4250 manat vəsaitin və Cavabdeh2 4703 manat vəsaitin və ödədiyi 110 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Nissan Kicks markalı ** NO *** dövlət nömrə nişanlı avtomobil mülkiyyət hüququ ilə ona məxsusdur. Adıçəkilən nəqliyyat vasitəsi etibarnamə ilə bacısı X1 istifadəsindədir. 17.05.2021-ci il tarixdə, saat 18:30 radələrində, Bakı- Qazax yolunun 7-ci kilometrində, Bakı şəhər istiqamətində hərəkət edərkən qəza baş vermişdir. Qabaqda gedən avtomobil piyadaya yol vermək üçün dayanmışdır. O da öz növbəsində avtomobili dayandırdı. Bu zaman arxadan gələn Daimler markalı ** EA *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ara məsafəsi saxlamadığı üçün onun avtomobilinə çırpıldı. Nəticədə o da zərbənin gücündən qarşısında durmuş Mersedes Benz markalı ** ZS *** dövlət nömrə nişalı avtomobilə dəymişdir. Nəticədə onun avtomobili həm arxadan, həm də öndən zədə almışdır. Bu hadisə Dövlət yol Polisi İdarəsində araşdırıldı və günahkar olaraq Daimler markalı ** EA *** dövlət nömrə nişanlı nəqliyyat vasiətsinin sürücüsü Cavabdeh2 tanındı. Bu haqda inzibati tənbeh vermə haqda TP ******* saylı qərar və araşdırma materialları hazırki ərizəyə əlavə edilir. Daimler markalı ** EA *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi cavabdeh "xxxx" ASC tərəfindən icbari sığorta edilmişdir. Sığorta şirkəti əməkdaşları tərəfindən avtomobillərə baxış keçirildi. Baxış nəticəsində qarşıda dayanmış avtomobilə 750 manat vəsait ödənildi. Qəzadan sonra o, avtomobili Nissa Service aparmış və orada avtomobilinə dəymiş zərər hesablandı. Qüsur aktı ilə müəyyən edildi ki, avtomobilə dəymiş zərərin miqdarı 8953 manat təşkil edir. Bundan sonra o, cavabdeh sığorta şirkətinə müraciət edərək, sığorta ödənişindən yerdə qalan 4250 manatın ona ödənilməsini xahiş etdi. Lakin cavabdeh təşkilat guya ona cəmi 3300 manat məbləğində zərər vurulduğunu və bundan artıq hər hansı bir məbləğ ödəməyəcəyini bildirdi. Təbii ki, həmin məbləği almaqdan imtian edərək, son ümid yeri kimi məhkəməyə müraciət etmişdir. 25 aprel 2022-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək bildirmişdir ki, ilkin olaraq iddia tələbi Yasamal rayon Məhkəməsinə verilmişdir və iddia tələbi verilən zaman cavabdeh "xxxx" Sığorta Şirkəti ASC tərəfindən iddiaçıya hər hansısa ödəniş olmamışdır. Daha sonra ərazi aidiyyatı üzrə baxılması üçün Səbail rayon Məhkəməsinə iddia ərizəsi verilmişdir. Məhkəmə mübahisəsi icraatda olduğu zaman məlum olmuşdur ki, avtomobilin təmirinin uzun müddət ləngiməməsi üçün iddiaçının qohumu tərəfindən cavabdeh sığorta şirkətindən 3300 manat vəsait alınmışdır. Bu səbəbdən də, hazırki iddia tələbinin dəqiqləşdirilməsinə ehtiyac yaranmışdır. Qeyd edilənləri nəzərə alaraq, cavabdeh "xxxx" Sığorta Şirkəti ASC-dən 950 manat vəsaitin və Cavabdeh2 4703 manat vəsaitin və ödədiyi 110 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qənamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsinə dəqiqləşdirmə barədə xahişini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil oğlu iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verdi və tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. 25.04.2022-ci il tarixdə keçirilən məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək onun əsassız olduğu üçün təmin edilməməsini xahiş etmiş və izah etmişdir ki, “Günay Sığorta” ASC-də 06 fevral 2021-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış "Daimler Chrysler" markalı, 20EA585 dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində 17 may 2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X2 tərəfindən idarə olunan "xxxx" markalı 99NO525 dövlət qeydiyyat nişanlı və X5 tərəfindən idarə olunan “Mercedes Benz” markalı 90ZS422 dövlət qeydiyyat nişanl avtomobillərlə toqquşaraq onları zədələmişdir. Hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən "xxxx" markalı 99NO525 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Mustafayev Ayxan Yasin oğluna 3300 manat, “Mercedes Benz” markalı 90ZS422 dövlət qeydiyyat nişanl avtomobilin sahibi X3 750 manat sığorta ödənişi verilmişdir. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 6.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və (və ya) sığorta müqaviləsinin şərtlərinə uyğun olaraq, sığorta ödənişi verilməli olan şəxs faydalanan şəxs hesab edilir. Fərdi qəza sığortası üzrə sığorta olunan, onun öldüyü halda ailə üzvləri, onlar olmadığı halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsində nəzərdə tutulmuş digər vərəsələr, mülki məsuliyyətin sığortası üzrə isə üçüncü şəxs, onun öldüyü halda ailə üzvləri (üçüncü şəxs hüquqi şəxs olduqda, onun hüquq varisi) faydalanan şəxs hesab edilir. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 6.7-ci maddəsinə əsasən əmlak sığortası üzrə sığorta hadisəsi nəticəsində zərər dəymiş əmlakla bağlı sığorta marağı olan istənilən şəxs həmin əmlakın mülkiyyətçisi olub-olmamasından asılı olmayaraq zərərçəkən hesab edilir. Həmin Qanunun 7-ci maddəsinə əsasən sığortalı və (və ya) sığorta olunanın ailə üzvləri istisna olmaqla, bu Qanuna görə mülki məsuliyyətin icbari sığortası üzrə sığorta müqaviləsinin tərəfi olmayan, sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən, eyni zamanda sığorta ödənişi almaq hüququna malik olan fiziki şəxslər – fiziki şəxs öldüyü halda, onun ailə üzvləri – və ya hüquqi şəxslər, yaxud onların hüquq varisləri üçüncü şəxs sayılırlar. "xxxx" markalı 99NO525 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər Sığorta Şirkəti tərəfindən 3300 manat məbləğində qiymətləndirilmiş və avtomobilin sahibi Mustafayev Ayxan Yasin oğlu həmin məbləğlə razı olmuşdur. Bununla əlaqədar qanuna müvafiq olaraq Sığorta Aktı tərtib olunmuş və həmin X7 Yasin oğlu imza edərək təsdiq etmişdir ki, “bu sığorta aktı ilə müəyyən edilmiş sığorta ödənişi sığorta hadisəsi nəticəsində zərərin əvəzinin ödənilməsi üçün qətidir”. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 16.2-ci maddəsinə əsasən sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır. AR Mülki Məcəlləsinin 925.2-ci maddəsinə əsasən sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir. Bildirir ki, Mustafayev Ayxan Yasin oğlunun müəyyən edilmiş zərər məbləği ilə razı olmamaq hüququ olmuş, lakin o, məbləği mübahisələndirməmişdir. Sığorta Aktına imzə etdikdən sonra Mustafayev Ayxan Yasin oğluna 3300 manat məbləğində sığorta ödənişi həyata keçirilmiş və 29 dekabr 2021-ci il tarixdə, o, həmin məbləği almışdır. Bunlardan sonra İddiaçı Sığorta Şirkətinə qarşı hər hansı bir iddia ilə çıxış etməsi tam əsassızdır. Qeyd olunanları nəzərə alaraq, iddianın təmin edilməməsini xahiş etmişdir. 25.04.2022-ci il tarixdə keçirilən məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində işə cəlb olunmuş Mustafayev Ayxan Yasin oğlu bildirdi ki, "xxxx" markalı 99NO525 dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi iddiaçıdır və yol nəqliyyat hadisəsi baş verərkən həmin avtomobili etibarnamə əsasında iddiaçının bacısı və onun da həyat yoldaşı olan X2 idarə etmişdir. Yol nəqliyyat hadisəsi baş verdikdən sonra qaynı, hazırki iş üzrə İddiaçı ona etibarnamə vermiş və avtomobilin təmiri ləngiməsin deyə, o, məcburiyyət qarşısında hazırki iş üzrə cavabdeh olan Sığorta Şirkətindən 3300 manat məbləğində sığorta ödənişini qəbul etmişdir. Həmin məbləğ avtomobilin təmirinə xərclənmiş, lakin avtomobilin tam yararlı hala gətirilməsinə kifayət etməmişdir. Avtomobil tam yararlı halda olmasa da, sürülə bilir. Bundan başqa bildirir ki, iddiaçının təqdim etdiyi qüsur aktında maşının buraxılış ili 2020-ci il, Sığorta Şirkətinin təqdim etdiyi qüsur aktında isə maşının buraxılış ili 2015-ci il göstərilmişdir. Hesab edir ki, qüsur aktlarında göstərilən məbləğlər arasında fərqin yaranmasına səbəb də budur. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, lakin 28.03.2022-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək, iddia tələbini qəbul etmədiyini bildirmiş, iddianın rədd olunmasını və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh “Günay Sığorta” ASC-nin nümayəndəsi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Mustafayev Ayxan Yasin oğlu məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin və 3-cü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, iddia tələbi əsassızdır və aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarında olan 17.05.2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh haqqında qərardan görünür ki, Daimler markalı ** EA *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan "xxxx" MMC-nin 20.05.2021-ci il tarixli qüsur aktından görünür ki, İddiaçı məxsus Nissan Kicks markalı ** NO *** dövlət nömrə nişanlı avtomobilinə cəmi 8953 manat məbləğində ziyan dəymişdir. İş materiallarında olan 114075 nömrəli, 29.12.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən Mustafayev Ayxan Yasin oğluna 3300 manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan "xxxx" ASC ilə faydalanan şəxs (zərərçəkən) Mustafayev Ayxan Yasin oğlu arasında bağlanmış sığorta ödənişi ilə bağlı 28.12.2021-ci il tarixli, PGU- 211696 nömrəli aktdan görünür ki, Nissan Kicks markalı ** NO *** dövlət nömrə nişanlı avtomobilinə dəymiş zərərin məbləği 3300 manat müəyyən edilmişdir. Həmin aktdan görünür ki, bu sığorta aktı ilə müəyyən edilmiş sığorta ödənişi sığorta hadisəsi nəticəsində zərərin əvəzinin ödənilməsi üçün qətidir, Mustafayev Ayxan Yasin oğlu sığorta aktında qeyd olunan sığorta ödənişi ilə razıdır, heç bir əlavə tələbi yoxdur və gələcəkdə olmayacaq. İş materiallarında olan Nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair 27 dekabr 2021-ci il tarixli etibarnamədən görünür ki, mülkiyyətçi Əsədov X6 Kicks markalı ** NO *** dövlət nömrə nişanlı avtomobili bir il müddətinə idarə etməyi Mustafayev Ayxan Yasin oğluna etibar etmişdir. İş materiallarında olan "xxxx" ASC-nin Dəymiş zərərin hesablanmasına dair 25.05.2021-ci il tarixli Aktından görünür ki, Nissan Kicks markalı ** NO *** dövlət nömrə nişanlı avtomobilə cəmi 3300 manat məbləğində ziyan dəymişdir. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 6.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və (və ya) sığorta müqaviləsinin şərtlərinə uyğun olaraq, sığorta ödənişi verilməli olan şəxs faydalanan şəxs hesab edilir. Fərdi qəza sığortası üzrə sığorta olunan, onun öldüyü halda ailə üzvləri, onlar olmadığı halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsində nəzərdə tutulmuş digər vərəsələr, mülki məsuliyyətin sığortası üzrə isə üçüncü şəxs, onun öldüyü halda ailə üzvləri (üçüncü şəxs hüquqi şəxs olduqda, onun hüquq varisi) faydalanan şəxs hesab edilir. Həmin Qanunun 6.7-ci maddəsinə əsasən əmlak sığortası üzrə sığorta hadisəsi nəticəsində zərər dəymiş əmlakla bağlı sığorta marağı olan istənilən şəxs həmin əmlakın mülkiyyətçisi olub-olmamasından asılı olmayaraq zərərçəkən hesab edilir. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən sığortalı və (və ya) sığorta olunanın ailə üzvləri istisna olmaqla, bu Qanuna görə mülki məsuliyyətin icbari sığortası üzrə sığorta müqaviləsinin tərəfi olmayan, sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən, eyni zamanda sığorta ödənişi almaq hüququna malik olan fiziki şəxslər fiziki şəxs öldüyü halda, onun ailə üzvləri – və ya hüquqi şəxslər, yaxud onların hüquq varisləri üçüncü şəxs sayılırlar. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.2-ci maddəsinə əsasən sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, "xxxx" ASC-də 06 fevral 2021-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış "Daimler Chrysler" markalı, 20EA585 dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində 17 may 2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X2 tərəfindən idarə olunan "xxxx" markalı 99NO525 dövlət qeydiyyat nişanlı və X5 tərəfindən idarə olunan “Mercedes Benz” markalı 90ZS422 dövlət qeydiyyat nişanl avtomobillərlə toqquşaraq onları zədələmişdir. Hadisə ilə əlaqədar "xxxx" ASC "xxxx" markalı 99NO525 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Mustafayev Ayxan Yasin oğluna 3300 manat, “Mercedes Benz” markalı 90ZS422 dövlət qeydiyyat nişanl avtomobilin sahibi X3 750 manat sığorta ödənişi verilmişdir. Məhkəmə iclasında sübutların tədqiqi ilə eləcə də müəyyən olundu ki, Mustafayev Ayxan Yasin oğlunun avtomobilə dəymiş zərərlə bağlı "xxxx"ASC tərəfindən müəyyən olunmuş məbləğlə razı olmamaq hüququ olmuş, lakin o, həmin məbləği mübahisələndirməmişdir. Sığorta Aktına imza etdikdən sonra Mustafayev Ayxan Yasin oğluna 3300 manat məbləğində sığorta ödənişi həyata keçirilmiş və 29 dekabr 2021-ci il tarixdə o, həmin məbləği almışdır. Belə olduğu təqdirdə, məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi hallan sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı (3-cü şəxs qismində Mustafayev Ayxan Yasin oğlu işə cəlb olunmaqla) cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh2 qarşı sığorta ödənişin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya məhkəməsinə Səbail Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar