Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-63/2021 25.01.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əliyeva Aygün Həsən qızının katibliyi ilə İddiaçı iştirakı ilə İddiaçı müstəqil tələb irəli sürməyən üçünçü şəxs qismində Bakı şəhər Maraqlı şəxs işə cəlb edilməklə Cavabdeh qarşı “atalığın mübahisələndirilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı müstəqil tələb irəli sürməyən üçünçü şəxs qismində Bakı şəhər Maraqlı şəxs işə cəlb edilməklə Cavabdeh qarşı “atalığın mübahisələndirilməsi” tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci ildə anadan olmuş X2 aid, xx.xx.2019-cu ildə Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş 213 №li doğum akt qeydində ata qrafasında İddiaçı qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, 2017-ci ilin yanvar ayında Bakı şəhərində kafelərin birində sonradan adını tanıdığı hazırki iş üzrə Cavabdeh ilə tanış olmuş, bir həftə ərzində onunla 2 dəfə yaxın münasibətdə olmuşdur. Sonradan öyrənmişdir ki, cavabdehin rəsmi nikahda olan həyat yoldaşı vardır. Rəsmi nikahda olduğu həyat yoldaşının adı və soyadı X10r. Bunu bildikdən sonra o, cavabdehlə bütün əlaqələrini kəsdi və onu bir daha görmədi. 2019-cu ilin əvvəllərində iddiaçıya Bakı şəhəri Səbail Rayon Məhkəməsindən cavabdeh kimi cağırış gəlmişdir. Məhkəməyə gələndən sonra ona məlum oldu ki, Cavabdeh onu məhkəməyə verərək, xx.xx.2017-ci ildə anadan olmuş X5 üçün ondan aliment isdəyir. O həmin məhkəmədə iddianı qəbul etmədi, belə ki, Cavabdeh başqa şəxslə rəsmi olaraq ər-arvaddır, digər tərəfdən cavabdehin onun kimi başqa tanışlarının olması istisna edilmir. Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş 213 №li, xx.xx.2019-cu il tarixli doğum akt qeydində xx.xx.2017-ci ildə anadan olmuş X1 atası qrafasında İddiaçı qeyd olunmuşdur. Bu səbəbdən hesab edir ki, xx.xx.2017-ci il tarixdə anadan olmuş X5 ilə onun genetik qohumluğunun müəyyən edilməsi üçün, yəni uşağın bioloji atasının o olub olmamasının müəyyən edilməsi üçün genetik ekspertiza keçirilməlidir. Ona görə də, xx.xx.2017-ci ildə anadan olmuş X2 aid, xx.xx.2019-cu ildə Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş 213 №li doğum akt qeydində ata qrafasında İddiaçı qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək eləcə də, bildirdi ki, o, məhkəmə-tibbi genetik ekspertizasının rəyi ilə razı deyildir, belə ki, özünü xx.xx.2017-ci il tarixdə anadan olmuş X1 atası hesab etmir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Müstəqil tələb irəli sürməyən 3-cü şəxs Bakı şəhər Maraqlı şəxs nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin və 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçını dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarında olan AZ-İ 310178 nömrəli, xx.xx.2018-ci il tarixli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxxxx 2017-ci ildə vətəndaş Cavabdeh doğulmuş X3 atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 2018 ilin dekabr ayının 05 günündə 17 № ilə qeyd edilmişdir. İş materiallarında olan AZ-T 099579 nömrəli, xx.xx.2019-cu il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2017-ci il tarixdə doğulmuşdur, atası İddiaçı, anası Cavabdehdır İş materiallarında olan Səbail rayon Məhkəməsinin 2(009)-1119/2019 sayla, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı aliment tələbinə dair iddiası qismən təmin edilərək, xx xxxxxx 2017-ci il təvəllüdlü İddiaçı yetkinlik yaşına çatana qədər saxlanılması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay 160 manat sabit pul məbləğində alimentin cavabdeh İddiaçı tutularaq iddiaçı Məmmədova Günay Ramiz qızına ödənilməsi qət edilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. xx.xx.1998-ci il tarixli «Uşaq hüquqları haqqında» AR Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqların təmin olunmasına şərait yaratmalıdırlar. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, atalığın müəyyən edilməsi haqqında şəhadətnamə ilə İddiaçı xx xxxxxx 2017-ci ildə vətəndaş Cavabdeh doğulmuş X3 atası hesab edilmişdir. İddiaçı uşağın atası olmasını inkar etdiyindən, mübahisənin mahiyyəti üzrə düzgün həll olunması üçün məhkəmə tərəfindən iş üzrə məhkəmə tibbi-genetik ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X4 813/2020-MTBŞ saylı, xx.xx.2020-ci il tarixli ekspert rəyindən görünür ki, 1 saylı cədvəldə göstərilən, beynəlxalq praktikada geniş istifadə olunan və digər ölkələrdə genetik testlərdə sınaqlardan uğurla çıxmış 16 müxtəlif STR lokusdan 16-ı (cədvəl 1, 1-16 saylı STR lokuslar) üzrə X5 ilə güman olunan ata X7 arasında atalığın müəyyən olunması üzrə keçirilən DNT testi zamanı aşağıdakı nəticələr alınmışdır (cədvəl 2): Testin keçirilməsi üçün götürülən 16 STR lokusdan 16-ı (1-16 saylı STR lokuslar) üzrə təyinat aparmaq mümkün olmuşdur (cədvəl 2). Cədvəldən göründüyü kimi, nəticələrin etibarlı hesab olunduğu 15 (1-15 saylı STR lokuslar) autosom STR lokuslar üzrə analıq faktı şübhəsizdir və lokusların hər biri üzrə testdə iştirak edən uşağın (C) və güman olunan atanın (F) DNT profillərində ən azı bir ortaq allel aşkarlanmışdır (cədvəldə xüsusi sütunda C-nin güman olunan ataya - F-ə nəzərən obliqat allelləri göstərilmiş və «uyğundur» kimi qiymətləndirilmişdir). Amelogeninlə alınan nəticə reallığa uyğun gəlmişdir - testə uğradılan uşaq oğlandır. Testə uğradılan şəxslərin genotiplərində tam homoziqotluq aşkar edilməmişdir. Cəmi iki halda (D13S317 və vWA STR lokusları üzrə) təkcə ananın, cəmi üç halda (D3S1358, TPOX və D5S818 STR lokuslar üzrə) uşağın, cəmi üç halda (D8S1179, D7S820 və TPOX STR lokusları üzrə) isə güman olunan atanın genotiplərində homoziqot allellər aşkar olunmuşdur. Tam homoziqotluğun olmaması və testə uğradılan şəxslərdə daxili homoqizotluğun aşağı olması (anada 2, uşaqda və güman olunan atanın hər birində cəmi 3 hal) testin nəticələrini yüksək dərəcədə etibarlı edir. Beləliklə, genetik test nəticəsində testə uğradılan uşaq və güman olunan ata arasında tam şəkildə uyğunluq aşkarlanmışdır. Bu isə onlar arasında övlad-valideyn səviyyəsində qohumluq əlaqəsinin olduğunu göstərir. Qəbul olunmuş müvafiq beynəlxalq normalara əsasən və alınmış nəticələr nəzərə alınaraq İddiaçı ekspertizaya təqdim olunmuş X6 adlı uşağın bioloji atası olması təsdiq olundu. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Baxılan mübahisənin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, ekspert rəyi ilə razılaşmamaq üçün əsas yoxdur və o, məhkəmənin gələcəyi gənaət üçün həlledici rol oynayır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.3-cü maddəsinə əsasən uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən uşaq, aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.2-ci maddəsinə görə, valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Həmin Məcəllənin 47.1-ci madəsinə əsasən bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. İş üzrə müəyyən olunmuş hallara qiymət verərək, məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhər Maraqlı şəxs işə cəlb edilməklə Cavabdeh qarşı “atalığın mübahisələndirilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-63/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-63/2021
25.01.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver