Məhkəmə qərarları › İş №2(009)-65/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-65/2025

05.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-65/2025 05.02.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Seyidli İlkin Ramin oğlunun katibliyi ilə, İddiaçı Abı̇ yev Fı̇ krət Vüqar oğlunun (3-cü şəxs qismində “X17” ASC işə cəlb olunmaqla) cavabdeh "xxxx" ASC-yə qarşı sığorta ödənişinin verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Abı̇ yev Fı̇ krət Vüqar oğlu (3-cü şəxs qismində “X17” ASC işə cəlb olunmaqla) cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC ilə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli ********** saylı tam sığorta müqaviləsi üzrə sığorta olunan hesab olunaraq, 9655 manat məbləğində sığorta ödənişinin "xxxx" ASC-dən alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, “X17” ASC ilə aralarında bağlanmış 28 iyun 2022-ci il tarixli, 158-22 saylı daxili maliyyə lizinqi müqaviləsinə əsasən illik 23 faiz dərəcəsi ilə 36 ay müddətinə Ford Mustanq markalı avtomobil almışdır. Həmin lizinq şirkəti onun avtomobilinin "xxxx" ASC-də kasko sığortasını üzərinə götürdü. Onlar ona "xxxx" ASC-nin əməkdaşı Əsgər adlı şəxsin əlaqə nömrəsini verərək sığortanı Whatsap vasitəsilə sənədləri göndərərək etməyini bildirdilər. "xxxx" ASC-nin əməkdaşı Əsgər adlı şəxs onunla əlaqələr saxlayaraq bildirdi ki, texniki pasportun, sürücülük vəsiqəsinin və şəxsiyyət vəsiqəsinin şəkillərini ona Whatsapp yazışma vasitəsilə atsın. Həmin yazışma vasitəsilə o, sənədləri ona atdı. Əsgər adlı şəxs bildirdi ki, onun sənədləri əsasında kasko sığorta ediləcək. Özü də ona bildirdi ki, bütün şəxslərin sığortasını bu formada həyata keçirirlər. (Onun həmin şəxslə telefon danışıqlarını və Whatsapp yazışma tətbiqində olan danışıqları ərizəsinə əlavə edir.) Şirkətlə "xxxx" ASC arasında sığorta müqaviləsi bağlanmış və xx.xx.2022-ci il tarixli, ********** saylı sığorta şəhadətnaməsi tərtib olunmuşdur. O, xx.xx.2023-cü il tarixdə avtomobili ilə qəza keçirdi. Dəymiş zərər hadisə günü rəsmi aktlaşdırılaraq müəyyən olunmuş sənədlər tərtib olundu. "xxxx"nın əməkdaşı ondan müsahibəyə kimi götürərək hadisəni rəsmiləşdirdi. Üzərindən 3 gün keçmiş "xxxx"dan ona cavab verildi ki, ona imtina verilmişdir. Səbəb isə onu gətirdilər ki, onun sürücü səlahiyyəti yoxdur. Bakı Sığortanın Ofisinə getdikdə ona bildirildi ki, müqavilədə sürücü siyahısında onun adı yoxdur. Müqavilə və etibarnamə əsasında hal hazırda avtomobili idarə etmək hüququnun olduğunu bildirdikdə isə, ona izah etdilər ki, Lizinq şirkəti rəsmi onlara müraciət etməli idi ki, onun sənədini müqaviləyə əlavə etsinlər. O onlara bildirdi ki, ona belə bir hal izah olunmayıb. Ona bildirilib ki, Əsgər müəllimə rəsmi sənədləri atsın, o da öz üzərinə düşən işi yerinə yetirmişdir. Onun danışıqlarına məhəl qoymadan bildirdilər ki, Əsgər müəllim həmin vaxt onların şirkətində işləsə də, hal-hazırda işləmir və onlar onun danışıqlarına cavabdeh deyillər. Kasko sığortası üzrə ödənişləri vermək qanunla "xxxx" ASC-nin üzərinə götürdüyü öhdəlik olsa da, o öz öhdəliyin yerinə yetirməyərək, lizinq şirkətinin işçisi trəfindən ona sənədlərin düzgün göndərilməməsi əsası ilə ödənişdən imtina edir. O sonradan Əsgər müəllimlə danışdıqda, o bildirdi ki, onun etdiyi müraciəti "xxxx"nın müvafiq əməkdaşlarına bildirib. Sübut üçün ofısdəki kompüterlərin birində edilən müraciətlərlə bağlı olan excel faylında onun adının mövcud olduğuna baxa bilərlər. Lakin "xxxx" tərəfindən qəsdən həmin müqaviləyə əlavə edilməmişdir. O, Lizinq Şirkəti ilə əlaqə saxladı və onun əməkdaşı bildirdi ki, onlar heç vaxt rəsmi şəkildə vətəndaşın adının müqaviləyə salınmasını təşkil etməmişlər. Həmişə bu prosedur Whatsapp yazışma vasitəsilə olmuşdur. Həmin sənədlər də, Whatsapp yazışma vasitəsilə "xxxx" ASC-nin əməkdaşı Əsgər müəllimə göndərilmişdir. Avtomobilə dəymiş zərəri xx.xx.2024-cü il tarixli qüsur aktı ilə hesablatmış və müəyyən edilmişdir ki, avtomaşına təmir xərcləri ilə birlikdə 9655 manat zərər dəymişdir. Əgər onun avtomobilinin kasko sığortası yox idisə, ona avtomobilinin sığortasının olmaması barədə məlumat verilməli idi. Lakin açıq-aşkar görünür ki, müqaviləyə əsasən maşının sığortası olduğuna görə onlar ona belə bir məlumatı verməyiblər. Hazırda isə qanunsuz əsasla sığorta ödənişin verilməsindən imtina olunur. Bu imtinanı dəfələrlə onlardan xahiş etsə də, ona təqdim etməmişlər, yanvar, aprel aylarında olan ərizələrinə isə cavab verilmir. Lakin 2023-cü ildə etdiyi müraciətlərə "xxxx" ASC Mərkəzi bank vasitəsilə imtina cavabı vermiş və həmin cavabı ərizəsinə əlavə edir. Odur ki, o, pretenziya qaydasını pozmamışdır. Hal-hazırda "xxxx" ASC qanunsuz yolla sığorta ödənişin verilməsindən imtina edir. Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndə və vəkili iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etmiş, iddia tələbində göstərilənlərə uyğun izahat verərək, eləcə də bildirmişdir ki, xx.xx.2022-ci il tarixli, ********** saylı sığorta müqaviləsi “Bakı Sığorta" ASC ilə “X17” ASC arasında bağlanmışdır və əmlakın mülkiyyətçisi, eyni zamanda sığorta müqaviəsinin tərəfi həmin dövrdə sığortalı və müqavilə üzrə faydalanan şəxs “X17” ASC idi. xx.xx.2023-cü il tarixdə, İddiaçı, “X17” ASC və X12 arasında 3 tərəfli öhdəliklərin ötürülməsi barədə CL/M-158-1/23 saylı müqavilə imzalanmışdır. Həmin müqavilə üzrə X12, yəni sığorta müqaviləsinin tərəfi olan və sürücülər siyahısında adı olan Elgün Əsədov öhdəliklərini, lizinq obyektini və hüquqlarını İddiaçı vermişdir. Həmin müqavilənin 1.4-cü bəndində Əsədov Elgünün bütün öhdəliklərini sığorta ödəniş və s. öhdəlikləri İddiaçı verildiyi öz əksini tapır. Yəni həmin müqavilə ilə X8 bütün öhdəlikləri İddiaçı ötürülmüşdür. Eyni zamanda da sığorta üzrə öhdəliklər, yəni sığorta ödənişlərinin ödənilməsi və s. öhdəliklər və hüquqlar bu müqavilə ilə iddiaçıya keçmişdir. Daha sonra, bu müqavilə əsasında “X17” ASC tərəfindən Ford Mustanq markalı avtomobil üçün İddiaçı avtomobilin idarə olunması barədə etibarnamə verilmişdir. Bununla bağlı qeyd edir ki, xx.xx.2022-ci il tarixli, ********** saylı sığorta müqaviləsi “Bakı Sığorta" ASC ilə “X17” ASC arasında bağlanmış sürücülər siyahısında adı olan X12 və “X17” ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, CL/M-158-1/23 saylı öhdəliklərin ötürülməsi haqqında müqavilə imzalanaraq Elgünün öhdəlik və hüquqları İddiaçı ötürülmüşdür. Yəni həmin sığorta müqaviləsində fiziki şəxs olan Elgün Əsədov çıxarılmış yerinə İddiaçı qəbul olunmuşdur. Sığorta ödənişlərini də İddiaçı ödəmişdir. Yəni Sığorta müqaviləsi üzrə fiziki şəxs birbaşa olaraq İddiaçıdur. Bununla bağlı bildirir ki, “Fiziki şəxslərə təqdim edilən müəyyən könüllü sığorta növləri üzrə vahid sığorta qaydaları haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 22 aprel tarixli 398 nömrəli Sərəncamının 1-ci hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyası xx.xx.2014-cü il tarixli qərarına əsasən “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta Qaydaları”nın 5.4-cü bəndinə əsasən Sığorta müqaviləsində fiziki şəxs olan sığortalı sığorta olunan sürücülərin siyahısında göstərilmədikdə də, onun sığorta olunan qismində tanınması heç bir halda, o cümlədən müqavilə şərtləri ilə məhdudlaşdırıla bilməz. Yəni İddiaçı Sığorta müqaviləsində fiziki şəxs olan sığortalı olmağı, sığorta olunan sürücülərin siyahısında elə Bakı Sığortanın əməkdaşlarının məsuliyyətsizliyi əsasında göstərilməməyi, iddiaçının sığorta olunan qismində tanınmağına maneə ola bilməz. Bunu qanunvericilik bildirir. Həmin qaydalarla müəyyən olunur ki, İddiaçı adının o siyahıya onların texniki səhvi nəticəsində daxil edilməməyi, onun sığorta olunan qismində tanınmağını məhdudlaşdıra bilməz. Belə olan halda "xxxx" ASC-nin bu qanunsuzluğu kobud qanunsuzluq və ədalətsizlikdir. Eyni zamanda bildirir ki, İddiaçı lizinq obyekti olan Ford Mustanq markalı avtomaşını “X17” ASCdən lizinq yolu ilə əldə etmişdir və həmin avtomaşının lizinq ödənişlərini, sığorta ödənişini şəxsən iddiaçı özü ödəmişdir. İddiaçı yoldan keçən maşını təsadüfü idarə edən biri deyil, avtomaşının sahibi, onu idarə edən şəxs birbaşa iddiaçıdır. İddiaçının adının siyahıya salınmasıda “X17” ASC”-nin əməkdaşları tərəfindən təmin edilib. Belə ki, onlarla BakıSığortanın öz aralarında olan iş qaydasına əsasən sənəd "xxxx" ASC-nin əməkdaşı Əsgər adlı şəxsin Whatsap vasitəsilə sənədləri ona göndərməklə həyata keçirilir. "xxxx" ASC-nin keçmiş əməkdaşı Əsgər adlı şəxslə əlaqələr saxlayaraq texniki pasportun, sürücülük vəsiqəsinin və şəxsiyyət vəsiqəsinin şəkilləri ona Whatsapp yazışma vasitəsilə atılıb. Bakı Sığortadan bildirilib ki, iddiaçının sənədləri əsasında kasko sığorta ediləcək. Əsgər özü də iddiaçıya bildirib ki, bütün şəxslərin sığortasını bu formada həyata keçirirlər. Həmin şəxsi işdən azad ediblər. Həmin şəxs bütün həqiqətləri gəlib məhkəmədə deməyə hazırdır. İddiaçı üzərinə düşən hər şeyi etmişdir. Sığorta ödənişini alanda niyə iddiaçıya demirdilər ki, “sən ödəmə qoy gəlsin Elgün ödəsin”. Sığorta ödənişini almaq olur, amma qəza olanda yaxanı kənara çəkmək böyük haqsızlıqdır. Eyni zamanda sığorta müqaviləsinin birbaşa tərəfi olan Lizinq şirkəti tərəfindən məhkəməyə rəsmi ərizə daxil olub və onlar da iddiaçının dediyi faktları təsdiq edib lizinq ödənişinin iddiaçıya verilməsini xahiş ediblər. Həmçinin onlar da bildirib ki, siyahıya əlavə olunma barədə onlar tərəfindən bütün işlər görülmüş, lakin sığorta şirkətinin səhlənkarlığı üzündən iddiaçı əlavə olunmamışdır. İddiaçı isə birbaşa sığorta müqaviləsi üzrə fiziki şəxsdir, bunu öhdəliklərin ötürülməsi haqqında müqavilə, sığorta ödənişinin onun tərəfindən ödənilməsi və danılmaz digər faktlar təsdiq edir və həmin müqavilə üzrə də onun sığortalı kimi tanınması Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 22 aprel tarixli 398 nömrəli Sərəncamının 1-ci hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyası xx.xx.2014-cü il tarixli qərarına əsasən məhdudlaşdırıla bilməz. Digər tərəfdən, N.Qədirovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumunun 18 dekabr 2017-ci il tarixli qərarında qeyd olunmuşdur ki, əşya ilə əlaqədar yaranan əmlak hüquqlarının təkcə mülkiyyətçiyə deyil, həm də əmlaka qanuni əsaslarla sahiblik edən şəxsə də mənsub ola bilməsi, qanunvericilikdə bu hüquqların istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilməsinin nəzərdə tutulması qanuni sahiblərin də əmlak hüquqları ilə bağlı mənafelərinə dəyən zərərə görə tələb hüququnun olmasını göstərir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının pozulmasına gətirib çıxara bilər (V.Q.Teryoxinin şikayəti üzrə 15 yanvar 2010-cu il tarixli Qərar). Qeyd olunduğu kimi, lizinq müqaviləsi üzrə lizinq verən lizinq obyektinin mülkiyyətçisi olaraq qalsa da, sahiblik və istifadə hüquqlarının lizinq alana verilməsi sonuncunu əmlakın qanuni sahibinə çevirir. Eləcə də mülkiyyətçi müqavilə əsasında özünə mənsub olan əmlaka dair sahiblik və istifadə hüququnu qarşı tərəfə vermişsə, münasibətlərin tənzimlənməsi zamanı tərəflərin qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən müqavilə şərtləri nəzərə alınmalıdır. Belə ki, müqavilə əsasında əmlakda sahiblik və istifadə hüququnu əldə edən tərəf əmlaka dair hansı həcmdə öhdəlik götürərək məsuliyyət daşıyırsa, o həcmdə də üçüncü şəxslər qarşısında tələb etmək hüququna malik olmaqla öz sahiblik hüquqlarını müdafiə edə bilməlidir. Həmçinin məhkəmələr belə nəticəyə gələrkən Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyul 2008-ci il tarixli Qərarında şəxsin subyektiv hüququ ilə bağh əks olunmuş hüquqi mövqeyinə istinad etmişlər. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda göstərilən hüquqi mövqedən çıxış edərək qeyd edir ki, lizinq müqaviləsi əsasında əmlaka sahiblik edən şəxsdə əmlaka dair mülkiyyət hüququnun iki elementinin - sahiblik və istifadə hüquqlarının mövcudluğu onun həmin hüquqları pozulduğu təqdirdə pozuntuya son qoyulmasını, dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək kimi subyektiv hüququnun olmasına dəlalət edir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ünvanladığı etirazında iddianın əsassız olduğu üçün rədd edilməsini xahiş etmiş və bildirmişdir ki, xx.xx.2022-ci il tarixli, ********** saylı sığorta müqaviləsi "xxxx" ASC ilə “X17” ASC arasında bağlanmışdır və əmlakın mülkiyyətçisi, eyni zamanda sığorta müqaviəsinin tərəfi olan sığortalı və müqavilə üzrə faydalanan şəxs “X17” ASC-dir. Müqaviləyə əlavə edilmiş “Avtomobillərin tam sığortası üzrə sığortalanma haqqında” **********-1 saylı ərizənin 7-ci bəndinə əsasən avtomobilin yalnız həmin bənddə göstərilən şəxslər tərəfindən idarə edilməsi zamanı sığorta hadisəsinin baş verməsi sığorta təminatına daxildir. Həmin bəndin şərtlərinə əsasən avtomobili idarəetmə hüququnun 7-ci bənddə qeyd edilən şəxslərdən başqa digər şəxslərə verilməsindən əvvəl həmin şəxslərin sığorta müqaviləsi üzrə sığorta olunanlar kimi tanınması üçün həmin müqaviləyə müvafiq dəyişiklik edilməsi üçün sığortaçıya yazılı məlumat verilməlidir. Qeyd edilən bənddə avtomobili idarəetmə hüququ olan şəxslər sırasında X8 və X3 adları göstərilmiş, sığorta şəhadətnaməsinə 1 saylı əlavədə isə sığortalı tərəfindən X4 avtomobili idarəetmə hüququ olan şəxslər sırasına əlavə edilmişdir. İddiaçı adı müqavilə şərtlərinə uyğun olaraq qeyd edilən siyahıya daxil edilmədiyindən, xx.xx.2023-cü il tarixli yol-nəqliyyat hadisəsi sığorta hadisəsi hesab edilmir və haqlı olaraq "xxxx" ASC tərəfindən iddiaçıya sığorta ödənişinin verilməsindən imtina edilmişdir. Sığortanın təminatı bilavasitə sürücünün avtomobili idarə etməsinin riski ilə bağlıdır və “Bakı Sığorta “ ASC tərəfindən iddiaçının avtomobili idarə etməsinin riski sığortalanmamışdır. “Avtomobillərin tam sığortası üzrə sığorta Qaydaları”nın 2.0.4-cü bəndinə əsasən sığorta müqaviləsi əsasında avtomobil ilə, o cümlədən avtomobili idarə etməsi ilə bağlı risklərlə əlaqədar əmlak mənafeləri sığortalanan şəxs sığorta olunan hesab edilir. Qaydaların 2.0.7-ci bəndinə əsasən sığorta müqaviləsi ilə sığortalanmış avtomobili idarə etmək hüququ olan şəxs, bu Qaydaların 5.3-cü bəndində nəzərdə tutulmuş halda isə sığorta müqaviləsində sığorta olunan qismində göstərilən şəxslərin siyahısına daxil edilən və avtomobili idarə etmək hüququ olan şəxs sürücü hesab edilir. Qaydaların 5.3-cü bəndinə əsasən sığorta müqaviləsində yalnız sığorta olunan qismində göstərilən şəxslərin (sürücülərin) avtomobili idarə etdiyi hallara sığorta təminatının verilməsi şərti müəyyən edilərsə, bu Qaydaların 5.4-cü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla başqa şəxslərin avtomobili idarə etməsi ilə bağlı risklər sığortalanmış hesab edilmir. Qaydaların 5.4-cü bəndinə əsasən Sığorta müqaviləsində sığortalı, sığorta olunan sürücülərin siyahısında göstərilmədikdə də, onun sığorta olunan qismində tanınması heç bir halda, o cümlədən müqavilə şərtləri ilə məhdudlaşdırıla bilməz. Qaydaların 9.4-cü bəndinə əsasən sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığortalı avtomobilin sığortalanma haqqında ərizədə göstərilməyən məqsədlər üçün istifadəsinə başlanmazdan, habelə bu Qaydaların 5.3-cü bəndində nəzərdə tutulmuş halda sığorta müqaviləsində sığorta olunan qismində göstərilməyən şəxslərə avtomobili idarəetmə hüququnun verilməsindən əvvəl qeyd olunan hallara görə sığorta təminatının sığorta müqaviləsinə daxil edilməsi üçün sığortaçıya yazılı məlumat verməlidir. Qaydaların 16.1.1.2-ci bəndinə əsasən təmir və ya xidmət olunma məqsədilə texniki xidmət müəssisisinin və ya yuyulmaq üçün avtoyuyucunun sərəncamında olduğu hallar istisna olmaqla, avtomobilin bu Qaydalara və sığorta müqaviləsinə görə sürücü hesab edilməyən şəxs tərəfindən idarə olunması halında sığorta təminatı verilmir. Qaydaların 16.1.5-ci bəndinə əsasən avtomobilin bu Qaydaların müddəalarına habelə qanunvericilik tələblərinə uyğun olaraq sürücü hesab edilməyən şəxs tərəfindən idarə edilməsi hallarında dəyən zərər üzrə sığorta təminatı verilmir. İddiaçının adı sürücü qismində müqaviləyə əlvə edilmədiyindən, hazırkı halda onun iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi Mülki Məcəllənin 935.1.8-ci maddəsinin tələbləri baxımından sığorta hadisəsi hesab edilmir. “Avtomobillərin tam sığortası üzrə sığorta Qaydaları”nın 2.0.4-cü bəndinə əsasən sığorta müqaviləsi əsasında avtomobil ilə, o cümlədən avtomobili idarə etməsi ilə bağlı risklərlə əlaqədar əmlak mənafeləri sığortalanan şəxs sığorta olunan hesab edilir. Qaydaların 2.0.7ci bəndinə əsasən sığorta müqaviləsi ilə sığortalanmış avtomobili idarə etmək hüququ olan şəxs, bu Qaydaların 5.3-cü bəndində nəzərdə tutulmuş halda isə sığorta müqaviləsində sığorta olunan qismində göstərilən şəxslərin siyahısına daxil edilən və avtomobili idarə etmək hüququ olan şəxs sürücü hesab edilir. Qaydaların 5.3-cü bəndinə əsasən sığorta müqaviləsində yalnız sığorta olunan qismində göstərilən şəxslərin (sürücülərin) avtomobili idarə etdiyi hallara sığorta təminatının verilməsi şərti müəyyən edilərsə, bu Qaydaların 5.4cü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla başqa şəxslərin avtomobili idarə etməsi ilə bağlı risklər sığortalanmış hesab edilmir. Qaydaların 5.4-cü bəndinə əsasən Sığorta müqaviləsində sığortalı, sığorta olunan sürücülərin siyahısında göstərilmədikdə də, onun sığorta olunan qismində tanınması heç bir halda, o cümlədən müqavilə şərtləri ilə məhdudlaşdırıla bilməz. Qaydaların 9.4-cü bəndinə əsasən sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığortalı avtomobilin sığortalanma haqqında ərizədə göstərilməyən məqsədlər üçün istifadəsinə başlanmazdan, habelə bu Qaydaların 5.3-cü bəndində nəzərdə tutulmuş halda sığorta müqaviləsində sığorta olunan qismində göstərilməyən şəxslərə avtomobili idarəetmə hüququnun verilməsindən əvvəl qeyd olunan hallara görə sığorta təminatının sığorta müqaviləsinə daxil edilməsi üçün sığortaçıya yazılı məlumat verməlidir. Qaydaların 16.1.1.2-ci bəndinə əsasən təmir və ya xidmət olunma məqsədilə texniki xidmət müəssisisinin və ya yuyulmaq üçün avtoyuyucunun sərəncamında olduğu hallar istisna olmaqla, avtomobilin bu Qaydalara və sığorta müqaviləsinə görə sürücü hesab edilməyən şəxs tərəfindən idarə olunması halında sığorta təminatı verilmir. Qaydaların 16.1.5-ci bəndinə əsasən avtomobilin bu Qaydaların müddəalarına habelə qanunvericilik tələblərinə uyğun olaraq sürücü hesab edilməyən şəxs tərəfindən idarə edilməsi hallarında dəyən zərər üzrə sığorta təminatı verilmir. Sadalanan hallar iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququnun olmadığını deməyə əsas verir. İstinad edilən qanunvericilik normalarının tələblərindən də müəyyən olunur ki, avtomobili idarə edən şəxsin lizinq alan, öhdəliyi qəbul edən və ya sadəcə yol vərəqəsi əsasında avtomobili idarə edən şəxs olmasının sığorta müqaviləsi və həmin müqavilə ilə sığortalanmış risklərə aidiyyəti yoxdur. Sığorta və öhdəliklərin ötürülməsi mülki hüququn ayrı-ayrı institutlarıdır (sığorta münasibətləri xüsusi normalarla tənzimləndiyi halda Öhdəliklərə aid münasibətlər mülki hüququn ümumi normalarına daxildir). Hazırkı halda avtomobili idarə edən şəxsin sığorta olunanlar siyahısına daxil olmaması, onun adının sürücü qismində şəhadətnaməyə daxil edilməməsi həmin şəxsin avtomobili idarə etməsi riskinin sığortaçı tərəfindən sığortalanmaması anlamına gəlir. İddiaçının adı sürücü qismində müqaviləyə əlavə edilmədiyindən, hazırkı halda onun iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi Mülki Məcəllənin 935.1.8-ci maddəsinin tələbləri baxımından sığorta hadisəsi hesab edilmir. Sadalanan hallar iddiaçının hazırki iddianı qaldırmaq üçün subyektiv hüququnun olmadığını deməyə əsas verir. Əvvəlki məhkəmə iclasında 3-cü şəxs “X17” ASC-nin nümayəndəsi Nümayəndə3 iddia tələbinin təmin olunmasını xahiş etmiş və bildirmişdir ki, “X17” ASC ilə X11 arasında hüquqların ötürülməsi, sonra isə daxili lizinq müqaviləsi bağlanaraq, lizinq predmeti olan nəqliyyat vasitəsi ona lizinqə verilmişdir. Bütün lizinq müqaviləsi müddəti üçün nəqliyyat vasitəsi "xxxx" ASC ilə imzalanmış sığorta müqaviləsi əsasında sığortalanmış, sığorta ödənişləri iddiaçı tərəfindən vaxtı vaxtında ödənilmiş, X9 verilmiş etibarnamə “X17” ASC tərəfindən müvafiq olaraq X16 qeydiyyata alınması üçün təqdim edilmiş və etibarnamə qeydə alınmışdır. Eyni zamanda həmin etibarnamə sığorta şirkətinin lizinq şirkətində fəaliyyət göstərən əməkdaşı Əsgər müəllimə təqdim edilsə də, Sığorta şirkəti etibarnamənin qeydiyyatını aparmamışdır. Digər bir məqam isə, lizinq şirkətinin sığorta hadisəsi zamanı faydalanmış şəxs olmasıdır. Belə ki, lizinq şirkəti tərəfindən sığorta müqaviləsi üzrə öhdəliklər vaxtı vaxtında icra edilmiş, lizinq alan tərəfindən lizinq ödənişləri icra edilmiş, lizinq şirkətinin şəxsə verdiyi etibarnamə isə rəsmi dövlət orqanlarında (DYP) qeydiyyata alınmışdır. Yəni lizinq alan sığorta hadisəsi zamanı səlahiyyətli olmuşdur. Hesab edir ki, Sığorta şirkəti sığorta ödənişi ilə bağlı lizinq alanın haqlı tələbini icra etməməklə, sadəcə müqavilə üzrə öhdəliklərini icra etməkdən boyun qaçırır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddiaçı X5 "xxxx" ASC-yə olan iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasına gəlməmiş, lakin iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəklərini, məhkəmə iclasının iştirakları olmadan keçirilərək daxil olmuş ekspert rəyi və digər mötəbər sübutları ilə yanaşı qiymətləndirərək iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul etməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə iddiaçının və onun nümayəndəsinin iştirakının olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh "xxxx" ASC-yə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. 3-cü şəxs qismində “X17” ASC-nin nümayəndəsi məhkəməyə gəlməmiş, lakin ərizə ünvanlayaraq, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddianın tam təmin olunmasını məhkəmə xahiş etmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin və 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə baxıb, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək, hesab edir ki, iddia tələbi əsaslıdır və aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, 6-1-26/2-A-10043-42-438/2024 nömrəli məktubdan görünür ki, ərizəçinin ********** saylı sığorta şəhadətnaməsi üzrə avtomobili idarəetmə səlahiyyəti olan şəxslərin (sığorta olunanların) siyahısında olmadığı müəyyən edilmişdir. Avtomobillərin tam sığortası üzrə sığorta Qaydaları”nın 5.3-cü bəndinə əsasən sığorta müqaviləsində yalnız sığorta olunan qismində göstərilən şəxslərin (sürücülərin) avtomobili idarə etdiyi hallara sığorta təminatının verilməsi şərti nəzərdə tutulduqda başqa şəxslərin avtomobili idarə etməsi ilə bağlı risklər sığortalanmış hesab edilmir. Yuxarıda qeyd olunanları nəzərə alaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.8-ci maddəsinə əsasən, sığortaçı tərəfindən sığorta ödənişinin həyata keçirilməsi mümkün olmamışdır. İş materiallarında olan Avtomobillərin tam sığortası üzrə Sığorta Şəhadətnaməsindən görünür ki, “X17” ASC-yə məxsus X21 minik markalı, ** PV *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil "Bakı Sığorta” ASC-də xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixədək sığortalanmışdır. İş materiallarında olan sığortalı “X17” ASC və sığortaçı "xxxx" ASC arasında bağlanmış ********** saylı sığorta şəhadətnaməsinə 1 saylı əlavədən görünür ki, sığorta obyekti Ford Mustang, ** PV *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sığorta dəyəri 39100 manat təşkil edir. İş materiallarında olan 050401FŞ nömrəli, xx.xx.2024-cü il tarixli müstəqil ekspert X6 ekspert rəyindən görünür ki, 2015-ci il buraxılış ili olan, X22 minik markalı, ** PV *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə, yol nəqliyyat hadisəsi zamanı 9080 (doqquz min səksən) manat zərər dəydiyini müəyyən edilmişdir. İş materiallarında olan “X17” ASC-nin "xxxx" ASC-yə ünvanladığı Avtomobillərin tam sığortası üzrə Sığortalanma haqqında **********-1 saylı ərizəsində X22 minik markalı, ** PV *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarəetmə hüququ olan şəxslər sırasında X12 və X10 göstərilmişdir. İş materiallarında olan sığortalı “X17” ASC və sığortaçı "xxxx" ASC arasında bağlanmış ********** saylı sığorta şəhadətnaməsinə xx.xx.2022-ci il tarixli 1 saylı əlavədən görünür ki, xx.xx.2022-ci il tarixdən etibarən X22 minik markalı, ** PV *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə etmək səlahiyyəti olan şəxslərin siyahısına X4 əlavə olunur. İş materiallarında olan “X17” ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Etibarnamədən görünür ki, AR DİN Baş Dövlət Yol Polisi Qİİ tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş BB No263615 nömrəli qeydiyyat şəhadətnaməsinə müvafiq olaraq “X17” ASC-ə məxsus olan 2015-ci il buraxılışlı, Ford Mustang minik markalı ** PV *** dövlət qeydiyyat nişanlı, 1FA6P8TH7G5236248 ban nömrəli avtomobilin idarə olunmasını İddiaçı AR DİN BDYPİ Ağsu RQİTBŞ tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş B/C kateqoriyalı, AE 953803 nömrəli sürücülük vəsiqəsi əsasında xx.xx.2023-cü il tarixinə qədər etibar edilir. İş materiallarında olan “X17” ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Etibarnamədən görünür ki, AR DİN Baş Dövlət Yol Polisi Qİİ tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş BB No263615 nömrəli qeydiyyat şəhadətnaməsinə müvafiq olaraq “X17” ASC-ə məxsus olan 2015-ci il buraxılışlı, Ford Mustang minik markalı ** PV *** dövlət qeydiyyat nişanlı, 1FA6P8TH7G5236248 ban nömrəli avtomobilin idarə olunmasını İddiaçı AR DİN BDYPİ Ağsu RQİTBŞ tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş B/C kateqoriyalı, AE 953803 nömrəli sürücülük vəsiqəsi əsasında xx.xx.2023-cü il tarixinə qədər etibar edilir. İş materiallarında olan Lizinqverən “X17” ASC, (Tərəf-1) İddiaçı və (Tərəf-2) X12 arasında bağlanmış Öhdəliklərin verilməsi haqqında CL/M-158-1/23 nömrəli, xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, 1.1. Tərəf-2, “X17” ASC (Lizinqverən) ilə bağladığı xx.xx.2023-cü il tarixli, 158/22 saylı daxili maliyyə lizinqi müqaviləsi üzrə öhdəliklərini, lizinq obyektini, hüquqlarını Tərəf-1-ə verir, Tərəf-1 isə bunları qəbul edir. 1.3. Bu müqavilə imzalandığı andan Tərəf-1 xx.xx.2023-cü il tarixli, 158/22 saylı daxili maliyyə lizinqi müqaviləsi üzrə lizinqalan qismində çıxış edəcək və lizinqalana aid olan bütün hüquq və öhdəlikləri daşıyacaqdır. 1.4. Tərəf-2 razılaşır ki, Tərəf-1 xx.xx.2023-cü il tarixli, 158/22 saylı daxili maliyyə lizinqi müqaviləsi üzrə bütün lizinq ödənişlərini (o cümlədən, lakin bununla məhdudlaşmayaraq, lizinq haqlarını, cərimələri, gecikmə faizini, sığorta haqqlarını, hər-hansı zərəri və s) tam ödədikdən sonra lizinq obyekti olan Ford Mustang markalı minik avtomobilini (ban nömrəsi: 1FA6P8TH7G5236248, mühərrik:2261 sm kub, rəngi:gümüşü metalik, buraxılış ili:2015) mülkiyyət hüququ Tərəf-1-ə keçəcəkdir. İş materiallarında olan “X17” ASC, “Zamin” X7 və “Lizinq alan” İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 158-1/23 №-li Zaminlik müqaviləsinin 2.1-ci bəndindən görünür ki, Zamin Lizinq alanın Lizinq verən qarşısında Lizinq Müqaviləsinin tam və keyfiyyətli icrası üçün məsuliyyət daşıyır. İş materiallarında olan “X17” ASC, X12 və İddiaçı iştirsakı ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, CL/M-158-1/23 Təhvil-Təslim Aktından görünür ki, 1 ədəd Ford Mustanq markalı minik avtomobilini X12 təslim edib və İddiaçı təhvil alıb. İş materiallarında olan iddiaçı tərəfindən təqdim edilmiş “Şamaxı Servis vbə Ticarət” şirkətinin xx.xx.2024-cü il tarixli Rəyindən görünür ki, “Ford Mustanq minik” markalı, ** PV *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın ümumi məbləği 9655 manat təşkil edir. Məhkəmə tərəfindən təyin olunmuş məhkəmə qiymətləndirmə ekspertizası üzrə “X1” MMC-nin xx.xx.2025-ci il tarixli, 215 saylı mütəxəssis rəyindən görünür ki, rəyin tədqiqat hissəsində qeyd olunanları, o cümlədən təqdim olunmuş məlumatları nəzərə alaraq, İddiaçı məxsus “Ford Mustang minik” markalı, ** PV *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanla bağlı “Şamaxı Servis və Ticarət” şirkətinin xx.xx.2024-cü il tarixli rəyində göstərilən zədələnmiş etiyyat hissələrinin və görülmüş işlərin qiymətinin real bazar qiymətlərinə uyğun olduğu müəyyən edilmişdir. Yuxarıda göstərildiyi kimi, hazırki iş üzrə tərəflərin hüquq münasibətləri xx.xx.2023cü il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində dəymiş ziyanın ödənilməsi ilə bağlı yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Mülki Məcəllənin 884.3-cü maddəsinə əsasən sığortaçı icbari sığorta üzrə icbari sığorta növlərinin həyata keçirilməsini tənzimləyən qanunlarda (bundan sonra - icbari sığorta qanunları), könüllü sığorta üzrə sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfidir. Mülki Məcəllənin 884.4-cü maddəsinə əsasən sığortalı sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta marağı olan sığorta müqaviləsinin tərəfidir. Mülki Məcəllənin 884.6-cı maddəsinə əsasən faydalanan şəxs icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli olan şəxsdir. Sığorta müqaviləsində faydalanan şəxs qismində başqa şəxs nəzərdə tutulmamışdırsa, sığortalı və (və ya) sığorta olunan faydalanan şəxs sayılır. Mülki Məcəllənin 897.3-cü maddəsinə əsasən icbari sığorta qanunları ilə icbari sığorta etdirmək vəzifəsi müəyyən olunmuş şəxs bu vəzifəni yerinə yetirmədikdə və ya müvafiq sığorta müqaviləsini həmin qanunlarda nəzərdə tutulmuş şərtlərlə müqayisədə sığorta olunanın vəziyyətini pisləşdirən şərtlərlə bağladıqda həmin şəxs müvafiq icbari sığorta üzrə sığorta hadisəsi kimi tanına bilən hadisənin baş verdiyi, yaxud halın yarandığı zaman sığorta olunan qarşısında ən azı həmin icbari sığorta üzrə qanunvericiliklə müəyyən edilmiş sığorta təminatı həddində öhdəlik daşıyır. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, “Bakı Sığorta" ASC ilə “X17” ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, ********** saylı sığorta müqaviləsinə əsasən “X17” ASC-nin mülkiyyətində olan Ford Mustang minik markalı, ** PV *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixədək sığortalanmış, avtomobilin sığorta dəyəri 39100 manat təşkil etmişdir. “X17” ASC-nin "xxxx" ASC-yə ünvanladığı Avtomobillərin tam sığortası üzrə Sığortalanma haqqında **********-1 saylı ərizəsində X22 minik markalı, ** PV *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarəetmə hüququ olan şəxslər sırasında X12 və X10 göstərilmişdir. xx.xx.2023-cü il tarixdə, İddiaçı, “X17” ASC və X12 arasında 3 tərəfli öhdəliklərin ötürülməsi barədə CL/M- 158-1/23 saylı müqavilə imzalanmışdır. Həmin müqavilə üzrə X12, yəni sığorta müqaviləsinin tərəfi olan və sürücülər siyahısında adı olan Elgün Əsədov öhdəliklərini, lizinq obyektini və hüquqlarını İddiaçı vermişdir. Həmin müqavilə əsasında “X17” ASC tərəfindən Ford Mustanq markalı avtomobil üçün İddiaçı avtomobilin idarə olunması barədə etibarnamə verilmişdir. İddiaçının adının siyahıya salınmasıda “X17” ASC”-nin əməkdaşları tərəfindən təmin edilib. Belə ki, onlarla BakıSığortanın öz aralarında olan iş qaydasına əsasən sənəd "xxxx" ASC-nin əməkdaşı Əsgər adlı şəxsin Whatsap vasitəsilə sənədləri ona göndərməklə həyata keçirilir. İddiaçı cavabdeh "xxxx" ASC-nin keçmiş əməkdaşı Əsgər adlı şəxslə əlaqələr saxlayaraq texniki pasportun, sürücülük vəsiqəsinin və şəxsiyyət vəsiqəsinin şəkillərini ona Whatsapp yazışma vasitəsilə göndərmişdir. Kasko sığortası üzrə ödənişləri vermək qanunla "xxxx" ASC-nin üzərinə götürdüyü öhdəlik olsa da, o öz öhdəliyin yerinə yetirməyərək, lizinq şirkətinin işçisi trəfindən ona sənədlərin düzgün göndərilməməsi əsası ilə ödənişdən imtina etmişdir. Məhkəmə iclasında 3-cü şəxs “X17” ASC”-nin nümayəndəsi izahatında bildirmişdir ki, “X17” ASC ilə X11 arasında hüquqların ötürülməsi, sonra isə daxili lizinq müqaviləsi bağlanaraq, lizinq predmeti olan nəqliyyat vasitəsi ona lizinqə verilmişdir. Bütün lizinq müqaviləsi müddəti üçün nəqliyyat vasitəsi "xxxx" ASC ilə imzalanmış sığorta müqaviləsi əsasında sığortalanmış, sığorta ödənişləri iddiaçı tərəfindən vaxtı vaxtında ödənilmiş, X9 verilmiş etibarnamə “X17” ASC tərəfindən müvafiq olaraq X16 qeydiyyata alınması üçün təqdim edilmiş və etibarnamə qeydə alınmışdır. Eyni zamanda həmin etibarnamə sığorta şirkətinin lizinq şirkətində fəaliyyət göstərən əməkdaşı Əsgər adlı şəxsə təqdim edilsə də, Sığorta şirkəti etibarnamənin qeydiyyatını aparmamışdır. Digər bir məqam isə, lizinq şirkətinin sığorta hadisəsi zamanı faydalanmış şəxs olmasıdır. Belə ki, lizinq şirkəti tərəfindən sığorta müqaviləsi üzrə öhdəliklər vaxtı vaxtında icra edilmiş, lizinq alan tərəfindən lizinq ödənişləri icra edilmiş, lizinq şirkətinin şəxsə verdiyi etibarnamə isə rəsmi dövlət orqanlarında (DYP) qeydiyyata alınmışdır. Yəni lizinq alan sığorta hadisəsi zamanı səlahiyyətli olmuşdur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək bildirmişdir ki, avtomobili idarə edən şəxsin sığorta olunanlar siyahısına daxil olmaması, onun adının sürücü qismində şəhadətnaməyə daxil edilməməsi həmin şəxsin avtomobili idarə etməsi riskinin sığortaçı tərəfindən sığortalanmaması anlamına gəlir. İddiaçının adı sürücü qismində müqaviləyə əlavə edilmədiyindən, hazırkı halda onun iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi Mülki Məcəllənin 935.1.8-ci maddəsinin tələbləri baxımından sığorta hadisəsi hesab edilmir. Sadalanan hallar iddiaçının hazırki iddianı qaldırmaq üçün subyektiv hüququnun olmadığını deməyə əsas verir. “Fiziki şəxslərə təqdim edilən müəyyən könüllü sığorta növləri üzrə vahid sığorta qaydaları haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 22 aprel tarixli 398 nömrəli Sərəncamının 1-ci hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının xx.xx.2014-cü il tarixli qərarına əsasən “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta Qaydaları”nın 5.4-cü bəndinə əsasən Sığorta müqaviləsində fiziki şəxs olan sığortalı sığorta olunan sürücülərin siyahısında göstərilmədikdə də, onun sığorta olunan qismində tanınması heç bir halda, o cümlədən müqavilə şərtləri ilə məhdudlaşdırıla bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “N.Qədirovun şikayəti üzrə” 18 dekabr 2017-ci il tarixli Qərarında izah etmişdir ki, əşya ilə əlaqədar yaranan əmlak hüquqlarının təkcə mülkiyyətçiyə deyil, həm də əmlaka qanuni əsaslarla sahiblik edən şəxsə də mənsub ola bilməsi, qanunvericilikdə bu hüquqların istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilməsinin nəzərdə tutulması qanuni sahiblərin də əmlak hüquqları ilə bağlı mənafelərinə dəyən zərərə görə tələb hüququnun olmasını göstərir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının pozulmasına gətirib çıxara bilər (V.Q.Teryoxinin şikayəti üzrə 15 yanvar 2010-cu il tarixli Qərar). Qeyd olunduğu kimi, lizinq müqaviləsi üzrə lizinq verən lizinq obyektinin mülkiyyətçisi olaraq qalsa da, sahiblik və istifadə hüquqlarının lizinq alana verilməsi sonuncunu əmlakın qanuni sahibinə çevirir. Eləcə də mülkiyyətçi müqavilə əsasında özünə mənsub olan əmlaka dair sahiblik və istifadə hüququnu qarşı tərəfə vermişsə, münasibətlərin tənzimlənməsi zamanı tərəflərin qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən müqavilə şərtləri nəzərə alınmalıdır. Belə ki, müqavilə əsasında əmlakda sahiblik və istifadə hüququnu əldə edən tərəf əmlaka dair hansı həcmdə öhdəlik götürərək məsuliyyət daşıyırsa, o həcmdə də üçüncü şəxslər qarşısında tələb etmək hüququna malik olmaqla öz sahiblik hüquqlarını müdafiə edə bilməlidir. Həmçinin məhkəmələr belə nəticəyə gələrkən Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyul 2008-ci il tarixli Qərarında şəxsin subyektiv hüququ ilə bağlı əks olunmuş hüquqi mövqeyinə istinad etmişlər. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda göstərilən hüquqi mövqedən çıxış edərək qeyd edir ki, lizinq müqaviləsi əsasında əmlaka sahiblik edən şəxsdə əmlaka dair mülkiyyət hüququnun iki elementinin - sahiblik və istifadə hüquqlarının mövcudluğu onun həmin hüquqları pozulduğu təqdirdə pozuntuya son qoyulmasını, dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək kimi subyektiv hüququnun olmasına dəlalət edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəlləsinin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Məhkəmə bu qənaətə gələrkən həm də, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alınmalı olduğunu nəzərə alır. Bundan əlavə ekspertin rəyində göstərilir ki, hadisə nəticəsində Ford Mustang minik markalı, ** PV *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər cəmi 9655 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ekspertin rəyi nəzərə alınmaqla iddia tələbi təmin edilməli və cavabdeh "xxxx" ASC-dən 9655 manat məbləğində sığorta ödənişi tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 9655 (doqquz min altı yüz əlli beş) manat məbləğində sığorta ödənişi tutularaq iddiaçı Abı̇ yev Fı̇ krət Vüqar oğluna ödənilsin. Ekspertiza tədqiqatının dəyəri 300 (üç yüz) manat cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq “X2” MMC-nin aşağıdakı hesabına köçürülsün: VÖEN:**********, İBAN: AZ94BRES********************, Bank Respublika ASC-nin Nərimanov filialı, Kod: 513489, M/h AZ80NABZ**********0000014944, SWİFT: BRESAZ22. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar