Məhkəmə qərarları › İş №2(009)-660/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-660/2020

17.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-660/2020 17.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Aygün Həsən qızının katibliyi, İddiaçıların nümayəndəsi X3, Cavabdeh Sığorta Şirkəti ASC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Sığorta Şirkəti X6rşı «sığorta məbləğinin tutulması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən 2315,50 manat sığorta ödənişinin və 30 manat dövlət rüsumunun tutularaq iddiaçılara ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Toyota markalı ** HL *** dövlət nömrə nişanlı avtomaşın 547380 nömrəli Nəqliyyat vasitəsi qeydiyyat şəhadətnaməsinə əsasən İddiaçı1 mülkiyyətindədir. Bakı şəhəri 15 saylı notariat kontorunda xx.xx.2018-ci il tarixdə İddiaçı1 mülkiyyətində olan Toyota markalı ** HL *** dövlət nömrə nişanlı avtomaşına dair xx.xx.2022-ci il tarixədək nəqliyyat vasitəsinin idarə etmək barədə oğlu İddiaçı2 etibarnamə vermişdir. İddiaçı2 xx.xx.2019-cu il tarixdə saat 09:00 radələrində etibarnamə əsasında idarə etdiyi Toyota markalı ** HL *** dövlət nömrə nişanlı avtomaşınla Babək prospektində üzü şəhər mərkəzi istiqamətində hərəkət edərkən, “Seat” avtosalonun yaxınlığında işıqforun qadağanedici siqnalında dayanmışdır. Bu zaman arxadan gələn Kia Rio markalı ** VR *** dövlət nömrə nişanlı avtomaşın ön hissəsi ilə İddiaçı2 idarə etdiyi maşının arxa hissəsinə vurmuş və nəticədə Toyota markalı ** HL *** dövlət nömrə nişanlı avtomobilə ciddi ziyan dəymişdir. Hadisə zamanı AR DİN-nin RPİ DYPŞ-nin əməkdaşları hadisə yerinə gələrək izahatlar almış və AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün Kia Rio markalı ** VR *** dövlət nömrə nişanlı avtomaşının sürücüsü barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmçinin hadisə yerinə qəzanı törətmiş Kia Rio markalı ** VR *** dövlət nömrə nişanlı avtomaşının sığortalandığı Cavabdeh Sığorta Şirkətinin əməkdaşları gələrək, İddiaçı2 etibarnamə əsasında idarə etdiyi Toyota markalı ** HL *** dövlət nömrə nişanlı avtomaşına baxış keçirmişlər. Hadisədən sonra zərərin miqdarını müəyyən etmək üçün ilk öncə xxxxxxxxxxxxxxxxxxx MMC-yə müraciət etmişlər. Həmin şirkət tərəfindən avtomobilə baxış keçirilmiş və dəymiz zərər 2315.50 manat müəyyən edilmişdir. Lakin sığorta şirkəti bununla razılaşmadı. Təkrarən X13-ə müraciət etdik. Onlar avtomobilə baxış keçirdilər və dəymiz zərəri 2054 manat qiymətləndirdilər. Hər iki şirkət tərəfindən dəymiz zərərin hesablanması barədə qüsur aktı tərtib edərək bizə təqdim etdi. Sonradan Cavabdeh Sığorta Şirkətinə sığorta ödənişinin ödənilməsi üçün təkrar müraciət etdikdə bizə avtomobilə dəymiz ziyan üçün 370 manat ödəyə biləcəklərini bildirdilər. Həmin məbləğin çox az olduğunu avtomobilə daha çox ziyan dəydiyini cavabdehə bildirdikdə, cavabdeh 370 manatdan artıq ödəyə bılməyəcəklərini bildirdi. Hər iki qüsur aktını sığorta şirkətinə təqdim edib dəymiz zərəri düzgün hesablamadıqlarını bildirilmişdir və təqdim etdikləri qüsur aktlarına əsasən ödəniş edilməsini tələb etdik. Lakin cavabdeh təqdim olunmuş Qüsur aktlarında müəyyən edilmiş məbləğin ödənilməsinin mümkün olmadığını bildirdi. Bununla da, “Cavabdeh"’ Sığorta Şirkəti bir daha avtomobilimə dəymiş ziyanı ödəməməkdən ötrü müxtəlif bəhanələr gətirərək sığorta ödənişini ödəməkdən imtina etdi. Pozulmuş hüquqlarımızın müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi X7 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh ASC-nin etibarnamə üzrə nümayəndəsi X5 iddianı qəbul etməyərək onun təmin edilmədən saxlanılmasını xahiş etdi və izahat verərək bildirdi ki, nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə Cavabdeh Sığorta Şirkətində sığorta olunan “Kia Rio” markalı, ** VR *** dövlət qeydiyyat nişanlı avtomobil xx xxxxxx 2019-cu il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı2 idarə etdiyi “Toyota LC 200 minik” markalı ** HL *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. İcbari sığortalar haqqında Azərbaycan Respublikası qanununun 16.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dövlət və bələdiyyə əmlakına dəyən zərərin məcburi qiymətləndirilməsi sığortaçı tərəfindən təmin edilməlidir. Həmin Qanunun 16.2-ci maddəsininin 1-ci cümləsində göstərilir ki, sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya Sığorta fəaliyyəti haqqında Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Qeyd edilənlərdən məlum olur ki, Cavabdeh Sığorta Şirkətinin sığorta hadisəsi nəticəsində dəymiş zərəri qiymətləndirmək hüququ qanunvericiliklə təsbit edilmişdir. Bunu nəzərə alaraq cavabdehin texniki ekspertiza şöbəsinin mütəxəssisləri tərəfindən əmlaka dəymiş zərər araşdırılmış və bununla bağlı müvafiq hesabat tərtib edilmişdir. Hesabata əsasən “Toyota LC 200 Minik” markalı ** HL *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin aradan qaldırılması məqsədilə 330 manat ehtiyat hissələri, o cümlədən dəmirçi, rəngsaz, armatur, plastsmas təmiri və elektrik işləri üçün 250 manat xidmət haqqı, cəmi isə 580 manat tələb olunur. Qeyd edilənlərlə bağlı xx xxxxxx 2020-ci il tarixində iddiaçıya rəsmi məktub ünvanlanmış, məktubda dəymiş zərər məbləği barədə ona məlumat verilmiş, eyni zamanda cavabdehin onun avtomobilinin təmirini təşkil etməyə, eləcə də zərər məbləğinin qarşılıqlı razılıq əsasında təyin olunan müstəqil ekspert tərəfindən qiymətləndirilməsi təşkil etməyə hazır olduğu bildirilmişdir. Mülki Məcəllənin 925.3-cü və “İcbari Sığortalar haqqında” Qanunun 16-cı maddələrinə əsasən Sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsində avtomobilə dəymiş zərər məbləğinin müəyyən edilməsi məqsədilə “xxxxxxxxxxxxxxxxxxx” MMC-yə və “X13” MMC-yə müraciət etdiyini bildirmişlər. “xxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən tərtib edilmiş qüsur aktında zərər məbləğinin 2315 manat, “X13” MMC tərəfindən tərtib edilən qüsur aktında isə 2054 manat olduğu qeyd edilmişdir, iddiaçıların həmin məbləği Cavabdeh Sığorta Şirkətindən tələb etməsi əsassızdır. Mülki Məcəllənin 927.2-ci maddəsinə əsasən sığorta ödənişi sığortaçının seçimi əsasında aşağıdakı formalardan hər hansı birində həyata keçirilir: 1. zərər məbləğinin pul şəklində faydalanan şəxsə ödənilməsi; 2. sığorta hadisəsi nəticəsində dəyən zərərin aradan qaldırılması üçün sığortalıya (sığorta olunana və ya faydalanan şəxsə) göstərilən xidmətlərin və ya satılan əşyaların dəyərinin xidmət göstərənə və ya satıcıya ödənilməsi; 3. sığorta predmeti olan, yaxud zərərçəkmiş üçüncü şəxsə məxsus əmlakın təmiri və ya bərpası; 4. sığorta müqaviləsində nəzərdə tutularsa, həmin müqavilədə müəyyən edilən şərtlər əsasında sığorta predmeti olan əmlakın dəyişdirilməsi. Məhkəmənin diqqətinə çatdırır ki, sığortaçının öhdəliyi əmlakı əvvəlki vəziyyətinə qaytarmaqdır. Baxılan halda iddiaçının tələb etdiyi məbləğin Mülki Məcəllənin 927.2.3-cü bəndinə zidd olduğu görünür. Belə ki, hər iki qüsur aktında avtomobilin 10 illik istismar müddəti hesablanmamış, köhnəlmə tətbiq edilməmiş, nəticədə yeni ehtiyat hissələri ilə dəyişdirilməsi nəzərdə tutularaq zərər məbləği müəyyənləşdirilmişdir. Odur ki, hesab edir ki, iddiaçının cavabdehə qarşı iddiası əsassız və qanunsuzdur. Məhkəmə işə baxıb, tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək, hesab edir ki, iddia tələbi əsaslıdır və aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarında xx.xx.2019-cu il tarixli, ******* saylı inzibati xəta protokolundan görünür ki, ara məsafəsi qaydalarının pozulmasına görə inzibati xəta baş vermiş və X4 ziyan dəymişdir. İş materiallarında olan sürücülük vəsiqəsinin və etibarnamənin surətindən görünür ki, İddiaçı2 Toyota LC 200 minik markalı, ** HL *** dövlət qeydiyyat nişanlı avtomobili İddiaçı1 verdiyi etibarnamə əsasında idarə edir. İş materiallarında olan xx.xx.2019 tarixli xxxxxxxxxxxxxxxxxxx tərəfindən verilmiş qiymətləndirmə aktından görünür ki, Toyota LC 200 minik markalı, ** HL *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 2315.50 manat təşkil edir. İş materiallarında olan xx.xx.2019 tarixli X13 tərəfindən verilmiş qiymətləndirmə aktından görünür ki, Toyota LC 200 minik markalı, ** HL *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 2054 manat təşkil edir. İş materiallarında olan xx.xx.2020 tarixli dəymiş zərərin qiymətləndirilməsi barədə hesabatdan görünür ki, Toyota LC 200 minik markalı, ** HL *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin miqdarı 370 manat təşkil edir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, P0612/20 saylı məktubun surətindən görünür ki, Cavabdeh Sığorta şirkəti iddiaçıya avtomobilə dəymiş zərərin məbləği kimi 580 manatın ödənilməsi üçün hazır olduqlarını bildirmişdir. Məhkəmə tərəfindən təyin olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxx 2020-ci il tarixli, 9/1312 saylı rəyindən görünür ki, “xxxxxxxxxxxxxxxxxxx” tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli, “My auto” servis tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli və texniki ekspertiza şöbəsi tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli qüsur aktlarındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2010-cu il buraxılışlı Toyota LC 200 markalı, ** HL *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 2060 manat təşkil edir. Yuxarıda göstərildiyi kimi, hazırki iş üzrə tərəflərin hüquq münasibətləri xx.xx.2019-cu il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində dəymiş ziyanın ödənilməsi ilə bağlı yaranmışdır. Mülki qanunvericilikdə sığorta hadisəsinin anlayışı verilməklə yanaşı, həmçinin sığorta hadisəsi baş verdiyi təqdirdə sığortalı və sığortaçının vəzifələri, habelə sığorta ödənişlərinin verilməsindən imtina əsasları da göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 923.1-ci maddəsinə əsasən sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında sığortaçı müəyyən edir. Həmin Məcəllənin 925.5-ci maddəsinə əsasən əmlak sığortası müqaviləsi üzrə sığortalı, sığorta olunan və ya üçüncü şəxs aşağıdakı hallar istisna olmaqla, zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə sığortaçıya və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidir. Həmin Məcəllənin 935.1.1-ci maddəsinə əsasən bu Məcəllənin 923.1-ci maddəsinin tələblərinə əməl edilməməsi nəticəsində sığortaçının hadisənin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması ilə əlaqədar olaraq onun mənafeləri əhəmiyyətli dərəcədə pozulduqda sığortaçı sığorta ödəməkdən imtina edir. Qanunvericiliyin qeyd edilən normalarından aydın olur ki, sığorta hadisəsi barədə sığortalı və digər şəxslər tərəfindən sığortaçıya dərhal və mümkün olan ən qısa müddət ərzində məlumat verilməməsi nəticəsində sığortaçı, hadisənin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması ilə əlaqədar onun mənafeyi əhəmiyyətli dərəcədə pozulduqda sığorta ödəməkdən imtina edə bilər. Qeyd edilən hal onu təsdiq edir ki, məhz göstərilən hallar müəyyən edildikdə, sığortaçı tərəfindən sığorta ödənişindən imtina edilə bilər. Qanunun 935.1.1-ci maddəsinin məzmunundan aydın olur ki, sığorta ödənişindən imtina əsası kimi müəyyən edilmiş şərtlərin sübut edilməsini məhz sığorta ödəməkdən imtina edən sığortaçının üzərinə düşür. Lakin sığortaçı tərəfindən məhkəməyə sığorta hadisəsinin səbəbini və dəyən zərərin həcminin müəyyənləşdirmək imkanından məhrum olması ilə əlaqədar onların mənafeylərinin əhəmiyyətli dərəcədə pozulmasını təsdiq edən hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Halbuki mülki prosessual qanunvericiliyin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla yanaşı, məhkəmə iclasında sübutların tədqiqi ilə kifayət qədər müəyyən olundu ki, Toyota markalı ** HL *** dövlət nömrə nişanlı avtomaşın 547380 nömrəli Nəqliyyat vasitəsi qeydiyyat şəhadətnaməsinə əsasən İddiaçı1 mülkiyyətindədir. Bakı şəhəri 15 saylı notariat kontorunda xx.xx.2018-ci il tarixdə İddiaçı1 mülkiyyətində olan Toyota markalı ** HL *** dövlət nömrə nişanlı avtomaşına dair xx.xx.2022-ci il tarixədək nəqliyyat vasitəsinin idarə etmək barədə oğlu İddiaçı2 etibarnamə vermişdir. İddiaçı2 xx.xx.2019-cu il tarixdə saat 09:00 radələrində etibarnamə əsasında idarə etdiyi Toyota markalı ** HL *** dövlət nömrə nişanlı avtomaşınla Babək prospektində üzü şəhər mərkəzi istiqamətində hərəkət edərkən, “Seat” avtosalonun yaxınlığında işıqforun qadağanedici siqnalında dayanmışdır. Bu zaman arxadan gələn Kia Rio markalı ** VR *** dövlət nömrə nişanlı avtomaşın ön hissəsi ilə İddiaçı2 idarə etdiyi maşının arxa hissəsinə vurmuş və nəticədə Toyota markalı ** HL *** dövlət nömrə nişanlı avtomobilə ciddi ziyan dəymişdir. Yuxarıda qeyd olunanları ümumiləşdirməklə məhkəmə hesab edir ki, tərəflər arasında qanunvericiliyin tələblərinə uyğun olaraq sığorta münasibətləri yaranmış, həmin münasibətlər sığorta şəhadətnaməsi və onun əlavəsi (X1 Qaydaları) ilə rəsmiləşdirilmiş, tərəflərin hüquq və vəzifələri həmin şəhadətnamədə və əlavədə əks olunmuş, qeyd olunan müqaviləyə əsasən sığorta hadisəsi hesab edilən hadisə baş versə də, cavabdeh şirkət müqaviləyə və qanunvericiliyə zidd olaraq sığorta ödənişini həyata keçirməmişdir. Məhkəmə bu qənaətə gələrkən həm də, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alınmalı olduğunu nəzərə alır. Bundan əlavə ekspertin rəyində göstərilir ki, “xxxxxxxxxxxxxxxxxxx” tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli, “My auto” servis tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli və texniki ekspertiza şöbəsi tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli qüsur aktlarındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2010-cu il buraxılışlı Toyota LC 200 markalı, ** HL *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 2060 manat təşkil edir. Məhkəmə hesab edir ki, ekspertin rəyi nəzərə alınmaqla dəymiş maddi ziyanla bağlı iddia tələbi qismən təmin edilməli və Cavabdeh ASC-dən 2060 manat tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X12 Səhmdar Cəmiyyətindən iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə 2060,0 (iki min altmış) manat məbləğində dəymiş ziyan və 15 (on beş) manat ödənilmiş dövlət rüsumu tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Cavabdeh X12 Səhmdar Cəmiyyətindən tutulub AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülsün: Dövlət Xəzinədarlığı Agentliyi, kod 210005, VÖEN:**********, Müxbir hesab:AZ41NABZ********************, SFİFT:BİK CTREAZ22, MEM, VÖEN:**********, Hesab: AZ34CTRE********************. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar