Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-660/2024 15.03.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, 2011-ci il tarixdə Cavabdeh ilə ailə quraraq nikaha daxil olmuşdur. Bu nikahdan xx.xx.2012-ci il təvəllüdlü X3 dünyaya gəlmişdir. Səbail rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli qətnaməsi ilə Cavabdeh ilə aralarında xx.xx.2012-ci il tarixdə bağlanmış nikah pozulmuş, yetkinlik yaşına çatmayan qızı xx.xx.2012-ci il təvəllüdlü X3 onun yanında saxlanılmışdır. Hazırda qızına o, baxır, təlim-tərbiyəsi ilə özü məşğul olur. Cavabdeh valideynlik vəzifəsini yerinə yetirməli və uşağın saxlanılması üçün aliment ödəməlidir. Göstərilənləri nəzərə alaraq iddiaçı xx.xx.2012-ci il təvəllüdlü X1 üçün Cavabdeh ərizə verdiyi tarixdən 235 manat aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddianı tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin göstərmişdir ki, onun əmək haqqısı 1025 manat olsa da, ödənişlər çıxıldıqdan sonra az məbləğdə əmək haqqı alır. Eyni zamanda işi müvəqqəti xarakter daşıyır, layihə bitdikdən sonra bir müddət işləməməli olur və əmək haqqı almır. Cavabdeh bildirir ki, o, kirayədə qalır və banka olan borcu ödəyir. Banka borcu olması barədə sübutu məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən o, valideynləri ilə qala bilər və kirayə pulu ödəməyə bilər. Cavabdeh yaşayış minimumu həddə aliment verməlidir. Uşaq özü onunla qalmaq istəmişdir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, o, 650 manat əmək haqqı alır, aliment ödəməyə razı deyil. O, 250 manat kirayə pulu, 320 manat kredit ödəyir. Onun aliment ödəməyə maddi imkanı yoxdur. Məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə təqdim edilmiş sübutları məcmu halında tam, hərtərəfli, obyektiv araşdıraraq və hüquqi qiymət verib hesab edir ki, iddia qismən təmin edilməlidir. İş üzrə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.2012-ci il tarixdə anadan olmuş, atası kimi İddiaçı, anası Aynur İsmayılova kimi məlumatlar qeyd edilmişdir. İş üzrə Səbail rayon Məhkəməsinin e-2(009)-122/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında Səbail rayon Qeydiyyat Şöbəsində xx.xx.2012-ci il tarixdə bağlanmış və 777121 No-li akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, yetkinlik yaşına çatmayan xx.xx.2012-ci il təvəllüdlü X2 cavabdeh (atası) İddiaçı yanında saxlanılması, ödənilmiş 100 manat dövlət rüsumunun 50 manat hissəsi cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş üzrə Bakı 9 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə MŞB/14/2024-00028 saylı, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı “Cavabdeh aliment tutulması” tələbinə dair mübahisəsi üzrə xx.xx.2024-cü il tarixdə, saat 12.00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında nikah bağlanılmış və onların birgə nikahdan xx.xx.2012-ci il təvəllüdlü X3 adlı uşağı doğulmuşdur. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında olan nikah məhkəmə qaydasında pozulmuş, tərəflərin birgə nikahdan olan uşağı iddiaçının yanında saxlanılması müəyyən edilmişdir. Uşaq iddiaçının yanında saxlanılsa da, cavabdeh uşağın saxlanılması üçün iddiaçıya hər hansı maddi yardım göstərmir. Məhkəmə qeyd edir ki, cavabdeh uşağın saxlanılmasında iddiaçıya maddi yardım göstərmədiyindən, iddiaçı alimentin tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. İş üzrə “Elektron məhkəmə” informasiya sistemində olan məlumata əsasən Cavabdeh “X5 LTD” MMC-də “süpürgəçi, mehmanxana” vəzifəsində işləyir, onun aylıq əmək haqqı 652,57 manat, İddiaçı "xxxx" MMC-də “boru xətti çəkən” vəzifəsində işləyir və onun əmək haqqı 1025 manat təşkil edir. İş üzrə “X5 LTD” MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli KŞ/05/24 nömrəli arayışından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdən bu günə qədər “X5 LTD” MMC-nin Təmizlik şöbəsində Camaşırxana işçisi vəzifəsində işləyir və onun aylıq gəliri 652,57 manat vergi daxil olmaqla təşkil edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76 maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarın 8.2-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarın 8.5-ci maddəsinə əsasən sabit pul məbləğində aliment tutularkən məhkəmələr Ailə Məcəlləsinin 78.1-ci maddəsində göstərilən halları nəzərə almaqla yanaşı aliment ödəməli şəxsin digər gəlirlərinin olub-olmamasını müəyyən etməli, zəruri olduqda bununla əlaqədar əlavə sübutlar təqdim etməyi iddiaçı tərəfə təklif etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarına əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə adambaşına uşaqlar üçün 235 manat məbləğində təsdiq edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. Həmin Məcəllənin 29.2-ci maddəsinə əsasən analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir. Göstərilən Məcəllənin 29.4-cü maddəsinə əsasən ər-arvad ailədə öz münasibətlərini qarşılıqlı yardım və hörmət hissi əsasında qurmalı, ailənin möhkəmləndirilməsi və rifahı üçün birgə fəaliyyət göstərməli, övladlarının inkişafı üçün əlverişli şərait yaratmalı və onların sağlamlığının qayğısına qalmalıdırlar. Eyni Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Məhkəmə qeyd edir ki, valideynlər uşaqlar barəsində bərabər hüquq və vəzifələrə malik olduqları üçün, onların saxlanılmasında bir-birinə qarşılıqlı yardım göstərməlidirlər. Tərəflərin birgə nikahdan olan uşağı iddiaçının yanında saxlanıldığından, cavabdeh uşağın saxlanılması üçün iddiaçıya maddi yardım göstərməlidir. Məhkəmə iclasında cavabdeh rəsmi işləməsinə baxmayaraq kirayə pulunun və kreditin ödədiyindən və bu səbəbdən alimenti ödəmək imkanında olmadığını göstərmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin kirayədə yaşayaraq kirayə haqqı ödədiyini, bank qarşısında öhdəliklərin icrası ilə bağlı aylıq ödənişlərin həyata keçirilməsini nəzərə alaraq aliment tələbi ilə bağlı iddianın rədd edilməsinə dair dəlillərinə qiymət verərək hesab edir ki, qeyd edilən dəlillər onun uşağın saxlanılması üçün aliment ödəmək öhdəliklərindən azad etmir. Yuxarıda göstərilən ailə qanunvericiliyinin və Konstitusiya Məhkəməsinin qərarında formalaşmış hüquqi mövqeyinə görə valideynlər uşaqlarını saxlamağa və onların maddi tələbatını təmin etməyə borcludurlar. Lakin məhkəmə iddiaçının daha çox maddi təminatlı olmasını, uşaqların ehtiyaclarının ödənilmə vəzifəsinin hər iki valideynin üzərinə düşməsini, 2024-cü il üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunu 235 manat olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli və cavabdehdən uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 118 manat sabit pul məbləği şəklində aliment tutulmalıdır. AR Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə həmçinin hesab edir ki, aliment tutulması iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan - xx.xx.2024-cü il tarixdən başlanılmalıdır. AR MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə habelə hesab edir ki, alimentin tutulması hissəsində qətnamə dərhal icra edilməlidir. AR MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumundan azad edildiyindən, cavabdehdən bir il ərzində tutulacaq alimentin ümumi məcmusu – 1416 manat nəzərə alınaraq, dövlət rüsumunun əvəzi kimi 34,16 manat məbləğində dövlət nəfinə pul tutulmalıdır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 234 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq, xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 118 (yüz on səkkiz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 34,16 (otuz dörd manat, on altı qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-660/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-660/2024
15.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver