Məhkəmə qərarları › İş №2(009)-672/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-672/2020

17.08.2020 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-672/2020 17.08.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçılar İddiaçı27, İddiaçı6, İddiaçı9, İddiaçı24, İddiaçı13 və İddiaçı5, Cavabdeh QSC-nin nümayəndəsi X7 iştirakları ilə, İddiaçılar İddiaçı27, İddiaçı9, İddiaçı10, İddiaçı7, İddiaçı16, İddiaçı17, İddiaçı8, İddiaçı12, İddiaçı11, İddiaçı15, İddiaçı14, İddiaçı20, İddiaçı25, İddiaçı26, İddiaçı24, İddiaçı22, İddiaçı23, İddiaçı21, Yüzbaşıyeva Kəmalə Rüstəm qızı, İddiaçı6, İddiaçı5, İddiaçı4, İddiaçı3, X8, İddiaçı28, İddiaçı18, İddiaçı1 və İddiaçı13 Cavabdeh QSC-yə qarşı (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi və “X20” ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) «məvacibin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı27, İddiaçı9, İddiaçı10, İddiaçı7, İddiaçı16, İddiaçı17, İddiaçı8, İddiaçı12, İddiaçı11, İddiaçı15, İddiaçı14, İddiaçı20, İddiaçı25, İddiaçı26, İddiaçı24, İddiaçı22, İddiaçı23, İddiaçı21, Yüzbaşıyeva Kəmalə Rüstəm qızı, İddiaçı6, İddiaçı5, İddiaçı4, İddiaçı3, X8, İddiaçı28, İddiaçı18, İddiaçı1 və İddiaçı13 Cavabdeh QSC-yə qarşı (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi və “X20” ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) «məvacibin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların 2019-cu ilin yanvar ayından 2020-ci ilin yanvar ayına kimi ödənilməyən əmək haqqı məvaciblərinin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onların kollektivi 50 ildən çoxdur ki, Cavabdeh QSC-nin işçilərinin uşaqlarına tibbi xidmət göstərirlər. Hal-hazırda da tibbi xidmət göstərməklərinə baxmayaraq 2019-cu ilin yanvar ayının 1-dən etibarən 2020-ci ilin yanvar ayına kimi əmək haqqı məvacibləri verilməmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı27 ilk öncə poliklinikada baş həkim vəzifəsində işlədiyini və hazırki iddia tələbini digər iddiaçıların da razılığı ilə bütün iddiaçılara münasibətdə müdafiə etdiyini bildirmişdir. O, iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, “X4" X5 yaradıldıqdan sonra (tabeliyində olan Uşaq poliklinikası və Əhmədli tibbi-sanitar hissə daxil olmaqla) Əmlak Məsələləri Dövlət Komitəsinin idarəetməsinə verilmiş və Komitənin müvafiq sərəncamına əsasən “X4” MMC yenidən təşkil edilmiş, təsisçi Azərbaycan Respublikası adından Əmlak Məsələləri Dövlət Komitəsi olmaqla “X20” X14 çevrilmiş və xx xxx 2018-ci il tarixdə dövlət qeydiyyatından keçmişdir. “X4” X5 “X20” X14 çevrilməmişdən əvvəl X4 (uşaq poliklinikası da olmaqla) Cavabdeh QSC-nin balansında olmuş, poliklinikanın işçiləri Cavabdeh QSCnin işçilərinin uşaqlarına tibbi xidmət göstərmişdir. “X4” X2 “X20” X14 çevrilməsindən sonra da işçilərin maaşları müəyyən bir dövr ərzində Cavabdeh QSC tərəfindən ödənilmişdir. Hazırda da məhz Cavabdeh QSC-nin işçilərinin uşaqlarına tibbi xidmət göstərmələrinə baxmayaraq 2019-cu ilin yanvar ayının 1-dən etibarən 2020-ci ilin yanvar ayına kimi əmək haqqı məvacibləri ödənilməmişdir. Göstərilənləri nəzərə alaraq Cavabdeh QSC-dən ödənilməmiş əmək haqqlarının alınaraq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş digər iddiaçılar İddiaçı6, İddiaçı9, İddiaçı24, İddiaçı13 və İddiaçı5 da İddiaçı27 izahatında göstərdiyi xüsusatları təsdiq edərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh QSC-nin nümayəndəsi X10 iddia tələbinə etiraz edərək göstərmişdir ki, “Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 19 iyul tarixli 1003 saylı fərmanının 1.1.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxx 2016-cı il tarixli 550S saylı sərəncamına əsasən “orta müddətli dövr ərzində dövlət mülkiyyətində saxlanılacaq dövlət müəssisələrinin tabeliyindən çıxarılaraq özəlləşdirilməsi nəzərdə tutulan qeyri-profil müəssisə və obyektlərin Siyahısı” təsdiq edilmişdir. Nazirlər Kabinetinin sözügedən sərəncamına əsasən X11 İdarəsinin tabeliyində fəaliyyət göstərən X4 da özəlləşdirilməsi nəzərdə tutulan qeyri-profil müəssisə və obyektlərin siyahısına daxil edilmişdir. Qeyd olunan xəstəxananın qanunvericiliklə müəyyən edilmiş qaydada özəlləşdirilməsi ilə ələqədar aidiyyəti dövlət qurumunun idarəetməsinə verilməsi məqsədilə, onun bazasında Cəmiyyətin təsisçiliyi ilə “X4" X5 yaradılmışdır. Adıçəkilən MMC (tabeliyində olan Uşaq poliklinikası və Əhmədli tibbi-sanitar hissə daxil olmaqla) Əmlak Məsələləri Dövlət Komitəsinin idarəetməsinə verilmiş və Komitənin 2018-ci il 16 yanvar tarixli 12 nömrəli sərəncamına əsasən “X4” MMC yenidən təşkil edilmiş, təsisçi Azərbaycan Respublikası adından Əmlak Məsələləri Dövlət Komitəsi olmaqla “X20” X14 çevrilmiş və xx xxx 2018-ci il tarixdə dövlət qeydiyyatından keçmişdir. Müvafiq sərəncama əsasən yeni yaradılmış ASC-nin Cavabdeh X15 ilə heç bir hüquqi münasibəti qalmamışdır. Yuxarıda qeyd olunanlara əsasən, “X4” X2 “X20” X14 çevrilməsi və dövlət qeydiyyatından keçərək fəaliyyətə başlaması ilə əlaqədar olaraq “X4” MMC-nin Cəmiyyətin strukturundan çıxması ilə bağlı əmr verilmişdir. Cavabdeh X15 tərəfindən xx xxxx 2018-ci il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq sərəncamı ilə yenidən təşkil olunan “X4” MMC-nin Cəmiyyətin strukturundan çıxarılması haqqında 139 saylı əmr verilmişdir. Qeyd olunan əmrə əsasən, “X4” X2 “X20" X14 çevrilməsi və Cəmiyyətin strukturundan çıxarılması ilə əlaqədar olaraq, əmək müqaviləsini Cəmiyyətin sədri ilə bağlayan həmin MMC-nin aidiyyəti işçiləri barəsində qanunvericiliyə, Cəmiyyətin daxili sənədlərinə müvafiq müqavilə münasibətlərinə uyğun tədbirlər görülməsi tapşırılmışdır.Belə ki, xx xxxx 2018-ci il tarixli 139 saylı əmrə müvafiq olaraq, “X4” MMCnin Uşaq Poliklinikasının Baş həkimi İddiaçı27 ilə əmək müqaviləsinə xitam verilməsi barədə xx xxxx 2018-ci il tarixli 63-k saylı əmr verilmişdir. Belə ki, iddiaçılarla Cavabdeh QSC arasında əmək münasibətləri mövcud deyildir və bu sahədə mövcud qanunvericiliyə əsasən əmək münasibətlərinin olmaması səbəbindən, məvacib və digər ödənişlərin Cəmiyyətin tərəfindən ödənilməsinin tələb edilməsi qanunvericiliyə ziddir. Göstərilənləri nəzərə alaraq iddiaçıların Cavabdeh QSC-yə qarşı «məvacibin ödənilməsi» tələbinə dair iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş digər iddiaçılar və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi və “X20” ASC məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi digər iddiaçıların iştirakı olmadan məhkəmə baxışının davam etdirilməsini tələb etmişdir. Məhkəmə MPM-in 185.4 və 185.5-ci maddələrinə əsasən mülki işə digər iddiaçıların və üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən rədd olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - İddiaçı28 məxsus İT-İ seriyalı, ******* nömrəli əmək kitabçasından çıxarışın surətindən görünür ki, o, xx.xx.2017-ci il tarixdə Cavabdeh QSC-nin X1 uşaq poliklinikasının pediatriya şöbəsinə tibbi bacısı vəzifəsinə qəbul edilmiş, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2018-ci il tarixli,********** qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınaraq Cavabdeh QSC “X4” MMC “X20” ASC adı ilə əvəz edilmişdir. İddiaçı13 məxsus İT-İ seriyalı, ******* nömrəli əmək kitabçasından çıxarışın surətindən görünür ki, o, xx.xx.2017-ci il tarixdə Cavabdeh QSC-nin X1 uşaq poliklinikasının kliniki diaqnostik laboratoriyasının feldşer laborantı vəzifəsinə qəbul edilmiş, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2018-ci il tarixli,********** qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınaraq Cavabdeh QSC “X4” MMC “X20” ASC adı ilə əvəz edilmişdir. Hal-hazırda həmin vəzifədə işləyir. İddiaçı26 məxsus İT-İ seriyalı, ******* nömrəli əmək kitabçasından çıxarışın surətindən görünür ki, o, xx.xx.2017-ci il tarixdə Cavabdeh QSC-nin X1 uşaq poliklinikasının tibb qeydiyyatçısı vəzifəsinə qəbul edilmiş, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2018-ci il tarixli,********** qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınaraq Cavabdeh QSC “X4” MMC “X20” ASC adı ilə əvəz edilmişdir. Hal-hazırda həmin vəzifədə işləyir. İddiaçı18 məxsus İT-İ seriyalı, ******* nömrəli əmək kitabçasından çıxarışın surətindən görünür ki, o, xx.xx.2017-ci il tarixdə Cavabdeh QSC-nin X1 uşaq poliklinikasının tibb qeydiyyatçısı vəzifəsinə qəbul edilmiş, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2018-ci il tarixli,********** qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınaraq Cavabdeh QSC “X4” MMC “X20” ASC adı ilə əvəz edilmişdir. Hal-hazırda həmin vəzifədə işləyir. İddiaçı21 məxsus İT-İ seriyalı, ******* nömrəli əmək kitabçasından çıxarışın surətindən görünür ki, o, xx.xx.2017-ci il tarixdə Cavabdeh QSC-nin X1 uşaq poliklinikasının təsərrüfat qrupunun sanitar qadını vəzifəsinə qəbul edilmiş, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2018-ci il tarixli,********** qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınaraq Cavabdeh QSC “X4” MMC “X20” ASC adı ilə əvəz edilmişdir. Halhazırda həmin vəzifədə işləyir. İddiaçı10 məxsus əmək kitabçasından çıxarışın surətindən görünür ki, o, xx.xx.2017ci il tarixdə Cavabdeh QSC-nin X1 uşaq poliklinikasının pediatriya şöbəsinin şöbə müdiri həkim pediatoru vəzifəsinə qəbul edilmiş, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2018-ci il tarixli,********** qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınaraq Cavabdeh QSC “X4” MMC “X20” ASC adı ilə əvəz edilmişdir. Hal-hazırda həmin vəzifədə işləyir. İddiaçı1 məxsus əmək kitabçasından çıxarışın surətindən görünür ki, o, xx.xx.2017ci il tarixdə Cavabdeh QSC-nin X1 uşaq poliklinikasının təsərrüfat qrupunun sanitar qadını vəzifəsinə qəbul edilmiş, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2018-ci il tarixli,********** qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınaraq Cavabdeh QSC “X4” MMC “X20” ASC adı ilə əvəz edilmişdir. Hal-hazırda həmin vəzifədə işləyir. İddiaçı6 məxsus İT-İ seriyalı, ******* nömrəli əmək kitabçasından çıxarışın surətindən görünür ki, o, xx.xx.2017-ci il tarixdə Cavabdeh QSC-nin X1 uşaq poliklinikasının pediatriya şöbəsinə tibb bacısı vəzifəsinə qəbul edilmiş, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2018-ci il tarixli,********** qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınaraq Cavabdeh QSC “X4” MMC “X20” ASC adı ilə əvəz edilmişdir. Hal-hazırda həmin vəzifədə işləyir. İddiaçı8 məxsus İT-İ seriyalı, ******* nömrəli əmək kitabçasından çıxarışın surətindən görünür ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2018-ci il tarixli,********** qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınaraq Cavabdeh QSC “X4” MMC “X20” ASC adı ilə əvəz edilmişdir. Hal-hazırda o, müvafiq vəzifədə işləyir. İddiaçı24 məxsus İT-İ seriyalı, ******* nömrəli əmək kitabçasından çıxarışın surətindən görünür ki, o, xx.xx.2017-ci il tarixdə Cavabdeh QSC-nin X1 uşaq poliklinikasının pediatriya şöbəsinin sahə tibb bacısı vəzifəsinə qəbul edilmiş, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2018-ci il tarixli,********** qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınaraq Cavabdeh QSC “X4” MMC “X20” ASC adı ilə əvəz edilmişdir. Halhazırda həmin vəzifədə işləyir. İddiaçı15 məxsus İT-İ seriyalı, ******* nömrəli əmək kitabçasından çıxarışın surətindən görünür ki, o, xx.xx.2017-ci il tarixdə Cavabdeh QSC-nin X1 uşaq poliklinikasının pediatriya şöbəsinin pediatr vəzifəsinə qəbul edilmiş, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2018-ci il tarixli,********** qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınaraq Cavabdeh QSC “X4” MMC “X20” ASC adı ilə əvəz edilmişdir. Halhazırda həmin vəzifədə işləyir. İddiaçı23 məxsus İT-İ seriyalı, 13991691 nömrəli əmək kitabçasından çıxarışın surətindən görünür ki, o, xx.xx.2017-ci il tarixdə Cavabdeh QSC-nin X1 uşaq poliklinikasının konsultativ şöbəsinin tibb bacısı vəzifəsinə qəbul edilmiş, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2018-ci il tarixli,********** qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınaraq Cavabdeh QSC “X4” MMC “X20” ASC adı ilə əvəz edilmişdir. Halhazırda həmin vəzifədə işləyir. İddiaçı25 məxsus ******* nömrəli əmək kitabçasından çıxarışın surətindən görünür ki, o, xx.xx.2017-ci il tarixdə Cavabdeh QSC-nin X1 uşaq poliklinikasının konsultativ şöbəsinin həkim oftolmoloq vəzifəsinə qəbul edilmiş, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2018-ci il tarixli,********** qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınaraq Cavabdeh QSC “X4” MMC “X20” ASC adı ilə əvəz edilmişdir. Hal-hazırda həmin vəzifədə işləyir. İddiaçı5 məxsus İT-İ seriyalı, ******* nömrəli əmək kitabçasından çıxarışın surətindən görünür ki, o, xx.xx.2017-ci il tarixdə Cavabdeh QSC-nin X1 uşaq poliklinikasının pediatriya şöbəsinin sahə tibb bacısı vəzifəsinə qəbul edilmiş, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2018-ci il tarixli,********** qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınaraq Cavabdeh QSC “X4” MMC “X20” ASC adı ilə əvəz edilmişdir. Hal-hazırda həmin vəzifədə işləyir. İddiaçı17 məxsus İT-İ seriyalı, ******* nömrəli əmək kitabçasından çıxarışın surətindən görünür ki, o, xx.xx.2017-ci il tarixdə Cavabdeh QSC-nin X1 uşaq poliklinikasının pediatriya şöbəsinin böyük tibb bacısı vəzifəsinə qəbul edilmiş, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2018-ci il tarixli,********** qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınaraq Cavabdeh QSC “X4” MMC “X20” ASC adı ilə əvəz edilmişdir. Hal-hazırda həmin vəzifədə işləyir. İddiaçı20 məxsus ******* nömrəli əmək kitabçasından çıxarışın surətindən görünür ki, o, xx.xx.2017-ci il tarixdə Cavabdeh QSC-nin X1 uşaq poliklinikasının pediatriya şöbəsinin sahə həkimi vəzifəsinə qəbul edilmiş, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2018-ci il tarixli,********** qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınaraq Cavabdeh QSC “X4” MMC “X20” ASC adı ilə əvəz edilmişdir. Hal-hazırda həmin vəzifədə işləyir. X13 məxsus ******* nömrəli əmək kitabçasından çıxarışın surətindən görünür ki, o, xx.xx.2017-ci il tarixdə Cavabdeh QSC-nin X1 uşaq poliklinikasının konsultativ şöbəsinin həkim nevropatoloqu vəzifəsinə qəbul edilmiş, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2018-ci il tarixli,********** qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınaraq Cavabdeh QSC “X4” MMC “X20” ASC adı ilə əvəz edilmişdir. Hal-hazırda həmin vəzifədə işləyir. İddiaçı22 məxsus əmək kitabçasından çıxarışın surətindən görünür ki, o, xx.xx.2017ci il tarixdə Cavabdeh QSC-nin X1 uşaq poliklinikasının pediatriya şöbəsinin sahə tibb bacısı vəzifəsinə qəbul edilmiş, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2018-ci il tarixli,********** qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınaraq Cavabdeh QSC “X4” MMC “X20” ASC adı ilə əvəz edilmişdir. Hal-hazırda həmin vəzifədə işləyir. İddiaçı27 məxsus İT-İ seriyalı, ******* nömrəli əmək kitabçasından çıxarışın surətindən görünür ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2018-ci il tarixli,********** qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınaraq Cavabdeh QSC “X4” MMC “X20” ASC adı ilə əvəz edilmiş və o, xx.xx.2018-ci il tarixdə “X20” ASC-nin baş həkimi vəzifəsinə qəbul edilmişdir. Hal-hazırda həmin vəzifədə işləyir. İddiaçı7 məxsus İT-İ seriyalı, ******* nömrəli əmək kitabçasından çıxarışın surətindən görünür ki, o, xx.xx.2017-ci il tarixdə Cavabdeh QSC-nin X1 uşaq poliklinikasının pediatriya şöbəsinin sahə həkimi vəzifəsinə qəbul edilmiş,Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2018-ci il tarixli,********** qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınaraq Cavabdeh QSC “X4” MMC “X20” ASC adı ilə əvəz edilmişdir. Yüzbaşıyeva Kəmalə Rüstəm qızına məxsus İT-İ seriyalı, ******* nömrəli əmək kitabçasından çıxarışın surətindən görünür ki, o, xx.xx.2017-ci il tarixdə Cavabdeh QSCnin X1 uşaq poliklinikasının konsultativ şöbəsinin həkim pediatr vəzifəsinə qəbul edilmiş, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2018-ci il tarixli,********** qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınaraq Cavabdeh QSC “X4” MMC “X20” ASC adı ilə əvəz edilmişdir. Hal-hazırda həmin vəzifədə işləyir. İddiaçı2 məxsus İT-İ seriyalı, ******* nömrəli əmək kitabçasından çıxarışın surətindən görünür ki, o, xx.xx.2017-ci il tarixdə Cavabdeh QSC-nin X1 uşaq poliklinikasının pediatriya şöbəsinin həkim pediatr vəzifəsinə qəbul edilmiş, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2018-ci il tarixli,********** qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınaraq Cavabdeh QSC “X4” MMC “X20” ASC adı ilə əvəz edilmişdir. Hal-hazırda həmin vəzifədə işləyir. İddiaçı3 məxsus ******* nömrəli əmək kitabçasından çıxarışın surətindən görünür ki, o, xx.xx.2017-ci il tarixdə Cavabdeh QSC-nin X1 uşaq poliklinikasının pediatriya şöbəsinin həkim pediatr vəzifəsinə qəbul edilmiş, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2018-ci il tarixli,********** qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınaraq Cavabdeh QSC “X4” MMC “X20” ASC adı ilə əvəz edilmişdir. Hal-hazırda həmin vəzifədə işləyir. İddiaçı12 məxsus İT-İ seriyalı, ******* nömrəli əmək kitabçasından çıxarışın surətindən görünür ki, o, xx.xx.2017-ci il tarixdə Cavabdeh QSC-nin X1 uşaq poliklinikasının pediatriya şöbəsinin həkim pediatr vəzifəsinə qəbul edilmiş, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2018-ci il tarixli,********** qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınaraq Cavabdeh QSC “X4” MMC “X20” ASC adı ilə əvəz edilmişdir. Halhazırda həmin vəzifədə işləyir. İddiaçı16 məxsus İT-İ seriyalı, 12550131 nömrəli əmək kitabçasından çıxarışın surətindən görünür ki, o, xx.xx.2017-ci il tarixdə Cavabdeh QSC-nin X1 uşaq poliklinikasının pediatriya şöbəsinin həkim pediatr vəzifəsinə qəbul edilmiş, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2018-ci il tarixli,********** qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınaraq Cavabdeh QSC “X4” MMC “X20” ASC adı ilə əvəz edilmişdir. Halhazırda həmin vəzifədə işləyir. İddiaçı9 məxsus İT-İ seriyalı, ******* nömrəli əmək kitabçasından çıxarışın surətindən görünür ki, o, xx.xx.2017-ci il tarixdə Cavabdeh QSC-nin X1 uşaq poliklinikasının konsultativ şöbəsinin həkim stomatoloq vəzifəsinə qəbul edilmiş, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2018-ci il tarixli,********** qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınaraq Cavabdeh QSC “X4” MMC “X20” ASC adı ilə əvəz edilmişdir. Halhazırda həmin vəzifədə işləyir. İddiaçı14 məxsus ******* nömrəli əmək kitabçasından çıxarışın surətindən görünür ki, o, xx.xx.2017-ci il tarixdə Cavabdeh QSC-nin X1 uşaq poliklinikasının konsultativ şöbəsinin həkim pediatr vəzifəsinə qəbul edilmiş, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2018-ci il tarixli,********** qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınaraq Cavabdeh QSC “X4” MMC “X20” ASC adı ilə əvəz edilmişdir. Hal-hazırda həmin vəzifədə işləyir. - Cavabdeh QSC tərəfindən “X20” ASC-nin Uşaq Poliklinikasının baş həkimi İddiaçı27 ünvanlanmış xx xxxxxxxx 2018-ci il tarixli, GMxx/xx-1303 nömrəli məktubun surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 21 oktyabr 550S nömrəli sərəncamına əsasən X11 İdarəsinin tabeliyində hüquqi şəxs statusuna malik olmayan təşkilat kimi fəaliyyət göstərən və rəhbərlik etdiyi poliklinikanın da tabe olduğu X4 özəlləşdirilməsi nəzərdə tutulan qeyri-profil müəsissə və obyektlərin siyahısına daxil edilmişdir. Qeyd olunan xəstəxananın qanunvericiliklə müəyyən edilmiş qaydada özəlləşdirilməsi ilə əlaqədar aidiyyəti dövlət qurumunun idarəetməsinə verilməsi məqsədilə, onun bazasında (tabeliyində olan poliklinika və tibbi-sanitar hissə daxil olmaqla) Cəmiyyətin təsisçiliyi ilə “X4” MMC yaradılmışdır. Uşaq Poliklinikası və Əhmədli tibbi-sanitar hissə də eyni adla yeni yaradılan MMC-nin tərkibində fəaliyyətini davam etdirmişdir. Azərbaycan Respublikasının 1996-cı il 29 noyabr tarixli 208-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət müəsissəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında əsasnamə”yə uyğun olaraq, müvafiq icra hakimiyəti orqanı olan Əmlak Məsələləri Dövlət Komitəsinin 2018-ci il 16 yanvar tarixli 12 nömrəli sərəncamına əsasən “X4” MMC yenidən təşkil edilmiş və təsisçi Azərbaycan Respublikasının adından həmin Komitə olmaqla “X20” ASC-yə çevrilmişdir. “X20” ASC 2018-ci ilin 22 may tarixində dövlət qeydiyyatından keçmişdir. Belə ki, dövlətə aid olan müvafiq müəssisə üzrə tabeçilik dəyişilmiş və qüvvədə olan qanunvericiliyə əsasən bu proses dövlətin müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilmişdir. Bununla da, yeni təsis olunan ASC-nin Cəmiyyətə heç bir hüquqi münasibəti qalmamışdır. Göstərilənlərlə bağlı Cəmiyyət tərəfindən 2018-ci il 12 iyun tarixli 139 nömrəli əmr verilmiş və aidiyyəti strukturlara “X6” MMC-nin Cəmiyyətin strukturundan çıxdığının nəzərə alınması tapşırılmış, həmçinin əmək müqaviləsini Cəmiyyətlə bağlayan müvafiq rəhbər şəxslərin əmək müqaviləsinə xitam verilmişdir. Nəzərə çatdırılmışdır ki, Cəmiyyət strukturuna daxil olan qurumlar üzrə əmək haqqının verilməsi ilə bağlı müvafiq tədbirlər görə və zəruri köməklik göstərə bilər. Eyni zamanda qeyd edilmişdir ki, hazırda Cəmiyyətin işçilərinə tibbi xidmətin göstərilməsi ilə əlaqədar olaraq “X20” X17 ilə “Cavabdeh" X15 arasında müvafiq müqavilə bağlanmışdır. - “X20” X12 nizamnaməsinin 1.1-ci bəndindən görünür ki, "X20” X18 (bundan sonra “Cəmiyyət") Azərbaycan Respublikasının 208-İQ nömrəli 1996-cı il 29 noyabr tarixli Qanunu ilə təsdiq edilmiş “Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq Cavabdeh X9 tabeliyində olan ünvan 1 ünvanında yerləşən “X4” X2 "X20” X14 çevrilməsi nəticəsində yaradılır və onun hüquqi varisidir. - Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş dövlət reyestrindən xx xxxx 2018-ci il tarixdə verilmiş çıxarışdan görünür ki, “X20” ASC xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmış və hüquqi ünvanı ünvan 1-dir. - Əmlak Məsələləri Dövlət Komitəsinin xx xxxxxx 2018-ci il tarixli 12 nömrəli sərəncamı ilə Cavabdeh X9 tabeliyində olan ünvan 1 ünvanında yerləşən “X4” X5 “X20” X14 çevrilmişdir. - Əmlak Məsələləri Dövlət Komitəsinin xx xxxxxx 2018-ci il tarixli 12 nömrəli sərəncamına əlavəyə əsasən “X4” MMC-nin balansından çıxarılaraq özəlləşdirilməsi nəzərdə tutulan obyektlərin siyahısında Uşaq Poliklinikası və Əhmədli Tibbi-sanitar hissə də qeyd edilmişdir. - Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq sərəncamı ilə yenidən təşkil olunan “X4” MMC-nin Cəmiyyətin strukturundan çıxması haqqında Cavabdeh X9 xx xxxx 2018-ci il tarixli 139 nömrəli əmri ilə “X4” X2 yenidən təşkil edildiyi və təsisçi Azərbaycan Respublikasının adından Əmlak Məsələləri Dövlət Komitəsi olmaqla "X21” X14 çevrildiyi, həmin ASC-nin 2018-ci il 22 may tarixində dövlət qeydiyyatından keçdiyi və bununla da “X4’' MMC-nin Cəmiyyətin strukturundan çıxdığının nəzərə alınması, “X4" X2 "X20” X14 çevrilməsi və Cəmiyyətin strukturundan çıxarılması ilə əlaqədar olaraq, əmək müqaviləsini Cəmiyyətin sədri ilə bağlayan həmin MMC-nin aidiyyəti işçiləri barəsində qüvvədə olan qanunvericiliyə, Cəmiyyətin daxili sənədlərinə müvafiq müqavilə münasibətlərinə uyğun tədbirlər görülməsi, Cəmiyyətin işçiləri tibbi sığorta ilə təmin olunanadək onlara müvafiq tibbi xidmətlərin göstərilməsi məqsədilə "X20" ASC ilə müqavilə bağlanılması məsələsinə baxılması əmr edilmişdir. - Cavabdeh X9 xx xxxx 2018-ci il tarixli 63-K nömrəli əmrinə əsasən “X4’' MMC-nin uşaq poliklinikasının idarəetmə aparatının baş həkimi İddiaçı27 ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin a bəndinə əsasən xitam verilmişdir. - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin sorğusuna əsasən Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, **********0 saylı cavab məktubuna əlavədən görünür ki, işçilər - İddiaçı27, İddiaçı9, İddiaçı10, İddiaçı16, İddiaçı17, İddiaçı8, İddiaçı12, İddiaçı11, İddiaçı15, İddiaçı14, İddiaçı20, İddiaçı25, İddiaçı26, İddiaçı24, İddiaçı22, İddiaçı21, Yüzbaşıyeva Kəmalə Rüstəm qızı, İddiaçı6, İddiaçı5, İddiaçı4, İddiaçı3, X8, İddiaçı28, İddiaçı18, İddiaçı1 və İddiaçı13 işəgötürən - "X20" ASC ilə əmək müqavilələri bağlamışlar və həmin müqavilələr hazırki vaxtadək qüvvədədirlər, İddiaçı7 xx.xx.2020-ci il tarixdə “xxxxxxxxxx” MMC ilə, İddiaçı23 isə xx.xx.2017-ci il tarixdə “X4” MMC ilə əmək müqaviləsi bağlamış və həmin müqavilələr də hazırki vaxtadək qüvvədədirlər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı27, İddiaçı9, İddiaçı10, İddiaçı7, İddiaçı16, İddiaçı17, İddiaçı8, İddiaçı12, İddiaçı11, İddiaçı15, İddiaçı14, İddiaçı20, İddiaçı25, İddiaçı26, İddiaçı24, İddiaçı22, İddiaçı23, İddiaçı21, Yüzbaşıyeva Kəmalə Rüstəm qızı, İddiaçı6, İddiaçı5, İddiaçı4, İddiaçı3, X8, İddiaçı28, İddiaçı18, İddiaçı1 və İddiaçı13 Cavabdeh QSC –nin “X4" MMC ilə əmək müqaviləsi bağlayaraq həmin Cəmiyyətin balansında olan Uşaq Poliklinikasında işə qəbul edilmişlər, sonradan “Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016cı il 19 iyul tarixli 1003 saylı fərmanının 1.1.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxx 2016-cı il tarixli 550S saylı sərəncamına əsasən “orta müddətli dövr ərzində dövlət mülkiyyətində saxlanılacaq dövlət müəssisələrinin tabeliyindən çıxarılaraq özəlləşdirilməsi nəzərdə tutulan qeyri-profil müəssisə və obyektlərin Siyahısı” təsdiq edilmiş, Nazirlər Kabinetinin sözügedən sərəncamına əsasən X11 İdarəsinin tabeliyində fəaliyyət göstərən “X4” da özəlləşdirilməsi nəzərdə tutulan qeyri-profil müəssisə və obyektlərin siyahısına daxil edilmiş və qeyd olunan xəstəxananın qanunvericiliklə müəyyən edilmiş qaydada özəlləşdirilməsi ilə ələqədar aidiyyəti dövlət qurumunun idarəetməsinə verilməsi məqsədilə, onun bazasında Cəmiyyətin təsisçiliyi ilə “X4" MMC yaradılmışdır. Qeyd edilən MMC (tabeliyində olan Uşaq poliklinikası və Əhmədli tibbi-sanitar hissə daxil olmaqla) Əmlak Məsələləri Dövlət Komitəsinin idarəetməsinə verilmiş və Komitənin 2018-ci il 16 yanvar tarixli 12 nömrəli sərəncamına əsasən “X4” MMC yenidən təşkil edilmiş, təsisçi Azərbaycan Respublikası adından Əmlak Məsələləri Dövlət Komitəsi olmaqla “X20” ASC-yə çevrilmiş və xx xxx 2018-ci il tarixdə dövlət qeydiyyatından keçmişdir. Müvafiq sərəncama əsasən yeni yaradılmış “X20” ASC-nin Cavabdeh QSC ilə heç bir hüquqi münasibəti qalmamış, “X4” MMC-nin “X20” ASC-yə çevrilməsi və dövlət qeydiyyatından keçərək fəaliyyətə başlaması ilə əlaqədar olaraq “X4” MMC-nin Cəmiyyətin strukturundan çıxması ilə bağlı əmr verilmişdir. Cavabdeh QSC tərəfindən xx xxxx 2018-ci il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq sərəncamı ilə yenidən təşkil olunan “X4” MMC-nin Cəmiyyətin strukturundan çıxarılması haqqında 139 saylı əmr verilmiş və qeyd olunan əmrə əsasən, “X4” MMC –nin “X20" ASC-yə çevrilməsi və Cəmiyyətin strukturundan çıxarılması ilə əlaqədar olaraq, əmək müqaviləsini Cəmiyyətin sədri ilə bağlayan həmin MMC-nin aidiyyəti işçiləri barəsində qanunvericiliyə, Cəmiyyətin daxili sənədlərinə müvafiq müqavilə münasibətlərinə uyğun tədbirlər görülməsi tapşırılmış və xx xxxx 2018-ci il tarixli 139 saylı əmrə müvafiq olaraq, “X4” MMC-nin Uşaq Poliklinikasının Baş həkimi İddiaçı27 ilə əmək müqaviləsinə xitam verilməsi barədə xx xxxx 2018-ci il tarixli 63-k saylı əmr verilmiş və xx.xx.2018-ci il tarixdə İddiaçı27 “X20” ASC-nin baş həkimi vəzifəsinə qəbul edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, hazırda iddiaçılarla “X20" ASC arasında mövcud əmək müqavilələri qüvvədədir. Məhkəmə iddiaçıların izahatını və iddia tələbini nəzərə alaraq qeyd edir ki, iddiaçıların iddia tələbinin əsasını onların 2019-cu ilin yanvar ayından 2020-ci ilin yanvar ayına kimi ödənilməyən əmək haqqı məvaciblərinin ödənilməsi təşkil edir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, AzərbaycanRespublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinə əsasən, Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. Həmin Məcəllənin 3-cü maddəsinin 5-ci hissəsinə əsasən, əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında «əmək müqaviləsi») – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. - 9-cu maddəsinin d) bəndinə əsasən, qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq əmək müqaviləsi üzrə işçinin əsas hüquqları sırasına aid edilmişdir. - 12-ci maddəsinə əsasən, əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri sırasına aid edilmişdir. - 42-ci maddəsinə əsasən, əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. - 43-cü maddəsinə əsasən, əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. ... Əmək müqaviləsi bağlanarkən, həmçinin əmək münasibətlərinə xitam verilənədək bu Məcəllə ilə işçilər üçün müəyyən edilmiş hüquq və təminatların səviyyəsi azaldıla bilməz. - 154-cü maddəsinin 1-ci bəndinə əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Məhkəmə, qanunvericiliyin qeyd edilən normalarının tələbini, eləcə də “X4" MMC-nin (tabeliyində olan Uşaq poliklinikası və Əhmədli tibbi-sanitar hissə daxil olmaqla) Əmlak Məsələləri Dövlət Komitəsinin idarəetməsinə verilməsini və Komitənin 2018-ci il 16 yanvar tarixli 12 nömrəli sərəncamına əsasən “X4” MMC-nin yenidən təşkil edilməsini, təsisçi Azərbaycan Respublikası adından Əmlak Məsələləri Dövlət Komitəsi olmaqla “X20” ASCyə çevrilməklə xx xxx 2018-ci il tarixdə dövlət qeydiyyatından keçməsini, “X4” MMC-nin “X20” ASC-yə çevrilməklə dövlət qeydiyyatından keçərək fəaliyyətə başlaması ilə əlaqədar olaraq “X4” MMC-nin Cəmiyyətin strukturundan çıxması ilə bağlı əmr verilməsini, bununla da müvafiq sərəncama əsasən yeni yaradılmış “X20” ASC-nin Cavabdeh QSC ilə heç bir hüquqi münasibətinin qalmamasını nəzərə alaraq belə hesab edir ki, hazırki iş üzrə Cavabdeh QSC iddiaçının iddiasına cavab verməli olan orqan deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. MPM 50.3) Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.1-ci maddəsinin məzmunundan da aydın olur ki, tərəflər işdə iştirak edən şəxslərdir. Bu zaman “tərəf” ifadəsinin işlədilməsi isə təsadüfi deyildir. Mülki məhkəmə icraatının bu iştirakçılarını bir-biri ilə konkret mübahisəli hüquq münasibəti bağlayır və onlar bu münasibətlərdə bir-birinə qarşı olan maraqlara malikdirlər. Tərəf ifadəsi həm də onu bildirir ki, bu iştirakçıların mübahisəsinə baxılması üzrə məhkəmə icraatında hərəsi bir və ya bir neçə nəfərdən ibarət olmaqla iki qarşı-qarşıya duran tərəf mövcuddur. Məhkəmə vurğulayır ki, cavabdeh iddia tələbinin yönəldiyi şəxsdir. O, iddiaçıların hüququnu və ya qanuni maraqlarını pozduğu güman edildiyinə, yaxud onların iştirak etdikləri hüquq münasibəti mübahisələndirildiyinə görə prosesə cəlb edilir və tərəf olur. İddianın irəli sürülməsi, adətən, cavabdehin özünün hərəkət və ya hərəkətsizliyi ilə bağlı olur. Bəzi hallarda isə cavabdeh özü iddiaçının hüquq və maraqlarına toxunan heç bir hərəkət etməsə də, mübahisəli hüquq münasibətinin subyekti olur. Hazırki işdən görünür ki, Cavabdeh QSC iddiaçıların iddiasına cavab verməli olan orqan olmadığından iddia düzgün olmayan cavabdehə qarşı verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Məhkəmənin əvvəlki iclasında iddiaçılara məhkəmə tərəfindən hazırki işdə göstərilən cavabdehin əsl cavabdehlə (işəgötürənlə) əvəz edilməsi təklif edilmiş, lakin iddiaçılar cavabdehin əsl cavabdehlə əvəz edilməsinə etiraz edərək məhkəmə baxışının davam etdirilərək irəli sürülmüş tələblər üzrə yekun məhkəmə aktı qəbul edilməsində təkid etmişlər. Məhkəmə qeyd edir ki, iddiaçılar irəli sürdükləri iddia tələbinə münasibətdə məhkəmə müdafiəsi hüququna malik olsalar da, həmin tələb buna cavab verməli olan şəxsə qarşı yönəlmədiyindən və iddiaçılar cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqlarından iddia tələbi təmin edilə bilməz. İddianın əsaslılığı məsələsinə gəldikdə isə iddia tələbi məhz iddiaya cavab verməli olan subyektə qarşı irəli sürüldüyü halda, məhkəmə bununla bağlı qərar qəbul edə bilər. Məhkəmə nəzərə alır ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki-prosessual qanunvericilik yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslərin cavabdeh hesab olunduğunu nəzərdə tutur. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 51-ci maddəsinə əsasən, başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər, lakin digər cavabdehin işə qoşulması məsələsi də hər bir halda iddiaçı tərəfindən ona qarşı tələb irəli sürülməsi qaydasında həyata keçirilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi düzgün olmayan cavabdehə qarşı yönəldiyindən iddiaçılar İddiaçı27, İddiaçı9, İddiaçı10, İddiaçı7, İddiaçı16, İddiaçı17, İddiaçı8, İddiaçı12, İddiaçı11, İddiaçı15, İddiaçı14, İddiaçı20, İddiaçı25, İddiaçı26, İddiaçı24, İddiaçı22, İddiaçı23, İddiaçı21, Yüzbaşıyeva Kəmalə Rüstəm qızı, İddiaçı6, İddiaçı5, İddiaçı4, İddiaçı3, X8, İddiaçı28, İddiaçı18, İddiaçı1 və İddiaçı13 Cavabdeh QSCyə qarşı (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi və “X20” ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) «məvacibin ödənilməsi» tələbinə dair iddiaları təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəh-bər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı27, İddiaçı9, İddiaçı10, İddiaçı7, İddiaçı16, İddiaçı17, İddiaçı8, İddiaçı12, İddiaçı11, İddiaçı15, İddiaçı14, İddiaçı20, İddiaçı25, İddiaçı26, İddiaçı24, İddiaçı22, İddiaçı23, İddiaçı21, Yüzbaşıyeva Kəmalə Rüstəm qızının, İddiaçı6, İddiaçı5, İddiaçı4, İddiaçı3, X3, İddiaçı28, İddiaçı18, İddiaçı1 və İddiaçı13 Cavabdeh QSC-yə qarşı (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi və “X20” ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) «məvacibin ödənilməsi» tələbinə dair iddiaları təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar