Məhkəmə qərarları › İş №2(009)-697/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-697/2021

08.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-697/2021 08.07.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyev İlkin Mehman oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh «Cavabdeh” Sığorta Şirkətinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh «Cavabdeh” Sığorta Şirkətinə baxaraq, qarşı «sığorta ödənişinin ödənilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Cavabdeh Sığorta Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Sığorta Şirkətindən onun xeyrinə 1770 AZN məbləğində sığorta ödənişinin, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0.1 faizi həcmində 390 AZN dəbbə pulunun və məhkəməyə iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 AZN dövlət rüsumunun, ümumilikdə 2190 AZN məbləğin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 18 iyun 2020-ci il tarixdə saat 13 radələrində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində 99JE431 nömrəli Mitsubishi Fuso markalı yük avtomobillə X8 iddiaçıya məxsus 99EM521 nömrəli Mercedes Benz E280 avtomobilə zərər vurmuşdur. Həmin avtomobil “Cavabdeh" Sığorta şirkəti tərəfindən sığortalanmışdır. Bildirir ki, X4 məsuliyyəti icbari sığortalanmışdır və bu da avtonəqliyyat vasitəsinin istifadəsi nəticəsində əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı kimi təsdiqlənməlidir. “İcbari Sığortalar haqqında Qanunun 17.1-ci maddəsində göstərilən sənədlər cavabdehə təqdim edilsə də, sığortaçı tərəfindən əmlaka dəyən zərərdən qat-qat az olan vəsaitin ödənilə biləcəyi bildirilməklə ödənişin verilməsindən imtina edilmişdir. Zərər dəymiş əmlakın təmiri və ya bərpası üçün birbaşa çəkilən xərclərlə bağlı və avtomobilin təmirinə dair “xxxx” ASC-nin aktı sığortaçıya təqdim edilmişdir. Həmin akta əsasən sığorta hadisəsi nəticəsində avtomobilə dəymiş zərərə görə onun təmirinə 1770 manat məbləğində vəsait xərclənmişdir. Bildirir ki, hər gecikdirimiş gün üçün sığorta ödənişi məbləğinin 0.1 faizi həcmində dəbbə pulu hesablanarkən avtomobilin təmirinə dair arayışın sığortaçıya 25 iyun 2020-ci il tarixində təqdim edilməsi nəzərə alınmalıdır. İş materiallarında olan 11.03.21 tarixli etirazdan görünür ki, cavabdeh «Cavabdeh” Sığorta Şirkəti məhkəmədən İddiaçı “sığorta ödənşi tələbinə dair” iddiası üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, İddiaçı barəsində mübahisə açdığı nəqliyyat vasitəsi X6 məxsusdur. Nəqliyyat vasitəsinin sahibi X9 tərəfindən İddiaçı verilən etibarnamənin 04.06.2018-ci il tarixindən 22.01.2021-ci il tarixədək qüvvədə olmasına baxmayaraq İddiaçı məhkəməyə 01.02.2021-ci il tarixdə müraciət etmişdir. Bildirir ki, qüvvədə etibarnamə olmadığı üçün İddiaçı MERCEDES BENZ E280- MİNİK markalı, **- EM-*** dövlət nömrə nişanlı avtomobilə münasibətdə iddia qaldırmağa subyektiv və zərərin ödənilməsini tələb etməyə hüququ mövcud deyildir. İş materiallarında olan etiraza əlavədən görünür ki, cavabdeh «Cavabdeh” Sığorta Şirkəti İddiaçı cavabdehdən pul şəklində sığorta ödənişinin verilməsini tələb etməsinin maddi hüquq normalarına zidd olduğunu bildirmişdir. Çünki İddiaçı yol-nəqliyyat hadisəsi baş verən zaman avtomobili X9 tərəfindən verilmiş etiarnamə əsasında idarə etmişdir və qanunun məzmunundan göründüyü kimi etibarnaməli idarəçiyə pul şəklində sığorta ödənişinin verilməsi nəzərdə tutulmamışdır. Məhkəmə iclasında iştiak edən İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh «Cavabdeh” Sığorta Şirkətinin etibarnamə üzrə nümayəndəsi X3 etiraz ərizəsinə uyğun izahat verərək ekspertizanın rəyinə etiraz etdiyini bildirmiş, iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işə baxıb, tərəflərin izahatını dinləyib, təqdim edilmiş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan 18.06.2020-ci il tarixli, MN № ******* seriyalı “İnzibati tənbeh haqqında” qərardan görünür ki, X8 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və MERCEDES BENZ E280- MİNİK markalı, **-EM-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə zərər vurduğundan 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan «Cavabdeh” Sığorta Şirkətinin Zərərlərin Tənzimlənməsi İdarəsinin 24 iyun 2020 tarixli, P2844/20 nömrəli məlumatından görünür ki, «Cavabdeh” Sığorta Şirkəti MERCEDES BENZ E280- MİNİK markalı, **-EM-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə dəymiş zərəri ( 320 manat məbləği) ödəməyə və ya avtomobilin təmirini təşkil etməyə hazır olduğunu bildirmişdir. İş materiallarında olan 25.06.2020-ci il tarixli, 102 nömrəli zərər aktından görünür ki, X6 məxsus MERCEDES BENZ E280- MİNİK markalı, **-EM-*** dövlət nömrə nişanlı, ban №-si WDB2100631A428293, mühərrik №-si **********1320, buraxılış ili 1997, qeydiyyat şəhadətnaməsi AD №262700 olan avtomobilə baxış keçirilmiş və avtomobilə dəymiş zərər 1770 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan 05.03.2021-ci il tarixli, 132458 nömrəli “Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə” hesabatdan görünür ki, MERCEDES BENZ E280- MİNİK markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər 320 AZN məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan AZE №******** seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1990-cu il tarixdə Azərbaycan Respublikası, Tovuz rayonunda anadan olmuşdu və qeydiyyatda olduğu ünvan Tovuz şəhəri, Bozalqanlı yaşayış ərazisidir. İş materiallarında olan AD078456 seriyalı sürücülük vəsiqəsindən görünür ki, İddiaçı 29.07.2017-ci il tarixdə sürücülük vəsiqəsi əldə etmişdir. İş materiallarında olan 04.06.2018–ci il tarixli, AD N 262700 seriyalı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, X9 MERCEDES BENZ E280- MİNİK markalı, **-EM-*** dövlət nömrə nişanlı, ban №-si WDB2100631A428293, Mühərrik №-si **********1320, buraxılış ili 1997 olan nəqliyyat vasitəsinin sahibidir. İş materiallarında olan ƏN Vii №585896 seriyalı “Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında” etibarnamədən görünür ki, X9 İddiaçı nəqliyyat vasitəsindən istifadə ilə bağlı etibarnamə vermişdir. İş materiallarında olan ƏN-Vİİ 585896 “Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında” etibarnamədən görünür ki, X9 22.01.2021-ci il tarixdə 6 ay müddətinə 22.07.2021-ci il tarixədək İddiaçı nəqliyyat vasitəsindən istifadəsi ilə bağlı etibarnamə vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyindən görünür ki, MERCEDES BENZ E280- MİNİK markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin məbləği “xxxx” ASC-nin 25.06.2020-ci il tarixli qüsur aktı üzrə 1310 manat, “Cavabdeh Sığorta” ASC 05.03.2021-ci il tarixli qüsur aktı üzrə 430 manat müəyyən edilmişdir. (aparılmış tədqiqatın dəyəri 100 manatdır) Məhkəmə verilmiş iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X5 mülkiyyətində olan və qanuni əsaslarla (etibarnamə əsasında) İddiaçı tərəfindən istismar olunan “Mersedes Benz E280” markalı ** EM *** dövlət nömrə nişanlı avtomaşın «Cavabdeh” Sığorta Şirkətində sığortalanmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, 18 iyun 2020-ci il tarixdə (icbari sığorta müqaviləsi qüvvədə olduğu müddətdə) iki avtomobilin iştirakı ilə yol-nəqilyyat hadisəsi baş vermiş və nəticədə “Mersedes Benz” markalı avtomaşına maddi ziyan dəymişdir. Həmin yol-nəqilyyat hadisəsində təqsirli şəxs “Mitsubishi Fuso” markalı 99 JE431 dövlət nömrə nişanlı avtomaşının sürücüsü olmuşdur. Bu hal mübahisə predmeti deyil. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Mersedes Benz E280” markalı ** EM *** dövlət nömrə nişanlı avtomaşının qanuni əsaslarla sahibi olan İddiaçı avtomaşına dəymiş ziyanla bağlı sığorta ödənişinin verilməsi üçün cavabdehə müraciət etmişdir. Lakin cavabdeh sığorta ödənişinin verilməsindən imtina etmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, sığorta şirkəti tərəfindən verilmiş imtina qanuni olmamışdır və bu səbəbdən iddiaçı avtomaşına vurulmuş ziyanın əvəzinin ödənilməsi kimi cavabdehdən iddiaçının xeyrinə sığorta ödənişinin tutulmasını xahiş etmişdir. İş materiallarında olan sənədlərlə müəyyən olunur ki, X5 mülkiyyətində olan “Mersedes Benz E280” markalı ** EM *** dövlət nömrə nişanlı avtomaşın qanuni əsaslarla, yəni etibarnamə əsasında İddiaçı sahiblik edir və həmin avtomaşına yol-nəqliyyat hadisəsi nəticəsində maddi ziyan dəymişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 6.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və (və ya) sığorta müqaviləsinin şərtlərinə uyğun olaraq, sığorta ödənişi verilməli olan şəxs faydalanan şəxs hesab edilir. Məhkəmə qeyd edir ki, “Mersedes Benz E280” markalı ** EM *** dövlət nömrə nişanlı avtomaşının mülkiyyətçisi X10 olsa da, həmin avtomaşın yol-nəqilyyat hadisəsi törədilən zaman qanuni əsaslarla İddiaçı sahibliyində olmuşdur. Belə ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinə əsasən mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. Həmin Qanunun 53.3-cü maddəsinə əsasən avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətini icbari sığorta etdirərək sığorta haqqı ödəyən və müvafiq icbari sığorta müqaviləsinin tərəfi olan şəxs sığortalı hesab edilir. Məhkəmə sığorta hadisəsi nəticəsində avtomaşına dəyən ziyanla əlaqədar qeyd edir ki, iddiaçı tərəfindən təqdim olunan arayışda ziyan məbləği 1770 manat, cavabdeh tərəfindən təqdim olunan ziyan məbləği 320 manat təşkil edir. Arayışlar arasındakı fərq yüksək olduğundan məhkəmə tərəfindən ekspertiza keçirilmişdir. Məhkəmə ekspertin rəyi əsasında ortaq məbləği müəyyən edərək hesab edir ki, cavabdehdən 1310 manat sığorta ödənişi tutularaq iddiaçıya ödənilməlidir. “İcbari sığortalar haqqında” Qanunun 18-ci maddəsinə əsasən bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. Sığortaçı sığorta ödənişini bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Məhkəmə hesab edir ki, sığortaçıya avtomobilin təmirinə dair arayış 25.06.2020-ci il tarixdə təqdim edilməsi nəzərə alınaraq hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödənilməsi nəzərə alınmaqla cavabdehdən 270 manat dəbbə pulu tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğlərinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın tələbi qismən təmin edilməsini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 15 manatı cavabdehə aid edilməli, keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası xərci, 100 manat məbləğində pulun 20 manatı İddiaçı, 80 manatı «Cavabdeh” Sığorta Şirkətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22) ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə T E T D İ : İddia qismən təmin edilsin. Cavabdeh «Cavabdeh” Sığorta Şirkətindən 1310 manat sığorta ödənişi və 270 manat dəbbə pulu tutularaq İddiaçı ödənilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 15 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası xərci, 100 manat məbləğində pulun 20 manatı İddiaçı, 80 manatı «Cavabdeh” Sığorta Şirkətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22) ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Hüseynov küçəsi 5) vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar