Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-708/2025 07.05.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ İlkin Şahin oğlu Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi İddiaçı, nümayəndəsi-vəkili Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «cehiz əşyalarının çıxarılması» barədə iddia tələbi üzrə mülki işə 07 may 2025-ci il tarixdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «cehiz əşyalarının çıxarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 11-ci döngə ünvanında yerləşən fərdi yaşayış evindən cavabdehə məxsus 1 ədəd çəhrayı və krem rənglərində divan 2 ədəd kreslo ilə dəst, Krem rəngli mətbəx mebeli, 1 ədəd gümüşü rəngli Samsung markalı paltaryuyan, 1 ədəd gümüşü rəngli Samsung markalı soba, 1 ədəd gümüşü rəngli Samsung markalı qabyuyan, 1 ədəd gümüşü rəngli Samung markalı soyuducu, 1 ədəd krem rəngli yataq mebeli ( 1 ədəd taxt, 2 ədəd tumba, 1 ədəd termo, 1 ədəd güzgülü 2 qapılı şifoner), 1 ədəd qəhvəyi rəngli yataq mebeli ( 1 ədəd taxt, 2 ədəd tumba, 1 ədəd termo, 1 ədəd güzgülü 6 qapılı şifoner) cehiz əmlaklarının çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, hazırda həyat yoldaşı və qızı ilə birlikdə Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivində tikdiyi evində yaşayır. Cavabdeh onun oğlu X1 həyat yoldaşıdır. Cavabdeh oğlu ilə evləndikdən sonra bir müddət iddiaçı ilə birlikdə yaşasa da, sonradan cavabdeh və əri yaranan münaqişələr səbəbindən başqa ünvana köçərək orda yaşamışlar. Oğlu öz övladlıq vəzifələrini yerinə yetirmir. Dəfələrlə ona qarşı kobudluq etmiş, mütəmadi olaraq onu təhqir etmiş, hətta onu öldürməklə hədələmişdir. Bununla bağlı DİN-in 102 xidmətinə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda oğlunun gələcəkdə ondan qalacaq miras əmlakdan məcburi pay almaq hüququndan məhrum edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehə məxsus cehiz əmlaklar hazırda ona məxsus olan evdə qalmışdır. Cavabdehlə münasibətlər gərgin olduğundan o, həmin mənzilə qayıtmayacaqdır. Bu səbəbdən ona məxsus əşyaların evdə qalması onun hüquqlarını pozur. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddiasını müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əsgərova Xırdaxanım sözügedən evi ona satan şəxsdir. Hazırda evə mülkiyyət hüquqlarının təsdiq edən Çıxarışı yoxdur, lakin əldə etmək üçün müraciət etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili iddianı müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, cavabdehə məxsus əşyaların iddiaçının evində saxlanılması iddiaçının əmlakına sahiblik hüquqlarını pozur. Məhkəmə iclasında iştirak etmiş cavabdeh iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, hazırda əri ilə birlikdə ata evində yaşayır. Həmin əşyalar evdən çıxarılacağı təqdirdə onları yerləşdirmək üçün şəraiti yoxdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan xx.xx.2018-ci il tarixli "xxxx" ASC-nin Səbail rayon Sukanal İdarəsi ilə İddiaçı arasında bağlanmış Müqaviləyə əsasən ünvan 2 ünvanında "xxxx" ASC-nin su təchizatı sistemindən istehlakçının tələbatına uyğun lazımi miqdarda, tərkib və keyfiyyətinə görə Dövlət Standartının tələblərinə uyğun içməli suytun buraxılması, tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması ilə əlaqədar tərəflərin hüquq və öhdəliklərini müəyyən edilmişdir. AR Mülki Məcəlləsinin: 164.1-ci və 164.2-ci maddələrinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşmalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfı üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. 152.7-ci maddəsinə görə istifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh iddiaçının gəlinidir. Cavabdeh iddiaçının oğlu ilə nikah daxil olduqdan sonra iddiaçının yaşadığı evə köçərək onunla birlikdə yaşamışdır. Bir müddət sonra tərəflər arasında ailə münaqişələri yarandığından cavabdeh əri ilə birlikdə evi tərk etmiş və atasının evində yaşamağa davam etmişdir. Hazırki vaxta kimi də orada yaşayır. İddiaçı cavabdehlə artıq birgə yaşayışın mümkün olmayacağını əsas gətirərək, cavabdehə məxsus cehiz əşyalarının onun yaşağıdı evdən çıxarılmasını xahiş edir. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələbləri baxımından hesab edir ki, Cavabdeh artıq xeyli müddətdir sözügedən evdə yaşamadığından, Cavabdeh məxsus cehiz əşyalarının İddiaçı (gələcəkdə gözlənilən mülkiyyət hüququ olan şəxs kimi) yaşadığı mənzildə qalmasına və saxlanılmasına İddiaçı razılığı olmadığından, həmçinin həmin əmlaklar Cavabdeh məxsus olduğundan və onların həmin mənzildə yerləşməsi İddiaçı mənzildən sərbəst şəkildə və öz istədiyi kimi istifadə etməsinə maneçilik törətdiyindən iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün və iddia təmin olunduğundan məhkəmə xərclərinə aid edilən rüsumun əvəzi cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi ünvanındakı evdə yerləşən cavabdehə məxsus cehiz əşyaların (1 ədəd çəhrayı və krem rənglərində divan 2 ədəd kreslo ilə dəst, Krem rəngli mətbəx mebeli, 1 ədəd gümüşü rəngli Samsung markalı paltaryuyan, 1 ədəd gümüşü rəngli Samsung markalı soba, 1 ədəd gümüşü rəngli Samsung markalı qabyuyan, 1 ədəd gümüşü rəngli Samung markalı soyuducu, 1 ədəd krem rəngli yataq mebeli ( 1 ədəd taxt, 2 ədəd tumba, 1 ədəd termo, 1 ədəd güzgülü 2 qapılı şifoner), 1 ədəd qəhvəyi rəngli yataq mebeli ( 1 ədəd taxt, 2 ədəd tumba, 1 ədəd termo, 1 ədəd güzgülü 6 qapılı şifoner) Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1ci yaşayış massivi ünvanındakı evdən çıxarılması vəzifəsi Cavabdeh üzərinə qoyulsun. Ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulsun. Qətnamədən təqdim edildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №2(009)-708/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-708/2025
07.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver