Məhkəmə qərarları › İş №2(009)-710/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-710/2024

04.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-710/2024 04.04.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili M.M.Mirzəzadənin, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı alimentin dəyişdirilərək sabit pul şəklində tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin dəyişdirilərək sabit pul şəklində tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Səbail rayon Məhkəməsinin 2(009)- 1632/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən xx.xx.2019-cu il tarixdən başlayaraq birgə nikahlarından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancının və (ya) başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin və X1 3 yaşına çatanadək hər ay 50 manat pulun ondan tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Daha sonra Səbail rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən aralarında olan nikah pozulmuşdur. Alimentin tutulması barədə qətnamə çıxarılan ərəfədə baş leytenant hərbi rütbəsi daşımaqla hərbi qulluqçu kimi xidmətdə olmuşdur. Hərbi qulluqçu kimi çalışdığı və aylıq sabit qazancı olduğu üçün qətnamədə alimentin aylıq əmək haqqının ¼ hissəsindən tutulması qərara alınmışdır. Bundan sonra Bakı şəhəri Nizami rayon İcra şöbəsi tərəfindən həmin qətnamə icraya yönəldilərək aliment və s.pul tələb əmək haqqından tutulmuşdur. Lakin artıq xeyli müddətdir ki, işdən azad olunmuşdur və Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul deyil və əmək haqqı almır. Bu fakt AR ƏƏSM DOST Agentliyinin 3 saylı Bakı DOST mərkəzindən aldığı arayışda da öz təsdiqini tapır. Buna baxmayaraq, tərəfindən ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu həddində hər ay aliment ödəyir. Bildirir ki, faktiki olaraq işləmədiyinə, heç bir iş yeri olmamasına baxmayaraq alimentin aylıq əmək haqqından tutulması formasında icra sənədi qüvvədə qalmışdır. Çünki iddiaçı alimentin sabit pul şəklində tutulması ilə bağlı məhkəmədə iddia qaldırmamışdır. İcra tədbirlərini həyata keçirən icra məmuru isə icra sənədi məhkəməyə geri qaytarmamışdır. Hazırda aylıq stabil əmək haqqı aldığı işi olmadığı halda icra məmuru icra tədbirlərini davam etdirərək barəsində axtarış qərarı çıxartdırmış, bununla da qanunsuzluğa yol vermişdir. Alimentin əmək haqqının ¼ hissəsindən tutulmasına dair icra sənədi iş yeri olmadığı üçün faktiki olaraq icrasız vəziyyətə düşmüşdür. Belə olduğu təqdirdə icra məmuru icra sənədini məhkəməyə qaytarsa da, hazırki iş üzrə cavabdeh (aliment alan) məcbur olub alimentin sabit pul şəklində tutulması tələbi ilə məhkəmədə iddia qaldıracaqdır. Lakin göründüyü kimi, icra məmuru barəsində məcburi icra tədbirləri icra etməsi, eləcə də tərəfindən alimentin sabit pul şəklində ödənilməsi iddiaçının mənafeyinə uyğun olduğu üçün iddia qaldırmaq marağı olmamışdır. O, ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu həddində ödəməyə razıdır və hazırkı tarixədək alimentini bu məbləğdə ödəmişdir. Lakin icra məmuru bununla razı olmamış və məhz bu səbəbdən də məcburi icra tədbirləri əsasında ölkə üzrə orta əmək haqqı həddində aliment ödənilməsini tələb etmişdir. İşləmədiyi üçün onun bu məbləğdə aliment ödəməyə maddi imkanı yoxdur. Eyni zamanda bu cür aliment ödənişinin hüquqi əsası da yoxdur. Odur ki, qeyd edilənlərə əsasən hesab edir ki, artıq rəsmi işi olmadığı üçün cavabdehlə birgə nikahlarından doğulmuş xx.xx.2028-ci il təvəllüdlü X4 ödənilməli aliment sabit pul şəklində tutulmalıdır. MPM-nin tələblərinə və “Mediasiya haqqında” Qanunun tələblərinə əsasən hazırki iş üzrə cavabdehə mediasiya prosesinin tətbiqi barədə təklif ünvanlamışdır. Daha sonra qanunvericiliyin tələblərinə əsasən 12 saylı Mediasiya Təşkilatına ərizə ilə müraciət etmişdir. Mediasiya təşkilatı tərəfindən ilkin mediasiyada iştirak edilməməsi barədə arayış təqdim edilmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı Səbail rayon Məhkəməsinin 2(009)-1632/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən cavabdehlə birgə nikahlarından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün ondan tutulmalı olan alimentin tutulma üsulunun dəyişdirilərək hər ay 200 manat olmaqla sabit pul şəklində tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili X6 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili həmçinin izahatında göstərmişdir ki, yanvar ayından başlayaraq artıq mütəmadi olaraq iddiaçı tərəfindən 235 manat məbləğində aliment ödənişi həyata keçirilir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı xeyli vaxtdır alimenti ödəmir. Onun rəsmi iş yeri olmasa da, məlumatı vardır ki, o, xarici gəmilərdə işləyir, kifayət qədər məbləğdə qazanca malikdir. Bununla əlaqədar o, sorğuları vermiş və araşdırma aparır. Həmin məlumatı əldə edə bilmədiyi üçün hazırda məhkəməyə təqdim edə bilmir. Məlumat əldə edəcəyi təqdirdə məhkəməyə müraciət edəcəkdir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə təqdim edilmiş sübutları məcmu halında tam, hərtərəfli, obyektiv araşdıraraq və hüquqi qiymət verib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə Səbail rayon Məhkəməsinin 2(009)-1632/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdeh İddiaçı xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və (ya) başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutularaq iddiaçı X5 ödənilməsi, cavabdeh İddiaçı xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2018-ci il təvəllüdlü X1 3 yaşına çatanadək hər ay 50 manat aliment tutularaq iddiaçı X5 ödənilməsi qət edilmişdir. İş üzrə Bakı şəhəri Nizami rayon İcra və Probasiya şöbəsi tərəfindən 600 saylı Hərbi Hissəsinə, İddiaçı, X5, Səbail rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubun surətindən görünür ki, Səbail rayon Məhkəməsinin 2(009)-1632/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarına əsasən İddiaçı xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və (ya) başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutularaq X5 ödənilməsi və İddiaçı xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2018-ci il təvəllüdlü X7 3 yaşına çatanadək hər ay 50 manat alimentin tutularaq X5 ödənilməsi qərara alınmışdır. Odur ki, Səbail rayon Məhkəməsinin 2(009)-1632/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 24.1.1-ci maddəsinə əsasən icra olunması üçün göndərilir. Belə ki, borclu İddiaçı əmək haqqından hər ay ¼ hissə məbləğində və xx.xx.2018-ci il təvəllüdlü X1 3 yaşına çatanadək hər ay 50 manat aliment tutulduqdan sonra, alimentə görə yığılmış iki ayın borcu, yəni 418 manat borc bitənədək yerdə qalan məbləğdən hər ay 50% tutularaq tələbkarın məktuba əlavə olunan hesabına köçürülməsi və icra barədə şöbəyə verməsini xahiş olunur. İş üzrə Səbail rayon Məhkəməsinin 2(009)-643/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə cavabdeh X8 arasında 3 saylı Bakı “Asan” xidmət mərkəzi Qeydiyyat şöbəsində xx.xx.2017-ci il tarixdə bağlanmış və 2120 No-li akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, nikah pozulduqdan sonra yetkinlik yaşına çatmayan xx.xx.2018-ci il təvəllüdlü X1 anası cavabdeh X2 yanında saxlanılması qət edilmişdir. İş üzrə Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icra məmuru X3 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli borclunun axtarışı haqqında qərarının surətindən görünür ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1632/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə borcclu İddiaçı xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün qazancının və (ya) gəlirlərinin ¼ miqdarında aliment tutularaq tələbkar X2 xeyrinə ödənilməlidir. Borcu İddiaçı xx.xx.2019-cu il tarixdən başlayaraq, xx.xx.2018-ci il təvəllüdlü X7 3 yaşına çatanalək hər ay 50 manat aliment tutularaq tələbkar X2 xeyrinə ödənilməsi qərara alınmışdır. Aparılan icra tədbirləri nəticəsində icra sənədi üzrə borclu İddiaçı yaşadığı yeri müəyyən etmək mümkün olmamışdır. Göstərilənlərə əsasən borcu İddiaçı barəsində axtarış elan edilməsi qərara alınmışdır. İş üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 3 saylı Bakı DOST Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsisteminə əsasən adına əmək müqaviləsi aşkar edilməmişdir. İş üzrə Bakı 12 saylı mediasiya təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli, MŞB/12/2024-00036 nömrəli arayışından görünür ki, İddiaçı tərəfindən təsvir edildiyi kimi alimenti ödəyənin işdən çıxdığı və rəsmi gəliri olmadığı üçün alimentin sabit pul şəklində tutulması tələbinə dair mübahisəsi üzrə xx.xx.2024-cü il tarixdə, saat 15.30-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında X8 iştirak etməmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2017-ci ildə nikah bağlanılmış və onların birgə nikahdan xx.xx.2018-ci il təvəllüdlü Tamerlan adlı uşağı anadan olmuşdur. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Səbail rayon Məhkəməsinin 2(009)- 1632/2019 saylı qətnaməsi ilə İddiaçı uşağın saxlanılması üçün hər ay aylıq qazancının və (ya) başqa gəlirlərinin 1/4 hissəsi miqdarında, həmçinin uşağın 3 yaşına çatanadək hər ay 50 manat aliment tutulmuşdur. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, Səbail rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah ləğv edilmiş, birgə nikahdan olan uşağın ananın yanında saxlanılmışdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, Səbail rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli qətnaməsi ilə yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün onun qazancının və (ya) başqa gəlirlərinin 1/4 hissəsi miqdarında, həmçinin uşağın 3 yaşına çatanadək hər ay 50 manat aliment tutulması müəyyən edilmişdir. Daha sonra Səbail rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə nikah pozulmuş və uşağın ananın yanında saxlanılmışdır. Alimentin tutulması barədə qətnamə çıxarılan ərəfədə o, baş leytenant hərbi rütbəsi daşımaqla hərbi qulluqçu kimi xidmətdə olmuşdur. Lakin artıq xeyli müddətdir ki, işdən azad olunmuş və Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul deyil və əmək haqqı almır. O, ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu həddində ödəməyə razıdır və hazırkı tarixədək alimentini bu məbləğdə ödəmişdir. Lakin icra məmuru bununla razı olmamış və məhz bu səbəbdən də məcburi icra tədbirləri əsasında ölkə üzrə orta əmək haqqı həddində aliment ödənilməsini tələb etmişdir. İşləmədiyi üçün onun bu məbləğdə aliment ödəməyə maddi imkanı yoxdur. Bu səbəbdən iddiaçı Səbail rayon Məhkəməsinin 2(009)-1632/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün ondan tutulmalı olan alimentin tutulma üsulunun dəyişdirilərək hər ay 200 manat olmaqla sabit pul şəklində tutulmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı mübahisənin məhkəmədənkənar qaydada mediator vasitəsi ilə həll edilməsini istəsə də, cavabdeh mediasiya sessiyasına gəlmədiyindən, iddiaçı mübahisənin həll edilməsi ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlıdır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələb aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. «Uşaq Hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə adambaşına uşaqlar üçün 235 manat məbləğində təsdiq edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşağını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76 maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2016-cı il tarixli qərarına əsasən:

1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.

2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli Qərarının 8.13-cü bəndinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Qanunvericiliyin tələblərindən göründüyü kimi uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Bakı şəhər Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, məhkəmə tərəfindən yetkinlik yaşına çatmayan uşağa görə müəyyən edilmiş alimentin məbləği cavabdehin aylıq qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi və 50 manat sabit pul məbləğində müəyyən edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyanın və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarlarını və həmin qərarlarda formalaşan hüquqi mövqeyi, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin miqdarını, həmçinin Azərbaycan Respublikasında 2024-cü il üçün uşaqlar üçün yaşayış minimumunun 235 manat məbləğində müəyyən edilməsini, iddiaçının hazırda işləməməsini, həmçinin iddiaçının uşağa görə 200 manat məbləğində alimentin verməsinə razı olduğunu nəzərə alaraq hesab edir ki, uşağın saxlanılması üçün aliment məbləğinin dəyişdirilməsi barədə iddia qismən təmin edilməli, məhkəmə qətnaməsi ilə müəyyən edilən aliment dəyişdirilməli və iddiaçıdan tutulacaq aliment ölkə üzrə müəyyən edilən yaşayış minimumu həddində sabit pul məbləği şəklində 235 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, alimentin dəyişdirilməsi ilə bağlı iddiaçıdan tutulmalı olan 235 manat məbləğində pul onun məhkəməyə müraciət etdiyi vaxtdan deyil, hazırki məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən sonra başlamalı və həmin vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8- 2/2016 saylı qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə qeyd edir ki, AR MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələrin dərhal icra olunması nəzərdə tutulsa da, hazırki tələb alimentin dəyişdirilməsi ilə bağlıdır. Bu səbəbdən göstərilən qanunun tələbləri alimentin dəyişdirilməsi ilə bağlı tələbə aid edilə bilməz. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ:

İddia qismən təmin edilsin. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1632/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə tutulması müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. İddiaçı 10 may 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilsin. Alimentin dəyişdirilməsi ilə bağlı İddiaçı 235 (iki yüz otuz beş) manat məbləğində pul məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən tutulmağa başlanılsın və tutma həmin vaxtdan hesablansın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar