Məhkəmə qərarları › İş №2(009)-743/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-743/2022

30.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-743/2022 30.06.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Sığorta şirkəti ASC-nin nümayəndələri X3 və X2, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı – Cavabdeh Sığorta şirkəti ASC-yə ("xxxx" MMC və X15 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər kimi işə cəlb edilən) qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı – Cavabdeh Sığorta şirkəti ASC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Sığorta şirkəti ASC-dən 6654 (altı min altı yüz əlli dörd) manat əsas məbləğ, ödənilmiş 87 (səksən yeddi) manat dövlət rüsumunun, hüquqi xidmət üçün ödənilmiş 150 (yüz əlli) manat və etibarnamə üçün ödənilmiş 17,25 (on yeddi manat iyirmi beş qəpik) manat vəsaitin iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, ona məxsus olan “Hyundai Sonata” markalı, **-VM-*** qeydiyyat nişanlı, 5NPEC4AB4EH90929 ban nömrəli nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixində Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən 1010 manat qarşılığında tam sığorta olunmuşdur. Bildirir ki, o, sözügedən nəqliyyat vasitəsini etibarnamə yolu ilə "xxxx" MMC-nin müvəqqəti istifadəsinə vermişdir. xx.xx.2021-ci il tarixində, "xxxx" MMC şirkəti yol vərəqəsinə əsasən X4 gedən nəqliyyat vasitəsini icarəyə vermişdir. xx.xx.2021-ci il tarixində X15 tərəfindən qəza törədilmiş və nəqliyyat vasitəsinə külli miqdarda 7904 (yeddi min doqquz yüz dörd) manat zərər dəymişdir. Sığorta hadisəsi zamanı tələb olunan sənədlər Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən əldə olunmuş lakin indiyədək tərəflərindən heç bir ödəniş olmamışdır. Aralarında bağlanılan müqaviləyə əsasən 1250 (min iki yüz əlli) manat azad olma məbləği çıxmaq şərti ilə, 6654 (altı min altı yüz əlli dörd) manat pul vəsaiti ona ödənilməlidir. Sığorta hadisəsi zamanı aidiyyatı üzrə 102 polis xidməti və sığortanın qaynar xəttinə məlumat verilmiş, hadisə Bakı şəhər Baş Polis İdarəsinin Baş X21 İdarəsinin əməkdaşları tərəfindən protokollaşdırılmışdır. Lakin, Cavabdeh Sığorta Şirkəti ASC dəymiş zərərin hansı səbəblə qarşılanmaması barədə ona heç bir məlumat verməmişdir. xx.xx.2021-ci il tarixində Cavabdeh Sığorta şirkəti ASC-yə sorğu verilmişdir. Sorğuya cavab olaraq bildirilmişdir ki, xx.xx.2021-ci il tarixində məsələylə bağlı Suraxanı Rayon Prokurorluğuna sorğu verilmişdir. Onun tərəfindən dəfələrlə Azərbaycan Respublikası Mərkəzi Bankının Sığorta fəaliyyətinə nəzarət departamentinə ərizə ilə müraciət edilsə də, cavabdeh hər dəfəsində ona dəymiş zərərin qarşılanması və problemin aradan qalxması ilə bağlı heç bir səy göstərmir. Sonradan iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbi həcminin artırılması barədə ərizə təqdim edərək Cavabdeh Sığorta Şirkəti ASC-dən 6654 (altı min altı yüz əlli dörd) manat əsas məbləğ, 2380 (iki min üç yüz səksən) manat dəbbə pulu, ödənilmiş 87 (səksən yeddi) manat dövlət rüsumu, hüquqi xidmət üçün ödənilmiş 150 (yüz əlli) manat xidmət haqqı və etibarnəmə üçün ödənilmiş 17,25 (on yeddi manat iyirmi beş qəpik) manat vəsaitin İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi həcminin artırılması barədə ərizə onunla əsaslandırılmışdır ki, sığortaçıya sığorta ödənişinin ödənilməsi üçün nəzərdə tutulmuş sonuncu sənəd xx.xx.2021-ci il tarixində daxil olmuş və nəzərdə tutulmuş 7 iş günü müddəti xx.xx.2021-ci il tarixində bitmişdir. Dəymiş zərərin 0,1 faizi 6,65 (altı manat altmış beş qəpik) manat miqdarındadır. Sığorta ödənişi üçün nəzərdə tutulmuş müddətdən hal-hazırdakı müddətədək 358 gün keçmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh Sığorta şirkəti ASC-nin nümayəndəsi X7 iddia tələbinə etiraz təqdim edərək göstərmişdir ki, “Hyundai Sonata” markalı, ** VM *** dövlət qeydiyyat nişanlı avtomobilə xx.xx.2021-ci il tarixli yol-nəqliyyat hadisəsi nəticəsində zərər dəymişdir. Lakin avtomobilin səlahiyyətdirilməmiş sürücüsü tərəfindən idarə edilməsinə baxmayaraq, bu fakt təhqiqat sənədlərində həmçinin izahatlarda öz təsdiqini tapmamışdır. Avtomobilin səlahiyyətdirilməmiş sürücü tərəfindən idarə olunması isə sığorta qaydalarına əsasən sığorta ödənişinin verilməsindən imtina üçün əsasdır. “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatları vasitəsinin tam sığortası” Qaydalarının 17.1.1.2-ci maddəsinə əsasən təmir və ya xidmət olunma məqsədilə texniki xidmət müəssisəsinin və ya yuyulmaq üçün avtoyuyucunun sərəncamında olduğu hallar istisna olmaqla, avtomobilin bu Qaydalara və sığorta müqaviləsinə görə sürücü hesab edilməyən şəxs tərəfindən idarə olunması sığorta təminatında məhdudiyyətlərə daxildir. İşin yenidən araşdırılması məqsədilə Cavabdeh Sığorta Şirkəti səlahiyyətli orqanlara sorğu ünvanlamışdır. Hazırda isə Azərbaycan Respublikasının Baş Prokurorluğunun 29 aprel 2022-ci il tarixli məktubuna əsasən hazırda isə iş cinayət təqibindən kənar icraatlar idarəsində araşdırılır. Bundan başqa, məhkəmə gedişatında məlum olmuşdur ki, “Hyundai Sonata” markalı, ** VM *** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən zərər "xxxx" MMC tərəfindən İddiaçı ödənilmişdir. İddiaçı dəymiş zərərin ödənilməsinə dair notarial qaydada təsdiq olunmuş ərizə təqdim etmişdir. Bu səbəbdən məhkəmədən iddiaçının əsl iddiaçı "xxxx" MMC ilə əvəzlənməsini xahiş etmişdir. Məhkəmə iclasının gedişatında iş üzrə iddiaya etirazın digər dəlili yaranmışdır. Belə ki, Mülki Məcəllənin 884.6-cı maddəsinə əsasən faydalanan şəxs icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli olan şəxsdir. Sığorta müqaviləsində faydalanan şəxs qismində başqa şəxs nəzərdə tutulmamışdırsa, sığortalı və (və ya) sığorta olunan faydalanan şəxs sayılır. Sığorta müqaviləsində faydalanan şəxs və sığortalı kimi İddiaçı göstərilmişdir. Mülki Məcəllənin 935.1.7-ci maddəsinə əsasən əmlakın sığortası üzrə sığortalı, sığorta olunan və faydalanan şəxsin zərərin əvəzini tam olaraq zərər dəyməsində təqsirli olan şəxsdən alması sığorta ödənişinin verilməsindən imtina üçün əsasdır. “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatları vasitəsinin tam sığortası” Qaydalarının 23.1.6-cı maddəsinə əsasən avtomobilin sığortası üzrə sığortalı, sığorta olunan və ya faydalanan şəxs zərərin əvəzini tam olaraq zərər dəyməsində təqsiri olan şəxsdən aldıqda sığorta ödənişinin verilməsindən imtina üçün əsasdır. İş materiallarına əlavə olunmuş 1 aprel 2022-ci il tarixli ərizədən görünür ki, iddiaçıya dəymiş zərər ödənilmişdir. Belə olan halda Mülki Məcəllənin 935.1.7 və Qaydaların 23.1.6-cı maddəsinə əsasən sığortaçının (cavabdehin) iddiaçıya sığorta ödənişi vermək öhdəliyi yaranmır. Mülki Məcəllənin 1091.1ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Mülki Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya naqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. İddiaçının əsl iddiaçı "xxxx" MMC ilə əvəzlənməsinə münasibətdə isə bildirir ki, sığortaçı mülki qanunvericiliyin tələbinə əsasən sığorta ödənişini yalnız sığortalı, sığorta olunan və ya faydalanan şəxsə verə bilər, "xxxx" MMC isə sığorta müqaviləsinə əsasən nə sığortalı, nə də faydalanan şəxs hesab edilmədiyi üçün sığortaçının ona sığorta ödənişini verməsi qanunvericiliyin tələblərinə görə mümkün deyildir. Eyni zamanda məhkəmənin diqqətinə çatdırır ki, "xxxx" MMC-nin dəymiş zərəri ödəməsi nəticəsində ödənilən məbləği Cavabdeh Sığorta Şirkəti ASC-dən tələb etməsi sığorta müqaviləsi üzrə öhdəliyin mahiyyətinə ziddir və hazırki iddia çərçivəsində baxıla bilməz. Odur ki, hesab edir ki, iddiaçının cavabdehə qarşı iddiası əsassızdır. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh Sığorta şirkəti ASC-nin digər nümayəndəsi X5 iddia tələbinə etiraz edərək göstərmişdir ki, **********9 saylı sığorta şəhadətnaməsi ilə İddiaçı sığortalı qismində olmaqla “Hyundai Sonata” markalı, ** VM *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixində könüllü qaydada Cavabdeh Sığorta Şirkətində sığortalanmışdır. İddiaçı "xxxx" MMC-yə “Hyundai Sonata” markalı, ** VM *** dövlət qeydiyyat nişanlı avtomobilin idarə olunması üçün etibarnamə vermişdir. "xxxx" MMC isə Kənan Əsgərova həmin avtomobili xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək yol vərəqəsi əsasında idarə olunması üçün icarəyə vermişdir. xx.xx.2021-ci il tarixində yol-nəqliyyat hadisəsi baş vermiş, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışda, eləcə də izahatlarda “Hyundai Sonata" markalı, ** VM *** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə zamanı sürücüsü Kənan Əsgərov olduğu qeyd edilsə də, əslində avtomobili onun dostu olan Əkbər Novruzlu idarə etmişdir. Avtomobilin səlahiyyətləndirilməmiş sürücü tərəfindən idarə olunması isə sığorta qaydalarına əsasən sığorta ödənişinin verilməsindən imtina üçün əsasdır. "Hyundai Sonata” markalı, ** VM *** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə zamanı sürücüsünün Əkbər Novruzlu olması barədə Kənan Əsgərov video çəkərək, sosial şəbəkədə paylaşmışdır. Tədqiqat sənədlərində bu məlumat doğru əks etdirilmədiyi üçün Cavabdeh Sığorta Şirkəti tərəfindən səlahiyyətli orqanlara sorğu ünvanlanmışdır. Azərbaycan Respublikasının Baş Prokurorluğunun 29 aprel 2022-ci il tarixli məktubuna əsasən hazırda isə iş Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırılır. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi X8 izahatında İddiaçı məxsus “Hyundai Sonata” markalı, ** VM *** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh Sığorta Şirkəti ASC-də sığortalandığını, həmin avtomaşının "xxxx" MMC-yə icarəyə verildiyini, həmin avtomaşın icarədə olan zaman yol-nəqliyyat hadisəsi baş verdiyini və avtomaşına zərər dəydiyini, həmin zərərin "xxxx" MMC tərəfindən deyil, MMC-nin təsisçisinin iddiaçı ilə tanışlıq münasibətləri olduğu üçün iddiaçıya ödənildiyini, bu halın cavabdehə və işin hallarına aidiyyətinin olmadığını, Cavabdeh Sığorta Şirkəti ASC-nin öz öhdəliyini icra etməli olduğunu, lakin hazıradək ödənilmədiyini nəzərə alaraq zərərin tutularaq iddiaçıya ödənilməli olduğunu bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş üçüncü şəxs X15 məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə üçüncü şəxs X9 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin, iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən rədd olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən verilmiş **********9 nömrəli 06.05.21-ci il tarixli fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası şəhadətnaməsindən görünür ki, İddiaçı məxsus “Hyundai Sonata” markalı, ** VM *** dövlət qeydiyyat nişanlı avtomobil 05.05.22-ci il tarixədək Cavabdeh Sığorta Şirkəti ASC-də sığortalanmışdır. - Bakı şəhər DYPİ-nin polis kapitanı X10 tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, “Hyundai Sonata” markalı, ** VM *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X15 xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, H.Əliyev prospektində yol hərəkəti qaydalarını pozaraq Azərbaycan Respublikasının İnzibatı Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəsinə dair 22 may 2021-ci il tarixli, 1/1476 nömrəli protokola əsasən X9 alkoqol sərxoşluğu müəyyən edilməmişdir. - ƏN-İ seriyalı 869936 nömrəli xx.xx.2021-ci il tarixli etibarnamədən görünür ki, İddiaçı Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən verilmiş xx.xx.2021 tarixli qeydiyyat şəhadatnaməsinə əsasən buraxılış ili 2014-cü il olan “Hyundai Sonata” markalı, ** VM *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini müvəqqəti istifadə etmək üçün xx.xx.2025-ci il tarixədək "xxxx" MMC-yə vermişdir. - "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli yol vərəqəsindən görünür ki, "xxxx" MMC “Hyundai Sonata” markalı, ** VM *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini xx.xx.2021-ci il tarixədək idarə etməyi X13 vermişdir. - Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası növü üzrə Cavabdeh Sığorta Şirkətində sığorta olunan “Hyundai Sonata” markalı, ** VM *** dövlət qeydiyyat nişanlı avtomobilə xx.xx.2021-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zərər dəyməsi barədə məlumat daxil olmuşdur. Qeyd olunan hadisə mütəxəssislər tərəfindən araşdırılmış və Azərbaycan Respublikası Baş X21 İdarəsinin təqdim etdiyi araşdırma sənədlərində uyğunsuzluq müəyyən olunmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq hadisə ilə bağlı olan araşdırma materiallarının öyrənilməsi məqsədi ilə Suraxanı rayon prokurorluğuna və Azərbaycan Respublikası Baş Prokurorluğuna sorğular ünvanlanmışdır. Odur ki, sorğulara cavab daxil olduğu təqdirdə işlə bağlı müvafiq qərar qəbul olunacaqdır. - Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli qüsur aktından görünür ki, “Hyundai Sonata” markalı, ** VM *** dövlət qeydiyyat nişanlı avtomobilə 7904 (yeddi min doqquz yüz dörd) manat zərər dəymişdir. - Azərbaycan Respublikasinin Baş Prokurorluğu tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu ərazisində, Heydər Əliyev prospektində xx.xx.2021-ci il tarixdə “Hyundai Sonata” markalı **-VM-*** dövlət nömrə nişanlı “Opel Astra” markalı, **-OG-*** dövlət nömrə nişanlı avtomobilin toqquşması nəticəsində baş vermiş yol-nəqliyyat hadisəsinin qeyri-obyektiv araşdırılması barədə Baş Prokurorluğa daxil olmuş müraciət əsasında hazırda cinayət təqibindən kənar icraatlar idarəsində yoxlama aparılır. Nəticəsi barədə əlavə məlumat veriləcəkdir. - Bakı şəhəri 5 saylı notariat ofisində İddiaçı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, onun Cavabdeh Sığorta Şirkəti ASC-yə dəymiş zərərin ödənilməsi ilə bağlı mülki iş vardır, həmin işdə ona məxsus olan “Hyundai Sonata” markalı ** VM *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə dəymiş zərəri "xxxx" MMC-nin direktoru və təsisçisi X16 qarşılamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54-cü maddəsini rəhbər tutaraq həmin mülki işin iddiaçı X16 ilə əvəz edilməsini xahiş etmişdir. - "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli «Nəqliyyat vasitəsinin icarə müqaviləsi»ndən görünür ki, İddiaçı özünə məxsus “Hyundai Sonata” markalı, ** VM *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini "xxxx" MMC-yə icarəyə vermişdir. - xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı məxsus “Hyundai Sonata” markalı, ** VM *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi "xxxx" MMC tərəfindən qəbul edilmişdir. - xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı məxsus “Hyundai Sonata” markalı, ** VM *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi İddiaçı təhvil verilmişdir. - Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən verilmiş xx.xx.2021-ci il məktubdan görünür ki, sığorta ödənişinin verilməsi ilə bağlı xx.xx.2021-ci il tarixdə saat 18:40 radələrində Xəzər rayonu H.Əliyev pr-də "Atəşgah” Sığorta Şirkəti tərəfindən “nəqliyyat vasitələrinin könüllü sığortası” sığorta növü ilə sığortalanmış “Hyundai Sonata” markalı, ** VM *** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar toplanmış material üzrə müvafiq araşdırma aparılmışdır. Araşdırma nəticəsində müəyyyən olunmuşdur ki, “Hyundai Sonata" markalı avtomobilin sürücüsü Kənan Əsgərov sosial şəbəkədə bloger kimi tanınır. Kənan Əsgərov sosial şəbəkəyə yerləşdirdiyi videoda hadisənin hansı şəraitdə baş verməsini ətraflı şəkildə danışır və hadisə yerindən görüntülər əks olunur. Kənan Əsgərov həmin videoda DYP tərəfindən toplanılan araşdırma materaihnda qeyd olunanın əksinə olaraq hadisə zamanı avtomobilin onun tərəfindən deyil dostu Əkbər Novruzlu tərəfindən idarə edildiyini qeyd edir, eyni zamanda bu fakt hadisə yerində Ə.Novruzlunun görüntüləri ilə və qeyd olunan videoda hadisə barədə danışan hadisənin iştirakçısı Mehdi Həsənli tərəfindən də təsdiq edilir. Bundan əlavə qeyd olunmalıdır ki, hadisə yerinin görüntülərini əks etdirən sözü gedən videoda hadisə iştirakçılarının xəsarət almaları aşkar görünür, lakin inzibati araşdırma materialında bu faktlar öz əksini tapmamışdır. Göstərilənləri nəzərə alıb qeyd olunan qanunsuz halların araşdırılması üçün materialın tələb olunaraq öyrənilməsi və sığorta dələduzluğunun qarşısının alınması məqsədilə qəbul edilmiş qanunsuz qərarın ləğv edilərək qanuna müvafiq tədbirlərin görülməsi xahiş olunmuşdur. - Suraxanı RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı Suad Həmzəyev tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə X15 barəsində cinayət işinin başlanması rədd edilmiş və Azərbaycan Respublikasının İnzibatı Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb edilməsi qərara alınmışdır. - Azərbaycan Respublikasının Prokurorluğu Bakı şəhər Prokurorluğu tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, xx.xx.2021-ci ildə saat 16 radələrində, Bakı şəhər Suraxanı rayonu ərazisində Heydər Əliyev prospektində “Hyundai Sonata” markal **-VM-*** dövlət qeydiyat nişanlı avtomaşınla, “Opel Astra” markalı **-OG- *** dövlət qeydiyat nişanlı avtomaşının toqquşması hadisəsi faktına görə Baş Polis İdarəsinin, X21 İdarəsində toplanmış material təkrar araşdırma zamanı X9 izahatında bədən xəsarəti almasını bildirməsi əsas gətirilməklə xx.xx.2021-ci ildə araşdırma aparılması üçür Suraxanı RPİ-yə göndərilmişdir. Qeyd olunanları nəzərə alaraq inzibati tənbeh vermə barədə qərarın ləğv edilməsi zərurəti yaranarsa İXM-nin 128.2.3-cü maddəsinin tələblərini rəhbər tutmaqla həmin qərarı qəbul etmiş səlahiyyətli orqanın (vəzifəli şəxsin) yuxarı səlahiyyətli orqanına (vəzifəli şəxsinə) və ya məhkəməyə şikayə etmək hüquqlarının olduğu izah olunmuşdur. - Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, sığorta ödənişinin verilməsi ilə bağlı xx.xx.2021-ci il tarixdə saat 16:40 radələrində Suraxanı rayonu ərazisində, H.Əliyev prospektində Cavabdeh Sığorta Şirkəti tərəfindən “nəqliyyat vasitələrinin könüllü sığortası” sığorta növü ilə sığortalanmış “Hyundai Sonata” markalı, ** VM *** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə yolnəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar toplanmış material üzrə müvafiq xidmət tərəfindən araşdırma aparılmışdır. Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, “Hyundai Sonata” markalı avtomobilin sürücüsü Kənan Əsgərov sosia! şəbəkədə bloger kimi tanınır. Kənan Əsgərov sosial şəbəkəyə yerləşdirdiyi videoda hadisənin hansı şəraitdə baş verməsini ətraflı şəkildə danışır və hadisə yerindən görüntülər əks olunur. Kənan Əsgərov həmin videoda DYP tərəfindən toplanılan araşdırma materialında qeyd olunanın əksinə olaraq hadisə zamanı avtomobilin onun tərəfindən deyil, dostu Əkbər Novruzlu tərəfindən idarə edildiyini qeyd edir, eyni zamanda, bu fakt hadisə yerində Ə.Novruzlunun görüntüləri ilə və qeyd olunan videoda hadisə barədə danışan hadisənin iştirakçısı Mehdi Həsənli tərəfindən də təsdiq edilir. Bundan əlavə qeyd olunmalıdır ki, hadisə yerinin görüntülərini əks etdirən sözü gedən videoda hadisə iştirakçılarının xəsarət almaları aşkar görünür, lakin inzibati araşdırma materialında bu faktlar öz əksini tapmayıb. Qeyd olunan məsələ ilə bağlı şirkət tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğuna və DİN-nin Baş Dövlət Yol Polis idarəsinə müraciət ünvanlanmışdır. Həmin müraciət Respublika Baş Prokurorluğu tərəfindən aidiyyəti üzrə Bakı şəhər prokurorluğuna göndərilmiş və Bakı şəhər prokurorunun köməkçisi Famil Axundovun imzası ilə daxil olmuş xx.xx.2021-ci il tarixli, 01-107 nömrəli məktubda məsələ ilə bağlı araşdırmanın aparılması üçün toplanmış materialın Suraxanı rayon polis idarəsinə göndərildiyi qeyd olunmuşdur. Buna baxmayaraq indiyənədək Suraxanı RPİ-dən qeyd olunan məsələnin araşdırılması və ya inzibati qərarın ləğv edilməsisilə bağlı hər hansı bir məlumat daxil olmamışdır. Göstərilənləri nəzərə alıb qeyd olunan qanunsuz halların araşdırılması üçün materialın tələb olunaraq öyrənilməsi və sığorta dələduzluğunun qarşısının alınması məqsədilə qəbul edilmiş qanunsuz qərarın ləğv edilərək qanuna müvafiq tədbirlərin görülməsi xahiş olunmuşdur. - "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli 16 saylı «nəqliyyat vasitəsinin icarə müqaviləsi»nin 2.1.6 -ci bəndinə əsasən icarəçinin öhdəliklərindən biri də nəqliyyat vasitəsi icarəyə verən tərəfindən tam sığortalanmamışsa, icarəyə alınmış nəqliyyat vasitəsi onun hissə, mexanizm və qurğularına icarəçinin istifadəsində olduğu müddətdə üçüncü şəxslər tərəfindən vurulmuş ziyana görə üçüncü şəxsə qarşı qanunvericilikdə nəzərdə tutulmuş qaydada iddia tələbi irəli sürmək, dəymiş ziyanın məhkəmə qaydasında təmin olunmasını tələb etməkdir. - "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli 16 saylı «nəqliyyat vasitəsinin icarə müqaviləsi»nin 5-ci hissəsinə əsasən avtonəqliyyat vasitəsinin onun istifadəsində olduğu müddətdə üçüncü şəxslər tərəfindən avtonəqliyyat vasitəsinə onun hissə, mexanizm və qurğularına vurulmuş ziyana görə icarəyə verən qarşısında qanunvericilikdə nəzərdə tutulmuş qaydada maddi məsuliyyət daşımır. - "xxxx" MMC ilə X15 arasında bağlanmış xx.xx.2021-ci il tarixli «nəqliyyat vasitəsinin icarə müqaviləsi»ndə qeyd edilmişdir ki, əgər avtonəqliyyat vasitəsinin kasko sığortası yoxdursa müqavilədə sadalanan kasko sığorta haqqında bütün qaydalar geçərsizdir və avtonəqliyyat vasitəsinə icarəyə verənin təqsiri olmadan dəymiş bütün ziyanların qarşılanması icarəçinin öhdəliyinə düşür. Beləliklə də işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, “Hyundai Sonata” markalı, **-VM-*** qeydiyyat nişanlı, 5NPEC4AB4EH90929 ban nömrəli nəqliyyat vasitəsinin mülkiyyətçisi İddiaçıdır. Onun avtomobili xx.xx.2021-ci il tarixində xx.xx.2022-ci il tarixədək Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən 1010 manat qarşılığında tam sığorta olunmuşdur. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli «Nəqliyyat vasitəsinin icarə müqaviləsi»nə əsasən iddiaçı özünə məxsus “Hyundai Sonata” markalı, ** VM *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini "xxxx" MMC-yə icarəyə vermiş, bununla bağlı aralarında müvafiq müqavilə imzalanmış, xx.xx.2021-ci il tarixli təhvil-təslim aktına əsasən nəqliyyat vasitəsi sonuncu tərəfindən qəbul edilmişdir. Sonradan İddiaçı nəqliyyat vasitəsini müvəqqəti istifadə etmək üçün xx.xx.2025-ci il tarixədək "xxxx" MMC-yə ƏN-İ seriyalı 869936 nömrəli xx.xx.2021-ci il tarixli etibarnamə vermiş, sonuncu tərəfindən də sözügedən nəqliyyat vasitəsini xx.xx.2021-ci il tarixədək idarə etməyə dair X15 ilə də müvafiq icarə müqaviləsi bağlanaraq ona xx.xx.2021-ci il tarixli yol vərəqəsi verilmişdir. X1 avtomobili idarə edərkən xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, H.Əliyev prospektində yol hərəkəti qaydalarını pozaraq Azərbaycan Respublikasının İnzibatı Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və inzibati məsuliyyətə cəlb edilmişdir. Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli qüsur aktına əsasən həmin avtomobilə 7904 (yeddi min doqquz yüz dörd) manat zərər vurmuşdur. Həmçinin müəyyən edilmişdir ki, sığorta hadisəsi zamanı tələb olunan sənədlər Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən əldə olunaraq bağlanılan müqaviləyə əsasən 1250 (bir min iki yüz əlli) manat azad olma məbləği çıxmaq şərti ilə, 6654 (altı min altı yüz əlli dörd) manat pul vəsaiti iddiaçıya ödənilməli idi. İddiaçı iddia tələbinin əsası kimi qeyd edilən məbləğin cavabdeh tərəfindən ödənilməli olduğu halda ödənilməməsini göstərsə də, cavabdeh avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışda, eləcə də izahatlarda “Hyundai Sonata" markalı, ** VM *** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə zamanı sürücüsü Kənan Əsgərov olduğu qeyd edilsə də, əslində avtomobili onun dostu olan Əkbər Novruzlunun idarə etməsinə dair Kənan Əsgərov video çəkərək, sosial şəbəkədə paylaşmasına istinad edərək qeyd olunan məsələ ilə bağlı şirkət tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğuna və DİN-nin Baş Dövlət Yol Polis idarəsinə müraciət ünvanlanmasını, Bakı şəhər prokurorluğu tərəfindən araşdırmanın aparılması üçün toplanmış materialın Suraxanı rayon polis idarəsinə göndərilməsini və sığorta dələduzluğunun qarşısının alınması məqsədilə qəbul edilmiş qanunsuz qərarın ləğv edilməsi istiqamətində araşdırmanın davam etdirilməsini göstərərək iddiaya etiraz etmişdir. Həmçinin müəyyən edilmişdir ki, məhkəmə baxışı dövründə “Hyundai Sonata” markalı ** VM *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə dəymiş zərəri "xxxx" MMC-nin direktoru və təsisçisi X16 iddiaçıya qarşılamış və iddiaçı bu halı notarial qaydada təsdiq edilmiş ərizə ilə məhkəməyə bildirərək, həmin ərizəsində həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54-cü maddəsini rəhbər tutaraq hazırki mülki iş üzrə iddiaçının X16 ilə əvəz edilməsini xahiş etmişdir. Cavabdeh tərəf isə “Hyundai Sonata” markalı ** VM *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin "xxxx" MMC-nin direktoru və təsisçisi X11 iddiaçıya ödənilməsi ilə əlaqədar iddiaya etirazında Mülki Məcəllənin 935.1.7 və Qaydaların 23.1.6cı maddəsinə istinad etmişdir ki, bu halda sığortaçının (cavabdehin) iddiaçıya sığorta ödənişi vermək öhdəliyi yaranmır. Məhkəmə iddia tələbləri ilə bağlı qeyd edir ki, hər hansı iddia tələbi üzrə ilk olaraq iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. İddia tələbinin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. Tələbin qanuni əsası yoxlamanın başlanğıc nöqtəsidir. Tələbin qanuni əsası hüququ tətbiq edən şəxsə yalnız bir tərəfin qarşı tərəfi nəyi isə etməyə məcbur edə bilməsi barədə suala cavab vermir, o, daha bir suala- qarşı tərəfdən nəyisə etmək və ya etməmək öhdəliyinin hansı ilkin şərtlər əsasında yaranması sualına cavab verir. Tələbin sonrakı yoxlanması üçün həmişə qanunun müddəaları (tələbin qanuni əsası) əsasında onların hansı ilkin şərtləri (dispozisiya şərtləri) müəyyən etməsi və həmin şərtlərin hazırki tələb üzrə mövcud olubolmadığı araşdırılmalıdır. Məhkəmə tərəflərin mövqeyini nəzərə alıb işin mübahisəsiz hallarına aşağıdakıları aid edir: * Sığortalı İddiaçı məxsus olan “Hyundai Sonata” markalı, **-VM-*** qeydiyyat nişanlı, 5NPEC4AB4EH90929 ban nömrəli nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixində Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən tərəfindən sığortalanmasını və xx.xx.2021-ci il tarixində sığorta hadisəsinin baş verdiyini; * Hadisənin baş vermə anında sığortalı ilə sığortaçı arasında müqavilə münasibətlərinin mövcudluğunu; * Sığortalı İddiaçı sığortaçı Cavabdeh Sığorta Şirkəti ASC-nə hadisə ilə əlaqədar mübahisə doğurmayan müvafiq prosedur qaydaya uyğun müraciət etməsini; * Sığortalı İddiaçı və sığortaçı Cavabdeh Sığorta Şirkəti ASC sığorta münasibətlərinin subyekti olaraq sığorta üzrə müqavilədən irəli gələn öhdəliklərin yarandığının qəbul olunması; * Sığorta üzrə sığorta hadisəsi nəticəsində zərərin əvəzinin 1250 (min iki yüz əlli) manat azad olma məbləği çıxılmaq şərti ilə, 6654 (altı min altı yüz əlli dörd) manat təşkil etdiyini; İlk növbədə qeyd olunmalıdır ki, mülki hüquq münasibətləri əsasən tərəflərin iradələrinin bərabərliyinə əsaslanan hüquq münasibətləridir. Məhz ona görə mülki münasibətləri tənzimləyən mülki hüquq normaları daha çox mahiyyətcə dispozitiv olan qaydalardır. Azərbaycan Respublikasının Mülki Məcəllənin: - 6-cı maddəsinin mənasına görə fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki qanunvericilik müqavilənin təbiətini azad xarakterli müəyyən etmişdir. - 14.2-ci maddəsinə əsasən, başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əsaslarından biridir. - 21.1-ci maddəsinə müvafiq olaraq, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. - 443.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - 883.1-ci maddəsinə görə, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. - 884.3-cü maddəsinə əsasən sığortaçı sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda qanunvericiliklə və ya müqavilə ilə müəyyən olunmuş qaydada sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfidir. - 888.1-ci maddəsinə əsasən, əmlak sığortasının obyektləri sığortalının əmlaka sahibliyi, ondan istifadəsi və (və ya) ona sərəncam verməsi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, digər fiziki şəxslərin sağlamlığına xəsarət yetirməsi və ya fiziki şəxslərin əmlakına, həmçinin hüquqi şəxslərə vurduğu zərərin əvəzinin ödənilməsi, istehsalat fəaliyyəti ilə bağlı əmlak mənafeləridir. Əmlak sığortasına əmlakın və mülki məsuliyyətin sığortası aiddir. - 899.1.1-ci maddəsinə görə, sığorta müqaviləsi yazılı formada tərəflərin müvafiq sığorta qaydaları əsasında sığorta müqaviləsi adlanan sənədi tərtib edərək qarşılıqlı imzalaması yolu ilə bağlanır. - 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. - 925.1-ci maddəsinə görə sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında sığortaçı müəyyən edir. - 926.1-ci maddəsinə görə, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Qanunvericiliyə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Məhkəmə qeyd edir ki, tərəflərin qarşılıqlı razılığı ilə bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən xx.xx.2021-ci il tarixində baş vermiş yol qəza hadisəsi nəticəsində sığorta hadisəsinin baş verməsi nəticəsində və 1250 (bir min iki yüz əlli) manat azad olma məbləği çıxmaq şərti ilə, sığorta ödənişinin 6654 (altı min altı yüz əlli dörd) manat təşkil etməsi ilə bağlı tərəflər arasında mübahisə yoxdur. Belə ki, Mülki Məcəllənin 925-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. Sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir. Mülki Məcəllənin 933.1.1-ci maddəsinə əsasən sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya ünvanladığı sığorta tələbi olduğu halda sığorta ödənişi həyata keçirilir. Məhkəmə hesab edir ki, iddiaçı sığorta şirkətindən sığortalanmış avtomobilə vurulmuş zərərlə bağlı sığorta ödənişinin ödənilməsinə dair tələblə məhkəməyə müraciət etməkdə haqlı idi. Belə ki, "Hyundai Sonata” markalı, ** VM *** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə zamanı sürücüsünün Əkbər Novruzlu olması barədə Kənan Əsgərov video çəkərək, sosial şəbəkədə paylaşmasına qədər olan dövr ərzində sığorta şirkətinə təqdim olunan sənədlər sığorta ödənişinin ödənilməsi üçün əsas idi. Lakin qeyd edilən sosial şəbəkədə paylaşma halı baş verməsinə və bununla bağlı sığorta şirkətinin də səlahiyyətli orqanlara sorğu ünvanlanması, bunun da nəticəsində araşdırma aparılmasına baxmayaraq sığorta şirkətinin sığorta ödənişinin ödənilməsindən imtinası qanuni deyildir. Məhkəmə qeyd edir ki, hazırki vaxta kimi “Hyundai Sonata” markalı avtomobilin sürücüsü kimi yol qəza hadisəsi törədən Kənan Əsgərov barəsində olan inzibati qərar və Suraxanı RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı Suad Həmzəyev tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli qərar ləğv edilməmiş və o, bu hadisənin törədilməsində təqsirli şəxsdir. Başqa sözlə, sığorta şirkətinin iddiaçı ilə bağlanmış müqaviləyə əsasən sığorta ödənişini ödəmək öhdəliyi yaransa da, bu öhdəliyini yerinə yetirməmişdir. Lakin işin faktiki hallarından görünür ki, sığorta ödənişi ilə bağlı məhkəmə araşdırması gedən zaman "xxxx" MMC-nin direktoru və təsisçisi X16 «Hyundai Sonata” markalı ** VM *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə dəymiş zərəri (6654 manat) iddiaçıya ödəmişdir və bu hal sonuncunun məhkəməyə təqdim etdiyi Bakı şəhəri 5 saylı notariat ofisinin təsdiq etdiyi xx.xx.2022-ci il tarixli ərizənin məzmunu ilə öz təsdiqini tapır. Məhkəmə qeyd edir ki, "xxxx" MMC-nin direktoru və təsisçisi X16 hazırki ziyanı ödəməyə məcbur deyildi və iddiaçı qarşısında da belə bir öhdəliyi yox idi. Lakin məhkəmə eyni zamanda hesab edir ki, onun bu ödənişi könüllü etməklə iddiaçının vəsatətinə əsasən hazırki iş üzrə iddiaçı olaraq qarşıladığı məbləği cavabdehdən tələb etmək hüququ yaranmamışdır. Belə ki, araşdırma zamanı iddiaçı tərəfin təqdim etdiyi Bakı şəhəri 5 saylı notariat ofisinin təsdiq etdiyi xx.xx.2022-ci il tarixli ərizədə həmçinin "xxxx" MMC-nin direktoru və təsisçisi X11 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddiaçı ilə əvəz olunması xahiş edilsə də, müəyyən edilmişdir ki, bunun üçün qanunvericiliklə müəyyən edilmiş əsaslar olmamışdır. Azərbaycan Respublikasının MPM-nin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Azərbaycan Respublikasının MPM-nin 58.1-ci maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir. (MPM-58.2) Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 194.1-ci maddəsinə əsasən tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. - 194.2-ci maddəyə əsasən isə tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. - 194.4-ci maddəyə əsasən sadə yazılı və ya notarial formada bağlanmış əqdə əsaslanan tələbin güzəşti müvafiq yazılı formada həyata keçirilməlidir. Qanunvericiliyə əsasən vurulan ziyanı üçüncü şəxs ödədiyi zaman onun tələb hüququ yaranır, lakin bu tələb hüququnun yaranması təkcə ödəməni həyata keçirmək və ziyanı ödəyən şəxsin bu barədə məhkəməyə yazılı ərizə (vəsatət) ilə müraciət etməsi ilə kifayətlənmir. Tələb hüququ qanunvericilikdə nəzərdə tutulmuş qaydada yaranmalıdır. Belə ki, qanunverici tələbin güzəştinin müvafiq yazılı formada həyata keçirilməli (sadə yazılı və ya notarial formada) olmasını tələb edir və bu imperativ qaydadır. Məhkəmə həmçinin qeyd edir ki, qanunverici tələbin güzəşt edilməsi halı mövcud olduğu təqdirdə iddiaçının əvəz edilməsinə deyil, yalnız hüquqi varisliyinə yol verir. Beləliklə də məhkəmə hesab edir ki, iddiaçı özünü ona ziyanı ödəmiş şəxslə əvəz olunmasını xahiş etsə də, tələbin güzəşti barədə qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilmiş müqavilə təqdim etməmişdir. Belə bir müqavilə təqdim edilmədiyindən araşdırma zamanı iddiaçının digər, yəni hüquq varisi ola biləcək şəxslə əvəz edilməsi mümkün hesab edilməmişdir. Məhkəmə cavabdeh tərəfin Mülki Məcəllənin 935.1.7-ci maddəsinə və “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatları vasitəsinin tam sığortası” Qaydalarının 23.1.6-cı maddəsinə istinadən avtomobilin sığortası üzrə sığortalı, sığorta olunan və ya faydalanan şəxs zərərin əvəzini tam olaraq zərər dəyməsində təqsiri olan şəxsdən aldıqda sığorta ödənişinin verilməsindən imtina üçün əsas olmasına dair mövqeyinə qiymət verərək qeyd edir ki, işdə olan nəqliyyat vasitəsinin icarəyə verilməsinə dair müqavilələrdən də göründüyü kimi, “Hyundai Sonata” markalı ** VM *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi kasko sığorta növü ilə sığortalandığından "xxxx" MMC iddiaçı qarşısında, təqsirli şəxs isə "xxxx" MMC qarşısında dəymiş hər hansı ziyanla bağlı məsuliyyət daşımır. Məhkəmə hesab edir ki, "xxxx" MMC xx.xx.2021-ci il tarixində baş vermiş yolnəqliyyat hadisəsində təqsirli şəxs deyildir və onun iddiaçıya dəymiş ziyanı ödəməsi nəticəsində həmin ödənişi məhz sığorta şirkətindən tələb etmək hüququ o vaxt yarana bilər ki, hazırki iddiaçı ilə aralarında qanunvericiliklə müəyyən edilmiş qaydada tələbin güzəşti barədə müvafiq müqavilə bağlansın. Məhkəmə həmçinin qeyd edir ki, “Hyundai Sonata” markalı, ** VM *** dövlət qeydiyyat nişanlı avtomobil kasko sığorta növü ilə sığortalandığından bu iş üzrə borclu yalnız sığorta şirkətidir. Başqa sözlə, kasko sığortanın mövcudluğu halında "xxxx" MMCnin tələb hüququ müqavilələrə əsasən təqsirli şəxsə qarşı deyil, yuxarıda sadalanan əsaslarla sığorta şirkətinə qarşı yönələ bilər. Məhkəmə iddia tələblərinə qiymət verərək işin faktiki hallarına görə iddiaçıya dəymiş zərər ödənildiyindən hazırki mərhələdə sığorta ödənişinin iddiaçının xeyrinə tutulmasını mümkün hesab etmir. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri sayır ki, "xxxx" MMC iddiaçı qarşısında heç bir hüquqi əsas (təqsir, maddi məsuüliyyət və öhdəlik) olmadan iddiaçıya dəymiş ziyanı ödədiyi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada tələb hüququ yarandığı halda, onun hazırki iş üzrə borclu olması müəyyən edilmiş sığorta şirkətinə qarşı ödədiyi məbləğə dair iddia qaldırmaq hüququ vardır. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. (MPM-119.2) Beləliklə də, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı – Cavabdeh Sığorta şirkəti ASC-yə ("xxxx" MMC və X15 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər kimi işə cəlb edilən) qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar