Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-747/2023 18.05.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi M.H.Ağalarovun, Cavabdeh2 iştirakları ilə İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin «Siqnal» İxtisaslaşdırılmış Layihə İstehsalat İdarəsinin cavabdehlər Cavabdeh1 Sığorta Şirkəti ASC-yə və Cavabdeh2 qarşı sığorta ödənişinin və dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin «Siqnal» İxtisaslaşdırılmış Layihə İstehsalat İdarəsi Cavabdeh1 Sığorta Şirkəti ASC-yə qarşı sığorta ödənişinin və dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə təxminən 15.00 radələrində Lənkəran şəhər Boradigah yolunun Q.Zülfüqarov küçəsi ilə kəsişməsində «Daewoo Nexia» markalı, ** SJ *** dövlət qeydiyyat nişanlı avtomobil yol-nəqliyyat hadisəsi törətmişdir. Nəticədə, ərazidə quraşdırılmış 1 ədəd A tipli işiqfor və 1 ədəd 222 tipli işıqfor tam yararsız vəziyyətə düşməklə idarəyə 6740 manat dəyərində maddi ziyan dəymişdir. Bununla bağlı cavabdehə ziyan aktı tərtib edilərək xx.xx.2022-ci il tarixdə göndərilmişdir ki, idarəyə dəymiş ziyanı ödənilsin. Lakin bu günə kimi cavabdeh tərəfdən heç bir ödəniş edilməmişdir. Sığorta ödənişinin ödənilməsi barədə məktubu və ziyan aktını xx.xx.2022-ci il tarixdə cavabdehə göndərilmişdir. Buna görə də hesab edir ki, xx.xx.2022-ci il tarixədək cavabdeh iddiaçıya dəymiş ziyanı ödəməli idi. Bu günə qədər 4 aydır ki, cavabdeh sığorta ödənişini ödəmir. Qeyd olunanları nəzərə alaraq hesab edirlər ki, 6740 manat məbləğində sığorta ödənişi və 808 manat sığorta ödənişinin gecikdirildiyinə görə dəbbə pulu cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdehdən 6740 manat məbləğində sığorta ödənişi və 808 manat sığorta ödənişinin gecikdirildiyinə görə dəbbə pulu alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı AR MPM-nin 53-cü maddəsinə əsasən dəqiqləşdirilmiş iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə təxminən 15.00 radələrində Lənkəran şəhər Boradigah yolunun Q.Zülfüqarov küçəsi ilə kəsişməsində «Daewoo Nexia» markalı, ** SJ *** dövlət qeydiyyat nişanlı avtomobil yol-nəqliyyat hadisəsi törətmişdir. Nəticədə, ərazidə quraşdırılmış 1 ədəd A tipli işiqfor və 1 ədəd 222 tipli işıqfor tam yararsız vəziyyətə düşməklə idarəyə 6740 manat dəyərində maddi ziyan dəymişdir. Bununla bağlı cavabdehə ziyan aktı tərtib edilərək xx.xx.2022-ci il tarixdə göndərilmişdir ki, idarəyə dəymiş ziyanı ödənilsin. Lakin bu günə kimi cavabdeh tərəfdən heç bir ödəniş edilməmişdir. Qeyd olunan hadisədə Cavabdeh2 təqsirli hesab edilmişdir. Bu səbəbdən ondan da maddi ziyan tutulmalıdır. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh1 Sığorta Şirkəti ASC-dən 5000 manat sığorta ödənişi, Cavabdeh2 1740 manat məbləğindən pulu alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Səbail rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-747/2023 saylı qərardadı ilə Cavabdeh2 birgə cavabdeh qismində işə cəlb olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin göstərmişdir ki,sığorta təşkilatı tərəfindən sığorta məbləği tam həcmdə ödənilmişdir. Bu halın nəzərə alınmasını xahiş edir. Cavabdeh2 işıqforun dirəyinin yüngül əzilməsini və dəyərinin tələb həddə olmamasını bildirir. Qeyd edir ki, dirək alüminiumdan olduğu üçün onun bərpası və təmiri mümkün deyil. Bu səbəbdən yenisi ilə əvəzlənmişdir. Qiyməti isə qaimədə göstərildiyi kimi 6740 manatdır. Ona görə də cavabdehin dəlilləri əsassızdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh1 Sığorta Şirkəti ASC-nin nümayəndəsi X2 məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ünvanlanmış ərizədə Cavabdeh1 Sığorta Şirkəti ASC tərəfindən iddiaçı ilə razılaşdırılmaqla mülki məsuliyyətinin icbari sığortası üzrə 4400 manat iddiaçıya ödənilməsi və öhdəliyini icra etməsi, digər zərərçəkən fiziki şəxsə 600 manat ödənilməsi, mülki məsuliyyətinin sığortası üzrə sığorta məbləğinin (5000 manat) zərərçəkənlərə ödənilməsi faktını nəzərə alaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə Cavabdeh1 Sığorta Şirkəti ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, o, ümumiyyətlə yol-nəqliyyat hadisəsində günahkar deyil. Digər tərəfdən tələb olunan məbləğ həddindən artıq çoxdur. Dirək əzilmişdir, işıqfor işlək vəziyyətdə olmuşdur. Məhkəmədən iddianın rədd edilməsini xahiş edir. İş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş üzrə nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «Daewoo Nexia» markalı, **-SJ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi Cavabdeh2 adına qeydiyyata alınmışdır. İş üzrə 12 saylı Lənkəran regional istismar sahəsinin rəisi M.Baxşiyev tərəfindən AR DİN BDYPİ-nin “Siqnal” İLİ İdarəsinin rəisi M.Yusifova ünvanlanmış xx.xx.2022-ci il tarixli raportun və sahə rəisi M.Baxşiyev, sahə mühəndisi N.Cəbrayılzadə, fəhlə E.Qasımov tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 15.00 radələrində Lənkəran şəhər Boradigah yolunun Q.Zülfiqarov küçəsi ilə kəsişməsində mövcud olan svetofor obyektinə sürücü Cavabdeh2 məxsus olan «Daewoo Nexia» markalı minik avtomobili dövlət nömrə nişanı ** SJ *** nömrəli avtomobili idarə edərək sfetoforun qırmızı işığın tələbini pozaraq qarşıda gələn “VAZ-2106” markalı dövlət nömrə nişanı ** FB *** No-li avtomobillə toqquşaraq svetoforun 1 ədəd A tipli, 1 ədəd 222 tipli sfetoforu yararsız hala salmışdır. Onların bərpası qeyri-mümkün olduğu üçün yenisi ilə əvəz olunmalıdır. İş üzrə Lənkəran rayonu YNH inspektoru C.Cəfərov tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun surətinə əsasən, Cavabdeh2 xx.xx.2022-ci il tarixdə saat 15.10 radələrində baş vermiş yol-nəqliyyat hadisəsində təqsirli hesab olunaraq AR İXM-nin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. İş üzrə AR DİN BDYPİ-nin “Siqnal” İLİ İdarəsinin hüquqşünası M.Ağalarov, TİŞ-nin mühəndisi S.Rəhimova, mal-material üzrə mühasib A.Əliyeva, sahə rəisi M.Baxşiyev tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə təxminən 15.00 radələrində Lənkəran şəhər Boradigah yolunun Q.Zülfüqarov küçəsi ilə kəsişməsində «Daewoo Nexia» minik markalı, ** SJ *** dövlət qeydiyyat nişanlı avtomobil yol nəqliyyat hadisəsi törətmişdir. Nəticədə ərazidə quraşdırılmış 1 ədəd A tipli işıqfor və 1 ədəd 222 tipli işıqfor tam yararsız vəziyyətə düşməklə idarəyə 6740 manat dəyərində maddi ziyan dəymişdir - 1 ədəd A tipli işıqfor x 4980 = 4980 manat, 222 tipli işıqfor x 1760 = 1760 manat, cəmi 6740 manat. İş üzrə Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin “Siqnal” İxtisaslaşdırılmış Layihə İstehsalat İdarəsi tərəfindən Cavabdeh1 Sığorta Şirkəti ASC-nə ünvanlanmış xx.xx.2022-ci il tarixdə təxminən 15.00 radələrində Lənkəran şəhər Boradigah yolunun Q.Zülfüqarov küçəsi ilə kəsişməsində «Daewoo Nexia» minik markalı, ** SJ *** dövlət qeydiyyat nişanlı avtomobil yol nəqliyyat hadisəsi törətmişdir. Nəticədə ərazidə quraşdırılmış 1 ədəd A tipli işıqfor və 1 ədəd 222 tipli işıqfor tam tam yararsız vəziyyətə düşməklə idarəyə 6740 manat dəyərində maddi ziyan dəymişdir. Dəyən ziyan komissiya tərəfindən qiymətləndirilmiş və sıradan çıxmış qurğular yenisi ilə əvəzlənməsi qərara alınmışdır. Respublikanın şəhər və rayonlarında yol hərəkətini tənzimləyən texniki nizamlama vasitələri (svetofor və yol nişanları) AR DİN BDYPİ “Siqnal” İLİ İdarəsinin balansındadır. Göstərilənləri nəzərə alaraq İdarəyə dəymiş 6740 manat dəyərində maddi ziyanın günahkar tərəfindən ödənilməsi üçün aidiyyatı üzrə əməkdaşlarına göstəriş verməsini xahiş etmişdir. İş üzrə Cavabdeh1 Sığorta Şirkəti ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 112810 nömrəli sığorta aktının surətinə əsasən xx.xx.2022-ci il tarixdə Lənkəran şəhərində Cavabdeh1 Sığorta Şirkəti ASC-də sığortalanmış və Cavabdeh2 məxsus «Daewoo Nexia» minik markalı, ** SJ *** dövlət qeydiyyat nişanlı avtomobil «VAZ-21061» markalı, ** FV *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı «VAZ-21061» markalı, ** FV *** dövlət nömrə nişanlı avtomaşına 600 manat ziyan dəymiş və bununla bağlı faydalanan şəxs X1 yolu ilə 600 manat sığorta ödənişi həyata keçirilmişdir. İş üzrə xx.xx.2022-ci il tarixli, 10598 nömrəli ödəniş tapşırığın surətindən görünür ki, Cavabdeh1 Sığorta Şirkəti ASC tərəfindən 112810 saylı sığorta aktına əsasən X3 600 manat sığorta ödənişi ödənilmişdir. İş üzrə xx.xx.2023-cü il tarixli, 11350 nömrəli ödəniş tapşırığın surətindən görünür ki, Cavabdeh1 Sığorta Şirkəti ASC tərəfindən 123341 saylı sığorta aktına əsasən AR DİN BDYPİ-nin “Siqnal” İLİ İdarəsinə 4.400 manat sığorta ödənişi ödənilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh1 Sığorta Şirkəti ASC-də icbari sığortası növü üzrə sığortalanmış Cavabdeh2 məxsus «Daewoo Nexia» minik markalı, ** SJ *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdə Cavid Mirzəyevə məxsus «VAZ-21061» markalı, ** FV *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavid Mirzəyevə məxsus «VAZ-21061» markalı, ** FV *** dövlət qeydiyyat nişanlı avtomobilə və iddiaçının balansında olan 1 ədəd A tipli işıqfor və 1 ədəd 222 tipli işıqfora ziyan dəymişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Cavabdeh1 Sığorta Şirkəti ASC tərəfindən mülki məsuliyyətinin sığortası üzrə 4400 manat iddiaçıya və 600 manat digər zərərçəkmiş Cavid Mirzəyevə ödənilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı onların balansında olan 1 ədəd A tipli işıqfor və 1 ədəd 222 tipli işıqfora cəmi 6740 manat məbləğində ziyan dəymişdir. Sığorta şirkəti tərəfindən 4400 manat məbləğində ziyan ödənilmişdir. Bu səbəbdən iddiaçı 5000 manat sığorta ödənişinin sığorta təşkilatından və vurulmuş ziyanın əvəzi kimi 1740 manatı Cavabdeh2 tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, məhkəmə iclasında təqdim olunan yazılı sübutla və iddiaçının nümayəndəsinin etirafedici izahatı ilə müəyyən edilmişdir ki, "xxxx" ASC tərəfindən sığorta hadisəsi ilə bağlı iddiaçı təşkilata sığorta ödənişi tam ödənildiyindən,bununla da sığorta təşkilatı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam icra etdiyindən, iddia tələbi "xxxx" ASC-yə qarşı olan hissədə təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokolla təsdiq edilmişdir ki, xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsində cavabdeh təqsirli hesab olunaraq inzibati məsuliyyətə cəlb edilmişdir. Məhkəmə qeyd edir ki, mülki hüquq pozuntusu törətmiş cavabdehin baş vermiş hadisədə təqsirli olması iş materiallarında olan sübutlarla tam təsdiq olunduğundan, iddiaçı hazırki tələblə ona qarşı iddia qaldırmaqda tam haqlı olmuş, bu səbəbdən cavabdehin yol-nəqliyyat hadisəsində onun təqsirli olmaması barədə dəlili əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. AR Mülki Məcəlləsinin 1096-ci maddəsinə (Mülki Hüquq pozuntuları (deliktlər) anlayışı) əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyinin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Göstərilən Məcəllənin 1097-ci maddəsinə (mülki hüquq pozuntuları üçün məsüliyyətin əsasları) əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işguzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Qeyd edilən Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. AR Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Göründüyü kimi yuxarıda göstərilən mülki qanunvericiliyin, həm də Konstitusiya Məhkəməsinin qərarında zərər vuranın üzərinə vurulmuş real ziyanın ödənilməsi öhdəliyi qoyula bilər. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında yol-nəqliyyat hadisəsi nəticəsində işıqforun yararsız vəziyyətə düşməsi səbəbilə dəymiş ziyanın ödənilməmiş hissəsinin 1740 manat olması müəyyən edildiyindən, həmin həddə ziyanın ödənilməsinə məsul olan şəxs isə yol-nəqliyyat hadisəsi törətməkdə təqsirli olan nəqliyyat vasitəsinin sürürücü Cavabdeh2 olduğundan, iddia tələbi Cavabdeh2 münasibətdə əsaslı hesab edilməli və təmin edilməlidir. Məhkəmə Cavabdeh2 işıqforun dəyərinin kifayət qədər aşağı həddə olması və onun işlək vəziyyətdə olması barədə dəlilləri üzrə qeyd edir ki, müvafiq aktlar və sübutlarla işıqforun zədələnməsi və yararsız hala düşməsi, yenisi ilə əvəzlənməsi təsdiq olunduğundan, eyni zamanda zədələnmiş işıqforun dəyərinin iddia həddində olması təqdim olunan elektron qaimə ilə də təsdiq olunduğundan, cavabdehin həmin dəlilləri əsaslı hesab edilə bilməz. AR MPM-nin 119.2-ci madəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” AR Qanunun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə qeyd edir ki, iddiaçı qaldırılan tələblə bağlı məhkəməyə müraciət etmək üçün dövlət rüsumunun ödəməkdən azad olduğu üçün və iddia tələbi təmin olunduğu üçün, cavabdehdən dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 37,40 manat məbləğində pul tutulmalıdır. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 vurulmuş maddi ziyanın əvəzi kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin «Siqnal» İxtisaslaşdırılmış Layihə İstehsalat İdarəsinin xeyrinə 1740 (bir min yeddi yüz qırx) manat məbləğində pul tutulsun. Cavabdeh2 dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 37,40 (otuz yeddi manat, qırx qəpik) manat məbləğində pul tutulsun. İddia tələbi Cavabdeh1 Sığorta Şirkəti ASC-dən sığorta ödənişi kimi 5000 manat məbləğində pulun tutulması hissəsində təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-747/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-747/2023
18.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver