Məhkəmə qərarları › İş №2(009)-75/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-75/2022

12.01.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-75/2022 12.01.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Rüstəmova Çinarə Mübariz qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X6, Əli-zadə X15, Bakı şəhəri 46 saylı notariat ofisi, 5 saylı ASAN Xidmət mərkəzinin notariat ofisi və AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı bağışlama müqavilələrinin etiabrsız hesab edilməsi və çıxarışların ləğv edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Bakı şəhəri, Səbail rayonu, Nigar Rəfibəyli küçəsi 20 ünvanında yerləşən 82,8 kvm qeyri-yaşayış sahəsini bağışlama müqaviləsinin, həmin bağışlama müqaviləsi əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 25 ildir ki, tanıyır. Artıq aralarında münasibətlər yarandığından ona hörmətlə yanaşdığı üçün onun xahişi ilə ona bir neçə dəfəyə küllü miqdarda borc pul vermişdir. Belə ki, Cavabdeh1 xahiş edərək bildirdi ki, onun banka borcu vardır, kredit borcları onu boğur, əmlakını itirə bilər. Əlavə olaraq bildirdi ki, İsveçrədə yaşayan dostu var, lakin o işləmir. Buna görə də, həmin dostundan borc istəməyib ondan istəyir. O, 2010-2011-ci illərdə Cavabdeh1 və onun şəriki (kompanyonu) Ədalət Fəttahova cəmi 930.000 ABŞ dolları məbləğində borc vermişdir. Cavabdeh1 məsləhəti ilə 2012-ci ildə birgə borclular kimi Ə.Fəttahova və Cavabdeh1 qarşı pul tələbinə dair iddia tələbi ilə Bakı şəhəri Yasamal rayon məhkəməsinə müraciət etdi. Cavabdeh1 ona bildirdi ki, Ə.Fəttahovun yaşadığı yer üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etsin ki, Ə.Fəttahov qorxaraq pulu qaytarsın. Cavabdeh1 bildirməsinə görə guya Ə.Fəttahov onun verdiyi pullardan başqa əlavə olaraq ondan 3.000.000 ABŞ dolları almışdır. Lakin çox sonralar bildi ki, Cavabdeh1 onu aldadır. 12 iyun 2012-ci il tarixdə Cavabdeh1 ona 200.000 ABŞ dolları lazım olmasını bildirərək, ondan həmin məbləğdə borc verməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, həmin məbləğdə pulu ona borc veməsə bütün pulları batar, həmçinin onun əvvəllər verdiyi 930.000 ABŞ dolları məbləğində borcun qaytarılması çətinləşər. Belə olan halda, 12 uyun 2012-ci il tarixdə 200.000 ABŞ dolları borcun əvəzinə Cavabdeh1 ona ünvan 1 ünvanda yerləşən 82,8 kvm olan qeyri-yaşayış sahəsini ona pul borcunun əmlakla əvəz olunması barədə müqavilə bağladılar. Əlavə olaraq bildirir ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş olsa da, bu iddia tələbini Cavabdeh1 özünün məsləhəti ilə irəli sürdüyündən, münasibətləri yenə də var idi. 12 iyun 2012-ci il tarixdə pul borcunun əmlakla əvəz olunması barədə müqavilənin bağlanması zamanı həmin əmlak üzərinə məhkəmənin qərardadı ilə iddianı təmin etmə tədbiri kimi həbs qoyulmuşdur. Buna görə də, o inandı ki, həmin əmlk üzərində həbs qoyulduğundan həmin əmlak barədə hər hansı başqa özgəninkiləşdirmə hərəkətləri edilməyəcək və həbsdən sonra həmin qeyriyaşayış sahəsi onun adına rəsmiləşdiriləcəkdir. Lakin məhkəmə prosesi uzun çəkdi və ona verilən vədlər yerinə yetirilmədi. Yasamal Rayon Məhkəməsinin 2(004)-135/2013 saylı, 01 fevral 2013-cü il tarixli qətnaməsi ilə onun Cavabdeh1 və X7 qarşı borc tələbinə dair iddiası qismən təmin edilərək, cavabdeh X5 330.000 ABŞ dolları məbləğində əsas borcun, 31.12.2012-ci il tarixə hesablanmış 33000 ABŞ dolları məbləğində dəbbə (əldən çıxmış fayda) pulunun, (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq tutulsun) pul tutularaq ona ödənilməsi; həmçinin Cavabdeh1 120.000 ABŞ dolları məbləğində əsas borcun, 31.12.2012-ci il tarixə hesablanmış 32.000 ABŞ dolları məbləğində dəbbə (əldən çıxmış fayda) pulunun, (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq tutulsun) pul tutularaq ona ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 4072/2013 saylı, 19 avqust 2013-cü il tarixli qətnaməsi ilə Yasamal rayon məhkəməsinin 01 fevral 2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4572/2013 saylı, 19 dekabr 2013-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4072/2013 saylı, 19 avqust 2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Yasamal Rayon Məhkəməsinin 14 fevral 2014-cü il tarixli qərardadı ilə əmlaklar üzərinə, o cümlədən hazırkı mübahisə predmeti olan Bakı şəhəri, Səbail rayonu, Rəfibəyli küçəsi 20 ünvanda yerləşən 82,8 kvm olan qeyri-yaşayış sahəsi üzərinə həbs qoyulmasına dair iddianı təmin etmə tədbiri ləğv olundu. Bundan sonra cavabdehə müraciət edərək, borc əvəzi kimi ona verdiyi ünvan 2 ünvanda yerləşən 82,8 kv.m olan qeyri-yaşayış sahəsinin onun adına rəsmiləşdirilməsini xahiş etdi. Lakin Cavabdeh1 ona bildirdi ki, İsveçrədə yaşayan şərikinin həmin qeyri-yaşayış sahəsində payı vardır. Həmin sahənin onun adına keçirilməsinə onun da razılığı lazımdır. Belə bir razılıq isə yoxdur. Buna görə də həmin sahəni onun adına keçirə bilmir. Cavabdeh1 ona söz verdi ki, bir az səbr etsin, şəriki razı salıb, qeyri-yaşayış sahəsini onun adına rəsmiləşdirəcəkdir. 2014-cü ilin axırlarında Cavabdeh1 bildirdi ki, şəriki qeyri-yaşayış sahəsinin onun adına keçirilməsinə razılıq vermir. Buna görə də, ona olan borcunu 2014-cü ilin dekabr ayında qaytaracaqdır. Lakin Cavabdeh1 vədini yerinə yetirmədi və hər dəfə onunla görüşəndə yenə də vədlər verirdi. 2015-ci ilin fevral ayında isə Cavabdeh1 artıq ona bildirdi ki, guya ona görə 160.000 manat məbləğində borca düşüb. 2015-ci ilin dekabr ayının əvvəllərində Yaşarı yaxşı tanıyan Elçin Orucovla Cavabdeh1 yanına getdilər. Cavabdeh1 bunu gördükdə artıq onunla başqa cür danışdı, yəni Cavabdeh1 ona bildirdi ki, ona olan 200.000 ABŞ dolları borcunu qaytarmayacaq və qeyri-yaşayış sahəsini onun adına keçirməyəcək. Çünki onun deməsinə görə o onu 160.000 manat mələğində borca salmışdır. Əlavə olaraq bildirdi ki, o onun sözü ilə hərəkət etməmiş, onu məhkəməyə vermişdir. İndi artıq o, qərara gəlmişdir ki, ona heç bir manat da verməyəcək. Elçinə bildirdi ki, o niyə gəlib, Sabirə pul verməyəcək. Hara istəyir şikayət etsin. Buna görə də, o, məcbur olaraq mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdi. Səbail Rayon Məhkəməsinin 2(009)-599/2016 saylı, 22 iyul 2016-cı il tarixli qətnaməsi ilə: İddiaçı Cavabdeh1 qarşı Cavabdeh1 200.000 ABŞ dolları məbləğində borcun, göstərilən borcun əvəzinə ünvan 1 ünvanda yerləşən 82,8 kv.m. olan qeyri yaşayış sahəsinin onun mülkiyyətinə verilərək, həmin qeyri-yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydə alınması barədə iddiası təmin edilməmişdir. Həmin qətnamə ilə həmçinin Cavabdeh1 İddiaçı qarşı əsassız iddia qaldırılması nəticəsində cavabdehdən onun xeyrinə 160.000 manat məbləğində pulun tutulması barədə qarşılıqlı iddiası təmin edilməmişdir. Həmçinin Səbail Rayon Məhkəməsinin 2(009)-3809/2017 saylı, 11 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə iddiaçı Əli-zadə Rasimə Əli-Əşrəf qızının cavabdeh İddiaçı qarşı «müqavilənin etibarsız hesab edilməsi barədə» iddiası təmin edilərək, ünvan 3 ünvanında yerləşən, 82,8 kv.m. qeyri-yaşayış sahəsinin İddiaçı verilməsinə dair Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış 12 iyun 2012-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi qət edilmişdir. Səbail Rayon Məhkəməsinin 2(009)-599/2016 saylı, 22 iyul 2016-cı il tarixli qətnaməsi və Səbail Rayon Məhkəməsinin 2(009)-3809/2017 saylı, 11 oktyabr 2017-ci il tarixli qətnaməsi əsasında verilmiş apellyasiya şikayətləri əsasında işə apellyasiya məhkəməsində baxılması zamanı işlər bir icraatda birləşdirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 mart 2017-ci il tarixli qətnaməsi ilə Səba il rayon məhkəməsinin 2(009)-599/2016 saylı, 22 iyul 2016-cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə və Səbail Rayon Məhkəməsinin 2(009)-3809/2017 saylı, 11 oktyabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Göstərilən məhkəmə aktları ilə onunla Cavabdeh1 arasında bağlanmış müqavilə etibarsız hesab edilsə də, etibarsız əqdin qaydaları tətbiq edilməmişdir. Buna görə də, o, Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 200.000 ABŞ dolları məbləğində pulun alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Səbail Rayon Məhkəməsinin 2(009)-1979/2019 saylı, 22 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə onun pul tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-892/2020 saylı, 27 yanvar 2020-ci il tarixli qətnaməsi ilə onun apellyasiya şikayəti təmin edilərək, Səbail Rayon Məhkəməsinin 2(009)-1979/2019 saylı, 22 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə çıxarılaraq iddiası təmin edilmiş, Cavabdeh1 200.000 ABŞ dollarının (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4847/2021 saylı, 11 noyabr 2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-892/2020 saylı, 27 yanvar 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-892/2020 saylı, 27 yanvar 2020-ci il tarixli qətnaməsi əsasında icra vərəqəsi verilmiş və icra edilməsi üçün Səbail rayon İcra Şöbəsinə göndərilmişdir. Borclu Cavabdeh1 Bakı Apellyasiya Məhkəməsinin 2(103)-892/2020 saylı, 27 yanvar 2020-ci il tarixli qətnaməsini icra etmir. Tələbi yönəltmək üçün isə əmlakının olmamasını bildirir. Bu zaman məlum olmuşdur ki, borclu Cavabdeh1 tələbi yönəltmək üçün öz adına əmlak qalmasın deyə, ünvan 2 ünvanda yerləşən 82,8 kv.m. olan qeyri yaşayış sahəsini formal olaraq özgəninkiləşdirmişdir. Yəni həmin qeyri-yaşayış sahəsini bağışlama müqaviləsi əsasında başqa şəxsin adına keçirmişdir. Cavabdeh1 ünvan 4 ünvanda yerləşən 82,8 kv.m. olan qeyri yaşayış sahəsinə dair bağladığı bağışlama müqaviləsi həqiqi iradə ifadəsi deyil, tələbin göstərilən qeyri-yaşayış sahəsinə yönəldilməsindən və bununla da qətnamənin icrasından yayınma xarakteri daşıyır. Cavabdeh1 ünvan 2 ünvanda yerləşən 82,8 kv.m. olan qeyri yaşayış sahəsini başqa şəxsə bağışlaması üzrə iradə ifadəsi təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakiməyə görə təfsir olunmalıdır. Bu zaman isə müəyyən olunur ki, Cavabdeh1 qanuni qüvvədə olan məhkəmə qətnaməsinə əsasən borclu olduğu və tələbin istehsalatda iştirak etməyən həmin əmlaka yönəldilməsi imkanı olduğu halda, Cavabdeh1 göstərilən əmlakı formal olaraq və həm də əvəzsiz olaraq başqa şəxsə bağışlamaq adı ilə qanuni qüvvədə olan məhkəmə qətnaməsinin icrasından yayınmaq niyyəti ilə həmin müqaviləni bağışlamışdır. Ona görə də, qanuni qüvvədə olan məhkəmə qətnaməsinə əsasən borclu olan və borcu ödəməyən şəxsin öz əmlakı hesabına başqa şəxsi (bağışlama müqaviləsi üzrə əldə edəni) zənginləşdirməsi həqiqi iradə ifadəsi olmayıb, tələbin həmin əmlaka yönəldilməsinin aradan qaldırılması məqsədi ilə bağışlama müqaviləsi bağlanmışdır. Ona görə də, həmin bağışlama müqaviləsi ləğv edilməlidir. 15 sentyabr 2021-ci il tarixdə iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, Cavabdeh1 ilə X6 arasında Bakı şəhəri, Səbail rayonu, Nigar Rəfibəyli küçəsi 20 ünvanında yerləşən 82,8 kvm qeyri-yaşayış sahəsinə dair bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, həmin bağışlama müqaviləsi əsasında daşınmaz əmlakın dövlət reyestrində X1 adına aparılmış qeydiyyatın və verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 17 sentyabr 2021-ci il tarixdə iddiaçı məhkəməyə iddia ərizəsinə dəqiqləşmə və iddianın predmetinin artırılması barədə ərizə ünvanlayaraq, ünvan 5m qeyri-yaşayış sahəsinə dair 19 fevral 2019-cu il tarixdə Cavabdeh1 ilə digər cavabdeh X6 arasında bağlanmış və həmin tarixdə 5 saylı «ASAN xidmət» mərkəzinin notariat ofisi tərəfindən 265 reyestr sayda qeydə alınaraq təsdiq edilmiş bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və həmin mülqavilə əsasında göstərilən qeyri-yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində X1 adına aparılmış qeydiyyatın və X1 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, həmçinin Bakı şəhəri, Səbail rayonu, Hüsü Hacıyev döngəsi, b 7 ünvanda yerləşən ümumi sahəsi 2062 kvm olan qeyri-yaşayış sahəsinə dair Cavabdeh1 oğlu ilə digər cavabdeh X6 arasında bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında göstərilən qeyri-yaşayış sahəsinə dair 24 oktyabr 2020-ci il tarixdə cavabdeh X1 aparılmış qeydiyyatın və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, həmçinin ünvan 7 ünvana dair Cavabdeh1 ilə digər cavabdeh X6 arasında bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında göstərilən yaşayış sahəsinə dair 27 fevral 2020-ci il tarixdə cavabdeh X1 aparılmış qeydiyyatın və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianın dəqiqləşdirilməsi və iddia predmetinin artırılması ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 onun xeyrinə 200.000 ABŞ dollarının (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) tutulması barədə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-892/2020 saylı, 27 yanvar 2020-ci il tarixli qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4847/2021 saylı, 11 noyabr 2020-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanmışdır. Göründüyü kimi, Bakı şəhəri, Səbail rayonu, Hüsü Hacıyev döngəsi, b 7 ünvanda yerləşən ümumi sahəsi 2062 kvm olan qeyri-yaşayış sahəsi və ünvan 7 ünvana dair Cavabdeh1 ilə cavabdeh X6 arasında bağışlama müqavilələri Bakı Apellyasiya Məhkəməsinin 2(103)-892/2020 saylı, 27 yanvar 2020-ci il tarixli qətnaməsinin qəbul edilməsindən zaman etibarı ilə daha sonra bağlanmışdır. Odur ki, Cavabdeh1 mülkiyyətində olan əmlakların digər cavabdeh X2 bağışlanmasına dair bağladığı müqavilələr həqiqi iradə ifadəsi deyil, tələbin göstərilən əmlaklara yönəldilməsindən və bununla da qətnamənin icrasından yayınma xarakteri daşıyır. Buna görə də, göstərilən bağışlama müqavilələri etibarsız hesab edilməsi və həmin müqavilələr əsasında T.Əlizadənin adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar ləğv edilməlidir. 19 noyabr 2021-ci il tarixdə iddiaçı məhkəməyə iddia ərizəsinə dəqiqləşmə və iddianın predmetinin artırılması barədə ərizə ünvanlayaraq, ünvan 5m qeyri-yaşayış sahəsinə dair 19 fevral 2019-cu il tarixdə Cavabdeh1 ilə digər cavabdeh X6 arasında bağlanmış və həmin tarixdə 5 saylı «ASAN xidmət» mərkəzinin notariat ofisi tərəfindən 265 reyestr sayda qeydə alınaraq təsdiq edilmiş bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, həmin mülqavilə əsasında göstərilən qeyri-yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində X1 adına aparılmış qeydiyyatın və X1 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, həmçinin Bakı şəhəri, Səbail rayonu, Hüsü Hacıyev döngəsi, b 7 ünvanda yerləşən ümumi sahəsi 2062 kvm olan qeyri-yaşayış sahəsinə dair Cavabdeh1 oğlu ilə digər cavabdeh X6 arasında bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında göstərilən qeyri-yaşayış sahəsinə dair 24 oktyabr 2020-ci il tarixdə cavabdeh X1 aparılmış qeydiyyatın və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, həmçinin ünvan 7 ünvana dair Cavabdeh1 ilə digər cavabdeh X6 arasında bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında göstərilən yaşayış sahəsinə dair 27 fevral 2020-ci il tarixdə cavabdeh X1 aparılmış qeydiyyatın və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, həmçinin ünvan 8 ünvana dair 12 fevral 2020-ci il tarixdə Cavabdeh1 ilə digər cavabdeh X6 arasında bağlanmış və 12.02.2020-ci il-tarixdə Bakı şəhəri 46 saylı notariat ofisi tərəfindən 4Ə-69 reyestr sayda qedə alınaraq təsdiq edilmiş bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında göstərilən yaşayış sahəsinə dair 27 fevral 2020-ci il tarixdə cavabdeh X1 aparılmış qeydiyyatın və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 07 dekabr 2021-ci il tarixdə iddiaçı məhkəməyə iddianın predmetinin azaldılması barədə ərizə ünvanlayaraq, ünvan 9 kvm qeyri-yaşayış sahəsinə dair 19 fevral 2019-cu il tarixdə Cavabdeh1 ilə digər cavabdeh X6 arasında bağlanmış və həmin tarixdə 5 saylı «ASAN xidmət» mərkəzinin notariat ofisi tərəfindən 265 reyestr sayda qeydə alınaraq təsdiq edilmiş bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında göstərilən qeyri-yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində X1 adına aparılmış qeydiyyatın və X1 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, ünvan 7 ünvana dair Cavabdeh1 ilə digər cavabdeh X6 arasında bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında göstərilən qeyri-yaşayış sahəsinə dair 27 fevral 2020-ci il tarixdə cavabdeh X1 adına aparılmış qeyydiyyatın və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, ünvan 8 ünvanına dair 12 fevral 2020-ci il tarixdə Cavabdeh1 ilə digər cavabdeh X16 Əşrəf arasında bağlanmış və 12.02.2020-ci il tarixdə Bakı şəhəri 45 saylı notariat ofisi tərəfindən 4Ə-69 reyestr sayda qeydə alınaraq təsdiq edilmiş bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında göstərilən yaşayış sahəsinə dair 27 fevral 2020-ci il tarixdə cavabdeh X1 adına aparılmış qeydiyyatın və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının iddia tələbinin həcminin azaldılması barədə xahişini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 53-cü maddəsində qeyd edilir ki, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında İddiaçı iddia tələbinə uyğun izahat verərək tələbin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etdi və eləcə də, izah etdi ki, Cavabdeh1 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11.11.2020-ci ildən qanuni qüvvəsin almış qərarını icra etməkdən boyun qaçırır. Belə ki, cavabdehin adına olan yaşayış və qeyri-yaşayış sahələri olan 47 əmlak digər cavabdeh X1 (bioloji qızı) adına bağışlama müqaviləsi ilə keçirilmişdir. Cavabdeh1 istəyi, arzusu, motivi daşınmaz əmlakları hədiyyə vermək deyil, qüvvəyə minmiş məhkəmənin qərarını icra etməmək olmuşdur. O, Əlizadə Təhminə ilə danışmışdır və Təhminə ona bildirmişdir ki, bu işlərdən xəbərsizdir və Cavabdeh1 işinə qarışmır, hədiyyə də almır. Hər üç bağışlama müqaviləsini imzalayan Cavabdeh1 və onun ofisində işləyən Cəfərli Cəfərdir adlı şəxs olub. Cəfər həm Həmidovun arvadı Əlizadə Rasimənin, yəni hədiyyə verənin təmsilçisi olub, həm də hədiyyəni alan Əlizadə Təhminənin təmsilçisi olub. Ona görə də, uydurma və yalan əqdlərin etibarsız sayılması, iddia tələbimin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək eləcə də izah etdi ki, Cavabdeh1 tərəfindən 2019, 2020 və 2021-ci illər ərzində təxminən ona məxsus 47 daşınmaz əmlak özgəninkiləşdirilmiş və həmin əmlakların hamısının bağışlama müqaviləsi X6 ilə bağlanmışdır. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, X6 Cavabdeh1 doğma qızı olsa da, onun həyat yoldaşı X3 atası, yəni qaynatası tərəfindən övladlığa götürüldüyü üçün rəsmi sənədlərlə onun baldızı sayılır. İddiaçının mübahisələndirdiyi bağışlama müqavilələrinin uyğurma əqd olmaları eləcə də onunla təsdiq olunur ki, bağışlama müqavilələri üzrə məhkəməyə təqdim olunmuş notariat işlərindən görünür ki, Cavabdeh1 həyat yoldaşı X3 adından etibarnamə üzrə nümayəndəsi kimi daşınmaz əmlakların bağışlanmasına razılıq ərizələrini imzalamış X12 eləcə də etibarnamə üzrə X1 nümayəndəsi kimi bağışlama müqavilələrini imzalamışdır. Cavabdeh1 mülkiyyətində olan əmlakların digər cavabdeh X2 bağışlanmasına dair bağladığı müqavilələr həqiqi iradə ifadəsi deyil, tələbin göstərilən əmlaklara yönəldilməsindən və bununla da qətnamənin icrasından yayınma xarakteri daşıyır. Buna görə də, göstərilən bağışlama müqavilələri etibarsız hesab edilməli və həmin müqavilələr əsasında T.Əlizadənin adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar ləğv edilməlidir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək onun təmin edilmədən saxlanılmasını xahiş etdi və bildirdi ki, Cavabdeh1 iddiaçıya 200.000 ABŞ dolları borcu olmuş və o, həmin borcdan 02.12.2021-ci il tarixdə 20.000 ABŞ dollarını iddiaçıya qaytarmışdır. İddiaçı ilə Cavabdeh1 ilə aralarında borcun ödənilməsi ilə bağlı razılaşma olmuşdur, lakin məhkəmə iclasında iddiaçı bunu etiraf etmir. Cavabdeh1 83 yaşındadır, o və və həyat yoldaşı ağır xəstədirlər, bu səbəbdən də Cavabdeh1 özünə məxsus daşınmaz əmlakları yaxın qohumuna bağışlamışdır. İddia tələbi əsassızdır və ona görə də, təmin olunmamalıdır. Cavabdehlər X6, Əli-zadə X15, Bakı şəhəri 46 saylı notariat ofisi, 5 saylı ASAN Xidmət mərkəzinin notariat ofisi və AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 syalı Bakı Ərazi İdarəsinin nümayəndələri məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işə baxıb, tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli, 2(009)-1979/2019 qətnaməsindən görünür ki, İddiaçı Saleyeviçin Cavabdeh1 qarşı 200.000 ABŞ dolları məbləğində pulun alınaraq ona qaytarılması barədə iddia tələbinin əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 27 yanvar 2020-ci il tarixli, 2(103)-892/2020 nömrəli qətnaməsindən görünür ki, İddiaçı Saleyeviçin apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1979/2019 saylı, 22 oktyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməklə iş üzrə yeni qətnamə çıxarılması, iddia tələbinin təmin edilməsi, Cavabdeh1 200 000 ABŞ dolları, həmçinin dövlət rüsumları və bank xidməti xərclərinin əvəzi olaraq 45,80 manat alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 11 noyabr 2020ci il tarixli, 2(102)-4847/2020 nömrəli qərarı ilə Cavabdeh1 kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-892/2020 nömrəli, 27 yanvar 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 iyul 2016-cı il tarixli, 2(009)-599/2016 saylı qətnaməsindən görünür ki, İddiaçı Saleyeviçin Cavabdeh1 qarşı 200.000 ABŞ dolları məbləğində borcun, göstərilən borcun əvəzinə ünvan 1 ünvanda yerləşən sahəsi 82,8 kv.m olan qeyri-yaşayış sahəsinin onun mülkiyyətinə verilərək, həmin qeyri-yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydə alınması barədə ilkin iddia tələbinin əsassız olduğu üçün təmin edilməməsi, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı Saleyeviçə qarşı əsassız iddia qaldırılması nəticəsində cavabdehdən onun xeyrinə 160.000 manat məbləğində pulu tutulması barədə qarşılıqlı iddia tələbinin əsassız olduğu üçün təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Səbail Rayon Məhkəməsinin 11 oktyabr 2016-cı il tarixli, 2(009)-3809/2016 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Əli-zadə Rasimə Əli-Əşraf qızının cavabdehlər Cavabdeh1 və İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi barədə iddiası təmin edilərək, ünvan 5.m qeyri-yaşayış sahəsinin İddiaçı Saleyeviçə verilməsinə dair Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış 12 iyun 2012-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 17 mart 2017-ci il tarixli, 2(103)- 910/2017 nömrəli qətnaməsindən görünür ki, İddiaçı Saleyeviçin Səbail Rayon Məhkəməsinin 22 iyul 2016-cı il tarixli, 2(009)-599/2016 saylı və 11 oktyabr 2016-cı il tarixli, 2(009)-3809/2016 saylı qətnamələrindən vermiş olduğu hər iki apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-599/2016 saylı, 22 iyul 2016-cı il tarixli qətnaməsinin apellyasiya baxışının predmeti olan hissədə və 2(009)-3809/2016 saylı, 11 oktyabr 2016-cı il tarixli qətnaməsinin isə tam olaraq dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 oktyabr 2017-ci il tarixli, 2(102)-6786/2017 nömrəli qərarı ilə cavabdeh İddiaçı Saleyeviçin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 217 mart 2017ci il tarixli, 2(103)-910/2017 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı şəhəri 5 saylı «ASAN xidmət» mərkəzində notariat ofisinin notariusu tərəfindən təsdiq edilmiş 18 fevral 2019-cu il tarixli, 4Ə-265 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Cavabdeh1 Bakı şəhəri, Səbail rayonu, Nigar Rəfibəyli küçəsi 20 ünvanında yerləşən ümumi sahəsi 82,8 kvm olan qeyriyaşayış sahəsinin mülkiyyət üzrə ona məxsus hissəsini X2 bağışlamışdır. Bağışlama müqaviləsini X1 adından etibarnamə əsasında X12 imzalamışdır. Qeyd olunan notariat işində olan Əli-zadə X10 notariat ofisinə ünvanladığı əri Cavabdeh1 məxsus Bakı şəhəri, Səbail rayonu, Nigar Rəfibəyli küçəsi 20 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin bağışlanmasına etiraz etmədiyinə dair notariat qaydasında təsdiq olunmuş 17.02.2019-cu il tarixli ərizəsindən görünür ki, həmin ərizəni Əli-zadə X10 adından etibarnamə əsasında X12 imzalamışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən 06.03.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Nigar Rəfibəyli küçəsi 20 ünvanında yerləşən 82,8 kvm olan qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət kimi X1 adına qeydiyyata alınmışdır. Təqdim olunmuş 47 adda daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlarından görünür ki, həmin daşınmaz əmlaklar 2019, 2020 və 2021-ci illərdə xüsusi mülkiyyət kimi X1 adına qeydiyyata alınmışdır. İş materiallarında olan 24.10.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışından görünür ki, Bakı şəhəri, Səbail rayonu, Hüsü Hacıyev döngəsi, b 7 xüsusi mülkiyyət kimi X1 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri 46 saylı notariat ofisində təsdiq olunmuş 27 yanvar 2020-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Cavabdeh1 xüsusi mülkiyyətində olan ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 93.7 kv.m olan mənzili arvadının bacısı X4 mülkiyyətinə vermişdir. Bağışlama müqaviləsini X1 adından etibarnamə əsasında X12 imzalamışdır. Qeyd olunan notariat işində olan Əli-zadə X10 notariat ofisinə ünvanladığı Cavabdeh1 məxsus ünvan 8 ünvanın bağışlanmasına etiraz etmədiyinə dair notariat qaydasında təsdiq olunmuş 27.01.2020-ci il tarixli ərizəsindən görünür ki, həmin ərizəni Əlizadə X10 adından etibarnamə əsasında X12 imzalamışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən 03.02.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 8 ünvan xüsusi mülkiyyət kimi X1 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri 46 saylı notariat ofisində təsdiq olunmuş 13 fevral 2020-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Cavabdeh1 xüsusi mülkiyyətində olan ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 95.77 kv.m olan mənzili arvadının bacısı X4 mülkiyyətinə vermişdir. Bağışlama müqaviləsini X1 adından etibarnamə əsasında X12 imzalamışdır. İş materiallarında olan 27.02.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışından görünür ki, ünvan 7 ünvan xüsusi mülkiyyət kimi X1 adına qeydiyyata alınmışdır. İş materiallarında olan 16.11.2021-ci il tarixli Bakı şəhəri Lokal Cəlirlər Baş İdarəsinin arayışından görünür ki, 16.11.2021-ci il tarixə olan uçot məlumatlarına əsasən, Cavabdeh1Əhəd oğlunun (VÖEN:**********) AZ1005, ünvan 10 ünvanında yerləşən təsərrüfat subyekti (obyekti) 11.09.2020-ci il tarixdə vergi ödəyicisinin müraciətinə əsasən vergi uçotundan çıxarılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Qanunda əqdlərin etibarlı olması üçün dörd qrup şərtin (tələbin) olması göstərilir. Bu şərtlər qanunda nəzərdə tutulmuşdur: əqdin subyekt tərkibinə aid edilən şərt, əqdin məzmununa aid edilən şərt, əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt, əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə, subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticəni doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdlərin etibarsızlığına səbəb olur. Məhkəmə iclasında sübutların tədqiqi ilə kifayət qədər müəyyən olunmuşdur ki, İddiaçı Saleyeviçin Cavabdeh1 arasında borc münasibətlərindən yaranmış tələblər üzrə məhkəmə mübahisələri olmuş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli, 2(009)-1979/2019 qətnaməsi ilə İddiaçı Saleyeviçin Cavabdeh1 qarşı 200.000 ABŞ dolları məbləğində pulun alınaraq ona qaytarılması barədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı Saleyeviçin verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 27 yanvar 2020-ci il tarixli, 2(103)-892/2020 nömrəli qətnaməsi ilə təmin edilərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1979/2019 saylı, 22 oktyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməklə iş üzrə yeni qətnamə çıxarılması, iddia tələbinin təmin edilməsi, Cavabdeh1 200 000 ABŞ dolları, həmçinin dövlət rüsumları və bank xidməti xərclərinin əvəzi olaraq 45,80 manat alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən Cavabdeh1 vermiş olduğu kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli, 2(102)-4847/2020 nömrəli qərarı ilə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-892/2020 nömrəli, 27 yanvar 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iclasında sübutların tədqiqi ilə həmçinin müəyyən olunmuşdur ki, tərəflər arasında borc münasibətlərindən yaranmış tələblər üzrə məhkəmə araşdırmaları davam etdiyi vaxtda və Cavabdeh1 200 000 ABŞ dollar pulun İddiaçı xeyrinə tutulması barədə Bakı Apellyasiya Məhkəməsinin 27 yanvar 2020-ci il tarixli qətnaməsini qüvvədə saxlamış Azərbaycan Respublikası Ali Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli qərarından sonra da Cavabdeh1 borcunu qaytarmamış, xüsusi mülkiyyətində olan 47 adda daşınmaz əmlakı (o cümlədən mübahisələndirilən əqdlər üzrə) bağışlama müqavilələri ilə baldızı (bioloji qızı) X1 adına keçirməklə özgəninkiləşdirmişdir. Məhkəmə iclasında həmçinin müəyyən olunmuşdur ki, mübahisələndirilən əqdlər üzrə Cavabdeh1 tərəfindən Bakı şəhəri, Səbail rayonu, Nigar Rəfibəyli küçəsi ünvanında yerləşən ümumi sahəsi 82,8 kvm olan qeyri-yaşayış sahəsi 18 fevral 2019-cu il tarixdə, ünvan 8 ünvan 27 yanvar 2020-ci il tarixdə, ünvan 7 ünvan isə 13 fevral 2020-ci il tarixdə bağışama yolu ilə X1 adına özgəninkiləşdirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Məhkəmə hesab edir ki, Cavabdeh1 öz mülkiyyətində olan əmlakların cavabdeh T.Əlizadəyə bağışlanmasına dair bağladığı mübahisələndirilən bağışlama müqavilələri həqiqi iradə ifadəsi deyil, tələbin göstərilən əmlaklara yönəldilməsindən və bununla da qətnamənin icrasından yayınma xarakteri daşıyır. Göründüyü kimi hazırki mübahisə üzrə göstərilən əmlakların başqa şəxsə bağışlanması üzrə iradə ifadəsi təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakiməyə görə təfsir olunmalıdır. Bu zaman isə müəyyən olunur ki, Cavabdeh1 qanuni qüvvədə olan məhkəmə qətnaməsinə əsasən borclu olduğu və tələbin istehsalatda iştirak etməyən həmin əmlaklara yönəldilməsi imkanı olduğu halda, o, qanuni qüvvədə olan məhkəmə qətnaməsinin icrasından yayınmaq niyyəti ilə göstərilən əmlakların formal olaraq başqa şəxsə bağışlanması barədə həmin müqavilələri bağlamışdır. İş üzrə müəyyən edilmiş hallara qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, qanuni qüvvədə olan məhkəmə qətnaməsinə əsasən borclu olan və borcu ödəməyən Cavabdeh1 öz şəxsi əmlakı hesabına başqa şəxsi (bağışlama müqaviləsi üzrə əldə edəni) zənginləşdirməsi cavabdehlərin həqiqi iradə ifadəsi olmayıb, tələbin göstərilən əmlaklara yönəldilməsindən və bununla da qətnamənin icrasından yayınma xarakteri daşıyır. Məhkəmə hesab edir ki, cavabdehlərin mübahisəli daşınmaz əmlakların bağışlanılmasına dair iradə ifadələri olmamışdır, həmin müqavilələrin formal xarakter daşıyaraq yalnız görünüş üçün bağlanıldığı müəyyən olunduğundan, cavabdehlər Cavabdeh1 ilə X6 arasında bağlanmış Bakı şəhəri, Səbail rayonu, Nigar Rəfibəyli küçəsi ünvanında yerləşən ümumi sahəsi 82,8 kvm olan qeyri-yaşayış sahəsi üzrə 18 fevral 2019cu il tarixli, ünvan 8 üzrə 27 yanvar 2020-ci il tarixli, ünvan 7 üzrə 13 fevral 2020-ci il tarixli bağışlama müqavilələri etibarsız hesab edilməli və həmin müqavilələr üzrə X1 adına daşınmaz əmlakın dövlət reyestrindən verilən çıxarışlar ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Səbail rayonu, Nigar Rəfibəyli küçəsi 20 ünvanında yerləşən 82,8 kvm qeyri-yaşayış sahəsinə dair 18 fevral 2019-cu il tarixdə cavabdehlər Cavabdeh1 ilə X6 arasında 5 saylı «ASAN xidmət» mərkəzinin notariat ofisində bağlanmış bağışlama müqaviləsi etibarsız hesab edilsin və həmin qeyri-yaşayış sahəsinə dair X1 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilsin. ünvan 7 ünvana dair 13 fevral 2020-ci il tarixdə cavabdehlər Cavabdeh1 ilə X6 arasında Bakı şəhəri 46 saylı notariat ofisində bağlanmış bağışlama müqaviləsi etibarsız hesab edilsin və həmin mənzilə dair X1 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilsin. ünvan 8 ünvana dair 27 yanvar 2020-ci il tarixdə cavabdehlər Cavabdeh1 ilə X6 arasında Bakı şəhəri 46 saylı notariat ofisində bağlanmış bağışlama müqaviləsi etibarsız hesab edilsin və həmin mənzilə dair X1 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar