Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-776/2022 15.11.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı – Cavabdeh1 SŞ ASC-yə (üçüncü şəxs Azərbaycan Respublikası Mərkəzi Bankı və maraqlı şəxs kimi Cavabdeh3 qeyd edilən) qarşı «sığorta hadisəsinin qeydə alınması və s.» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı – Cavabdeh1 SŞ ASC-yə (üçüncü şəxs Azərbaycan Respublikası Mərkəzi Bankı və maraqlı şəxs kimi Cavabdeh3 qeyd edilən) qarşı «sığorta hadisəsinin qeydə alınması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 102.1 və 102.2.7-ci maddələrinin tələbləri əsasında Sığorta hadisəsinin qeydə alınaraq evinə (daşınmaz əmlakına) dəymiş zərərə görə Sığorta ödənişinin məbləği hesablanaraq, Cavabdeh1 Sığorta Şirkəti ASC-i tərəfindən ona ödənilməsinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, o, Kürdəmir rayonunun Atakişili kəndində yaşayır, orda mülkiyyətində olan torpaq sahəsi və yaşayış evi vardır. 2020-ci ilin fevral ayının 19-da yaşayış evini Cavabdeh1 Sığorta Şirkəti ASC-də bir il müddətinə sığortalamışdır. Bu barədə cavabdehin ona təqdim etdiyi Daşınmaz Əmlakın İcbari Sığortası barədə N RAT********** saylı Şəhadətnaməsi vardır. İkinci Qarabağ müharibəsi zamanı, yəni 22 oktyabr 2020-ci il tarixdə saat 9:00 radələrində Erməni Silahlı qüvvələri tərəfindən Kürdəmir rayonu ərazisinə atılmış raketin partlaması nəticəsində rayonun Atakişili və Çöhranlı ərazisində yerləşən fərdi yaşayış evlərinə, o cümlədən də onun evinə və məktəb binasına zərər vurulmuşdur. Həmin hadisə baş verdikdən sonra tərəfindən dərhal cavabdehə zəng vuraraq məlumat verdi və bu barədə Kürdəmir RİH-i Başçısının aparatını məlumatlandırdı. Bundan sonra həm cavabdeh və həm də Kürdəmir RİH-i Başçısının aparatının nümayəndələri evinə baxış keçirdilər, faktı təsdiq etməklə yanaşı, yaşayış evinə dəymiş ziyanı qeydə aldılar, akt tərtib edib, fotoşəkillər çəkdilər. Həmçinin evə baxış zamanı komissiya müəyyən etdi ki, sahibsiz ərazidən axan sular nəticəsində evin arxa və yan tərəfini su basmış və bu səbəbdən yaşayış evinə ziyan vurulmuşdur. Bundan sonra cavabdeh müxtəlif bəhanələrlə sığorta hadisəsini qeydə almaq və ödəniş etmək sahəsində süründürməçiliyə yol verdiyinə görə o məcbur olub bu barədə müxtəlif aidiyyatı baş idarələrə rəsmi müraciətlər etdi. Son da Sığorta Şirkətinə nəzarəti həyata keçirən Azərbaycan Respublikası Mərkəzi Bankına bu barədə müraciət etdi və hüquqmüəyyənedici sənədlərini əlavə etdi. Mərkəzi Bank 07 iyun 2021-ci il tarixdə məktubla Cavabdeh1 Sığorta Şirkəti ASC-nin idarə heyətinin sədri cənab Azər Əliyevə ona məxsus evə dəymiş zərərə görə Sığorta ödənişi məbləğinin 7 iş günü müddətində hesablanaraq ödənilməsinin təmin olunmasını və nəticəsi barədə Mərkəzi Banka məlumat verilməsi barədə göstəriş vermişdir. Lakin, 1 ildən çox bir müddət keçməsinə baxmayaraq, cavabdeh həmin tapşırığı icra etməkdən boyun qaçırmışdır. Cavabdehlə aralarında bağlanmış sözügedən müqavilənin 36.3-cü maddəsinə əsasən işə baş vermiş hadisə sığorta hadisəsi hesab olunur. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə etmiş və təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, iddiaçı ikinci Qarabağ müharibəsi zamanı Erməni Silahlı Qüvvələri tərəfindən Kürdəmir rayonu ərazisinə atılan raket və sahibsiz ərazinin ətraf ərazilərində yerləşən fərdi yaşayış evlərindən və obyektlərdən axıdılan məişət-çirkab sularının yığılması nəticəsində axan suyun fərdi yaşayış evinə zərər dəyməsinə səbəb olduğunu iddia edir. İş materiallarından görünür ki, daşınmaz əmlakın icbari sığortası növü üzrə Kürdəmir ray., Atakişi kəndində yerləşən fərdi yaşayış evi RAT********** saylı sığorta şəhadətnaməsi ilə Cavabdeh1 Sığorta Şirkətində sığortalanmışdır. Aşağıda göstərilənlərə əsasən hesab edirik ki, iddiaçının Cavabdehə qarşı iddiası əsassız olduğı üçün təmin edilə bilməz. ünvan 9ində yerləşən fərdi yaşayış evinə Erməni Silahlı Qüvvələri tərəfində atılan raket nəticəsində zərər dəyməsinə münasibətdə sığortaçı aşağıdakı tədbirlər görmüşdür. Belə ki, Cavabdeh3 Başçısının Aparatı tərəfindən Cavabdeh1 Sığorta Şirkə ASC-yə Erməni Silahlı Qüvvələri tərəfindən atılmış raket mərmisi rayonun Çöhranlı ərazisinə düşmüş və yaxın ərazilərdə yerləşən fərdi yaşayış evlərinə və məktəb binasına ziyanlıq yetirməsi barədə məlumat vermişdir.Cavabdeh1 Sığorta Şirkəti ASC cavab məktubunda sığortalı İddiaçı məxsus əmlaka da zərər dəyməsinin mümkünlüyünə dair arayış təqdim edilməsinin zəruriliyi barədə məlumat vermiş, lakin Cavabdeh3 Başçısının Aparatı tərəfindən hadisənin ba verməsi faktını, habelə nəticəsini təsdiq edən sənədlərin hazırlanıb verilməsininin mümkünsüz olduğ bildirilmişdir. Cavabdeh1 Sığorta Şirkəti ünvan 2i ərazisində və ya yaxın ərazilərdə hs hansı fövqəladə halın baş verib-verməməsi, baş veribsə hadisənin baş verməsi faktı (və ya səbəbini' habelə nəticəsini təsdiq edən sənədlərin əldə edilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin (bunda sonra FHN) X13 İdarəsinə, FHN-nin Əməliyyat və İstintaq idarəsinə və FHN-ni Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə eyni məzmunlu sorğular göndərmişdir. FHN X13 İdarəsi sorğuya cavab olaraq bildirmişdir ki, X5 məxsus əmlakda heç bir yanğın hadisəsi baş verməmişdir. Digər məsələlər isə həmi İdarənin səlahiyyətlərinə aid deyildir. FHN-nin Əməliyyat və İstintaq İdarəsi sorğuya cavab olaraq bildirmişdir ki, X5 məxsus fərdi yaşayış evində hər hansı fövqəladə halın və ya təbii fəlakətin baş verməs həmçinin hərbi əməliyyat hadisəsinin olması ilə bağlı idarədə material araşdırılmamış, cinayət işini istintaqı aparılmamışdır. FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi sorğuya cavab olaraq bildirmişdir ki, subasma, hərbi əməliyyatlar nəticəsində ziyan dəyməsi ilə bağlı Agentlikdə hər hansı bir məlumatın olmadığı müəyyən edilmişdir. Sığorta hadisənin araşdırılması üçün sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları (hadisənin baş vermə vaxtı, yeri, hadisənin baş verməsində təqsirli olan və (və ya) zərərçəkən şəxs(lər), həmçinin zərər dəymiş əmlak, zərərin xüsusiyyətləri) barədə səlahiyyətli orqanın təqdim etdiyi arayış hadisənin araşdırılması üçün zəruri sənədlərdən biri hesab edilir. Qeyd edilənlərdən görünür ki, İddiaçı məxsus fərdi yaşayış evinə hərbi əməliyyatlar nəticəsində zərər dəyməsi faktını heç bir səlahiyyətli orqan təsdiqləmir və bu barədə məlumat daxil olmadığını bildirmişdirlər. Eyni zamanda Mülki Məcəllənin 935.1.3-cü maddəsinə əsasən müqavilə və ya icbari sığorta qanunları ilə hərbi risklərin sığortalanması nəzərdə tutulmadıqda hadisənin baş verməsinin hərbi əməliyyatlar və ya hərbi xarakterli tədbirlər hesab edilən halların nəticəsi olması sığorta ödənişinin verilməsindən imtina üçün əsasdır.“İcbari Sığortalar haqqında” Qanunun 21.1.1 -ci maddəsinə əsasən hadisə və ya hal hərbi əməliyyatlar, terrorçuluq, kütləvi iğtişaşlar, nüvə partlayışı, radioaktiv çirklənmə ilə bağlı olduqda sığorta ödənişinin verilməsi nəzərdə tutulmur. İddianın digər əsasını təşkil edən məişət-çirkab sularının axması nəticəsində yaşayış evinə zərər dəyməsi ilə bağlı bildirirəm ki, Cavabdeh3 Başçısının Aparatı tərəfindən bu barədə məlumat verilmişdir. O, məktubunda bildirmişdir ki, hadisə təbii subasma nəticəsində fərdi yaşayış evinə zərər dəymişdir. Atəşgah” Sığorta Şirkəti tərəfindən cavab məktubunda təbii suyun hansı növünün olması və hadisə barədə ətraflı məlumat vermələri xahiş olunmuşdur. Cavabdeh3 Başçısının Aparatı tərəfindən sorğuya cavab olaraq bildirilmişdir ki, fərdi yaşayış evinin arxa hissəsində olan sahibsiz ərazi ətraf ərazilərdə yerləşən fərdi yaşayış evlərindən və obyektlərdən axıdılan məişət-çirkab sularının yığılması nəticəsində su ilə dolmuş, nəticədə İddiaçı məxsus həyətyanı torpaq sahəsində həmin ərazi ilə bitişik sərhəddə inşa etdirdiyi fərdi yaşayış evinə ziyan dəymişdir.“Atəşgah" Sığorta Şirkəti 2 nömrəli Regional Sukanal idarəsinin X8 sorğu ünvanlamış, həmin sorğuda sığorta hadisəsi ilə bağlı aparılan araşdırma zamanı X2 izahatı da qeyd edilmişdir. O izahatında bildirmişdir ki, Su Kanal idarəsinə məxsus olan içməli su xəttindən ona məxsus əmlakın arxa tərəfinə 2 ay ərzində su axmış və bunun nəticəsində həmin fərdi yaşayış evinin sol yan və qarşı divarlarının birləşmə sahəsində çoxlu sayda çatlar əmələ gəlmişdir. Bundan sonra o, Su Kanal İdarəsinə müraciət etmiş, müraciəti əsasında su axıntısının dayandırılmışdır. Qeyd edilənləri nəzərə alaraq, İdarədən hadisənin baş verməsi faktı (və ya səbəbini), habelə nəticəsini təsdiq edən sənədləri təqdim etmələri xahiş olunmuşdur."xxxx" ASC-nin 2 nömrəli Regional Sukanal İdarəsi tərəfindən sorğuya cavab olaraq bildirilmişdir ki, "xxxx" ASC-nin 2 nömrəli Regional Sukanal İdarəsinin və Kürdəmir Sukanal sahəsinin mühəndisləri İddiaçı iştirakı ilə onun yaşadığı ünvana və ətraf ərazilərə baxış keçirmişdir. Nəticədə bildirirlər ki, həmin sahələrdə "xxxx" ASC-yə məxsus içməli su xətti və ya çirkab su kanalizasiya xətti mövcud deyil. İddiaçı mövcud olmayan su xəttindəki qəzanın baş verməsi və qəzanın aradan qaldırılması haqqında olan iradları tamamilə əsassızdır. Göründüyü kimi, iş üzrə nə hərbi əməliyyatlar nə də sahibsiz ərazilərdən axan su nəticəsində İddiaçı məxsus fərdi yaşayış evinə zərər dəyməsi faktı təsdiqlənməmişdir. Odur ki, Cavabdeh1 Sığorta Şirkəti sığorta hadisəsinin baş verməməsi barədə qərar qəbul edərək, sığorta ödənişinin verilməsindən imtina etmişdir. Mülki Məcəllənin 935.1.8-ci maddəsinə əsasən baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi sığorta ödənişinin verilməsindən imtina üçün əsasdır. İddiaçı “sığorta hadisəsinin qeydə alınmasına dair” iddiasının rədd olunması barədə qətnamə qəbul edəsiniz. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş üçüncü şəxs Azərbaycan Respublikası Mərkəzi Bankı məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə üçüncü şəxslər Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçınının nümayəndəsi və vəkilinin, eləcə də cavabdehin nümayəndəsinin izahatlarını dinləyib belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Cavabdeh1 SŞ ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli, RAT********** nömrəli Daşınmaz Əmlakın İcbari Sığorta şəhadətnaməsindən görünür ki, İddiaçı ünvan 2i ünvanında yerləşən yaşayış evi Cavabdeh1 SŞ ASC qarşısında yanğın və digər əlavə risklərdən xx.xx.2021-ci il tarixədək sığortalamışdır. İş materiallarına əlavə edilmiş Cavabdeh3 Başçısının aparatının İddiaçı ünvanlanmış məktubundan görünür ki, Cavabdeh1 Sığorta Şirkəti ASC tərəfindən sığortalanmış fərdi yaşayış evinizə dəymiş ziyanın müəyyən edilməsi ilə bağlı rayon İcra Hakimiyyəti adından sığorta şirkətinin rəhbərliyinə məktub ünvanlanmışdır. İş materiallarına əlavə edilmiş Cavabdeh3 Başçısının aparatının İddiaçı ünvanlanmış məktubundan görünür ki, fərdi yaşayış evinə 28 oktyabr 2020-ci il tarixində tərəflərindən vizual-texniki baxış keçirilərkən müəyyən edilmişdir ki, təbii subasma və 22 oktyabr 2020ci il tarxində rayon ərazisinə Erməni silahlı qüvvələri tərəfindən endirilmiş raket zərbəsi nəticəsində fərdi yaşayış evinizin sol yan və qarşı divarlarının birləşmə sahəsində çoxlu sayda iri həcimli çatlar əmələ gəlmiş, araşdırılarkən müəyyən edilmişdir ki, sizə məxsus fərdi yaşayış eviniz Cavabdeh1 Sığorta Şirkəti ASC tərəfindən sğortalanmış və baxılıb köməklik göstərilməsi barədə rayon İcra Hakimiyyəti adından həmin sğorta şirkətinin rəhbərliyinə məktubla müraciət olunmuşdur. İş materiallarına əlavə edilmiş Cavabdeh3 Başçısının aparatının Atəşgah SŞ ASC-yə ünvanlanmış məktubundan görünür ki, Cavabdeh3 Sizin O-AP-2021 0637 nömrəli 2021-ci il 12 fevral tarixli məktubunuzla əlaqədar bildirir ki, 2020-ci il 22 oktyabr tarixində, səhər saat 9-00 radələrində Erməni silahlı qüvvələri tərəfindən atılmış raket mərmisi rayonunun Çöhranlı ərazisinə düşmüş və yaxın ərazilərdə yerləşən fərdi yaşayış evlərinə və məktəb binasına ziyanlıqlar etmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı məktubundan görünür ki, 28 sentyabr 2021-ci il tarixli NO-AP-2021-4509 saylı Cavabdeh1 SŞ ASC-nin tələb etdiyi sənədləri təqdim etmişdir. İş materiallarına əlavə edilmiş X3 Azərbaycan Respublikası Mərkəzi Bankının baş direktoruna ünvanladığı xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, yaşayış evinə raket partlayışı nəticəsində dəymiş ziyana görə sığorta ödənişinin əldə olunmasına göstəriş verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Atəşgah SŞ ASC-nin İddiaçı ünvanladığı 07 yanvar 2021-ci il tarixli məktubundan görünür ki, Cavabdeh1 Sığorta Şirkətinə daxil olmuş ünvan 2i ünvanında yerləşən fərdi yaşayış evinizə dəymiş zərərin ödənilməsi ilə bağlı 22 dekabr 2020-ci il tarixli məktubunuza baxılmış, “İcbari sığortalar haqqında” Qanunun 17-ci maddəsində sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədlər siyahısında həmçinin səlahiyyətli orqanın təqdim etdiyi arayış qeyd olunmuşdur. Mülki Məcəllənin 924.2-ci maddəsinə əsasən, sığorta hadisəsi hesab edilə bilən, araşdırılması və ya qeydə alınması tələb olunan hadisələr barədə səlahiyyətli dövlət orqanlarına belə hadisələrin baş verməsi faktını və (və ya) səbəbini, habelə nəticələrini təsdiq edən sənədin alınması üçün yazılı sorğu vermək sığortaçının və ya onun nümayəndəsinin vəzifəsi, baş vermiş hadisə ilə bağlı fərdi yaşayış evinə dəymiş zərərin xarakteri və səbəbinin müəyyən edilməsi üçün 14 dekabr 2020-ci il tarixində Cavabdeh1 Sığorta Şirkəti tərəfindən Cavabdeh3nə sorğu ünvanlanması, hadisənin səbəbləri müəyyən edildikdən sonra iş üzrə qanunamüvafiq qərar qəbul edilməsi bildirilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh3 Atəşgah SŞ ASC-yə ünvanladığı 25 yanvar 2021-ci il tarixli məktubunun surətindən görünür ki, Cavabdeh3 Atəşgah SŞ ASCdə Daşınmaz əmlakın icbari sığortası növü üzrə RAT********** saylı sığorta şəhadətnaməsi əsasında sığortalanmış, Kürdəmir rayonunun Atakişili kəndində yerləşən fərdi yaşayış evinin təbii subasmasının təbii suyun hansı növünün olduğu və hadisəyə necə təsir etdiyi barədə 2020-ci il 14 dekabr tarixli O-AP-2020-4904 nömrəli məktubunuza cavab olaraq bildiririk ki, sığortalanmış fərdi yaşayış evinin arxa hissəsində olan sahibsiz ərazi ətraf ərazilərdə yerləşən fərdi yaşayış evlərindən və obyektlərdən axıdılan məişət-çirkab sularının yığılması nəticəsində su ilə dolmuş, nəticədə İddiaçı məxsus həyətyanı torpaq sahəsində həmin ərazi ilə bitişik sərhəddə inşa etdirdiyi fərdi yaşayış evinə ziyan dəymişdir. İş materiallarına əlavə edilmiş Atəşgah SŞ ASC-nin 03 fevral 2021-ci il tarixli məktubundan görünür ki, Cavabdeh1 Sığorta Şirkəti ASC-də Daşınmaz əmlakın icbari sığortası növü üzrə RAT********** saylı sığorta şəhadətnaməsi əsasında sığortalanmış İddiaçı məxsus ünvan 2i ünvanında yerləşən fərdi yaşayış evinə xx.xx.2020-ci il tarixində hərbi əməliyyatlar nəticəsində zərərin əmələ gəlməsi barədə məlumat daxil olmuş, sığorta hadisəsinin tənzimlənməsində yaranmış zərurətlə əlaqədar 2020-ci ilin Oktyabr ayında ünvan 2i ünvanında yerləşən İddiaçı məxsus əmlakda hər hansı fövqəladə halın və ya təbii fəlakətin (leysan, fırtına, qasırğa, tufan), həmçinin sığortalının müraciətinə əsasən hərbi əməliyyat hadisəsinin olub-olmaması barədə məlumat təqdim edəsiniz. Hərbi əməliyyatlar olduğu təqdirdə həmin hadisə nəticəsində evin zədələnib-zədələnməməsini təsdiq edən və yaranmış zərərin meydana gəlmə səbəbləri barədə tərtib olunmuş müvafiq rəyi şirkətimizə təqdim edilməsi xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş Atəşgah SŞ ASC-nin Cavabdeh3nə ünvanladığı 12 fevral 2021-ci il tarixli məktubunun surətindən görünür ki, "Atəşgah” Sığorta Şirkətində daşınmaz əmlakın icbari sığortası növü üzrə RAT********** saylı şəhadətnamə ilə sığortalanmış İddiaçı məxsus ünvan 8i ünvanında yerləşən əmlaka hərbi əməliyyatlar nəticəsində zərəirin əmələ gəlməsi barədə məlumat daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 924.2 maddəsini rəhbər tutaraq, İddiaçı məxsus ünvan 8i ünvanında yerləşən əmlakda hadisənin baş verməsi faktını və (və ya) səbəbini, habelə nəticələrini təsdiq edən sənədi “Atəşgah" Sığorta Şirkətinə təqdim edilməsi xahiş olunmuşdur. İş materiallarına əlavə edilmiş Atəşgah SŞ ASC-nin 17 fevral 2021-ci il tarixli məktubundan görünür ki, Cavabdeh1 Sığorta Şirkəti ASC-də “Daşınmaz əmlakın icbari sığortası”növü üzrə RAT********** saylı sığorta şəhadətnaməsi əsasında sığortalanmış ünvan 9i ünvanında yerləşən əmlakınıza dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı müraciətinizə baxılmış, Cavabdeh3 Başçısının Aparatı tərəfindən şirkətə daxil olmuş 2/53- 8 nömrəli məktubunda, sığortalanmış fərdi yaşayış evinin arxa hissəsində olan sahibsiz ərazi ətraf ərazilərdə yerləşən fərdi yaşayış evlərindən və obyektlərdən axıdılan məişətçirkab sularının yığilması nəticəsində su ilə dolduğu və sizə məxsus həyətyani torpaq sahəsində həmin ərazi ilə bitişik sərhəddə inşa etdirdiyiniz fərdi yaşayış evinə ziyan dəydiyi qeyd olunmuşdur. Daşınmaz əmlakın icbari sığortası üzrə sığorta təminatı Azərbaycan Respublikasının “İcbari sığortalar haqqında” Qanunununa əsasən sığorta hadisələri baş verdikdə yaranır. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, “məişət-çirkab sularının yığılması” nəticəsində əmlaka dəymiş ziyan Azərbaycan Respublikasının “İcbari sığortalar haqqında” Qanununun 36.1 maddəsinə əsasən sığorta təminatına daxil deyildir və sığorta hadisəsi hesab edilmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 935.1.8 maddəsini rəhbər tutaraq, baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi imtinaya əsas olduğu üçün Cavabdeh1 Sığorta Şirkəti bu hadisə ilə bağlı Sizə sığorta ödənişinin verilməsindən imtina edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının İddiaçı ünvanlanmış 04 mart 2021-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından Azərbaycan Respublikasının Mərkəzi Bankına (Mərkəzi Bank) daxil olmuş müraciətinizə baxılmış, Mülki Məcəllənin 924.2-ci maddəsinə müvafiq olaraq sığorta hadisəsi hesab edilə bilən, araşdırılması və ya qeydə alınması tələb olunan hadisələr barədə səlahiyyətli dövlət orqanlarına belə hadisələrin baş verməsi faktını və (və ya) səbəbini, habelə nəticələrini təsdiq edən sənədin alınması üçün yazılı sorğu vermək sığortaçının və ya onun nümayəndəsinin vəzifəsidir.Cavabdeh1 Sığorta Şirkəti tərəfindən təqdim olunmuş sənədlərə əsasən müəyyən olunmuşdur ki, müraciətinizdə qeyd olunmuş hadisə ilə əlaqədar sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə müvafiq sənədi almaq məqsədilə Cavabdeh3nə xx.xx.2021-ci il tarixli sorğu göndərilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq bildiririk ki, Cavabdeh1 Sığorta Şirkəti tərəfindən Cavabdeh3nə ünvanlanmış sorğu cavablandırıldıqdan və müvafiq sənədlər sığorta şirkətinə təqdim edildikdən sonra sığorta ödənişinin verilməsi məsələsinə baxılması müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Atəşgah SŞ ASC-nin 21 aprel 2021-ci il tarixli məktubundan görünür ki, Cavabdeh1 Sığorta Şirkəti ASC-də daşınmaz əmlakın icbari sığorta növü üzrə sığortalanmış ünvan 2 ünvanında yerləşən yaşayış evinə məişət-çirkab sularının yığılması nəticəsində zərər dəymişdir.“İcbari Sığortalar haqqında” Azərbaycan Respubiikası Qanunun 36-cı və 36.1 maddəsinə əsasən, məişət-çirkab suları nəticəsində əmlaka dəymiş zərər sığorta təminatına aid edilmədiyindən sığorta ödənişinin verilməsindən imtina barədə qərar qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının 07 iyun 2021-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankında (Mərkəzi Bank) vətəndaş Əjdər Zərbalıyevin müraciətinə baxılmışdır.“İcbari sığortalar haqqında" Qanunun (Qanun) 17.1.4 cü maddəsinə əsasən həmin Qanunun xüsusi bölməsində ayrı qayda nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları (hadisənin baş vermə vaxtı, yeri, hadisəsinin baş verməsində təqsirli olan və (və ya) zərərçəkən şəxs (şəxslər), həmçinin zərər dəymiş əmlak, zərərin xüsusiyyətləri) barədə səlahiyyətli orqanın təqdim etdiyi arayış sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədlərdəndir. Qanunun 36.1.5-ci maddəsinə görə daşınmaz əmlakın su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur. Müraciətdə qeyd olunan məsələ ilə əlaqədar Cavabdeh1 Sığorta Şirkəti ASC (sığortaçı) tərəfindən təqdim edilmiş məlumata əsasən müəyyən edilmişdir ki, həmin sığortaçıda icbari qaydada sığortalanmış vətəndaş Əjdər Zərbalıyevə məxsus ünvan 2i ünvanında yerləşən daşınmaz əmlaka məişət-çirkab sularının yığılması nəticəsində maddi zərər dəymişdir. Hadisə ilə əlaqədar sığortaçı tərəfindən Cavabdeh3nə ünvanlanmış sorğuya cavab olaraq həmin səlahiyyətli orqan tərəfindən təqdim edilmiş məktubda sığortalanmış fərdi yaşayış evinin arxa hissəsində olan sahibsiz ərazinin ətraf ərazilərdə yerləşən fərdi yaşayış evlərindən və obyektlərdən axıdılan məişət-çirkab sularının yığılması nəticəsində su ilə dolması və bu səbəbdən vətəndaş Əjdər Zərbalıyevə məxsus həyətyanı torpaq sahəsində həmin ərazi ilə bitişik sərhəddə inşa edilmiş fərdi yaşayış evinə ziyan dəydiyi qeyd edilmişdir. Sığortaçı tərəfindən məişət-çirkab suları nəticəsində daşınmaz əmlaka zərər dəyməsi halının sığorta təminatına aid edilmədiyi əsas gətirilməklə sığorta ödənişinin verilməsindən imtina edilmişdir. Lakin Qanunda qeyd olunan hadisə sığorta təminatına istisna olaraq nəzərdə tutulmamış, həmçinin daşınmaz əmlakın yaşayış və qeyri-yaşayış sahələrindən daxil olan su nəticəsində subasma nəticəsində zədələnməsi sığorta hadisəsi hesab edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 102.1 -ci və 102.2.7-ci maddələrini rəhbər tutaraq baş vermiş sığorta hadisəsi nəticəsində vətəndaş Əjdər Zərbalıyevə məxsus daşınmaz əmlaka dəymiş zərərə görə sığorta ödənişi məbləğinin 7 iş günü müddətində hesablanaraq faydalanan şəxsə ödənilməsinin təmin edilməsi və bu barədə məlumatın Mərkəzi Banka təqdim edilməsi tələb olunmuşdur. İş materiallarına əlavə edilmiş Atəşgah SŞ ASC-nin 22 iyun 2021-ci il tarixli məktubundan görünür ki, "Atəşgah” Sığorta Şirkəti ASC-də Daşınmaz əmlakın icbari sığortası növü üzrə RAT********** saylı sığorta şəhadətnaməsi əsasında sığortalanmış İddiaçı məxsus ünvan 2i ünvanında yerləşən fərdi yaşayış evinə naməlum tarixdə subasma və eləcə də, xx.xx.2020-ci il tarixində hərbi əməliyyatlar nəticəsində zərərin əmələ gəlməsi barədə məlumat daxil olmuş, göstərilən əmlaka qeyd olunan hadisələr nəticəsində zərər dəyməsilə bağlı müvafiq araşdırma aparılmasını, hadisənin baş verməsi faktını və (və ya) səbəbini, habelə nəticələrini təsdiq edən sənədi Cavabdeh1 Sığorta Şirkətinə təqdim edilməsi xahiş olunmuşdur. İş materiallarına əlavə edilmiş Cavabdeh1 SŞ ASC-nin 23 iyun 2021-ci il tarixli məktubundan görünür ki, sığorta hadisəsi ilə bağlı aparılan araşdırma zamanı İddiaçı izahat vərərək, Su Kanal idarəsinə məxsus olan içməli su xəttindən ona məxsus əmlakın arxa tərəfinə 2 ay ərzində su axmış və bunun nəticəsində həmin fərdi yaşayış evinin sol yan və qarşı divarlarının birləşmə sahəsində çoxlu sayda çatlar əmələ gəlmişdir. Sonradan İddiaçı həmin idarəyə müraciəti nəticəsində su axıntısının dayandırıldığını da bildirmiş, hadisənin baş vermə faktı və (və ya) səbəbi, habelə nəticələri barədə bizə məlumat təqdim edilməsi xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh1 SŞ ASC-nin 28 sentyabr 2021-ci il tarixli məktubundan görünür ki, Cavabdeh1 Sığorta Şirkəti ASC-də “Daşınmaz əmlakın icbari sığortası” növü üzrə RAT********** saylı sığorta şəhadətnaməsi əsasında sığortalanmış ünvan 2i ünvanında yerləşən əmlakınıza dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı müraciətinizə baxılmışdır. Bildiririk ki, sığorta hadisənin araşdırılması zamanı tərəfimizdən : 1) xx.xx.2020-ci il tarixində FHNDYNİ-nə sorğu göndərilmiş və xx.xx.2020-ci il tarixində cavab olaraq fərdi yaşayış evində heç bir yanğın hadisəsi baş vermədiyi bildirilmişdir. 2) xx.xx.2020-ci il tarixində Cavabdeh3 Memarlıq və tikinti şöbəsinə təbii suyun hansı növü olduğu barədə sorğu göndərilmiş, xx.xx.2021-ci il tarində cavab olaraq fərdi yaşayış evinə məişət - çirkab sularının yığılması nəticəsində dolduğu və nəticədə sözü gedən əmlaka ziyan dəydiyi bildirilmişdir. 3) xx.xx.2021-ci il tarixində FHN Əməliyyat və İstintaq İdarəsinə əmlakda hər hansı fövqəladə halın və ya təbii fəlakətin, həmçinin sığortalının müraciətinə əsasən hərbi əməliyyat olub-olmamsı barədə sorğu ünvanlanmış və xx.xx.2021-ci ildə həmin idarənin hadisə ilə bağlı araşdırılmadığı və cinayət işinin istintaqı aparılmadığı cavab olaraq bizə gəlmişdir 4) xx.xx.2021-ci il tarixində hadisə ilə bağlı sizə AR Mülki Məcəlləsinin 935.1.8 maddəsi ilə imtina məktubu göndərilmişdir. 5) xx.xx.2021-ci il tarixində atılan raket mərmisi nəticəsində əmlaka zərərin dəyməsinin mümkünlüyü barədə məlumat almaq üçün sorğu göndərilmiş, lakin həmin sorğuya cavab daxil olmadığı üçün 10 iyun 2021-ci ildə təkrar sorğu göndərilmiş, lakin yenədə cavab gəlməmişdir. 6) xx.xx.2021-ci il tarixində FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə subasma və 22 oktyabr 2020-ci il tarixində hərbi əməliyyatlar zamanı ziyan dəyməsi ilə əlaqədar sorğu göndərilmiş və xx.xx.2021-ci il tarixində Agentlikdə hər hansı bir məlumatın olmadığı barədə bizə cavab gəlmişdir. 7) xx.xx.2021-ci il tarixində 2 nömrəli Regional Sukanal İdarəsinə hadisənin baş vermə faktı və (və ya) səbəbi, habelə nəticələri barədə məlumat almaq üçün sorğu göndərilmiş və xx.xx.2021- ci il tarixində nəticə olaraq, İddiaçı məxsus evin arxa tərəfindəki fərdi yaşayış sahəsində "xxxx"ASC-yə məxsus içməli su xətti və çirkab su kanalizasiya xətti mövcüd olmadığı və İddiaçı mövcüd olmayan su xəttindəki qəzanın baş verməsi və qəzanın aradan qaldırılması haqqında olan iradları tamamilə əsassız olduğu barədə cavab gəlmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq bildiririk ki, səlahiyyətli orqanların təqdim etdiyi arayışlarda uyğunsuzluq mövcüddur. İcbari Sığortalar haqqında qanununun 17.1.4. maddəsinə əsasən, bu Qanunun Xüsusi bölməsində ayrı qayda nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları (hadisənin baş vermə vaxtı, yeri, hadisəsinin baş verməsində təqsirli olan və (və ya) zərərçəkən şəxs (şəxslər), həmçinin zərər dəymiş əmlak, zərərin xüsusiyyətləri) barədə səlahiyyətli orqanın təqdim etdiyi aravıs sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədlər siyahısındadır. Odur ki, Cavabdeh1 Sığorta Şirkəti ASC-yə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatlarını təsdiq edən sənədlər təqdim olunduqdan sonra sığorta ödənişinin verilibverilməməsi məsələsinə baxılacaqdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası "xxxx" ASC 2 nömrəli regional sukanal İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Kürdəmir rayon Atakişili kənd sakini İddiaçı məxsus yaşayış evinə dəymiş ziyanla bağlı iddialar ilə əlaqədar olaraq "Azərsu” ASC-nin 2 Ne-li Regional Sukanal İdarəsinin və Kürdəmir sukanal sahəsinin mühəndisləri həmin şəxs Əjdər müəllimin iştirakı ilə yaşadığı ünvana baxış keçirilmişdir. Nəticə olaraq bildirmək istəyirik ki, ona məxsus evin arxa tərəfindəki fərdi yaşayış sahəsində "xxxx" ASC-yə məxsus içməli su xətti və ya çirkab su kanalizasiya xətti mövcud deyil. Nəzərinizə çatdırırıq ki, İddiaçı mövcud olmayan su xəttindəki qəzanın baş verməsi və qəzanın aradan qaldırılması haqqında olan iradları tamamilə əsassız olması müəyyən olmuşdur. İş materiallarına əlavə edilmiş Cavabdeh1 SŞ ASC-nin Cavabdeh3nə ünvanladığı 20 aprel 2021-ci il tarixli məktubundan görünür ki, ünvanlanan xx.xx.2021 tarixli, N O-AP- 2021-0637 saylı məktuba təqdim edilən N92/223-8 saylı cavab məktubunda qeyd olunub ki, 22 oktyabr 2020 tarixdə Erməni silahlı qüvvələri tərəfindən raket mərmisinin Çöhranlı ərazisinə və yaxın ərazilərə düşməsi nəticəsində fərdi yaşayış evlərinə və məktəb binasına zərər dəymişdir. Cavabdeh1 Sığorta Şirkətində daşınmaz əmlakın icbari sığortası növü üzrə RAT********** saylı şəhadətnamə ilə sığortalanmış İddiaçı məxsus ünvan 8i ünvanında yerləşən əmlaka hərbi əməliyyatlar nəticəsində zərəirin əmələ gəlməsi barədə məlumat daxil olmuşdur. Qeyd olunan tarixdə atılan raket mərmisi nəticəsində İddiaçı məxsus əmlaka da zərərin dəyməsinin mümükünlüyü barədə məlumat təqdim etməyinizi xahiş edirik. Həmçinin nəzərinizə çatdırmaq istərdik ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 924.3 maddəsinə uyğun olaraq səlahiyyətli dövlət orqanları sığortaçının və ya onun nümayəndəsinin yazılı sorğusuna əsasən, sığorta hadisəsi ilə əlaqədar tələb olunan, yayılması “İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanunu ilə qadağan olunmayan istənilən məlumatı sorğunun daxil olduğu tarixdən etibarən 10 gün müddətində təqdim etməlidir. İş materiallarına əlavə edilmiş Cavabdeh1 SŞ ASC-nin Fövqəladə Hallar Nazirliyinin X13 İdarəsinə ünvanladığı 27 noyabr 2021-ci il tarixli məktubunun surətindən görünür ki, “Atəşgah" Sığorta Şirkəti ASC-də Daşınmaz əmlakın icbari sığortası növü üzrə RAT********** saylı sığorta şəhadətnaməsi əsasında sığortalanmış İddiaçı məxsus ünvan 2i ünvanında yerləşən fərdi yaşayış evinə xx.xx.2020-ci il tarixində hərbi əməliyyatlar nəticəsində zərərin əmələ gəlməsi barədə məlumat daxil olmuşdur. Sığorta hadisəsinin tənzimlənməsində yaranmış zərurətlə əlaqədar 2020-ci ilin Oktyabr ayında ünvan 2i ünvanında yerləşən İddiaçı məxsus əmlakda hər hansı fövqəladə halın olub-olmaması barədə məlumat təqdim edəsiniz. Fövqəladə hal olduğu təqdirdə həmin hadisə nəticəsində evin zədələnib-zədələnməməsini təsdiq edən və yaranmış zərərin meydana gəlmə səbəbləri barədə tərtib olunmuş müvafiq rəyi şirkətə təqdim edilməsi xahiş olunmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 SŞ ASC ilə İddiaçı arasında xx.xx.2020-ci il tarixli icbari sığorta şəhadətnaməsi (müqaviləsi) imzalanmış ünvan 2i ünvanında yerləşən fərdi yaşayış evi əmlak sığortası növü ilə sığortalanmış, sığortalı İddiaçı müraciət edərək, sığortalanmış əmlakın sığorta hadisəsinə məruz qaldığını bildirərək sığorta ödənişinin ödənilməsini tələb etmişdir. Cavabdeh1 Sığorta Şirkəti ASC isə müqavilə və ya icbari sığorta qanunları ilə hərbi risklərin sığortalanmasının nəzərdə tutulmadıqda hadisənin baş verməsinin hərbi əməliyyatlar və ya hərbi xarakterli tədbirlər hesab edilən halların nəticəsi olmasının sığorta ödənişinin verilməsindən imtina üçün əsas olmasına, həmçinin "xxxx" ASC-nin 2 nömrəli Regional Sukanal İdarəsi tərəfindən sorğuya cavaba əsasən, həmin sahələrdə "xxxx" ASC-yə məxsus içməli su xətti və ya çirkab su kanalizasiya xəttinin mövcud olmamasını göstərərək, iş üzrə nə hərbi əməliyyatlar, nə də sahibsiz ərazilərdən axan su nəticəsində İddiaçı məxsus fərdi yaşayış evinə zərər dəyməsi faktının təsdiqlənməməsinə istinad edərək sığorta hadisəsinin baş verməməsi əsası ilə sığorta ödənişinin verilməsindən imtina etmişdir. Məhkəmə iddia tələbinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 925.1-ci maddəsinə əsasən, sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. Sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır. (MM 925.3.) Həmin Məcəllənin 926.1-ci maddəsinə əsasən, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Mülki Məcəllənin 935.1.3-cü maddəsinə əsasən müqavilə və ya icbari sığorta qanunları ilə hərbi risklərin sığortalanması nəzərdə tutulmadıqda hadisənin baş verməsinin hərbi əməliyyatlar və ya hərbi xarakterli tədbirlər hesab edilən halların nəticəsi olması sığorta ödənişinin verilməsindən imtina üçün əsasdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən, icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır. Bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. (13.2) Həmin Qanunun 15.1-ci maddəsinə əsasən, icbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən, zərər dəymiş əmlakın təmiri və ya bərpası texniki və digər səbəblərdən mümkün olmadıqda, yaxud səmərəsiz olduqda, o, məhv olmuş hesab edilir. Əmlaka dəyən zərərin məbləği zərər dəymiş əmlakın təmiri və ya bərpası üçün birbaşa çəkilən xərclərdən, yaxud həmin əmlak məhv olmuş hesab edildikdə, onun sığorta hadisəsinin baş verməsindən bilavasitə əvvəlki dəyərindən; zərəri azaltmaq məqsədi ilə binaların, qurğuların, avadanlığın sökülməsi və başqa yerə köçürülməsi ilə bağlı xərclərdən; zərər dəymiş əmlakın daşınması, habelə onun qalıqlarının yığılması və daşınması ilə bağlı xərclərdən; sığorta hadisəsi zamanı zərəri azaltmaq məqsədi ilə görülən tədbirlər nəticəsində əmələ gələn digər zərərlərdən ibarətdir. (Qanun 15.3) “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.1-ci maddəsinə əsasən hadisə və ya hal hərbi əməliyyatlar, terrorçuluq, kütləvi iğtişaşlar, nüvə partlayışı, radioaktiv çirklənmə ilə bağlı olduqda sığorta ödənişinin verilməsi nəzərdə tutulmur. Həmin Qanunun 36.1.5-ci maddəsinə əsasən, su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma nəticəsində daşınmaz əmlakın zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən, digər yaşayış məntəqələrində yerləşən daşınmaz əmlak üzrə sığorta məbləği 15.000 manat, azadolma məbləği 150 manat təsbit edilmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı mülkiyyətində olan ünvan 2i ünvanında yerləşən fərdi yaşayış evini Cavabdeh1 SŞ ASC-də icbari sığorta növü ilə sığortalamışdır və bu işin mübahisəsiz halıdır. Məhkəmə tərəflərin izahatlarını, iş materiallarını nəzərə alaraq, iddiaçıya məxsus ünvan 2i ünvanında yerləşən fərdi yaşayış evinə hansı səbəb və ya hadisə nəticəsində zərər dəyməsinin və qeyd edilən hadisənin sığorta hadisəsi kimi tanınması halında dəymiş zərərin həcminin və ödənilməli olan sığorta ödənişinin məbləğinin müəyyən edilməsi ilə bağlı mübahisənin obyektiv həlli baxımından Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-776/2022 saylı qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin etmişdir. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 10/3961 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, tədqiq olunan yaşayış evinin ayrı-ayrı konstruktiv elementləri üzrə zədələrin, o cümlədən divarlarda yaranan çatların, divarın birləşmə yerlərindəki aralanmaların, pəncərə və qapı boşluqlarının kənarlarında iri həcmli çatların və s. əmələ gəlməsi, hər hansı təsir zamanı yaranan silkələnmələrdən, yəni torpaq sürüşməsi, zəlzələ, söküntü, qazıntı, tikintiquraşdırma işləri, raket mərmisinin düşməsi və s. nəticəsində yaranan silkələnmələrdən əmələ gələ bilər. Tədqiq olunan yaşayış evinin yaxınlığında hər hansı söküntü, qazıntı, tikinti-quraşdırma işləri aparılmadığını, eləcə də iş materiallarında olan məlumatları nəzərə alaraq, ünvan 2ində yerləşən İddiaçı məxsus fərdi yaşayış evində əmələ gəlmiş qüsurların yaxınlığına 2020-ci ilin oktyabr ayında raket mərmisinin düşməsi və məişət-çirkab sularının yığılması nəticəsində yaranmağa xarakterik olduğu müəyyən edilmişdir. ünvan 2ində yerləşən İddiaçı məxsus fərdi yaşayış evi üzrə yerinə yetirilmiş təmir-tikinti işlərinin ümumi dəyəri təqribən 2617 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi ekspert rəyində ünvan 2ində yerləşən İddiaçı məxsus fərdi yaşayış evində əmələ gəlmiş qüsurların yaxınlığına 2020-ci ilin oktyabr ayında raket mərmisinin düşməsi ilə yanaşı həmçinin məişət-çirkab sularının yığılması nəticəsində yaranmağa xarakterik olduğu da müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Mərkəzi Bankının 07 iyun 2021ci il tarixli məktubunun məzmunundan da görünür ki, ... Hadisə ilə əlaqədar sığortaçı tərəfindən Cavabdeh3nə ünvanlanmış sorğuya cavab olaraq həmin səlahiyyətli orqan tərəfindən təqdim edilmiş məktubda sığortalanmış fərdi yaşayış evinin arxa hissəsində olan sahibsiz ərazinin ətraf ərazilərdə yerləşən fərdi yaşayış evlərindən və obyektlərdən axıdılan məişət-çirkab sularının yığılması nəticəsində su ilə dolması və bu səbəbdən vətəndaş Əjdər Zərbalıyevə məxsus həyətyanı torpaq sahəsində həmin ərazi ilə bitişik sərhəddə inşa edilmiş fərdi yaşayış evinə ziyan dəydiyi qeyd edilmişdir. Sığortaçı tərəfindən məişət-çirkab suları nəticəsində daşınmaz əmlaka zərər dəyməsi halının sığorta təminatına aid edilmədiyi əsas gətirilməklə sığorta ödənişinin verilməsindən imtina edilmişdir. Lakin Qanunda qeyd olunan hadisə sığorta təminatına istisna olaraq nəzərdə tutulmamış, həmçinin daşınmaz əmlakın yaşayış və qeyri-yaşayış sahələrindən daxil olan su nəticəsində subasma nəticəsində zədələnməsi sığorta hadisəsi hesab edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 102.1 -ci və 102.2.7-ci maddələrini rəhbər tutaraq baş vermiş sığorta hadisəsi nəticəsində vətəndaş Əjdər Zərbalıyevə məxsus daşınmaz əmlaka dəymiş zərərə görə sığorta ödənişi məbləğinin 7 iş günü müddətində hesablanaraq faydalanan şəxsə ödənilməsinin təmin edilməsi və bu barədə məlumatın Mərkəzi Banka təqdim edilməsi tələb olunmuşdur. Məhkəmə qeyd edir ki, qanunvericilikdə müqavilə və ya icbari sığorta qanunları ilə hərbi risklərin sığortalanması nəzərdə tutulmadıqda hadisənin baş verməsinin hərbi əməliyyatlar və ya hərbi xarakterli tədbirlər hesab edilən halların nəticəsi olması sığorta ödənişinin verilməsindən imtina üçün əsas kimi müəyyən edilsə də, daşınmaz əmlakın yaşayış və qeyri-yaşayış sahələrindən daxil olan su nəticəsində subasması ilə zədələnməsi sığorta hadisəsi kimi tanınmalıdır. Ekspert rəyi ilə həmçinin ünvan 2i ünvanında yerləşən fərdi yaşayış evinə dəymiş ziyan 2617 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 10/3961 saylı, xx.xx.2022-ci il tarixli rəyini mötəbər sübut hesab edir və onunla razılaşır. Belə ki, rəylə razılaşmamaq üçün heç bir əsas müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Məhkəmə qanunvericiliyin tələbini, ekspert rəyini və iş materiallarını nəzərə alaraq hesab edir ki, ünvan 2ində yerləşən İddiaçı məxsus fərdi yaşayış evində əmələ gəlmiş qüsurların məişət-çirkab sularının yığılması nəticəsində yaranması öz təsdiqini tapmaqla sığorta hadisəsi kimi tanınmalıdır. Yuxarıda göstərilən qanunvericilik aktı normalarının tələbindən də görünür ki, sığorta hadisəsi baş verdiyi halda (dəymiş zərər müəyyən edilməklə) sığortaçı tərəfindən sığorta ödənişinin zərərçəkmiş şəxsə, eləcə də faydalanan şəxsə verilməsi nəzərdə tutulmuşdur. Qanunda həmçinin digər yaşayış məntəqələrində yerləşən daşınmaz əmlak üzrə sığorta məbləğinin 15.000 manat, azadolma məbləğinin 150 manat olması təsbit edilmişdir. Tərəflər arasında bağlanmış icbari sığorta müqaviləsi üzrə sığorta məbləği 15.000 manat olmaqla azadolma məbləği 150 manatdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan ünvan 2i ünvanında yerləşən fərdi yaşayış evinə dəymiş zərərin 2617 (iki min altı yüz on yeddi) manat məbləğində müəyyən edilməsi və 150 manat azadolma məbləği nəzərə alınmaqla (2617-150=2467) 2467 manat məbləğində sığorta ödənişinin cavabdehdən iddiaçının xeyrinə tutulması məqsədə müvafiqdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nın 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də əks olunmalı olduğundan, bu məsələ də öz həllini tapmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi isə 2467 manat həcmində təmin olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 44,67 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya qaytarılmalı, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, ünvan 2i ünvanında yerləşən yaşayış evinə məişət-çirkab sularının yığılması nəticəsində zərər dəyməsi sığorta hadisəsi kimi qeydə alınmaqla evə dəymiş ziyana görə 2467 (iki min dörd yüz altmış yeddi) manat məbləğində sığorta ödənişi və 44,67 (qırx dörd manat altmış yeddi qəpik) manat dövlət rüsumunun əvəzi Cavabdeh1 SŞ ASC-dən alınaraq İddiaçı ödənilməli, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 2i ünvanında yerləşən yaşayış evinə məişət-çirkab sularının yığılması nəticəsində zərər dəyməsi sığorta hadisəsi kimi qeydə alınmaqla evə dəymiş ziyana görə 2467 (iki min dörd yüz altmış yeddi) manat məbləğində sığorta ödənişi və 44,67 (qırx dörd manat altmış yeddi qəpik) manat dövlət rüsumunun əvəzi cavabdeh "xxxx" ASC-dən alınaraq İddiaçı ödənilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Cavabdeh1 SŞ ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN ********** Hesab: AZ34CTRE********************; X4 VÖEN ********** Kod: 210005 Müxbir hesabı AZ41NABZ013601**********3944, hesab, S.W.İ.F.T. BİK:CTREAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-776/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-776/2022
15.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver