Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-778/2021 21.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, İddiaçı Cavabdeh qarşı “aliment tələbinə” dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh 26 yanvar 2020-ci ildə anadan olmuş X6 adlı uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən onun xeyrinə hər ay 170 manat alimentin və uşaq 3 yaşına çatana kimi 200 manat əlavə xərcin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə ailə həyatı quraraq nikahlarını 10 avqust 2010-cu il tarixdə rəsmiləşdirmişlər, birgə ailə münasibətlərindən 08 dekabr 2011-ci ildə anadan olmuş X10, 19 may 2013-cü ildə anadan olmuş X11, 08 sentyabr 2017-ci ildə X7 və 26 yanvar 2020-ci ildə X6 adlı dörd uşaqları vardır. Evləndikləri ilk vaxtlar cavabdehlə mehriban yaşasalar da sonradan cavabdehlə münasibətləri onun ucbatından pozulmuşdur. İlk dəfə cavabdehlə münasibətləri 2018-ci ildə pozulmuş və faktiki olaraq ayrılmışlar, odur ki, o, aliment tələbi ilə məhkəməyə müraciət etmiş və Mingəçevir Şəhər Məhkəməsinin 13 aprel 2018-ci il tarixli qətnaməsi ilə 08 dekabr 2011-ci ildə anadan olmuş X9, 19 may 2013-cü ildə anadan olmuş X11, 08 sentyabr 2017-ci ildə X7 adlı uşaqların saxlanılması üçün cavabdehdən onun xeyrinə cavabdehin qazancının və ya başqa gəlirlərinin yarısı miqdarında aliment tutulması qət edilmişdir. Qətnamə çıxdıqdan bir neçə ay ay sonra cavabdehlə barışmış və bir ailə kimi yenidən yaşamağa başlamışlar. Odur ki, 26 yanvar 2020-ci ildə X6 adlı dördüncü uşaqları dünyaya gəlmişdir. Bir neçə müddətdir ki, cavabdehlə faktiki olaraq yenidən ayrılmışlar, nikahları formal xarakter daşıyır. Ayrıldıqları vaxtdan etibarən uşaqların dördü də onun himayəsindədir. Qeyd etmək istərdi bu müddətdə cavabdeh uşaqlarla maraqlanmamışdır. Onlara maddi və mənəvi dəstək verməmişdir. O özü heç bir yerdə işləmir, uşaqlara qulluq etməklə məşğul olduğu üçün alimentə ehtiyacı vardır. 08 dekabr 2011-ci ildə anadan olmuş X9, 19 may 2013-cü ildə anadan olmuş X11, 08 sentyabr 2017-ci ildə X1 üçün məhkəmə qətnaməsi ilə aliment tutulsa da, 26 yanvar 2020-ci ildə X6 adlı uşağın saxlanılması üçün aliment qət edilməmişdir. Odur ki, 26 yanvar 2020-ci ildə anadan olmuş X6 adlı uşağın saxlanılması üçün hər ay cavabdehdən onun xeyrinə 170 manat məbləğində alimentin və uşağın üç yaşına çatana qədər 200 manat məbləğində pulun tutulmasına ehtiyac vardır. Cavabdehin maddi durumu tələb etdiyi aliment ödəməyə müvafiqdir. İddiaçı məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə təqdim edərək işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul etməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin 13 aprel 2018-ci il tarixli, 2(009)-1174/2018 saylı qətnaməsindən görünür ki, Cavabdeh 08 dekabr 2011-ci il təvəllüdlü X5, 19 may 2013-cü il təvəllüdlü X8 və 08 sentyabr 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh qazancının və ya başqa gəlirlərinin yarısı miqdarında hər ay aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Beləliklə məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olunmuşdur ki, tərəflərin birgə nikahından 26 yanvar 2020-ci ildə X6 adlı uşaqları doğulmuşdur və uşaq İddiaçı himayəsində olmaqla onunla birlikdə yaşayırlar. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. «Uşaq hüquqları» haqqında Qanunun 19-cu maddəsinə əsasən valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması bərabər vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Məhkəmə iddiaçının cavabdehdən hər ay 170 manat sabit pul məbləğində alimentin tutulması iddiasına hüquqi qiymət verərək hesab edir ki, 26.01.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 170 manat sabit pul məbləğində aliment tutulması məqsədə uyğundur. Məhkəmə bu qənaətə gələrkən “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Qanunla yaşayış minimumunun uşaqlar üçün 175 manat müəyyən edildiyini, uşaqların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması zərurətini nəzərə alır. Bununla yanaşı, məhkəmə hesab edir ki, 26.01.2020-ci il təvəllüdlü X3 3 yaşına çatanadək cavabdehdən 200 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi məqsədə uyğun deyil. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2.2-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında aliment ödənilməsi barədə saziş olmadıqda arvad zəruri vəsaitə malik olan ərdən hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində aliment ödənilməsini məhkəmə qaydasında tələb edə bilər. Məhkəmə hesab edir ki, iddiaçı himayəsində azyaşlı uşaq olması ilə bağlı işləmək imkanına malik olmadığından, 26.01.2020-ci il təvəllüdlü X6 üç yaşına çatanadək cavabdeh iddiaçıya aliment ödəməlidir ki, həmin alimentin məbləğini məhkəmə 50 manat müəyyən edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Bundan əlavə, məhkəmə hesab edir ki, uşağın saxlanılmasını tam olaraq valideynlərdən birinin üzərinə qoymaq uyğun olmazdı. Həmin normaların mənasından görünür ki, uşaqların saxlanılması valideynlərdən birinin deyil, onların hər ikisinin bərabər vəzifəsidir və məhkəmə tərəflərin əmlak vəziyyətini nəzərə alaraq, bərabərlik qaydasına mümkün qədər riayət olunmasını təmin etməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 10.02.2021-ci il tarixdən başlayaraq, 26.01.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 170 manat və uşaq 3 yaşına çatanadək 50 manat aliment tutulub İddiaçı ödənilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulsun. Aliment tələbi hissəsində qətnamə dərhal icra edilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-778/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-778/2021
21.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver