Məhkəmə qərarları › İş №2(009)-790/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-790/2022

21.04.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-790/2022 21.04.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı əmək haqqının ödənilməmiş hissəsinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı əmək haqqının ödənilməmiş hissəsinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Cavabdeh MMC (işəgötürən) ilə onun (işçi) arasında 09.07.2020-ci il tarixdə əmək müqaviləsi bağlanmışdır. Həmin Müqavilənin 4.1-ci bəndində deyilir: işçiyə hər ay 800 manat məbləğdə hesablanmış əmək haqqı ödənilir. Mövcud qanunvericiliyin tələbinə görə təyin olunan əmək haqqının yalnız 3%-i Sosial Müdafiə Fonduna tutula bilər. Deməli, o, təmiz 776 manat əmək haqqı almalıdır. Lakin onun əmək haqqından qanunsuz olaraq xeyli artıq məbləğlər tutulmuşdur. O, 23.08.2021-ci ildə öz xahişi ilə işdən azad olunmuşdur. İşlədiyi 09.07.2020-ci il tarixdən 23.08.2021-ci ilə qədər aldığı əmək haqqı aşağıdakı kimi olmuşdur: 08.09.2020-ci il – 776 manat (almalı idi) – 748 manat (almışdır) – 28 manat (qalıq), 07.10.2020-ci il – 776 manat (almalı idi) – 598 manat (almışdır) – 178 manat (qalıq), 06.11.2020-ci il – 776 manat (almalı idi) – 481 manat (almışdır) – 291 manat (qalıq), 08.12.2020-ci il – 776 manat (almalı idi) – 617 manat (almışdır) – 195 manat (qalıq), 29.12.2020-ci il – 776 manat (almalı idi) – 531 manat (almışdır) – 245 manat (qalıq), 08.02.2021-ci il – 776 manat (almalı idi) – 592 manat (almışdır) – 184 manat (qalıq), 09.03.2021-ci il – 776 manat (almalı idi) – 583 manat (almışdır) – 193 manat (qalıq), 06.04.2021-ci il – 776 manat (almalı idi) – 473 manat (almışdır) – 303 manat (qalıq), 06.05.2021-ci il – 776 manat (almalı idi) – 459 manat (almışdır) – 317 manat (qalıq), 07.06.2021-ci il – 776 manat (almalı idi) – 175 manat (almışdır) – 601 manat (qalıq), 08.07.2021-ci il – 776 manat (almalı idi) – 623 manat (almışdır) – 153 manat (qalıq), 06.08.2021-ci il – 776 manat (almalı idi) – 373 manat (almışdır) – 403 manat (qalıq), 23.08.2021-ci il – 776 manat (almalı idi) – 195 manat (almışdır) – 581 manat (qalıq), cəmi ödənilməyən əmək haqqı 3676 manat təşkil edir. Həmçinin əsassız olaraq ondan 952,60 manat gəlir vergisi tutulmuşdur. Bu isə vergi qanunvericiliyinin tələblərinə ziddir. Bu problemin həll olunması və əsassız olaraq əmək haqqından kəsilmiş məbləğin ona ödənilməsi barədə ərizə ilə Cavabdeh MMC-yə müraciət etmişdir. Həmin müəssisənin Ç/B-46-114 saylı, 19.10.2021-ci il tarixli məktubu ilə ödəniş cədvəli göndərilmişdir. Bu məktubda onun qaldırdığı məsələyə heç bir aydınlıq gətirilməmişdir. Bununla əlaqədar Cavabdeh MMC-yə təkrar məktub göndərmişdir. Həmin müəssisənin təkrar ona göndərdiyi G/B-46/2/131 saylı, 17.12.2021-ci il tarixli məktubda yenə onun tələbinə heç bir münasibət bildirilməmişdir. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı qanunsuz olaraq onun əmək haqqından kəsilmiş cəmi 4628,60 manat məbləğində Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin işə mahiyyəti üzrə iddiaçının iştirakı olmadan baxılması barədə tələbini nəzərə alaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, İddiaçı 09.07.2020-ci il tarixdən 23.08.2021-ci il tarixədək əmək müqaviləsi əsasında Cavabdeh MMC-də avtobus sürücüsü vəzifəsində çalışıb. Sürücü vəzifəsində çalışdığına görə növbəli iş rejimində olub və müvafiq şöbənin iş qrafikinə uyğun olaraq çalışıb. İddiaçının əmək haqqından Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən aşağıda sadalanan tutmalar olmuşdur:

1. Dövlət Sosial Müdafiə Fondu üçün 3 faiz vəsait;

2. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 101-ci maddəsinə əsasən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən 2500 manatadək 14% vergi tutulur;

3. Cavabdeh MMC ilə Həmkarlar İttifaqı Komitəsi arasında bağlanılmış Kollektiv Müqavilənin 10-cu maddəsinin 4-cü bəndinə əsasən Həmkarlar İttifaqı Komitəsinə üzvlük haqqlarının mərkəzləşdirilmiş mühasibatlıq vasitəsi ilə işçilərin əmək haqqından 1 faizi həcmində;

4. İşsizlikdən sığorta haqqında Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən sığortaolunan tərəfindən ödənilən sığorta haqqı üzrə - işçinin əmək haqqının 0,5 faizi həcmində;

5. Tibbi sığorta haqqında Azərbaycan Respublikasının Qanununun 15-10.1-ci maddəsinə əsasən İcbari tibbi sığorta üzrə sığorta haqları aşağıdakı məbləğlərdə və dərəcələrdə müəyyən edilir: - 15-10.1.2. muzdla işləyən fiziki şəxslər, hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Azərbaycan Respublikasının Milli Məclisi və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin olunan şəxslər, seçkili ödənişli vəzifə tutan şəxslər üzrə - sığortalı tərəfindən işçinin əmək haqqının 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz sığortaolunan tərəfindən əmək haqqının 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdən yuxarı olan hissəsindən 0,5 faiz. İddiaçı iddia ərizəsində qeyd olunan işlədiyi müddət ərzində hesabladığı əmək haqqı cədvəli tamamilə yanlışdır və absuddur. Qarşı tərəfindən qeyd etdiyi rəqəmlər həqiqətən uzaqdır. Belə ki, cədvəldə qeyd edilən rəqəmlərə istinad etsələr, İddiaçı 2020-ci ilin noyabr ayında 481 manat əmək haqqı alıb. Lakin qeyd edilən tarixdə Cavabdeh MMC olaraq qarşı tərəfin əmək haqqısı tam ay işdə olduğundan 800 manat hesablanıb vergilər və digər ödənişlər çıxıldıqdan sonra 617 manat pul vəsaiti şəxsin əmək haqqı kartına köçürülmüşdür. Onların iddiaçı ilə olan münasibətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənib və heç bir hüquqpozmalara yol verilməyib. İddia yanlış və əsassızdır. Göstərilənləri nəzərə alaraq cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş üzrə Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 09.07.2020-ci il tarixli əmək müqaviləsinə əsasən İddiaçı Cavabdeh MMC-də avtobus sürücüsü vəzifəsinə işə qəbul olunmuş, aylıq əmək haqqı 800 manat müəyyən olunmuş, həmin əmək müqaviləsi üç ay müddətinə 09.10.2020-ci il tarixədək bağlanmışdır. İş üzrə İddiaçı əmək kitabçasının surətindən görünür ki, o 09.07.2020-ci ildə Cavabdeh MMCnin QTİND-nin marşrut xətlərinin idarə edilməsi şöbəsinə «Avtobus sürücüsü» vəzifəsinə işə qəbul olunmuş, 23.08.2021-ci il tarixdə AR Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir. İş üzrə Cavabdeh MMC tərəfindən İddiaçı ünvanlanmış Ç/B-46/114 saylı, 19.10.2021-ci il tarixli məktubuna əlavə edilmiş İddiaçı Cavabdeh MMC-də işlədiyi müddət ərzində aldığı əmək haqqı hesablaşması barədə məlumatdan görünür ki, İddiaçı 2020-ci ilin iyul ayında 15 iş günü işləmiş, 545,45 manat əmək haqqı hesablanmış, həmin məbləğdən 16,36 manat (DSMF 3%), 48,46 manat (gəlir vergisi 14%), 48,36 manat (HİK 1%), 2,73 manat (DSMF İSH 0,5%), 220 manat (sürücü təlim mərkəzi), cəmi 292,91 manat tutulmuş, 252,55 manat əmək haqqı kartına köçürülmüşdür; - 2020-ci ilin avqust ayında 24 iş günü işləmiş, 883,44 manat əmək haqqı hesablanmış, həmin məbləğdən 26,50 manat (DSMF 3%), 95,68 manat (gəlir vergisi 14%), 8,83 manat (HİK 1%), 4,42 manat (DSMF İSH 0,5%), cəmi 135,44 manat tutulmuş, 748 manat əmək haqqı kartına köçürülmüşdür; - 2020-ci ilin sentyabr ayında 16 iş günü işləmiş, 699,39 manat əmək haqqı hesablanmış, həmin məbləğdən 20,98 manat (DSMF 3%), 69,91 manat (gəlir vergisi 14%), 6,99 manat (HİK 1%), 3,50 manat (DSMF İSH 0,5%), cəmi 101,39 manat tutulmuş, 598 manat əmək haqqı kartına köçürülmüşdür; - 2020-ci ilin oktyabr ayında 17 iş günü işləmiş, 618,18 manat əmək haqqı hesablanmış, həmin məbləğdən 18,55 manat (DSMF 3%), 58,55 manat (gəlir vergisi 14%), 6,18 manat (HİK 1%), 3,19 manat (DSMF İSH 0,5%), 50 manat (inzibati cərimə), cəmi 136,36 manat tutulmuş, 481,82 manat əmək haqqı kartına köçürülmüşdür; - 2020-ci ilin noyabr ayında 21 iş günü işləmiş, 800 manat əmək haqqı hesablanmış, həmin məbləğdən 24 manat (DSMF 3%), 84 manat (gəlir vergisi 14%), 8,00 manat (HİK 1%), 4,00 manat (DSMF İSH 0,5%), 63 manat (Yol hərəkəti qaydaları pozuntusu), cəmi 183 manat tutulmuş, 617 manat əmək haqqı kartına köçürülmüşdür; - 2020-ci ilin dekabr ayında 17 iş günü işləmiş, 618,18 manat əmək haqqı hesablanmış, həmin məbləğdən 18,55 manat (DSMF 3%), 58,55 manat (gəlir vergisi 14%), 6,18 manat (HİK 1%), 3,09 manat (DSMF İSH 0,5%), cəmi 86,36 manat tutulmuş, 531,82 manat əmək haqqı kartına köçürülmüşdür; - 2021-ci ilin yanvar ayında 19 iş günü işləmiş, 708,32 manat əmək haqqı və əlavə 111,84 manat hesablanmış, cəmi hesablanan 820,16 manatdan 24,60 manat (DSMF 3%), 86,82 manat (gəlir vergisi 14%), 8,20 manat (HİK 1%), 4,10 manat (DSMF İSH 0,5%), 16,40 manat (Tibbi sığorta 2%), cəmi 140,13 manat tutulmuş, 680,03 manat əmək haqqı kartına köçürülmüşdür; - 2021-ci ilin fevral ayında 17 iş günü işləmiş, 697 manat əmək haqqı hesablanmış, həmin məbləğdən 20,91 manat (DSMF 3%), 69,58 manat (gəlir vergisi 14%), 6,97 manat (HİK 1%), 3,49 manat (DSMF İSH 0,5%), 13,94 manat (Tibbi sığorta 2%), cəmi 114,89 manat tutulmuş, 582,12 manat əmək haqqı kartına köçürülmüşdür; - 2021-ci ilin mart ayında 15 iş günü işləmiş, 559,2 manat əmək haqqı və 74,56 manat (mükafat) hesablanmış, cəmi hesablanan 633,76 manatdan 19,01 manat (DSMF 3%), 60,73 manat (gəlir vergisi 14%), 6,34 manat (HİK 1%), 3,17 manat (DSMF İSH 0,5%), 12,68 manat (Tibbi sığorta 2%), cəmi 101,92 manat tutulmuş, 531,84 manat əmək haqqı kartına köçürülmüşdür; - 2021-ci ilin aprel ayında 21 iş günü işləmiş, 820,05 manat əmək haqqı və 576,48 manat (məzuniyyət) hesablanmış, cəmi hesablanan 1396,53 manatdan 41,90 manat (DSMF 3%), 167,51 manat (gəlir vergisi 14%), 13,97 manat (HİK 1%), 6,98 manat (DSMF İSH 0,5%), 27,93 manat (Tibbi sığorta 2%), cəmi 258,29 manat tutulmuş, 1138,24 manat əmək haqqı kartına köçürülmüşdür; - 2021-ci ilin may ayında 5 iş günü işləmiş, 186,4 manat əmək haqqı hesablanmış, həmin məbləğdən 5,59 manat (DSMF 3%), 1,86 manat (HİK 1%), 0,93 manat (DSMF İSH 0,5%), 3,73 manat (Tibbi sığorta 2%), cəmi 12,12 manat tutulmuş, 174,28 manat əmək haqqı kartına köçürülmüşdür; - 2021-ci ilin iyun ayında 20 iş günü işləmiş, 781 manat əmək haqqı hesablanmış, həmin məbləğdən 23,43 manat (DSMF 3%), 81,34 manat (gəlir vergisi 14%), 7,81 manat (HİK 1%), 3,91 manat (DSMF İSH 0,5%), 15,62 manat (Tibbi sığorta 2%), cəmi 132,11 manat tutulmuş, 648,90 manat əmək haqqı kartına köçürülmüşdür; - 2021-ci ilin iyul ayında 15 iş günü işləmiş, 559,2 manat əmək haqqı hesablanmış, həmin məbləğdən 16,78 manat (DSMF 3%), 50,29 manat (gəlir vergisi 14%), 5,59 manat (HİK 1%), 2,80 manat (DSMF İSH 0,5%), 11,18 manat (Tibbi sığorta 2%), 100 manat (cərimə), cəmi 186,64 manat tutulmuş, 372,56 manat əmək haqqı kartına köçürülmüşdür; - 2021-ci ilin avqust ayında 8 iş günü işləmiş, 298,24 manat əmək haqqı və 53,77 manat (son haqq hesabı) hesablanmış, cəmi hesablanan 352,01 manatdan 10,56 manat (DSMF 3%), 21,28 manat (gəlir vergisi 14%), 3,52 manat (HİK 1%), 1,76 manat (DSMF İSH 0,5%), 7,04 manat (Tibbi sığorta 2%), 112,93 manat (cərimə), cəmi 157,09 manat tutulmuş,194,92 manat əmək haqqı kartına köçürülmüşdür. İş üzrə ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 15.02.2022-ci il tarixli, MŞB/4-00221 saylı arayışına əsasən İddiaçı və Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə 15.02.2022-ci il tarixdə saat 12.00-12.30 saatlarında keçirilən “əmək mübahisəsi” tələbi üzrə ilkin mediasiya sessiyasında iştirak etməsi təsdiq edilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı 09.07.2020-ci il tarixdə Cavabdeh MMC-yə əmək müqaviləsi ilə aylıq 800 manat əmək haqqı ilə avtobus sürücüsü vəzifəsində işə qəbul edilmiş və 23.08.2021-ci il tarixdə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsi ilə (öz xahişi ilə) tutduğu vəzifədən azad edilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, Cavabdeh MMC-də avtobus sürücüsü vəzifəsində işləmiş və əmək haqqısı 800 manat təşkil etmişdir. Mövcud qanunvericiliyə əsasən təyin olunan əmək haqqının yalnız 3% Sosial Müdafiə Fonduna tutula bilər. O, təmiz 776 manat əmək haqqı almalı idi. Lakin onun əmək haqqından qanunsuz olaraq xeyli artıq məbləğlər tutulmuşdur. İşlədiyi 09.07.2020-ci il tarixdən 23.08.2021-ci ilə qədər ödənilməyən əmək haqqı 3676 manat təşkil etmişdir. Əsassız olaraq ondan 952,60 manat gəlir vergisi tutulmuşdur. Bu səbəbdən iddiaçı əmək haqqının ödənilməmiş cəmi 4628,60 manat məbləğin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əmək qanunvericiliyinin tələblərinə əsasən əmək haqqı məbləği ödənilərkən işəgötürən tərəfindən müvafiq tutmalar (vergi, sosial və digər) həyata keçirilir. AR Əmək Məcəllənin 175-ci maddəsinin 1-ci bəndinə əsasən əmək haqqından müvafiq məbləğlər bu maddə ilə müəyyən edilən hallar istisna edilməklə yalnız işçinin yazılı razılığı ilə, yaxud məhkəmənin qərarı ilə qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri üzrə tutula bilər. Həmin maddənin 2-ci bəndinə əsasən işəgötürənin sərəncamı ilə işçinin əmək haqqından yalnız aşağıdakı ödənişlər tutulur: a) qanunvericiliklə müəyyən edilmiş müvafiq vergilər, sosial sığorta haqları və digər icbari ödəmələr; b) qanunvericilikdə nəzərdə tutulan icra sənədləri üzrə müəyyən edilmiş məbləğ; c) işəgötürənə işçinin (tam maddi məsuliyyət daşıdığı hallar istisna olunmaqla) təqsiri üzündən onun orta aylıq əmək haqqından artıq olmayan miqdarda vurduğu ziyanın məbləği; ç) müvafiq iş ilinə görə məzuniyyətə çıxmış və həmin iş ili bitənədək işdən çıxdığı halda məzuniyyətin işlənməmiş günlərinə düşən məzuniyyət pulu; d) xidməti ezamiyyətə göndərilən işçiyə avans olaraq verilmiş ezamiyyə xərclərinin ezamiyyətdən qayıtdıqdan sonra artıq qalmış borc məbləği; e) mühasibat tərəfindən ehtiyatsızlıqla səhvən yerinə yetirilən riyazi əməliyyatlar nəticəsində artıq verilmiş məbləğlər; ə) təsərrüfat ehtiyaclarından ötrü malların, əmtəələrin alınması üçün verilmiş, lakin xərclənməmiş və vaxtında qaytarılmamış pulun məbləği; f) kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda müəyyən edilmiş məbləğ; g) həmkarlar ittifaqının üzvü olan işçilərin əmək haqqından mühasibatlıq vasitəsi ilə tutulan və 4 iş günü müddətində həmin müəssisənin həmkarlar ittifaqı təşkilatının xüsusi hesabına köçürülən həmkarlar ittifaqına üzvlük haqları. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 101-ci maddəsinə əsasən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən 2500 manatadək 14% vergi tutulur. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 9.0.2-ci maddəsinə əsasən işsizlikdən sığorta üzrə sığorta tarifləri sığortaolunan tərəfindən ödənilən sığorta haqqı üzrə - işçinin əmək haqqının 0,5 faiz dərəcəsi ilə müəyyən edilmişdir. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 15-10.1.2-ci maddəsinə əsasən, icbari tibbi sığorta üzrə sığorta haqları muzdla işləyən fiziki şəxslər, hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Azərbaycan Respublikasının Milli Məclisi və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin olunan şəxslər, seçkili ödənişli vəzifə tutan şəxslər üzrə - sığortalı tərəfindən işçinin əmək haqqının 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz sığortaolunan tərəfindən əmək haqqının 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz dərəcəsi ilə müəyyən edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə bağlanan əmək müqaviləsi müddətli olmaqla əmək haqqı məbləği 800 manat müəyyən edilməklə, müqavilədə işçinin gündə 8 saat, həftə ərzində isə 40 saatdan çox olmayaraq işləməsi nəzərdə tutulmuş, əmək haqqı iddiaçıya işə daxil olduğu vaxtdan işdən azad olunduğu vaxtadək ödənilmişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, iddiaçı cavabdehlə əmək münasibətdə olduğu müddət ərzində işlədiyi aylarda müxtəlif sayda iş günlərində işə çıxmış və onun bir ay ərzində işə çıxdığı günlər nəzərə alınmaqla və yuxarıda qeyd edilən qanunvericilik tələblərinə əsasən tutmalar nəzərə alınmaqla əmək haqqı ödənilmişdir. Məhkəmə iddiaçının onunla bağlanan əmək müqaviləsində əmək haqqının 800 manat təşkil etməsi və yalnız 3% tutmanın qanuni olması əsası ilə ona hər ay 776 manat pul ödənilməli olmasına dair dəlilləri üzrə qeyd edir ki, yuxarıda göstərildiyi kimi əmək müqaviləsində işçiyə 800 manat məbləğində əmək haqqının ay ərzində işçinin 160 saat işlədiyi zaman verilməsi nəzərdə tutulmuş, eyni zamanda yuxarıda qeyd edilən qanunvericilik normaların tələbləri baxımından həm DSMF, həm gəlir verigisi, həm HİK, DSMF İSH, Tibb sığortası ilə bağlı tutmalar həyata keçirilmişdir. Bu səbəbdən məhkəmə iddiaçının bu dəlillərini əsassız hesab edir və qeyd edir ki, cavabdeh tərəfindən işçiyə ay ərzində işlədiyi günlər və saatlar nəzərə alınmaqla əmək haqqı ödənilmiş və qanuni əsaslarla müvafiq tutmalar həyata keçirilmişdir. Beləliklə məhkəmə iclasında iddia tələbinin əsaslı olması müəyyən edilmədiyindən, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 maddələrini rəhbər tutaraq, məhkəmə…

QƏT ETDİ :

İddiaçı Cavabdeh MMC-yə qarşı qanunsuz olaraq iddiaçının əmək haqqından ödənilməmiş cəmi 4628,60 manat məbləğində pulun Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi barədə iddia tələbi əsassız olduğu üçün təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Hakim Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar