Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-796/2022 09.03.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı Cavabdeh qarşı barışıq sazışı əsasında ödənilməyən borc pulun və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsinə baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı barışıq sazışı əsasında ödənilməyən borc pulun və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddaçı iddia tələbində Cavabdehla 27.09.2021-ci il tarixdə mediasiya prosesi zamanı barışıq sazişi bağladığını, cavabdeh tərəfindən barışıq sazışı üzrə 4000 manat pul vəsaitinin 01.11.2021ci il tarixədək ödəniilməli olduğu halda ödənilməməsini, bu səbəbdən cavabdehdən 4000 manat pulun, mənəvi ziyana görə 500 manat pulun və hüquqi xidmət xərci kimi 100 manat cəmi 4600 manat məbləğində pulun tutulmasını xahiş etmişdir. Hakim iş materillarını araşdırıb hesab edir ki, iddia tələblərindən birinə iddia icraatı qaydasında deyil, xüsusi icraat qaydasında baxılmalı olduğundan, digər tələblərə isə iddia icraatı qaydasında baxılmalı olduğundan, bununla da bir-biri ilə əlaqədar olmayan tələblər bit icraatda birləşdirildiyindən iddia ərizənin icraata qəbulundan imtina edilməlidir. Belə ki, AR MPM-in XL-Vİİ fəsli “Meddiasiya prosesi nəticəsində bağlanılmış barışıq sazışinin təsdiq edilməsinə dair işlər üzrə icraat”ın xüsusi prosedur qaydasını müəyyən edir və bu kateqoriya işlərə xüsusi icraat qaydasında baxılmalı olmasını nəzərdə tutur. Lakin, iddiaçı iddia icraatı qaydasında barışıq sazişində müəyyən edilmiş pul məbləğinin ödənilməsi barədə tələblə məhkəməyə müraciət etmişdir.Halbuki, yuxarıda qeyd edildiyi kimi bu kateqoriya üzrə işlərə xüsusi icraat qaydasında qısaldılmış müddət (10 gün) ərzində baxılması nəzərdə tutulur. Hakim qeyd edir ki, həmin tələbə iddia icraatı qaydasında baxılmalı olmadığından onun məhkəmə icraatı mümkün deyil. Hakim digər tərəfdən qeyd edir ki, digər tələb – mənəvi ziyanla bağlı tələb iddia icraatı qaydasında verilməli olan tələbdir. Hakim eyni zamanda qeyd edir ki, həm xüsusi icraat qaydasında, həm də iddia icraatı qaydasında baxılmalı olan tələblər iddiaçı tərəfindən bir icraatda birləşdirilərək verildiyindən iddia ərizəsi geri qaytarılmalıdır. AR MPM-nin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, hakim hesab edir ki, iddiaçı tərəfindən bir-biri ilə əlaqədar olmyan tələblər birləşdirildiyindən, eyni zamanda irəli sürümlüş tələblərdən birinə iddia icraatı qaydasında baxılmalı olmadığından iddia ərizəsi geri qaytarılmalıdır. Hakim həmçinin izah edir ki, iddiaçı barışıq sazişinin təsdiq edilməsi ilə əlaədar AR MPM-in XL-Vİİ fəslində müəyyən edilmiş prosedur qaydalarına riayət etməklə xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edə bilər. AR MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Şərh olunanlara əsasən və AR MPM-nin 152-ci madəsini rəhbər tutaraq, məhkəmə… QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı barışıq sazışı əsasında ödənilməyən borc pulun və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsinin məhkəmə icraatına qəbulu, qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla mümkünsüz hesab olunsun və iddia ərizəsi sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, o barışıq sazişinin təsdiq edilməsi ilə əlaədar AR MPM-in XL- Vİİ fəslində müəyyən edilmiş prosedur qaydalarına riayət etməklə xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-796/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-796/2022
09.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver