Məhkəmə qərarları › İş №2(009)-807/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-807/2022

13.04.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-807/2022 13.04.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər idarəsi işə cəlb olunmmaqla cavabdeh Azərbaycan Respublikası X2rşı “son haqqı-hesabın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, son haqqı-hesabının düzgün hesablanıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər idarəsi tərəfindən Azərbaycan Respublikası Dövlət X5 Hüquqi şəxs tərəfindən son haqq-hesabının ödənilməsində qanunvericiliyin tələblərinin pozulması müəyyən edilmişdir. Bu səbəbdən də, Azərbaycan Respublikası Dövlət X5 Hüquqi şəxsin rəhbəri A.İbadov barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən 28.01.2021-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və 08.02.2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Ona bildirilir ki, son haqqı-hesabının düzgün hesablanıb ona ödənilməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət X5 Hüquqi şəxsə rəsmi məktub göndərildiyi qeyd olunsa da, bu günə kimi Azərbaycan Respublikası Dövlət X5 Hüquqi şəxs tərəfindən son haqqı-hesabı düzgün hesablanıb ona ödənilməmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə etdiyini bildirib, onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə vəsatət verərək, iş üzrə icraata xitam verilməsini xahiş etmiş və vəsatətini onunla əsaslandırmışdır ki, İddiaçı cavabdeh Dövlət Agentliyinə qarşı “Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən 350 nömrəli əmək müqaviləsinin əvvəl müəyyən olunmuş müddətə uzadılması, həmin Məcəllənin 46-cı maddəsinin 6-cı hissəsinə əsasən ştat cədvəlinə uyğun olaraq ona aylıq 800 manat əmək haqqı əvəzinə 720 manat əmək haqqı hesablandığından, 19 fevral 2019-cu il tarixindən bu günə kimi aylıq əmək haqqlarına, mükafatlara, məzuniyyətlərə və son haqq-hesaba görə hesablanmış məbləğlərə müvafiq fərq məbləğinin yenidən hesablanması, Dövlət Agentliyində işlədiyi dövrdən bu günə aylıq əmək haqqlarına, mükafatlara, məzuniyyətlərə və son haqq-hesaba görə vergi tutulmalı olan aylıq gəlirinin 50 manat məbləğində azaldılması, 2019-cu ilin aprel və iyul ayının 1-i tarixlərindən hər biri 15 gün olan məzuniyyət günlərində və istirahət günlərində işə cəlb edilməsi ilə əlaqədar əlavə əmək haqqının xeyrinə hesablanması, səhhətinə dəymiş ziyana görə Dövlət Agentliyindən 5000 manat məbləğində pulun təzminat kimi alınması” tələbi ilə 17 fevral 2021-ci il tarixində Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli 2(009)- 844/2021 nömrəli qətnaməsi ilə iddiaçının iddia tələbi təmin edilməmiş, bununla razılaşmayan İddiaçı müvafiq qətnamədən Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti ünvanlamışdır. Bakı Apellyasiya Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli 2(103)- 8323/2021 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə) xitam verilməsinə dair Dövlət Agentliyinin 14 sentyabr 2020-ci il tarixli K-96 nömrəli əmr ləğv olunmuş, həmçinin İddiaçı X1 Regional Reklam İdarəsinin Estetik nəzarət şöbəsinin aparıcı müfəttişi iş yerinə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün ona işə bərpa olunduğu günə qədər əmək haqqı ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Daha sonra, Dövlət Agentliyi tərəfindən Apellyasiya instansiyası məhkəməsinin müvafiq qətnaməsinin iddiaçının iddia tələbinin təmin olunan hissəsindən Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti ünvanlanmış və hazırda həmin şikayətə kassasiya instansiyasında baxılmaqdadır. Həmçinin İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin aidiyyəti qətnaməsinin iddia tələbinin təmin olunmayan hissəsindən kassasiya şikayəti verilmədiyindən, həmin qətnamənin müvafiq hissəsi qanuni qüvvəsini almışdır. Göründüyü kimi, İddiaçı əvvəlki iddia tələbinin “Əmək Məcəlləsinin 46cı maddəsinin 6-cı hissəsinə əsasən ştat cədvəlinə uyğun olaraq aylıq 800 manat əmək haqqı əvəzinə 720 manat əmək haqqı hesablandığından, 19 fevral 2019-cu il tarixindən bu günə kimi aylıq əmək haqqlarına, mükafatlara, məzuniyyətlərə və son haqq-hesaba görə hesablanmış məbləğlərə müvafiq fərq məbləğinin yenidən hesablanması” hissəsi ilə hazırkı iddia tələbinin fərqli formada ifadə olunmasına və zahiri baxımdan fərqlənməsinə baxmayaraq, hər iki tələb üzrə tərəflər, predmet və əsaslar eynidir. Habelə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə müvafiq məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa hakim iş üzrə icraata xitam verir. Odur ki, yuxarıda qeyd olunanlara və mülki prosessual qanunvericiliyin aidiyyəti maddəsinin tələbinə əsasən İddiaçı hazırkı iddia tələbi ilə bağlı iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə vəsatətə baxıb, tərəfləri dinləyib, işdə olan və təqdim edilmiş sənədləri tədqiq edib, hesab edir ki, aşağıdakılara görə iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan Bakı şəhəri Səbail rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli 2(009)-844/2021 nömrəli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh Azərbaycan X2rşı «əmək müqaviləsinin müddətinin uzadılması, maddi və mənəvi ziyanın oöənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən 350 nömrəli əmək müqaviləsinin əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunması, Əmək Məcəlləsinin 46-cı maddəsinin 6-cı hissəsinə əsasən ştat cədvəlinə uyğun aylıq 800 manat əmək haqqı əvəzinə ona 720 manat əmək haqqı hesablandığından 19 fevral 2019-cu il tarixdən bu günə aylıq əmək haqqlarına, mükafatlarına, məzuniyyətlərə və son haq-hesaba görə hesablanmış məbləğlərə aylıq əmək haqqının Azərbaycan Dövlət Reklam Agentliyinin 800 manat olmasını nəzərə alaraq ziyanına hesablanmış fərq məbləğlərinin yenidən onun xeyrinə ümumilikdə hesablanması, Azərbaycan Dövlət Reklam Agentliyində işlədiyi zovrdən bu günə aylıq əmək haqqlarına, mükafatlara, məzuniyyətlərə və son haqq-hesaba görə hesablamalara vergi tutulmalı olan aylıq gəliri 50 manat məbləğində azaldılması, Azərbaycan Dövlət Reklam Agentliyinin 2019-cu ilin aprel və iyul ayının 1-i tarixlərindən hər biri 15 gün olmaqla, cəmi 30 gün işlətdikləri məzuniyyət və işə çağırıb işlətdikləri həftənin 6-cı (şənbə), hərdən bazar günlərinə görə onun xeyrinə əlavə əmək haqqlarının hesablanması, səhhətinə dəymiş ziyanı əvvəlki vəziyyətdə sağlamlaşdırması, şəkərin və onun təsiri nəticəsində artan qan təzyiqinin normal vəziyyətə gətirilməsi üçün Azərbaycan Dövlət Reklam Agentliyi tərəfindən ona dəymiş ziyana görə Azərbaycan Dövlət Reklam Agentliyindən 5000 manat məbləğində pulun təzminat kimi alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı dövründə İddiaçı məhkəməyə iddia ərizəsinə əlavə təqdim edərək, məcburi iş buraxma müddətləri üçün əmək haqqı ödənilməklə onun Azərbaycan Dövlət Reklam Agentliyində tutduğu vəzifəsinə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Səbail rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli 2(009)-844/2021 nömrəli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 8323/2021 saylı, 21.10.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli 2(009)-844/2021 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, İddiaçı iddiasının qismən təmin edilməsi, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə) xitam verilməsinə dair Dövlət Agentliyinin 14.09.2020-ci il tarixli k-96 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı X4 İdarəsinin Estetik nəzarət şöbəsinin aparıcı müfəttişi iş yerinə (vəzifəsinə) bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün ona işə bərpa olunduğu günə qədər əmək haqqı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə iclasında tərəflərin izahatları ilə müəyyən olunmuşdur ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8323/2021 saylı, 21.10.2021-ci il tarixli qətnaməsinin iddiaçının iddia tələbinin təmin olunan hissəsindən cavabdeh Dövlət Agentliyi tərəfindən kassasiya şikayəti verilmişdir və hazırda həmin şikayətə kassasiya instansiyasında baxılmaqdadır. İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin qeyd olunan qətnaməsinin iddia tələbinin təmin olunmayan hissəsindən kassasiya şikayəti verilməmiş və həmin qətnamənin müvafiq hissəsi qanuni qüvvəsini almışdır. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli 2(009)-844/2021 nömrəli qətnaməsindən göründüyü kimi, iddiaçı cavabdehə qarşı digər tələblərlə birlikdə eləcə də, son haqq-hesaba görə hesablanmış məbləğlərə müvafiq fərq məbləğinin yenidən hesablanması barədə tələb irəli sürmüşdür və onun həmin tələbi məhkəmə qətnamələri ilə təmin edilməmişdir. Hazırda iddiaçı cavabdehə qarşı yenidən eyni tələblə müraciət edərək son haqq-hesabın yenidən hesablanmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan vəsatət təmin edilməli, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər idarəsi işə cəlb olunmmaqla cavabdeh Azərbaycan Respublikası X2rşı “son haqqı-hesabın ödənilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar