Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-810/2024 24.04.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Seyidli İlkin Ramin oğlunun katibliyi, İddiaçının nümayəndə və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladları 17 sentyabr 2009-cu il təvəllüdlü X2 və 17 yanvar 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər onların saxlanılması üçün hər ay hər birinə 235 manat olmaqla, cəmi 470 manat aliment vəsaitinin Cavabdeh onun xeyrinə tutulması və mediasiya təşkilatı üçün ödədiyi 60 manat rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, Cavabdeh ilə rəsmi nikahları bağlanmışdır. Birgə nikahdan iki övladları: 17 sentyabr 2009-cu il təvəllüdlü X4 və 17 yanvar 2011-ci il təvəllüdlü X6 anadan olmuşdur. Nikahları Ucar rayon Məhkəməsi tərəfindən 2020-ci il tarxdə pozulmuş və azyaşlı uşaqların onun himayəsində qalması qət edilmişdir. Həmin vaxt aliment tələb etməmişdir. Hazırda tənha ana kimi iki azyaşlı övladını saxlamaq çox çətindir. Övladları 17 sentyabr 2009-cu il təvəllüdlü X2 və 17 yanvar 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər onların saxlanılması üçün hər ay hər birinə 235 manat olmaqla, cəmi 470 manat aliment vəsaitinin Cavabdeh onun xeyrinə tutulması və mediasiya təşkilatı üçün ödədiyi 60 manat rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndə və vəkili məhkəməyə iddia ərizəsinə əlavə təqdim edərək bildirmişdir ki, o, Cavabdeh ilə rəsmi nikahları bağlanmışdır. Birgə nikahdan iki övladları - 17 sentyabr 2009-cu il təvəllüdlü X4 və 17 yanvar 2011-ci il təvəllüdlü X6 anadan olmuşdur. Nikahları Ucar rayon Məhkəməsi tərəfindən 2020-ci il tarxdə olmuş və azyaşlı uşaqların onun himayəsində qalması qət edilmişdir. Həmin vaxt aliment tələb etməmişdir. Hazırda tənha ana kimi iki azyaşlı övladını saxlamaq çox çətindir. Ucar rayon məhkəməsi tərəfindən artıq aliment müəyyən olunmuşdur və hazırki iddia tələbi alimentin artırılması olmalıdır. Övladları 17 sentyabr 2009-cu il təvəllüdlü X2 və 17 yanvar 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər onların saxlanılması üçün hər ay hər birinə 235 manat olmaqla, cəmi 470 manat aliment vəsaitini atası Cavabdeh onun xeyrinə tutulması və mediasiya təşkilatı üçün ödədiyi 60 manat rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsinə əlavə barədə xahişini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında İddiaçı nümayəndə və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndə və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Ucar Rayon Məhkəməsinin 2(063)-281/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnamədən çıxarışdan aydın olur ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış və 14 noyabr 2008-ci ildə Səadət Sarayında (Bakı nikah evi) nikahın bağlanması barədə akt qeydləri kitabında 3726 nömrə ilə qeyd edilmiş nikahın pozulması, 17 sentyabr 2009-cu il təvəllüdlü X4 və 17 yanvar 2011-ci il təvəllüdlü X3 İddiaçı yanında saxlanması və Cavabdeh, 06 mart 2020-ci ildən başlayaraq, 17 sentyabr 2009-cu il təvəllüdlü X2 və 17 yanvar 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər birinə görə 110 manat olmaqla, cəmi 220 manat sabit pul məbləğində alimentin tutulub iddaçı İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan AA16631850 xxxxxxx nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1985-ci ildə doğulmuşdur. İş materiallarında olan AA0845379 6QQ4NQC nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.2009-cu ildə doğulmuşdur. İş materiallarında olan AZ-İİ 474688 nömrəli, 18 avqust 2010-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 17 sentyabr 2009-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. X1, anası İddiaçıdır. İş materiallarında olan AZ-İİ 591602 nömrəli, 15 fevral 2011-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 17 yanvar 2011-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. X1, anası İddiaçıdır. İş materiallarında olan AZ-İ 421502 nömrəli, 24 avqust 2022-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və İddiaçı arasında olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2022 ilin avqust ayının 24 günündə 61 № ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsində uşaqların saxlanması üçün alimentin sabit pul məbləğində tutulmasının əsasları müəyyən edilmiş və göstərilmişdir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin yetkinlik yaşına çatmayan uşaqları iddiaçının himayəsindədir və uşaqların saxlanmaları üçün artan tələbat Ucarl Rayon Məhkəməsinin xx.xx.2020-cü il tarixli qətnaməsi ilə müəyyənləşdirilən aliment məbləği ilə ödənilə bilmir. Eyni zamanda, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” xx.xx.2024-cü il tarixli Qanunla 2024-cü il üçün yaşayış minimumunun uşaqlar üçün 235 manat müəyyən edildiyini də əsas götürərək, məhkəmə, uşağın təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması üçün iddia tələbinin təmin edilməsini, cavabdehdən tutulan aliment məbləğinin artırılmasını zəruri hesab edir. Qeyd olunanlara əsasən, uşağın saxlanılması üçün zəruri olan maddi təminatın yarısının da iddiaçının vəzifəsi olduğunu, tərəflərin maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları, habelə uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması və yuxarıda göstərilən digər halları nəzərə alaraq, məhkəmə uşağın saxlanılması üçün iddiaçının xeyrinə tutulan aliment məbləğinin 235 manat sabit pul məbləğində müəyyən olunmasını ədalətli hesab edir. Bu qənaətə gələrkən məhkəmə, habelə uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılmasının Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biri olmasını nəzərə almışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Ucar rayon Məhkəməsinin 2(063)-281/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq, 17 sentyabr 2009-cu il təvəllüdlü X2 və 17 yanvar 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment və mediasiya təşkilatı üçün ödənilmiş 60 (altmış) manat rüsum tutularaq İddiaçı ödənilsin. Alimentin yeni qaydada tutulması hazırki qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-810/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-810/2024
24.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver