Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-812/2022 16.05.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası FHN X2 Agentliyi Cavabdeh1 MMC-yə qarşı əmək münasibətləri şəraitində dəymiş maddi və mənəvi ziyan tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası FHN X2 Agentliyi Cavabdeh1 MMC-yə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü il tarixli əmək müqaviləsinin bərpaolunmaqla, bu müqavilə üzrə ona dəymiş 12755 manat ziyanın ödənilməsi və müəssisənin işləri üçün nağd çəkildə xərclədiyi 16220 manat, ümumilikdə 28975 manat maddi, sağlamlığına dəyən əlaqədar xərclədiyi 4500 manat və 35725 manat mənəvi ziyanın Cavabdeh1 MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Azərbaycan Respublikası FHN X2 Agentliyi Cavabdeh1 MMC-nin hüquqi ünvanı ünvan 1un olaraq iş Bakı şəhəri Nəsimi rayon məhkəməsinin aidiyyətinə aiddir. Məhkəmə iclasında İddiaçı işin ərazi aidiyyəti üzrə göndərilməsinə etiraz etmədi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Təqdim olunmuş X1 Reyestrindən xx.xx.2018-ci il tarixli çıxarışdan görünür ki, Cavabdeh1 MMC-nin hüquqi ünvanı ünvan 2-Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyat qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa başqa məhkəmədə baxılmağa verilir. Azərbaycan Respublikası MPM-nin 45-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. İşin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 24-26, 35, 44.2.2, 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası FHN X2 Agentliyi Cavabdeh1 MMC-yə qarşı əmək münasibətləri şəraitində dəymiş maddi və mənəvi ziyan tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-812/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-812/2022
16.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver