Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-83/2023 19.01.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı X5, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı X5 - cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən onun xeyrinə “Opel Astra” markalı, ** SV *** dövlət qeydiyyat nişanlı avtomaşına sığorta hadisəsi nəticəsində dəymiş maddi ziyanın əvəzi kimi 570 manat pulun, mənəvi ziyanın əvəzi kimi 500 manat pulun, cəmi 1070 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-də “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “Hyundai” markalı, ** DS *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxsin təqsiri üzündən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində etibarnamə əsasında idarə etdiyi “Opel Astra” markalı, ** SV *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. Hadisədən sonra cavabdeh tərəfindən tərtib edilmiş Qüsur Aktına əsasən avtomaşına dəymiş ziyanın məbləği 150 manat müəyyən edilərək həmin məbləğin ödənilməsi təklif olunmuşdur. Lakin idarə etdiyi avtomaşına dəymiş ziyanın məbləği dəfələrlə çox olduğu üçün o cavabdehin təklifi ilə razı olmamışdır. Avtomaşına dəymiş ziyan daha çox olduğundan o avtomaşına dəymiş ziyanı qiymətləndirilməsi üçün OPEL SERVİS "xxxx" Firmasına müraciət etmişdir. Həmin şirkətin qiymətləndirmə aktı daha mötəbərdir və avtomaşının original ehtiyat hissələrinin qiymətlərinə əsaslanır. Cavabdeh tərəfindən aparılan qüsur aktını OPEL SERVİS "xxxx" Firmasının qüsur aktı ilə müqayisə etdikdə görünür ki, cavabdehin tərtib etdiyi qüsur aktı sığorta şirkətinin mənafeyinə uyğun olmuşdur. Hesab edir ki, cavabdehin avtomaşına dəymiş real zərərin ödənilməsindən imtina etməsi tam əsassızdır və bu səbəbdən ona vurulan ziyan məhkəmə qaydasında cavabdehdən tutulmalıdır. İddiaçı ərizə verərək İddiaçı əsl iddiaçı X10 ilə əvəz olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddiaçının əsl iddaiçı ilə əvəz edilməsinə etiraz etməmişdir. Məhkəmənin 19 yanvar 2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilərək İddiaçı əsl iddiaçı X10 ilə əvəz edilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı X10 iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X8 etiraz edərək bildirmişdir ki, Cəmiyyətə xx.xx.20022-cı il tarixli PSS********** N-li "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" növü üzrə sığorta şəhadətnaməsinə əsasən sığortalanmış "HYUNDAİ Accent” markalı, 9QDS130 dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə 12 iyul 2022- ci il tarixdə Bakı şəhəri ərazisində sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi və idarə etmək hüququ ilə verilmiş etibarnamə əsasında İddiaçı sahibliyində olan "Opel Astra'’ markalı 90SV831 dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəyməsi barədə müraciət daxil olmuşdur. Azərbaycan Respuölikası Daxili İşlər Nazirliyi Bakı şəhəri X16 idarəsi tərəfindən "icbari sığortalar haqqında' Azərbaycan Respublikası Qanununu1 17.1 -cı maddəsində nəzərdə tutulmuş hadisə ilə bağlı sənədlər cəmiyyətə elektron qaydada təqdim edilmişdir. Cəmiyyət tərəfindən "Opel Astra” markalı 90SV831 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin miqdarı 17 iyul 2022-ci il tarixdə yerində baxış keçirilməklə qiymətləndirilərək 150 (bir yüz əlli) manat məbləğində müəyyənləşdirilmiş, lakin İddiaçı zərər məbləği ilə razılaşmadığından onun yazılı razılığı (ərizəsi) əsasında "Opel Astra' markalı, 9CSV831 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin yenidən qiymətləndirilməsi Sığorta fəaiyyətı haqqında" Azərbaycan Respublikası Qanununun 10.10-cu madcəsinın tələbi nəzərə alınmaqla qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil sığorta eksperti Elşən Mehdiyevə həvalə olunmuşdur. Həmin ekspert tərəfindən də 08 avqust 2022-ci il tarixdə avtomobilə yerində baxış keçirilməklə zərərin miqdarı 180 (bir yüz səksən) manat məbləğində müəyyən edilmiş, tərəfimizdən İddiaçı zərərin miqdarının müstəqil sığorta eksperti tərəfindən 180 (bir yüz səksən) manat məbləğində müəyyən edilməsi barədə məlumat verilmişdir. İddiaçı iddia tələbini irəli sürərkən müstəqil sığorta ekspertinin vermiş olduğu rəyi məhkəmədən gizlətmişdir. Göründüyü kimi, sığorta hadisəsi hesab edilə bilən hal nəticəsində Opel Astra markalı, 90SV831 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin miqdarı sığorta qanunvericiliyində nəzərdə tutulmuş ardıcıllığa əməl edilməklə qanunla müəyyən edilmiş qaydada qiymətləndirilmişdir. Belə ki, cəmiyyət tərəfindən zərər məbləği müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.2-ci, İcbari sığortalar haqqında Azərbaycan Respublikası Qanununun 16.2-ci və Sığorta fəaliyyəti haqqında Azərbaycan Respublikası Qanununun 10.10-cu maddələrinə əməl edilmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi Opel Servisin xx.xx.2022-ci il tarixli qüsur aktı əsassız və aktda qeyd olunmuş zərər məbləği şişirtmə olmaqla iddiaçımın şəxsi göstərişinə əsasən hazırlanmışdır. Həmin akt və onun əsasında verilmiş ekspert rəyi məhkəmə üçün sübut qismində qəbul edilə bilməz. “Opel Servis”in xx.xx.2022-ci il tarixli qüsur aktı sığortaçının xx.xx.2022-ci il tarixli və iddiaçının razılaşdığı müstəqil sığorta ekspertinin xx.xx.2022-ci il tarixdə təqdim etdiyi qüsur aktlarından sonra iddiaçının sifarişi və göstərişi ilə hazırlanmış və məhkəməni yanıltmaq üçün verilmişdir. Həm cəmiyyətimizin, həm də müstəqil sığorta ekspertinin təqdim etdiyi zərər aktlarında olduğu kimi baş vermiş hadisəni araşdırmış səlahiyyətli dövlət orqanı olan AR DİN Bakı şəhəri DYP -nin polis kapitanı X4 hadisə ilə bağlı təqdim etdiyi 12 iyul 2022-ci il tarixli, CQ66Q8 saylı arayışında da qeyd edilmişdir ki, iddiaçının sahibliyində olan avtomobilin sol qabaq hissəsi zədələnmişdir “Opel Servis” müəssisəsi Azərbaycan Respublikası Mərkəzi Bankının sığorta sahəsində fəaliyyət göstərən ekspertlərin siyahısında da yoxdur və müvafiq reyestrdən qeydiyyatdan keçməmişdir. Göründüyü kimi, “Opel Servis”in xx.xx.2022-ci il tarixli qüsur aktı mötəbər sübut olmadığından və sığorta qanunvericiliyinə uyğun əldə edilmədiyindən xx.xx.2022-cı il tarixdə icraatın hazırlıq mərhələsində məhkəməyə bu barədə məlumat verməklə zəruri sənədləri təqdim etdi ki, qanuni rəy alınmasından ötru həmin sənədlər ekspertizaya təqdim edilsin, lakin ekspertin 05 dekabr 2022-ci il tarixli 9/7427 saylı rəy isə yalnız “Opel Servis”in xx.xx.2022-ci il tarixli qusur aktına əsaslanmaqla çıxarıldığı üçün həmin rəylə razı deyil, Ekspert rəyi işdə olan mötəbər sübutlarla yanaşı qiymətləndirilməli olduğundan hesab edir ki, qanuna uyğun əldə edilməmiş “Opel Servis”in xx.xx.2022-ci il tarixli qüsur aktına əsasianmaqla verildiyindən həmin ekspert rəyi məhkəmə tərəfindən sübut kimi qəbul edilməməlidir. Əks təqdirdə məhkəmə tərəfindən sığorta qanunvericiliyinin tələbləri kobud şəkildə pozulmuş olar. Odur ki, İddiaçı cavabdeh Azərbaycan Sənaye Sığorta ASC-yə qarşı "sığorta ödənişinin ödənilməsi barədə iddia tələbinin 180 (bir yüz səksən) manat məbləği həddində, yəni qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, cavabdehin nümayəndəsinin izahatını dinləyib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş Opel Servisin qüsur aktından görünür ki, Opel Astra markalı, ** SV *** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş zərərə görə ehtiyat hissələrinin və görülən işlərin ümümi dəyəri ümumilikdə 570 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Sənaye Sığorta ASC-nin ünvanladığı 04 avqust 2022-ci il tarixli məktubundan görünür ki, “Opel Astra” markalı 90SV831 dövlət qeydiyyat nişanlı avtomobilə xx.xx.2022-ci il tarixli “Qüsur Aktı”tərtib edilmişdir. Həmin akta əsasən dəymiş zərər 150 (bir yüz əlli) manat məbləğində müəyyənləşdirilmişdir. Buna əsasən 150 (bir yüz əlli) manat məbləğində sığorta ödənişini ödəməyə hazırdırlar. İş materiallarında olan nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamədən görünür ki, avtomobilin mülkiyyətçisi X11 “Opel Astra” markalı 90SV831 dövlət qeydiyyat nişanlı avtomobilə dair 2066-cı ilədək X6 xx.xx.2016-cı il tarixli bütün daşınar əmlakının idarə edilməsi, ona dair sərəncam verilməsi və s. dair etibarnamə vermişdir. İş materiallarından görünür ki, X10 “Opel Astra” markalı 90SV831 dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi üçün İddiaçı xx.xx.2016-cı il tarixli nəqliyyat vasitəsini idarə etmək haqqında etibarnamə vermişdir. İş materiallarında olan müstəqil ekspertin 080801 nömrəli 08 avqust 2022-ci il tarixli rəyindən görünür ki, Opel Astra markalı, ** SV *** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş zərərə görə ehtiyat hissələrinin və görülən işlərin ümümi dəyəri ümumilikdə 180 manat təşkil edir. İş materiallarında olan inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Hyundai Accent markalı, 90DS130 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X1 Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 40 manat cərimə edilmişdir. Beləliklə, məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, iddiaçının qanuni sahibliyində olan və idarə edilməsi üçün etibarnamə ilə atasına verdiyi avtomobillə cavabdeh təşkilat tərəfindən icbari sığorta ilə sığortalanmış avtomobil toqquşmuş, yolnəqliyyat hadisəsində "xxxx" ASC tərəfindən mülki məsuliyyəti icbari sığorta növü ilə sığortalanmış avtomobilin sürücüsü təqsirli olmuş, "xxxx" ASC tərəfindən X6 dəymiş zərər 150 manat məbləğində müəyyən olunmuş, müstəqil ekspert tərəfindən 180 manat məbləğində müəyyən olunmuşdur. Cavabdeh tərəf 180 manat sığorta ödənişinin ödəməyə hazır olduqlarını bildirmiş, iddiaçı tərəf isə məbləğlə razılaşmayaraq hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Göstərilən xüsusatlara əsasən, məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi qismən əsaslıdır və buna görə iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.1-ci maddəsinə əsasən, sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. Sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır. (MM 925.3.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 926.1-ci maddəsinə əsasən, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən, icbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən, zərər dəymiş əmlakın təmiri və ya bərpası texniki və digər səbəblərdən mümkün olmadıqda, yaxud səmərəsiz olduqda, o, məhv olmuş hesab edilir. Əmlaka dəyən zərərin məbləği zərər dəymiş əmlakın təmiri və ya bərpası üçün birbaşa çəkilən xərclərdən, yaxud həmin əmlak məhv olmuş hesab edildikdə, onun sığorta hadisəsinin baş verməsindən bilavasitə əvvəlki dəyərindən; zərəri azaltmaq məqsədi ilə binaların, qurğuların, avadanlığın sökülməsi və başqa yerə köçürülməsi ilə bağlı xərclərdən; zərər dəymiş əmlakın daşınması, habelə onun qalıqlarının yığılması və daşınması ilə bağlı xərclərdən; sığorta hadisəsi zamanı zərəri azaltmaq məqsədi ilə görülən tədbirlər nəticəsində əmələ gələn digər zərərlərdən ibarətdir. (Qanun 15.3) Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, qanunvericilikdə sığorta hadisəsi baş verdiyi halda dəymiş zərərin kompensasiya edilməsi üçün sığortaçı tərəfindən sığorta ödənişinin verilməsi müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının qanuni sahibliyində olan avtomobillə cavabdeh təşkilat tərəfindən icbari sığorta növü ilə sığortalanmış avtomobilin toqquşması, yolnəqliyyat hadisəsində "xxxx" ASC tərəfindən sığortalanmış avtomobilin sürücüsünün təqsirli bilinməsi işin mübahisəsiz halıdır. Məhkəmə sığorta hadisəsi nəticəsində dəyən zərərin həcminin müəyyən edilməsi ilə bağlı qeyd edir ki, iş materiallarından və tərəflərin izahatından görünür ki, X10 ilə "xxxx" ASC arasında dəymiş zərərin miqdarı barədə razılaşma əldə edilməmişdir. Buna görə də, məhkəmə tərəfindən iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunması barədə qərardad qəbul edilmişdir. Məhkəmə ödənilməli olan sığorta ödənişinin məbləği ilə bağlı qeyd edir ki, iş məhkəməyə təqdim edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/7427 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, Opel servisin xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1999-cu il buraxılışlı Opel Astra markalı, ** SV *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 570 manat müəyyən edilmişdir. İddiaçı tərəf məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/7427 saylı, xx.xx.2022-ci il tarixli rəyi ilə razılaşmış, cavabdeh tərəf isə razılaşmamışdır. Məhkəmə ekspert rəyini, o cümlədən aşınma tətbiq edilməklə dəymiş zərərin 570 manat həcmində müəyyən olunmasına dair rəyi mötəbər sübut hesab edir və onunla razılaşır. Belə ki, rəylə razılaşmamaq üçün heç bir əsas müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 570 manat məbləğində sığorta ödənişi cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə iddianın mənəvi zərərin ödənilməsinə dair hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı mənəvi zərərin əvəzi olaraq cavabdehdən 500 manat ödənilməsini tələb etsə də, ona mənəvi zərərin vurulmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə iddianın həmin hissədə təmin edilməsini mümkün hesab etmir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə əlavə edilmiş sənədlərdən görünür ki, məhkəmə xərcləri iş üzrə təyin edilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manatın 60 (altmış) manat hissəsi cavabdehdən, 40 (qırx) manat hissəsi isə iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, sığorta ödənişinin əvəzi olaraq 570 (beş yüz yetmiş) manat məbləğində pul vəsaiti, cavabdeh "xxxx" ASC-dən tutularaq iddiaçı X6 ödənilməli, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manatın 60 (altmış) manat hissəsi cavabdehdən, 40 (qırx) manat hissəsi isə iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 570 (beş yüz yetmiş) manat məbləğində sığorta ödənişi cavabdeh "xxxx" ASC-dən tutularaq iddiaçı X6 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manatın 60 (altmış) manat hissəsi cavabdehdən, 40 (qırx) manat hissəsi isə iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN ********** Hesab: AZ34CTRE********************; X2 VÖEN ********** Kod: 210005 Müxbir hesabı AZ41NABZ013601**********3944, hesab, S.W.İ.F.T. BİK:CTREAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-83/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-83/2023
19.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver