Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-87/2022 03.03.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyeva Leyla Mirfazil qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh «Günay Sığorta Şirkəti” ASC-yə qarşı “sığorta ödənişi” tələbinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı cavabdeh «Günay Sığorta Şirkəti” ASC-yə qarşı “sığorta ödənişi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, 10.05.2021-ci il tarixdə idarə etdiyi “X7 Fe” markalı T999KO42 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən “Mercedes Benz” markalı 99EO334 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşma nəticəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. Hadisə nəticəsində avtomobilə 3930 manat maddi ziyan dəymişdir. Cavabdeh «Günay Sığorta Şirkəti” ASC avtomobilinə dəymiş zərərə görə 800 manat sığorta ödənişi etmişdir. Hazırda cavabdeh cəmiyyət tərəfindən müəyyən edilmiş sığorta ödənişi avtomobilinin tam təmir olunması üçün yetərli deyildir. “Avtoservis-57”dən avtomobilə dəymiş zərərə görə akt verilmişdir. Ona dəymiş maddi zərər akt ilə təsdiq olunur. Bütün bunları nəzərə alaraq «Günay Sığorta Şirkəti” ASC-dən 3130 manat sığorta ödənişi və 30 manat dövlət rüsumu alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh «Günay Sığorta Şirkəti” ASC-nin nümayəndəsi X4 izahat verərək, ekspert rəyi ilə razı olmadığını, rəydəki məbləğin iddiaçı tərəfindən təqdim olunmuş aktda göstərilən məbləğə uyğun olduğunu bildirmişdir. Buradan ekspertin araşdırma aparmadan rəy verdiyi görünür. Ümumilikdə isə iddia tələbini qəbul etmədiyini bildirərək iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada iddiaçıya məlumat verilmişdir. İddiaçının nümayəndəsi 22.10.2021-ci il tarixdə teleqram vuraraq işə iştirakı olmadan baxılmasını və iddianın tam təmin edilməsini xahiş etmişdir. İş materiallarını araşdırıb, cavabdehin nümayəndəsini dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarında olan «Günay Sığorta Şirkəti” ASC-nin 16.05.2021-ci il taixli dəymiş zərərin hesablanmasına dair aktdan görünür ki, “Hyundai” markalı T999KO42 dövlət qeydiyyat nişanlı avtomobillə 800 manat ziyan dəymişdir. İş materiallarında olan İcbari Sığortası şəhadətnaməsindən görünür ki, X2 məxsus “Mercedes Benz E200” markalı, 99 EO334 dövlət qeydiyyat nişanlı avtomobil «Günay Sığorta Şirkəti” ASC tərəfindən sığorta məbləği 5000 manat olmaqla 21.04.2021- 21.04.2022-ci il tarixlərə sığorta edilmişdir. İş üzrə «Günay Sığorta Şirkəti” ASC tərəfindən İddiaçı ünvanlanmış 03.06.2021-ci il tarixli məktubundan görünür ki, icbari sığorta üzrə sığortalanmış “Mercedes Benz E200” markalı, 99 EO334 dövlət qeydiyyat nişanlı avtomobil və “X7 Fe” markalı T999KO42 dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə 10.05.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi baş vermişdir. İş materiallarında olan “AVTOSERVİS-057”-nin 15.05.2021-ci il tarixli Zərər aktından görünür ki, İddiaçı məxsus “X7 Fe” markalı T999KO42 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 3150 manatdır. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 06.01.2022-ci il tarixli, 9/8227 saylı Rəyindən görünür ki, “X7 Fe” markalı T999KO42 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxmini 3325,0 manat məbləğində müəyyən edilmişdir. (təhqiqatın dəyəri 100 manat) İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, baş vermiş sığorta hadisəsi zamanı onun avtomobilinə 3930 manat ziyan dəymiş, dəymiş ziyan üçün sığorta şirkəti tərəfindən 800 manat ödənilmiş, qalan məbləğin (3130 manatın) cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. “İcbari sığortalan haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.2-ci maddəsinə əsasən sığorta hadisələri nəticəsində sağlamlığına və (və ya) əmlakına zərər dəyən şəxslərin bu Qanunda müəyyən edilmiş həcmdə və qaydada müdafiəsinin təminatı icbari sığortaların əsas prinsiplərindən biridir. Həmin Qanunun 4.1-ci maddəsiən əsasən bu Qanunda nəzərdə tutulmuş icbari sığorta növləri fiziki və hüquqi şəxslərin əmlak mənafeləri ilə bağlı məruz qaldıqları zərərlərin əvəzinin ödənilməsini təmin etmək məqsədi ilə tətbiq edilir. Qeyd edilən Qanunun 15.1-ci maddəsinə əsasən icbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. Məhkəmə hesab edir ki, vurulmuş real ziyan məbləğinin 3325,0 manat olması müəyyən edildiyindən, İddiaçı «Günay Sığorta Şirkəti” ASC tərəfindən ona 800 manat ödənildiyi çıxılaraq ödənilməli olan sığorta ödənişi məbləği 2525 manat həddində olmalıdır. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh «Günay Sığorta Şirkəti” ASC-dən 2525 manat sığorta ödənişi tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbinin qismən təmin edilməsini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 20 manatı cavabdehə aid edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, keçirilmiş məhkəmə tikinti-texnikası ekspertizası xərci, 100 manat «Günay Sığorta Şirkəti” ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22) ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh «Günay Sığorta Şirkəti” ASC-dən 2525 manat sığorta ödənişi və 20 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Keçirilmiş məhkəmə tikinti-texnikası ekspertizası xərci, 100 manat «Günay Sığorta Şirkəti” ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22) ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-87/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-87/2022
03.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver