Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-876/2025 16.05.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli İlkin Şahin oğlunun sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi İddiaçı və cavabdehin nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh “A Glamur” Modalar evinin sahibkarı X2 qarşı «əmək haqqı» tələbi barədə iddiası üzrə mülki işə 16 may 2025-ci il tarixdə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “A Glamur” Modalar evinin sahibkarı X2 qarşı «əmək haqqı» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1150 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini belə əsaslandırmışdır ki, mən İddiaçı “A Glamur” Modalar evində xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək dərzi kimi işləmişəm. “ A Glamur” Modalar evinin fərdi sahibkarı Afaq İsmayılzadə ilə aramızda rəsmi əmək müqaviləsi bağlanmasa da, aramızdaki razılaşmaya əsasən, mənim aylıq əmək haqqım 1000 ( bir min) manat müəyyən edilmişdir. Lakin, cavabdeh Afaq İsmayılzadə xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinə kimi mənə 850 (səkkiz yüz əlli) manat, ikinci ay yəni, xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il cü il tarixinədək isə heç bir ödəniş ödəməmişdir. Cavabdeh “ A Glamur” Modalar evinin fərdi sahibkarı Afaq İsmayılzadə mənə İddiaçı ödənilməli olan borcu ilk ayın üçün 150 ( bir yüz əlli) manat, ikinci ay üçün isə 1000 (bir min) manat, ümumilikdə 1150 ( bir min bir yüz əlli) manat təşkil edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsinin 18.01,2025-ci il tarixli 3-175/2-14- 145/8/2025 nömrəli cavab məktubuna əsasən “A Glamur” Modalar evinin rəhbəri Afaq İsmayılzadə İddiaçı tanımadığını söyləmişdir. Lakin, araşdırma zamanı müəyyən edilib ki, Afaq İsmayılzadəyə məxsus “A Glamur” Modalar evində İlhamə Qurban qızının xx.xx.2024 - xx.xx.2024 tarixləri arasında əmək müqaviləsi olmadan işə cəlb olunduğunuz müəyyən edilib. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər idarəsinin xx.xx.2025-ci il tarixli 3-175/2-145/8/2025 nömrəli cavab məktubuna əsasən əmək müqaviləsi olmadan işə cəlb edilmə ilə bağlı Afaq İsmayılzadə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1 -ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi-vəkili iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, iddiaçı cavabdehlə aylıq 1000 manat əmək haqqı müqabilində çalışacağı ilə bağlı razılaşdığını bildirsə də, bu halı təsdiq edəcək sübutu məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş sübutdan da görünür ki, iddiaçı ilə eyni vəzifədə çalışan başqa şəxsin əmək haqqısı 350 manat təşkil edir. Bu isə o deməkdir ki, cavabdeh iddiaçıya 500 ABŞ dolları ödəməklə əslində iddiaçıya ödənilməli olan məbləğdən də artıq ödəniş etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları araşdırıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. İş üzrə təqdim olunmuş sübutlar sırasına daxil olan X8 Xidməti Bakı şəhər İdarəsinin iddiaçıya ünvanladığı 18 fevral 2025-ci il tarixli məktubda qeyd edilir ki, araşdırma zamanı vəzifəli şəxs X2 aid müəssisədə rəsmi əmək müqaviləsi ilə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək çalışmış X5 xx.xx.2025-ci il tarixində 4 saylı Bakı DOST Mərkəzində, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək çalışmış X3 tərəfindən isə xx.xx.2025-ci il tarixində 4 saylı Bakı DOST Mərkəzində izahatlar təqdim olunmuş və həmin izahatlara əsasən sizin xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən vəzifəli şəxs X6 tərəfindən işlərin (xidmətlərin) görülməsinə cəlb olunduğunuz müəyyən edilmişdir. Bu səbəbdən əmək müqavilələri hüquqi qüvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunmağınız ilə bağlı vəzifəli şəxs X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən tərəfimizdən xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. 18 aprel 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində dindirilən X4 bildirmişdir ki, o, əmək müqaviləsi ilə cavabdeh modalar evində çalışmışdır. İddiaçı 22 oktyabr 2024-cü ildən 16 dekabr 2024-cü ilə qədər “A Glamur” modalar evində tikişçi kimi çalışmışdır. İddiaçı modalar evində əmək müqaviləsi olmadan çalışmışdır. İddiaçı Afaq xanımın köməkçisi ilə aylıq 1000 manat əmək haqqı ödənilməsi şərti ilə işə başlamışdır. Cavabdeh iddiaçıya ilk ay üçün 850 manat (500 dollar) ödəniş etmişdir. Cavabdehin köməkçisi 500 dollar pulu ona əlbəəl vermiş, o da öz növbəsində həmin məbləği iddiaçıya vermişdir. İddiaçının həmin müəssisədə işləməsi üçün cavabdehin köməkçisi Aygün xanıma iddiaçının o məsləhət görmüşdür. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı onunla əmək müqaviləsi bağlanmadan cavabdeh modalar evində tikişçi işinə cəlb edilmişdir. İddiaçı cavabdehin ona hər ay 1000 manat əmək haqqı ödənilməsi barədə öhdəlik götürdüyünü iddia edərək, 2 ay üçün 1150 manat ödənilməmiş haqqın tutulmasını xahiş edir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəf 04 aprel 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında bildirmişdir ki, cavabdeh iddiaçı ilə əmək müqaviləsi bağlamamış və 1000 manat ödəyəcəyi ilə bağlı öhdəlik götürməmişdir. O, eyni zamanda bildirmişdir ki, müsabiqə elan edilmiş, iddiaçı 2 gün sınaq müddəti üzrə işləmiş və sonradan orada işləməmişdir. Məhkəmə iddia tələbinin əsaslılığı ilə bağlı qeyd edir ki, cavabdehin qeyri-səmimiliyi həm də 04 aprel 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında vermiş olduğu izahatın X8 Xidmətinin araşdırması nəticəsində aşkar etdiyi hallarla üst-üstə düşməməsində özünü büruzə verir. Belə ki, iddia tələbinin iddiaçının sözügedən müəssisədə 2 təqvim ayına yaxın müddətdə çalışması ilə bağlı əsasına münasibətdə belə nəticəyə gəlmək olur ki, iddiaçı bu əsası qeyd etməkdə haqlı olmaqla eyni zamanda iş materialları ilə də bu hal öz təsdiqini tapır. Belə ki, iddiaçının cavabdeh modalar evində 22 oktyabr 2024-cü ildən 16 dekabr 2024-cü ilə qədər əmək müqaviləsi olmadan çalışması həm məhkəmə iclasında şahid ifadəsi, həmçinin X8 Xidməti tərəfindən aparılmış araşdırma nəticəsində gəlmiş olduğu nəticə və cavabdeh barəsində işçinin əmək müqaviləsi olmadan işə cəlb olunması ilə bağlı inzibati tənbeh vermə haqqında qərar qəbul etməsi fakt ilə də sübut olunur. Bu səbəbdən iddiaçının sözügedən müddət ərzində cavabdeh modalar evində əmək müqaviləsi olmadan işə cəlb olunması işin sübuta yetirilmiş halı kimi nəzərə alınır. İddia tələbinin tərəflərin aylıq 1000 manat ödəniş əsasında razılaşmalarına münasibətdə isə məhkəmə qeyd edir ki, sözügedən məbləğin tərəflər arasında razılaşdırılmasında birbaşa iştirak edən şəxs Səadət Məhərrəmova şahid qismində ifadə verərək, bu halı təsdiq etmişdir. Cavabdeh sübut təqdim edərək, həmin dövrdə iddiaçı ilə eyni vəzifədə işləyən şəxsin 350 manat əmək haqqı müqabilində çalışdığını bildirsə də, məhkəmə qeyd edir ki, cavabdeh fərdi sahibkardır və işçilərlə əmək haqlarını hər iki tərəfin iradə ifadəsinə uyğun olaraq müəyyənləşdirmək hüququna malikdir. Başqa sözlə, eyni vəzifədə çalışan bütün şəxslərin əmək haqqısının eyni məbləğdə razılaşdırılmalı olması ilə bağlı fərdi sahibkarın üzərinə öhdəlik qoya biləcək hər hansı bir prezumpsiya mövcud deyildir. Məhkəmə şahid ifadəsinin mötəbərliyinə və cavabdeh tərəfin mövqeyinin qeyri-səmimiliyinə əsas verəcək hala münasibətdə bir daha vurğulamağı lazım bilir ki, cavabdeh ilk əvvəl ümumiyyətlə iddiaçının 2 gündən artıq modalar evində çalışmadığını bildirmiş, daha sonra isə məhkəmənin gedişində tədqiq edilmiş sübutlardan sonra həmin mövqeyini əvvəlki kimi qətiyyətlə müdafiə etməmiş və bundan sonra isə etirazının əsası kimi iddiaçının cavabehlə aylıq məhz 1000 manat əmək haqqı müqabilində razılaşmamasını əsas gətirərək həmin vəzifədə çalışan başqa bir işçinin əmək haqqı barəsində sübut təqdim etmişdir. İddiaçının isə ərizəsində göstərdiyi əsaslar məhkəmə iclasının gedişində biri digərini məntiqi ardıcıllıqla tamamlayan sübutlarla öz təsdiqini tapmışdır. İddiaçının iddia ərizəsində göstərdiyi halların həqiqətə uyğun olduğu eyni zamanda iddiaçının cavabdeh tərəfindən 2 ay üçün ona ödənilməli olan 2000 manatdan 850 manat pulun ona ödənildiyini səmimi olaraq etiraf etməsi və bu halın da şahid ifadəsi ilə üst-üstə düşməsində də özünü göstərir. Cavabdeh isə öz növbəsində hətta iddia etdiyi kimi sübut qismində təqdim etdiyi eyni vəzifədə çalışan digər işçi ilə eyni məbləğdə (350 manat) iddiaçıya pul ödənilməli olduğunu bildirməsi halında belə, həmin məbləğin iddiaçıya ödənildiyini təsdiq edə biləcək sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının ərizəsində qeyd etdiyi hallar işin araşdırılması zamanı öz məntiqi ardıcılığı ilə həqiqəti əks etdirdiyindən iddiaçıya ödənilməli məbləğdən qalan 1150 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, cavabdeh heç bir hüquqi əsas olmadan iddiaçının xidmətindən bəhrələnmək və fayda götürməklə varlanmış, əvəzində isə iddiaçı bundan məhrum olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1092.1.1-ci maddəsinə əsasən qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya şamil edilir. Həmçinin Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 1,150 (bir min yüz əlli) manat məbləğində pul vəsaiti “A Glamur” Modalar evinin sahibkarı X1 tutulub İddiaçı ödənilsin. 31,50 manat məbləğində dövlət rüsumu cavabdehdən dövlət büdcəsinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətinə Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №2(009)-876/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-876/2025
16.05.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver