Məhkəmə qərarları › İş №2(009)-919/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-919/2022

01.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-919/2022 01.07.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X5 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı – cavabdehlər "xxxx" ASC-yə və Cavabdeh2 qarşı «dəymiş zərər görə sığorta haqqının ödənilməsi» tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhərində 01 iyul 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - cavabdeh "xxxx" ASC-yə və Cavabdeh2 qarşı «dəymiş zərər görə sığorta haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4,630 manat maddi zərərin, 150 manat qüsur aktına görə ödənilən pulun və 1000 manat mənəvi zərərin əvəzinin cavabdehdən onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonunun ərazisində yol-nəqliyyat hadisəsi baş vermiş, idarə etdiyi mülkiyyətində olan “Wolkswagen Tuareg” markalı ** CA *** dövlət qeydiyyat nişanlı minik avtomobilini Cavabdeh2 idarə etdiyi ** RB *** dövlət qeydiyyatlı “Renault Megane” markalı avtomobil sol yan hissəsindən vurmuşdur.Bu yol nəqliyyat hadisəsi üzrə Cavabdeh2 Nizami Rayon DYPŞ tərəfindən inzibati Xətalar Məcəlləsinin 327.2,-ci maddəsi ilə təqsirli bilinərək barəsində xx.xx.2022-ci il tarixli, TP ******* saylı X2 Qərar tərtib edilərək məsuliyyətə cəlb edilmişdir. Sonra o, avtomobilinə vurulan zərərlə bağlı zərər vuran avtomobilin icbari sığortaolunduğu "xxxx" Açıq Səhmdar Cəmiyyətinə dəvət edilmişəm və burada mənə avtomobilimə dəymiş zərərin 2100 (iki mün bir yüz) manat həddində qiymətləndirildiyi bildirilmişdir.İddiaçı onlara avtomobilimə dəymiş zərərin bu məbləğdən daha çox olduğunu, pensiyaçı və müharibə veteranı kimi avtomobilinin tam təmiri üçün əlavə ödəmə imkanlarının olmadığını bildirmişdir. Bundan sonraa "xxxx" ASC tərəfindən avtomobilinə dəymiş zərərin təkrar qiymətləndirilməsi aparılacağı bildirilmişdir. Təkrar qiymətləndirmədən sonra isə, dəymiş zərər cəmi 100 (bir yüz) manat artırılaraq 2200 (iki min iki yüz) manat məbləğində qiymətləndirilmişdir. İddiaçı bu məbləğlə razılaşmayaraq avtomobilinə dəymiş zərərin daha çox olduğunu desə də, “Günay Sığorta" ASC 2200 (iki min iki yüz) manat məbləğdən artıq heç bir vəsait ödəməyəcəklərmi bildirmişdir.Bütün bunlardan sonra o, Azərbaycan Automobiles QSC-yə (“Wolkswagen” Servis) müraciət edərək avtomobilinə dəymiş zərərin qiymətləndirilməsi üzrə Qüsur aktı almışdır. Həmin Qüsur aktı ilə avtomobilimə dəymiş zərər 7041.40 AZN (yeddi min qırx bir manat, 40 qəpik) məbləğində qiymətləndirilmişdir.Eyni zamanda "xxxx" ASC-nin avtomobilinə dəymiş zərərin obyektiv və ədalətli qiymətləndirməməsi ilə bağlı Azərbaycan Respublikası Mərkəzi Bankının sığorta fəaliyyətinə nəzarət idarəsinə yazılı müraciət etmişdir. Buradan isə, "xxxx" ASC-yə avtomobilə dəymiş zərərin müstəqil ekspert tərəfindən qiymətləndirilməli olduğu bildirilmişdir. Bundan sonra "xxxx" MMC tərəfindən avtomobilinə dəymiş zərərin qiymətləndirilməsi üzrə onun hesabına ekspertiza keçirilmiş və dəymiş zərər 4630 AZN (dörd min altı yüz otuz) məbləğində qiymətləndirilmişdir. Lakin "xxxx" ASC dəymiş zərərin 4630 AZN məbləğində müəyyən edilməsi ilə də razılaşmamış və özünün müəyyən etdiyi 2200 (iki min iki yüz) manat məbləğdən artıq vəsait ödəməyəcəyini bildirmişdir. Həmçinin, "xxxx" ASC-nin bu cür qanunsuz davranışları, süründürməçiliyi və məni get-gələ salması iddiaçıya əlavə iztirablar yaşadaraq mənəvi zərər vurmuşdur. Həmçinin, indiyədək avtomobilini zərər yetirilmiş formada sürməyə məcbur olmuşdur .Qeyd olunanlara əsasən iddianın təmin olunması xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. İş üzrə digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nın 185.5-ci maddəsinə əsaslanaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını və təqdim olunmuş sübutları məcmu halında qiymətləndirilməklə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarında olan: TP ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Renault Megane markalı, ** RB *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2 İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinmişdir. "xxxx" ASC tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd olunur ki, "xxxx" ASC-də sığortalanmış Renault Megane markalı, ** RB *** dövlət qeydiyyat nişanlı avtomobil və “Volksvvagen” markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi baş vermişdir. xx.xx.2022-ci il tarixli tərtib edilmiş akta əsasən “Volksvvagen” markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 2,200 manat müəyyən edilmişdir. İşin hallarından aşkar göründüyü kimi, sığorta hadisəsinin mövcudluğu, sığortalanmış avtomobilə zərər dəyməsi mübahisəsizdir və mübahisə məhz vurulmuş zərərin məbləği ilə bağlı əmələ gəlmişdir. İddiaçı sığorta hadisəsi nəticəsində ümumilikdə 4,630 manat ziyan dəyməsi ilə əlaqədar olaraq sığorta haqqında qanununu 56.1.2-ci maddəsini əsas gətirərək, tələb olunan pulun məhkəmə qaydasında cavabdehdən tutulmasını tələb edir, cavabdeh isə məhkəməyədək mərhələdə dəymiş zərəri 2,200 manat məbləğində olduğunu müəyyən etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883-cü maddəsinə əsasən sığortalı sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsi üçün sığorta haqqı ödəməsi müqabilində sığorta müqaviləsi bağlayır. Həmin Məcəllənin 884.5-ci maddəsinə əsasən, sığorta olunan əmlak mənafeləri sığorta müqaviləsi əsasında sığortalanan şəxsdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 6.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. Qanununun 7-ci maddəsinə əsasən, mülki məsuliyyətin icbari sığortası üzrə sığorta müqaviləsinin tərəfi olmayan, sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən, eyni zamanda sığorta ödənişi almaq hüququna malik olan fiziki şəxslər – fiziki şəxs öldüyü halda, onun ailə üzvləri – və ya hüquqi şəxslər, yaxud onların hüquq varisləri üçüncü şəxs sayılırlar. Qanununun 20.2-ci maddəsinə əsasən, həmin Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. Göründüyü kimi, qanunverici təqsirinin dərəcəsindən asılı olmayaraq mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsi ilə hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini ödəməsi vəzifəsini müəyyən etmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli 9/3458-8/1232 №-li məhkəmə ekspertizasının rəyindən görünür ki, “Volkswagen” markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 4,530 manat müəyyən edilmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 15.3-cü maddəsinə əsasən zərər dəymiş əmlakın təmiri və ya bərpası üçün birbaşa çəkilən xərclər, zərər dəymiş əmlakın daşınması, habelə onun qalıqlarının yığılması və daşınması ilə bağlı xərclər və s. əmlaka dəyən zərərin məbləğinə aiddir. Göründüyü kimi, 2014-cü il buraxılışlı “Volkswagen” markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, hadisə baş verən tarixə dəyişilməli hissələrəinin qiyməti 4,530 manat olduğu təqdirdə cavabdeh "xxxx" ASC bir tərəfli qaydada həmin avtomobilə dəymiş zərəri 2,200 manat məbləğində qiymətləndirmişdir. Məhkəmə qeyd edir ki, iddiaçıya dəymiş zərər cavabdeh sığorta şirkətinin şəxsin mülki məsuliyyətini sığorta etdiyi məbləğ çərçivəsində ( 5.000 manat çərçivəsində) yarandığından iddia tələbi "xxxx" ASC-yə münasibətdə qismən təmin edilərək 4,530 manat məbləğində pul vəsaiti sığorta şirkətindən tutulmalı, digər cavabdehə münasibətdə isə təmin edilməməlidir. «İcbari sığorta haqqında» Qanunun 56.1-ci maddəsinə əsasən üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 50.000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat, üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat müəyyən edilmişdir. Məhkəmə işin faktiki hallarını, maddi və prosessual normaların tələblərini dəyərləndirərək hesab edir ki, iddiaçının iddia tələbi qismən əsaslıdır, "xxxx" ASC sığorta hadisəsi nəticəsində sığortalıya zərər dəymiş əmlakının təmiri və bərpası üçün birbaşa çəkilməli olan 4,530 manat zərər məbləği "xxxx" ASC-dən İddiaçı xeyrinə tutulmalı, iddia tələbinin qüsur aktına görə ödənilən 150 manat pulun cavabdehdən tutulması hissəsi əsassız olduğundan həmin hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı qüsur aktını əldə etmək üçün "xxxx" MMC-yə öz iradəsi ilə müraciət etmiş və əvəzini ödəyərək xidmətdən yararlanmışdır. Həmin xərc məhkəmə xərclərinə daxil edilmədiyindən, habelə cavabdehin təqsiri ucbatından yaranmadığından cavabdehə aid edilməməlidir. Məhkəmə iddiaçının mənəvi ziyana görə 1.000 manat tələb etməsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə də əsassız olduğundan təmin edilməməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında izah edilir ki, mənəvi zərər anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və y ahəmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Məhkəmə yuxarıda sadalananları və işin hallarını əsas götürərək hesab edir ki, iddiaçı cavabdeh tərəfindən aldadılmaqla mənəvi sarsıntı keçirdiyini bildirsə də, hansı mənəvi sarsıntı və ya fiziki itirab keçirdiyi barədə məhkəməyə əsaslı bir sübut təqdim edə bilməmişdir. Həmçinin Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən və iddia tələbi qismən təmin olunduğu halda, hazırkı iş üzrə çəkilmiş xərclər (dövlət rüsumu və ekspert tədqiqatının dəyəri) yarı hissələrdə tərəflərə aid edilməlidir. İşə əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı dövlət rüsumu ödəməkdən azaddır, bununla da məhkəmə xərcləri iddia qiymətləndirilən iddia olduğundan (5,780 manat) 77,80 manat dövlət rüsumundan və 100 manat Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-əmtəəşünaslıq ekspert tədqiqatının dəyərindən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı məxsus Volkswagen markalı, ** CA *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci kimi 4,530 manat pul vəsaiti cavabdeh "xxxx" ASC-dən alınıb İddiaçı ödənilsin. İddiaya məhkəmədə baxılması üçün ödənilməli olan dövlət rüsumunun 40 manat hissəsi cavabdeh "xxxx" ASC-dən alınıb dövlət büdcəsinə köçürülsün. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəməəmtəəşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat vəsaitin 50 manat hissəsi İddiaçı, 50 manat hissəsi isə cavabdeh "xxxx" ASC-dən tutulub ƏN Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********; AZ34CTRE**********0002088501, X1, KOD 210005; VÖEN **********; müxbir hesab Az41NABZ013601**********03944, S.W.İ.F.T. BİK: CTREAZ 22) köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar