Məhkəmə qərarları › İş №2(009)-928/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-928/2025

19.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-928/2025 19.03.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı Elviranın Akhmedovanın Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə baxaraq … MÜƏYYƏN ETDİ: İddiaçı Elviranın Akhmedova Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hakim iş materillarını araşdırıb hesab edir ki, iddia ərizəsi aşağıdakı əsaslara görə geri qaytarılmalıdır. AR MPM-nin 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” AR Qanununa uyğun olaraq tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olduqduğu halda həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim etmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarılır. Azərbaycan Respublikası “Mediasiya haqqında” AR Qanununun 3.1.2-ci maddəsinə əsasən ailə münasibətlərindən irəli gələn mübahisələrə dair işlər üzrə mediasiya tədbiq edilir. Hakim qeyd edir ki, ailə münasibətlərindən irəli gələn mübahisələrə dair işlərə məhkəmə qaydasında baxılmamışdan əvvəl tərəfin həmin mübahisənin məhkəmədənkənar mediasiya prosesində həll edilmə qaydasında riayət edilmədən, yəni mediasiya prosesində iştirakı tələb olduğu halda həmin tələbə riayət edilmədən məhkəməyə müraciət edildiyi üçün hazırki iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Hakim digər tərəfdən qeyd edir ki, iddia ərizəsinə göstərilən yetkinlik yaşına çatmayan uşağın doğum haqqında şəhadətnaməsi, cavabdehin uşağın atası olması barədə sübutlar (atalığın etiraf edilməsi barədə sənəd və ya uşaq anadan olarkən tərəflərin nikahda olmasını təsdiq edən sənəd) əlavə edilməmişdir. Hakim eyni zamanda qeyd edir ki, iddia ərizəsi Azərbaycan Respublikasının dövlət dilində tərtib edilsə də, iddia ərizəsinə əlavə edilmiş sənədlər ingilis dilində tərtib edilmiş və tərcümə edilmədən məhkəməyə təqdim edilmişdir. AR Konstitusiyanın 26-cı maddəsinin İ-ci hissəsinə əsasən Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir. AR Konstitusiyanın 127-ci maddəsinin X bəndinə əsasən Azərbaycan Respublikasında məhkəmə icraatı Azərbaycan Respublikasının dövlət dilində və ya müvafiq yerin əhalisinin çoxluq təşkil edən hissəsinin dilində aparılır. AR MPM-nin 11.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı Azərbaycan Respublikasının dövlət dilində — Azərbaycan dilində və ya müəyyən ərazi əhalisinin əksəriyyətinin dilində aparılır. Göründüyü kimi Azərbaycan Respublikasında məhkəmə icraatı Azərbaycan Respublikasının dövlət dili olan azərbaycan dilində aparılmalı olduğundan, məhkəməyə təqdim edilən sənədlər də (iddia ərizəsinə əlavə edilən sənədlər) azərbaycan dilində tərtib edilməlidir. Əgər məhkəməyə müraciət edən şəxs qeyri-millətin nümayəndəsi olarsa (rus, ingilis, fransız və sair)həmin şəxslər məhkəməyə öz bildikləri dildə deyil, azərbaycan dilində tərtib etdikləri sənədləri təqdim etməlidirlər (hətta ərizə onların ana dilində tərtib edilsə belə həmin ərizə azərbaycan dilinə tərcümə olunmuş variantda məhkəməyə təqdim olunmalıdır). Hakim eyni zamanda qeyd edir ki, həm iddiaçı, həm də cavabdeh xarici vətəndaş olduğundan nikah münasibətlərindən əmələ gələn mübahisəyə dair işə Azərbaycan Respublikası məhkəmələri tərəfindən baxılması mümkünlüyünə yalnız o halda yol verilir ki, iddia vermiş ər və ya arvadın Azərbaycan Respublikasında adətən olduğu yer mövcud olsun(AR MPM-nin 446-cı maddə). İddiaçı tərəfindən isə məhkəməyə belə bir sübut təqdim edilməmişdir. İddiaçı cavabdehin iddia ərizəsində qeyd etdiyi ünvanda yaşamasını və qeydiyyatda olmasını təsdiq edən sübutları da ərizəyə əlavə etməmişdir. Beləliklə hakim yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddiaçı mübahisənin məhkəməyə qədər nizama salınmasına dair sübutları, həmçinin mülki işə baxılması ilə bağlı zəruri sənədləri iddia ərizəsinə əlavə etmədiyindən iddia ərizəsinin icraata qəbulundan imtina edilməli və iddia ərizəsi geri qaytarılmalıdır. AR MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Şərh olunanlara əsasən və AR MPM-nin 149-152-ci maddələrini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: İddiaçı Elviranın Akhmedovanın Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar