Məhkəmə qərarları › İş №2(009)-942/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-942/2021

03.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-942/2021 03.03.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı mənəvi ziyanın tutulması barədə iddia ərizəsinin mümkünlüyü məsələsinə baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Kanal-24“-dən 60000 manat mənəvi ziyanın tutulması və həmin pulun 2-ci Qarabağ müharibəsi Qaziləri üçün yaradılmış “Yaşat” Fonduna köçürülməsi barədə iddia iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hakim iddia ərizəsini araşdıraraq hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. AR MPM-nin 149.2.1-ci maddəsiən əsasən idida ərizəsində ərizənin verildiyi məhkəmənin adı; 149.2.2. işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları; 149.2.3. iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 149.4-cü maddəsinə əsasən ərizədə mubahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməklə verilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Prosessual qanunvericiliyinin tələblərinə əsasən iddia ərizəsində iddiaçının və cavabdehin adı, onların poçt ünvanları, iddia tələbini əsaslandığı hallar, iddia ərizəsinə əlavə olunan sənədlər göstərilməli və iddia ərizəsi iddiaçı tərəfindən imzalanmalıdır. Lakin iddiaçı iddia ərizəsində öz ünvanını, cavabdehin adını və ünvanını göstərməmişdir. Digər tərəfdən iddia ərizəsi cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir, iddia ərizəsinə cavabdehlərin sayına görə onun surəti, mübahisənin həlli üçün zəruri sənədlər və dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə olunur. Ərizəçi tərəfindən verilmiş ərizə AR MPM-nin 149-cu maddəsi ilə müəyyən edilmiş formaya uyğun deyil, iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi barədə sənəd və digər zəruri sənədlər (mübahisənin düzgün həlli edilməsi üçün zəruri sənədlər, dövlət rüsumunun ödənilməsi barədə qəbz) əlavə olunmamış və iddia ərizəsi imzalanmamışdır. Hakim izah edir ki, iddiaçı göstərilən nöqsanları aradan qaldırdıqdan sonra cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə iddia ərizəsi ilə müraciət etməlidir. AR MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 151.1 maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Bu səbəbdən hakim hesab edir ki, iddia ərizəsinin məhkəmə icraatı mümkün deyil və iddia ərizəsi geri qaytarılamlıdır. Şərh olunanlara əsasən və AR MPM-nin 152.1.1, 152.2-152.4-cü maddələrini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: İddiaçı mənəvi ziyanın tutulması barədə iddia ərizəsi geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar