Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-954/2023 09.06.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil1, İlkin iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə 3-cü şəxs Cavabdeh3 MMC-nin nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 MMC-yə qarşı müqavilələrin və onun əsasında verilmiş çıxarışların ləğv edilməsi tələbinə dair ilkin iddia ərizəsi üzrə, həmçinin iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı qarşı müqavilələrin etibarsız hesab edilməsi tələbi barədə qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Səbail Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 MMC-yə qarşı müqavilələrin və onun əsasında verilmiş çıxarışların ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, "xxxx" MMC ilə onun arasında ünvan 1 ünvanda yerləşən 67 saylı yaşayış binasının 10-cu mərtəbəsində (sol tərəfdə) 91 nömrəli, 4 otaqdan ibarət ümumi sahəsi 320 kv.metr və həmin mərtəbənin (sağ tərəfdə) 92 nömrəli, 4 otaqdan ibarət ümumi sahəsi 320 kv.metr mənzillərin alqı-saqtısına dair xx.xx.2017-ci il tarixli müqavilələr bağlanmışdır. Mənzilin dəyəri 1.500.000 manat olmaqla hər iki mənzilə görə 3.000.000 manat məbləğində pul ödənilmişdir. Müəssisənin təsdiq etdiyi maliyyə arayışına əsasən mənzillərin ödənişləri tam olaraq ödənilmişdir. Müqavilələrin “Satıcının öhdəlikləri və mənzil təhvil verilərkən görəcəyi işlər” hissəsində göstərilmişdir ki, satıcı bu müqavilə imzalandıqdan və müqavilənin 2.2-ci bəndində göstərilən məbləğ tam ödənildikdən sonra mənzili tamamlama-bəzək işlərinin görülməsi üçün alıcıya təhvil verir (bənd 3.1). Bina tikilib hazır olduqdan sonra aldığı mənzillərdən istifadə etmək üçün "xxxx" MMC direktoruna ərizə ilə müraciət edərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini icra edib göstərilən mənzilin ona təhvil verilməsini bildirsə də, ərizənin qəbul olunmasından imtina edilmişdir. Bundan sonra ona məlum olmuşdur ki, "xxxx" MMC-nin fəaliyyətinə bir müddət əvvəl xitam verərək Cavabdeh3 MMC-yə qoşulmuş və sonuncu yenidən təşkil edildiyini elan etmişdir. Ona görə də AR Mülki Məcəlləsinin tələblərinə əsasən Cavabdeh3 MMC-yə rəsmi qaydada müraciət edərək qeyd edilən müqavilələr üzrə öhdəliyin yerinə yetirilməsini xahiş etmişdir, lakin cavabdeh MMC müraciətinə cavab verilməmişdir. Mənzillərin dəyərini tam ödəməklə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu əldə etdiyinə və müqavilələr üzrə öhdəliyini tam şəkildə icra etməsinə baxmayaraq, bu günə kimi mənzillər ona təhvil vermədiyinə, MMC tərəfindən müqavilələr üzrə öhdəliklər yerinə yetirilmədiyi üçün Bakı şəhəri Səbail rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 67 saylı yaşayış binasının 10-cu mərtəbəsində (sol tərəfdə) 91 nömrəli, 4 otaqdan ibarət ümumi sahəsi 320 kv.metr və (sağ tərəfdə) 92 nömrəli, 4 otaqdan ibarət ümumi sahəsi 320 kv.metr mənzillərin ona təhvil verilməsi öhdəliyinin icra edilməsini Cavabdeh3 MMC-nin üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1289/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim İ.Rüstəmli) iddia ərizəsi təmin edilmişdir. Qətnamədən cavabdeh MMC apellyasiya şikayəti vermiş və işin araşdırılması Bakı Apellyasiya Məhkəməsinin hakimi İ.Şirinovun sədrliyi ilə MK-nın həvalə edilmişdir. Apellyasiya şikayətinə baxılan ərəfədə MMC-nin nümayəndəsi Məhkəmə Kollegiyasına üçüncü şəxs AR ƏMDK yanında DƏDRX tərəfindən mübahisəli mənzillərin qeydiyyata alınaraq hazırkı cavabdehlər Cavabdeh1 adına xx.xx.2020-ci il tarixli və Cavabdeh2 adına xx.xx.2020-ci il tarixli Çıxarışlar verildiyi bildirilmişdir. Eyni zamanda məhkəmə kollegiyasına Cavabdeh1 atası, digər Cavabdeh2 həyat yoldaşı Şükürov Qüdrət tərəfindən məktubla müraciət olunaraq şahid qismində izahat verməyi xahiş edərək bildirmişdir ki, İddiaçı tələb etdiyi mənzillər tanışı X4 ilə aralarında yaranmış razılaşmaya görə mənzillərin alqı-satqısını ilk olaraq İddiaçı adına rəsmiləşdirilməsini Gümüş Plaza rəhbərliyindən şəxsən özü xahiş etmiş və sonradan fikrini dəyişərək mənzilləri oğlunun və həyat yoldaşının adına sənədləşdirmişdir. Göründüyü kimi mənzillər ilkin olaraq onun adına rəsmiləşdirilməsini cavabdehlərin atası və həyat yoldaşı Qüdrət Şükürov etiraf etmişdir. Belə olan halda, MMC-nin mülkiyyətində olmayan əşya (mənzil) barədə sərəncam verməsi mülki qanunvericiliyin normalarına və Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 2010-cu il 25 oktyabr tarixli Qərarının hüquqi mövqeyinə uyğun deyildir. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdeh "xxxx" MMC ("xxxx" MMC) ilə Cavabdeh1 arasında bağlanan müqaviləni etibarsız hesab edib, onun adına verilmiş ünvan 1, mənzil 1, Yeni qaydada: ünvan 2 ünvanda yerləşən ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli mənzilin qeydə alınmasına dair çıxarışın ləğv edilməsini, cavabdeh “PMD" MMC ("Gumush Plaza” MMC) ilə Cavabdeh2 arasında bağlanan müqaviləni etibarsız hesab edib, onun adına verilmiş ünvan 1, mənzil 2, Yeni qaydada: ünvan 3 ünvanda yerləşən ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli mənzilin qeydə alınmasına dair çıxarışın ləğv edilməsini AR ƏMDK Yanında DƏDRX-nə həvalə edərək, həmin mənzillərdə yaşayan şəxslərin oradan çıxarılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı qarşı müqavilələrin etibarsız hesab edilməsi tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişlər ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin araşdırılması zamanı məlum olmuşdur ki, ilkin iddia üzrə İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş ilkin iddiaçı ilə "xxxx" MMC arasında imzalanmış xx.xx.2017-ci il tarixli hər iki alqı-satqı müqaviləsi qanunla müəyyən edilmiş forma tələblərinə riayət etməməklə, AR Mülki Məcəlləsində müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlandığı üçün, həmçinin, başqa əqdi pərdələyərək ona uyğun real hüquqi nəticələr yaratmaq niyyəti olmadan bağlandığı üçün etibarsız hesab edilməlidir. Qanunla müəyyən edilmiş forma tələblərinə riayət etməməklə, həmçinin, qanunvericiliklə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır (əhəmiyyətsizdir). İlkin iddia üzrə iddiaçı ilə "xxxx" MMC arasında imzalandığı iddia olunan xx.xx.2017-ci il tarixli hər iki alqı-satqı müqaviləsi AR Mülki Məcəlləsində müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlandığı üçün öz-özlüyündə etibarsız (əhəmiyyətsiz) əqddir. Belə ki, ünvan 4 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binası, məntiq etibarilə də, hazırki məhkəmə mübahisəsinin predmeti olan çoxmərtəbəli yaşayış binasının 67-ci binasının, 10cu mərtəbəsində yerləşən 1 və 2 nömrəli mənzillər xx.xx.2016-cı il tarixindən etibarən ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyətçi "xxxx" MMC-nin adına dövlət qeydiyyatına alınmışdır. Mülki qanunvericiliyin imperativ tələblərinə görə, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair bağlanılmış müqavilələr mütləq notariat qaydasında təsdiqlənməlidir, əks təqdirdə müqavilə qanunla müəyyən edilmiş forma tələblərinə riayət edilmədən bağlandığı üçün etibarsızdır (əhəmiyyətsizdir). Göründüyü kimi, hazırki mübahisədə də ilkin iddia üzrə iddiaçı tərəfindən iddia olunan hər iki mənzil daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatında olmasına baxmayaraq ilkin iddia üzrə iddiaçının təqdim etdiyi alqı-satqı müqavilələri notarial qaydada təsdiqlənməmişdir. Belə olduğu təqdirdə hər iki müqavilə qanunla müəyyən edilmiş forma tələblərinə riayət etməməklə, həmçinin, qanunvericiliklə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlandığı üçün birmənalı olaraq etibarsızdır (əhəmiyyətsizdir) və məhkəmə araşdırmasının predmeti ola bilməz. Qarşılıqlı iddiasında qeyd olunan hüquqi məsələ ilə birbaşa bağlı həm Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarı, həm də “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 02/2022 nömrəli, xx.xx.2022-ci il tarixli Vahid Qərardadı qəbul edilmişdir. Həmin Qərar və Qərardadla formalaşmış hüquqi mövqeyə görə forma və məzmun etibarilə məcburi hüquq qaydalarına zidd olan əqdlər hər hansı şərt, qayda, təminat olmadan birbaşa əhəmiyyətsiz əqd olaraq dəyərləndirilməklə müddətin keçməsindən, mübahisələndirilməsindən və ya müvafiq məhkəmə qərarından asılı olmayaraq bağlandığı andan özü-özlüyündə etibarsızdır. İddianın hüquqi əsasını hər hansısa bir əqd təşkil etdikdə məhkəmələr ilk öncə həmin əqdin etibarlı olub-olmadığını təsbit etməlidir. Əgər ki, əqd etibarsızdırsa (əhəmiyyətsizdirsə) o zaman şəxsin həmin əqdə əsaslanan tələb üzrə iddia qaldırmağa subyektiv hüququnun olmadığı qənaətinə gəlinir. Hazırki işdə də ilkin iddia üzrə iddiaçının təqdim etdiyi xx.xx.2017-ci il tarixli alqı-satqı müqavilələri notarial qaydada təsdiq olunmadığı üçün etibarsız (əhəmiyyətsiz) əqd hesab olunmalı və ilkin iddia üzrə iddiaçı etibarsız (əhəmiyyətsiz) əqdə əsaslanan tələb irəli sürdüyü üçün onun iddiaya dair subyektiv hüququ mövcud olmadığı üçün iddia ərizəsi tam rədd edilməlidir. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi ilkin iddia üzrə iddiaçı ilə "xxxx" MMC arasında imzalandığı iddia olunan xx.xx.2017-ci il tarixli hər iki alqı-satqı müqaviləsinin predmeti olan mənzillər daşınmaz əmlakın dövlət reyestrinin obyekti olduğu üçün həmin mənzillərə sərəncam verilməsi barədə müqavilələr notarial qaydada təsdiq edilməli idi. Lakin müqavilələrə baxış keçirildikdə məlum olur ki, müqavilə notarial formada tərtib və təsdiq edilməmiş, satıcı hüquqi şəxsin müqavilə predmeti üzrə sərəncam vermək səlahiyyəti yoxlanılmamış, müqavilə mülki qanunvericiliyin tələblərinə uyğun olaraq X1 Sistemi üzərindən daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmamışdır. Belə olduğu təqdirdə ilkin iddia üzrə iddiaçı ilə "xxxx" MMC arasında imzalandığı iddia olunan xx.xx.2017-ci il tarixli hər iki alqı-satqı müqaviləsi əhəmiyyətsiz əqd olmaqla bağlandığı andan etibarsız hesab edilməlidir. Digər tərəfdən hesab edirlər ki, "xxxx" MMC ilə xx.xx.2017-ci il tarixli alqı-satqı müqavilələri imzalanarkən ilkin iddia üzrə İddiaçı həmin əqdlər üzrə hüquqi nəticələr yaratmaq niyyəti olmamış, həmin əqdlər yalnız görünüş üçün bağlanmış, şəxsin, həqiqətən də, ünvan 4 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında mənzil əldə etmək istiqamətində iradə ifadəsi və bu cür ifadəyə uyğun niyyəti və ağlabatan hərəkətləri mövcud olmamışdır. Belə ki, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Hazırki işdə də qeyd olunan mənzillər İddiaçı tərəfindən yox, əslində qarşılıqlı iddia üzrə iddiaçı şəxslərin atası və həyat yoldaşı Qüdrət Şükürov tərəfindən əldə edilmişdir. Bunun sübutu olaraq qeyd edirlər ki, İddiaçı Gümüş Plaza çoxmərtəbəli yaşayış binasında mənzil əldə etmək barədə iradə ifadəsi və bu cür ifadəyə uyğun niyyəti və ağlabatan hərəkətləri mövcud olmamışdır. Məsələn, İddiaçı müqavilə şərtlərinə uyğun olaraq ödənişi ödədikdən sonra - yəni ən geci 06 may 2017-ci il tarixindən etibarən mənzilləri təhvil almaq imkanına malik olduğu halda həmin mənzillərə qəsdən sahiblik və istifadə etməmiş, mənzilləri təmir etdirməmiş, həmin mənzillərdə dövlət qeydiyyatında olmamış, faktiki olaraq yaşamamış, 5 ildən çox müddət ərzində həmin mənzillərlə bağlı "xxxx" MMC-yə və Cavabdeh3 MMC-yə hər hansı müraciət etməmişdir. Əksinə 2016-cı ildən etibarən ünvan 4 ünvanında yerləşən 67-ci binanın 10cu mərtəbəsində yerləşən 1 və 2 nömrəli mənzillərdə Qüdrət Şükürov və onun ailəsi olan qarşılıqlı iddia üzrə iddiaçılar faktiki olaraq yaşamış, həmin mənzillər üzrə kommunal xidmətlərə görə "xxxx" ASC, “Azəriqaz” İB, "xxxx" ASC ilə müqavilələr imzalamış və kommunal ödənişlər həyata keçirmiş, üçüncü şəxs Cavabdeh3 MMC və çoxmərətəbəli binada yaşayan qonşular mənzillərin sahibi kimi İddiaçı yox, onları tanımışlar. Göründüyü kimi, İddiaçı ilə "xxxx" MMC arasında imzalanmış xx.xx.2017-ci il tarixli alqı-satqı müqavilələri yalnızca görünüş məqsədilə kağız üzərində imzalanmış bir müqavilə olmaqla tərəflərin əsl hüquqi niyyətlərini əks etdirməməkdədir. "xxxx" MMC ilə İddiaçı arasında imzalanmış xx.xx.2017-ci il tarixli alqı-satqı müqavilələri görüntüdə bağlanan (pərdələnən) əqd, Qüdrət Şükürov ilə "xxxx" MMC arasında imzalanmış alqı-satqı müqavilə isə gizli bağlanan (pərdələyən) əqd olmuşdur. Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: a) görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur. Qeyd olunduğu kimi, İddiaçı ilə "xxxx" MMC arasında imzalanmış xx.xx.2017-ci il tarixli alqı-satqı müqavilələri görüntüdə bağlanan əqd olduğu üçün tərəflərin iradə ifadələri əslində arzuladıqları hüquqi nəticəyə uyğun olmamış, hər iki tərəf arasında real hüquq və öhdəliklər mövcud olmamış, nəticə etibarilə müqavilə İddiaçı tərəfindən icra da olunmamışdır. b)gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir. Qeyd olunduğu kimi, İddiaçı ilə "xxxx" MMC arasında imzalanmış xx.xx.2017-ci il tarixli alqı-satqı müqavilələri əslində Qüdrət Şükürov ilə "xxxx" MMC arasında imzalanan alqı-satqı müqaviləsini pərdələmək məqsədilə imzalanmışdır. c)yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur. Qüdrət Şükürov üçüncü şəxslərdə Gümüş Plaza kimi çoxmərtəbəli yaşayış binasında mənzil sahibi olması kimi bir fikir formalaşdırmaq niyyətində olmadığı üçün bu əqdi yaxın dostu olmuş Vidadi Əliyevin işçisi İddiaçı vasitəsilə icra etmiş, real alqı-satqı müqaviləsini İddiaçı ilə "xxxx" MMC arasında bağlanılmış alqı-satqı müqavilələri ilə pərdələmişdir. Məhkəmə tərəflərin hərəkət və davranışlarını, fərqli subyekt tərkibi olan oxşar münasibətlərdə tərəflərin davranışını, əqdin bağlandığı fəaliyyət sahəsində formalaşmış davranış təcrübəsini və digər faktiki halları nəzərə alaraq əqdin yalan əqd olduğunu asanlıqla aydınlaşdıra bilər. Göstərilənləri nəzərə alaraq iddiaçılar cavabdeh İddiaçı ilə "xxxx" MMC (hazırda üçüncü şəxs Cavabdeh3 MMC) arasında ünvan 4 ünvanında yerləşən 67-ci binanın 10-cu mərtəbəsindəki 1 və 2 nömrəli mənzillərin satışı barədə imzalanmış xx.xx.2017-ci il tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında izahatı alınmış ilkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil1 ilkin iddianı tam müdafiə edərək onun təmin edilməsini, qarşılıqlı iddianı isə qəbul etməyərək və qarşılıqlı iddiaya qarşı yazılı etiraz təqdim edərək onun rədd edilməsini məhkəmədən xahiş etmişdir. İlkin iddia üzrə iddiaçının nümayəndəsi yazılı etirazında göstərmişdir ki, İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2017-ci il tarixli hər iki mənzilə dair alqı-satqı müqavilələri bağlanarkən, satıcı "xxxx" MMC yaşayış binasının onun mülkiyyətində olmasını gizlədərək alıcıya məlumat verməmiş və onu aldatmışdır. İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edəndən sonra göstərilən 67 saylı binanın xx.xx.2016-cı il tarixli ******* nömrəli çıxarışı məhkəməyə təqdim edilən gün binanın mülkiyyətdə olması məlum olmuşdur. İddia ərizəsinə əlavə edilmiş Cavabdeh1 atası, digər Cavabdeh2 həyat yoldaşı Şükürov Qüdrət tərəfindən məhkəməyə yazdığı məktubda da göstərilmişdir ki, İddiaçı tələb etdiyi mənzillər tanışı X4 ilə aralarında yaranmış razılaşmaya görə mənzillərin alqı-satqısını ilk olaraq İddiaçı adına rəsmiləşdirilməsini "xxxx" MMC-nin rəhbərliyindən şəxsən özü xahiş etmiş və sonradan fikrini dəyişərək mənzilləri oğlunun və həyat yoldaşının adına sənədləşdirmişdir. Cavabdeh1, Cavabdeh2 və "xxxx" MMC tərəfindən mənzillərin yerləşdiyi 67 saylı yaşayış binasının xx.xx.2016-cı il tarixli ******* nömrəli çıxarışla sonuncunun mülkiyyətdə olmasını hal-hazırda bildirməsi bir daha təsdiq edir ki, onlar qrup şəklində birləşərək İddiaçı aldatmışlar, əks təqdirdə alıcı "xxxx" MMC ilə xx.xx.2017-ci il tarixli müqavilələr bağlayaraq 3.000.000 manat məbləğində pulu MMC-nin ofisində Abdulkadir Toprak adlı şəxsə ödəməzdi. "xxxx" MMC-nin rəhbərliyi İddiaçı ilə hər iki müqaviləni təsdiq edəndən sonra mənzillərin dəyərini MMC-nin ofisində öz işçisi kimi təqdim etdiyi həmin şəxsə ödəməsini bildirmişdir. Qarşılıqlı iddia ərizəsində isə qeyd edilir ki, guya Abdulkadir Toprak adlı şəxsi tanımırlar. Halbuki, Abdulkadir Toprak adlı şəxs göstərilən müqavilələrə əsasən pulu MMC-nin ofisində öz otağında qəbul edərək qəbz vermişdir. Alıcı İddiaçı xx.xx.2017-ci il tarixli müqavilələri imzalayarkən satıcı "xxxx" MMC-nin rəhbərliyi 1 il 2 ay əvvəldən binanın mülkiyyətdə olmasını gizlətdiyi kimi həmin müqavilələr üzrə mənzillərin dəyərini qəbul edən Abdulkadir Toprak adlı şəxsi də, tanımamasını bildirməsi onların qeyri-səmimi olmasına əsas verir. Bundan əlavə, həmin vaxtlar binada yerləşən mənzilləri alan başqa şəxslər də, alqı-satqı müqavilələrini notariat qaydasında deyil, adi qaydada bağalayaraq mənzillərin dəyərini nağd şəkildə Abdulkadir Toprak adlı şəxsə ödəmişlər. "xxxx" MMC ilə İddiaçı arasında bağlanan xx.xx.2017-ci il tarixli alqı-satqı müqavilələri görünüş üçün bağlanmışdırsa, onların arasında əsl müqavilə də mövcud olmalı idi. Yəni tərəflər arasında müqavilənin biri yalan digəri isə əsl müqavilə olmalıdır. Qanunvericilik yalan əqdin başqa bir əqdi pərdələmək üçün eyni anda iki ayrı-ayrı əqdin bağlanmasını nəzərdə tutur. Yəni "xxxx" MMC ilə İddiaçı arasında bağlanan xx.xx.2017-ci il tarixli alqı-satqı müqavilələri tərəflərin əsl hüquqi niyyətini əks etdirmədikdə, tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə əsl müqaviləni pərdələyirlər. İş materiallarından görünür ki, İddiaçı ilə "xxxx" MMC arasında başqa müqavilə bağlanmamış və onların hansısa əqdi pərdələmək niyyətləri olmamışdır. Tərəflərdən yalnız birinin yalan əqdi bağlamaq niyyətinin olması AR Mülki Məcəlləsinin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. Bununla yanaşı, alqı-satqı müqavilələlərin etibarsız sayılması üçün ilk növbədə həmin müqavilələrin etibarlı olub-olmaması araşdırılmalıdır. Göründüyü kimi, bu günə kimi "xxxx" MMC ilə İddiaçı arasında bağlanan xx.xx.2017-ci il tarixli alqı-satqı müqavilələri qanunvericilikdə müəyyən edilmiş qaydada və müddətdə mübahisələndirilməmişdir. Belə vəziyyətdə həmin müqavilələrin etibarsız sayılması üçün əsaslar yoxdur və iradə ifadəsi zədələnmiş etimal edilən satıcı "xxxx" MMC-nin bağladığı müqavilələri onun tərəfindən mübahisələndirməsinə qədər həmin əqdlər etibarlı əqdlər kimi qəbul edilir. Digər tərəfdən müqavilə tərəflərinin iradə ifadəsinin əksinə müqavilə tərəfi olmayan şəxslərin qarşılıqlı iddia ərizəsində göstərilən əsaslarla həmin əqdlərin etibarsız sayılmasına dair tələbləri qanunu və əsaslı sayıla bilməz. Hesab edirlər ki, qarşılıqlı iddia ərizəsində göstərilən Qüdrət Şükürov ilə "xxxx" MMC arasında imzalanmış gizli bağlanan (pərdələyən) alqı-satqı müqaviləsi məhkəməyə təqdim edildikdə ona münasibət bildiriləcəkdir. İlkin iddia üzrə iddiaçının nümayəndəsi ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış ilkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 ilkin iddianı qəbul etməyərək və ilkin iddiaya qarşı yazılı etiraz təqdim edərək onun rədd edilməsini, qarşılıqlı iddianı tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İlkin iddia üzrə cavabdehlərin nümayəndəsi həmçinin ilkin iddiaya qarşı yazılı etirazında göstərmişdir ki, sənədlərin yalnız əsli (original nüsxələri) və ya onların notarial qaydada təsdiq olunmuş surətləri məhkəmə araşdırmasının predmeti ola bilər. Sənədlərin əsli (original nüsxələri) məhkəməyə təqdim olunmalıdır. İddiaçı iddia tələblərinin sübutu kimi iddia ərizəsinə sübut qismində 2 əsas sənəd əlavə etmişdir: iddiaçı ilə "xxxx" MMC arasında imzalandığı iddia olunan xx.xx.2017-ci il tarixli alqı-satqı müqavilələri və Abdulkadir Toprak adlı şəxs tərəfindən imzalanmış məktubun surəti. Lakin təəssüf ki, hər iki sənədin əsli (original nüsxəsi) məhkəməyə təqdim edilməmişdir. Cavabdeh olaraq mübahisəli məsələnin mahiyyətini və önəmini, iddia tələblərinin əsasında məhz cavabdehin mübahisələndirdiyi bir əqdin dayandığını nəzərə aldıqda hesab edirlər ki, əqdin ilk öncə reallıqda var olub-olmadığını müəyyənləşdirmək üçün hər iki sənədin əsli (original nüsxəsi) məhkəməyə təqdim olunmalıdır. Məhkəmə araşdırma zamanı surət olan yazılı sənədlərə o zaman istinad edə və onlara sübut qismində qiymət verə bilər ki, həmin sənəd surətinin həqiqiliyi və doğruluğu məhkəmə iştirakçıları tərəfindən mübahisələndirilməsin və şübhəsiz qəbul edilsin. Lakin hazırki işdə cavabdehlər hər iki sənədin varlığını (reallığını) əsaslı dəlillərlə qəbul etməməkdədirlər, belə olduğu təqdirdə həmin sənədlərin əsilləri (original nüsxələri) məhkəməyə təqdim olunmalıdır. İddiaçı bu əqdlərin həqiqi və etibarlılığının Səbail Rayon Məhkəməsinin 2(009)-1289/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təsdiq olunduğuna da istinad edə bilməz, çünki sözügedən məhkəmə qətnaməsi qanuni qüvvəyə minməmiş, üçüncü şəxs Cavabdeh3 MMC tərəfindən həmin qətnamədən apellyasiya şikayəti verilmişdir. Belə olduğu təqdirdə məhkəmə qətnaməsi sübut əhəmiyyətli qüvvəyə malik deyildir. İddiaçı alqı-satqı müqavilələrinin notarial qaydada təsdiq olunmuş surətlərini məhkəməyə təqdim etsə də, həmin surətlərlə tanış olduqda məlum olur ki, Bakı şəhəri 12 saylı notariat ofisinin xüsusi notariusu X5 alqı-satqı müqavilələrinin həqiqiliyini, qüvvəsini, etibarlılığını və ya müqavilədəki imzaların həqiqiliyini yox, sadəcə fotosurətlərini təsdiq etmişdir. Notarius qeydində fotosurətin alqı-satqı müqaviləsinin əslindən (original nüsxəsindən) olunduğu barədə təsdiqedici qeyd də mövcud deyil. Əvvəla Notariat hərəkətlərinin aparılması haqqında Təlimatda “sənədin fotosurətinin düzgünlüyünün təsdiqi” adlı bir notarial hərəkət nəzərdə tutulmamışdır. Fotosurət dedikdə nə nəzərdə tutulur? Alqı-satqı müqaviləsinin fotokamera vasitəsilə çəkilmiş şəklinin (fotosunun) kağıza köçürülməsi və notarius tərəfindən bu köçürülmənin təsdiqi? Bu cür əməliyyat tamamilə qanunsuzdur. Notarius sənədin əslindən (original nüsxəsindən) surətini təsdiq etdikdə Təlimatın 124-cü bəndinə görə dolayısıyla həmin sənədin qanunazidd olmadığını, hüquqi əhəmiyyət daşıdığını, habelə sənəddəki səlahiyyətli vəzifəli şəxsin imzasını və müvafiq qurumun möhürü ilə təsdiqləndiyini təsdiq edir və buna görə məsuliyyət daşıyır. Lakin fotosurət təsdiqi notarius üzərinə bu cür öhdəlik qoymadığı üçün hazırki işdə alqı-satqı müqavilələrinin notarial təsdiqli fotosurətləri iş üzrə sübut siyahısından çıxarılmalı, iddiaçı məhkəməyə ya alqı-satqı müqavilələrinin əslini (original nüsxəsini), ya da Təlimatın İX fəslinə uyğun olaraq sənədin notarial qaydada təsdiq edilmiş surətini təqdim etməlidir. İddiaçı Abdulkadir Toprak adlı şəxs tərəfindən imzalanmış məktubun surətini məhkəməyə təqdim edərək mənzillərin dəyərini ödədiyini sübut etmiş hesab edir. Lakin bu da yolverilməzdir. Belə ki, ilk öncə, yuxarıda da qeyd olunduğu kimi iddiaçı sənədin əslini (original nüsxəsini) məhkəməyə, dolayısıyla, cavabdehlərə təqdim etməli və onlara sübut etməlidir ki, onların hazırda yaşadığı mənzillərin dəyərini cavabdehlərdən əvvəl başqa bir şəxs ödəmişdir. Lakin iddiaçı məktubun əslini məhkəməyə təqdim etməmişdir. Bundan əlavə, məktubun surətinin sübut qismində qəbul edilə bilməməsi üçün başqa əsaslı şübhələr və ciddi uyğunsuzluqlar mövcuddur. Belə ki, məktub "xxxx" MMC-nin direktorunun və ya baş mühasibinin imzası ilə imzalanmamış, müəssisənin möhürü ilə təsdiq edilməmişdir; məktubu imzaladığı qeyd olunan Abdulkadir Toprak adlı şəxs "xxxx" MMC-nin işçisi və hər hansı formada əməkdaşı olmamışdır; məktubda rəsmi blank nömrəsi qeyd olunmamış, tarix əl yazısı ilə qeyd edilmiş, binanın ünvanı Səbail rayonu əvəzinə Yasamal rayonu olaraq qeyd edilmişdir; alqı-satqı müqavilələrində 1 və 2 nömrəli mənzil deyə qeyd olunsa da, həmin məktubda Gümüş Rezidensin “B” blokunun 10-cu mərtəbəsində ki, 91 və 92 nömrəli mənzillərin tam ödənişinin ödənildiyi qeyd olunmuşdur; iddiaçının maliyyə arayışı adlandırdığı və 3 milyon manat ödədiyini iddia etdiyi sənəddə maliyyə ifadəsi mövcud olmamış, iddiaçının kimə, hansı tarixdə, nə qədər məbləğ ödədiyi qeyd olunmamış, iddiaçıda kassa mədaxil orderi olmamışdır və s. Göründüyü kimi, əsaslı şübhə və ciddi uyğunsuzluqların olduğu və cavabdeh tərəfin qəbul etmədiyi bir məktub surətinin iş üzrə sübut qismində qiymətləndirilməsi həm prosessual qanunvericiliyin tələbləri baxımından, həm də hərtərəfli, tam, obyektiv və ədalətli araşdırmanın təmin edilməsi baxımından doğru olmazdı. Buna görə də hazırki işdə Abdulkadir Toprak adlı şəxs tərəfindən imzalandığı iddia olunan məktubun surəti iş üzrə sübut siyahısından çıxarılmalı, iddiaçı ya məktubun originalını, ya da mənzillərini dəyərini təşkil edən məbləğin ödənilməsini təsdiq edən digər sənəd - kassa mədaxil orderi və ya bank ödəniş tapşırıqlarını məhkəməyə təqdim etməlidir. İddianın rədd edilməsi üçün ən ciddi əsas ondan ibarətdir ki, fərz etsələr belə ki hazırki işdə original - etibarlı alqı-satqı müqavilələri və mənzillərin dəyərinin ödənilməsi barədə maliyyə arayışı mövcuddur, o halda belə iddia tələbləri təmin edilə bilməz. Çünki bu cür iddia tələbi bu sahədə münasibətləri tənzimləyən AR Mülki Məcəlləsinin 452-ci maddəsinin tələblərinə birbaşa ziddir. AR Mülki Məcəlləsinin 452-ci maddəsi qeyd edir ki, fərdi müəyyən əşya mülkiyyət hüququ ilə üçüncü şəxsə keçdikdə kreditorun borcludan və üçüncü şəxsdən əşyanı tələb etmək hüququ istisna olunur. Maddənin mətnindən də göründüyü kimi, fərdi- müəyyən əşyanı (hazırki işdə: mənzilləri) kreditorun (hazırki işdə: iddiaçının) mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor (hazırki işdə: iddiaçı) həmin əmlakın (həmin mənzillərin) borclunun (hazırki işdə: Cavabdeh3 MMC-nin) əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə (hazırki işdə: Cavabdeh1 və Cavabdeh2) mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Yəni fərz etsələr belə ki hazırki işdə original - etibarlı alqı-satqı müqavilələri və mənzillərin dəyərinin ödənilməsi barədə maliyyə arayışı mövcuddur, yəni İddiaçı mənzilləri Cavabdeh3 MMCdən, Cavabdeh1, Cavabdeh2 tələb etmək hüququ vardır, o halda belə, AR Mülki Məcəlləsinin 182.1 və 452-ci maddəsi mənzilləri vicdanlı olaraq əldə edən cavabdeh şəxslərin hüquqlarını qoruyaraq iddiaçının bu cür tələb hüququnu istisna edir. Mənzili kreditordan tələb etmək hüququ dedikdə burada həm mənzilə sahiblik və istifadənin borcludan alınaraq kreditora verilməsi tələbi, həm də mənzilə dair müqavilə və çıxarışların ləğv edilərək mənzilin üçüncü şəxsdən - vicdanlı əldə edəndən tələb edilməsi hüququ dayanır. Hazırki işdə də iddiaçı şəxs həm müqavilə və çıxarışların ləğv edilməsini, həm də mənzilin boşaldılaraq ona təhvil verilməsini tələb edir. Bəs qanunvericilik vicdanlı əldə edənin mülkiyyət hüququnu qorusa da, kreditorun pozulmuş hüquqlarını necə müdafiə edir? Bu məsələ də AR Mülki Məcəlləsinin 452-ci maddəsində birmənalı olaraq tənzimlənmişdir. Belə ki, bu cür hallarda kreditor (hazırkı işdə: iddiaçı) öhdəliyin predmeti olan əmlakın (hazırki işdə: mənzillərin) ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi, iddiaçı şəxsin fərz etsələr ki, mənzillərlə bağlı hüququ mövcud olsa da belə, o bu hüququnu artıq üçüncü şəxslərin (vicdanlı əldə edənlərin) mülkiyyətinə keçmiş mənzilləri üçüncü şəxslərdən tələb etməklə yox, öz müqavilə tərəfinə qarşı dəymiş ziyanın ödənilməsini tələb etmək yolu ilə icra edə bilər. Buna görə də iddiaçı şəxsin hazırki tələblə məhkəməyə müraciət etməkdə hüquqi əsası mövcud olmadığı üçün iş üzrə iddia tələblərinin rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. İddianın ləğv edilməsi üçün digər əsas ondan ibarətdir ki, iddiaçı iddia ərizəsində müqavilənin ləğv olunmasını yoxsa etibarsız hesab edilməsini dəqiq və birmənalı şəkildə müdafiə etmir. Belə ki, iddia ərizəsinin bəzi hissələrində iddiaçı müqavilənin ləğv edilməsini bildirsə də, iddianın xahiş hissəsində müqavilənin etibarsız hesab edilməsini qeyd edir. Məlumat üçün bildirir ki, nə müqavilənin ləğv edilməsi, nə də etibarsız hesab edilməsi üçün hazırki işdə heç bir faktiki və hüquqi əsas mövcud deyildir. Cavabdeh1 və Cavabdeh2 ilə Cavabdeh3 MMC arasında imzalanmış və notarial qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrinin İddiaçı tərəfindən ləğv edilməsi mümkün deyildir, çünki ləğvetmə müqavilə tərəflərindən birinin tələbi ilə həyata keçirilən və ləğvetmə anına qədərki hüquqi nəticələri aradan qaldırmayan bir hüquqi tələb və addımdır. Qeyd olunan müqavilələrin etibarsız hesab edilməsi isə AR Mülki Məcəlləsində nəzərdə tutulmuş etibarsızlıq hallarından ən azı biri və ya bir neçəsi ilə faktiki və hüquqi cəhətdən əsaslandırılmalıdır. Lakin iddiaçının iddia ərizəsində bu cür hüquqi əsaslandırma mövcud deyildir. İddiaçı müqavilələrin etibarsızlığını AR Konstitusiya Məhkəməsi Plenumunun “AR Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli Qərarı ilə əsaslandırmağa çalışsa da, həmin Qərar tikintisi başa çatmamış və sərəncam verilərkən hələ daşınmaz əmlakın dövlət qeydiyyatına alınmayan mənzil, bağ, qaraj və ya ayrı qurğu olan daşınmaz əmlaklara sahiblik və istifadə hüququnun hansı tarixdən yaranması ilə bağlı qəbul edilmişdir. İddiaçının istinad etdiyi xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsi imzalanarkən bina artıq istismara qəbul edilmiş və xx.xx.2016-cı il tarixindən etibarən daşınmaz əmlakın dövlət reyestri xidmətində dövlət qeydiyyatına alınmışdı. Belə olduğu təqdirdə iddiaçının AR Konstitusiya Məhkəməsi Plenumunun “AR Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli Qərarına istinad etməsi və daşınmaz əmlakın dövlət reyestri obyekti olan binaya dair tikintisi başa çatmamış və daşınmaz əmlakın dövlət qeydiyyatına alınmayan mənzil, bağ, qaraj və ya ayrı qurğulara dair qaydalara istinad etməsi hüquqi cəhətdən yolverilməzdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə 3-cü şəxs Cavabdeh3 MMC-nin nümayəndəsi və vəkili Vəkil3 ilkin iddianı qəbul etməyərək və ilkin iddiaya qarşı yazılı etirazın təqdim edilməsini göstərərək etirazdakı halları bir daha təsdiq etmişdir. Cavabdeh3 MMC-nin nümayəndəsi tərəfindən təqdim edilən yazılı etirazda göstərilmişdir ki, iddiaçı iddia tələbində Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1289/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə istinad edir. Halbuki qeyd olunan qətnamə qanuni qüvvəsini almamışdır, çünki MMC tərəfindən həmin qətnamədən apellyasiya şikayəti verilmiş və apellyasiya şikayəti üzrə 2(103)-586/2023 saylı iş hazırda da apellyasiya məhkəməsinin icraatındadır. Bundan başqa iddiaçının məhkəməyə təqdim etdiyi 26.05. 2017-ci il tarixli hər iki alqı-satqı müqavilələrinin 2-ci bəndinə əsasən “Mənzilin ümumi dəyəri ƏDV daxil olmaqla razılaşma yolu ilə müəyyən edilir. Həmin məbləğ 100% olaraq “Alıcı” tərəfindən müqavilə imzalandıqdan sonra 10 gün ərzində “Satıcı”nın bank hesabına manatla ödəniləcəkdir”. Müqavilənin 3.1-ci bəndinə əsasən “Satıcı” bu Müqavilə imzalandıqdan sonra və müqavilənin 2.2-ci bəndində göstərilən məbləğ tam ödənildikdən sonra mənzili tamamlama-bəzək işlərinin görülməsi üçün Alıcıya təhvil verir. İddiaçı iddia ərizəsində tələb etdiyi 91 və 92 nömrəli mənzillərin dəyəri olaraq müqavilələrdə qeyd olunduğu kimi razılaşdırılmış pul məbləğinin müəssisənin bank hesabına ödənilməsini təsdiq edən heç bir sənəd məhkəməyə təqdim etməmişdir. İddiaçı ümumiyyətlə cavabdehə hər hansı bir pul vəsaitinin ödənilməsi barədə yazılı sübut məhkəməyə təqdim etməmişdir. Yalnız formal mülahizələr əsasında iddia tələbi ilə çıxış etmişdir. Mənzillərin alqı-satqısına dair heç bir ödəniş olmadığı üçün mənzillərin alınmasına görə müəssisənin bank hesabına iddiaçı tərəfindən hər hansı bir pul məbləğinin ödənilməsini təsdiq edən hər hansı bir sənəd məhkəməyə təqdim edilməmişdir. İddiaçı iddia ərizəsinə əlavə sənədlərdə cavabdehin möhürü və imzası ilə təsdiq olunmayan, mənbəyi məlum olmayan, kserosurət kağız parçası məhkəməyə təqdim edərək həmin kserosurət kağız parçasını maliyyə arayışı kimi qeyd etməyə çalışmışdır. Halbuki, Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsinə əsasən yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Bundan başqa məhkəməyə təqdim edilən xx.xx.2017-ci il tarixi qeyd olunan “kserosurət kağıza” baxmaqla müəyyən etmək olur ki, həmin “kserosurət kağız” maliyyə arayışı deyildir və xx.xx.2017-ci il tarixli müqavilələr ilə uyğunluq təşkil etmir. Belə ki, cəmi bir cümlədən ibarət olan həmin “kserosurət kağızda” aşağıda qeyd olunan çoxsaylı uyğunsuzluqlar vardır: 1) həmin “kserosurət kağız” müqavilə tərəfi olan "xxxx" MMC tərəfindən möhürlə, müəssisənin direktorunun imzası ilə təsdiq edilməmişdir; 2) həmin “kserosurət kağızın” xx.xx.2017-ci il tarixi ilə müqavilələrin xx.xx.2017-ci il tarixi fərqlənir; 3) həmin “kserosurət kağızda” ünvan olaraq Bakı şəhəri Yasamal rayonu göstərilmişdir. Halbuki, müqavilə bağlanılan ünvan Bakı şəhəri Səbail rayonu ərazisində yerləşir; 4) xx.xx.2017-ci il tarixli müqavilələrdə No1 və No2 mənzil qeyd olunmuşdur, həmin “kserosurət kağızda” Gümüş Rezidensin “B” blokunun 10-cu mərtəbəsində ki, 91 və 92 nömrəli mənzillərin tam ödənişinin ödənildiyi qeyd olunmuşdur; 5) həmin “kserosurət kağızda” ödənişin məbləği, qiyməti, hara və necə ödənildiyi qeyd olunmamış, müəssisə tərəfindən təsdiq edilməmişdir. Halbuki, müqavilələr üzrə ödənməli vəsaitlər müəssisənin bank hesabına ödənməli və mühasibat sənədlərində tam əks etdirilməlidir. Qeyd olunan faktlardan da aydın olur ki, xx.xx.2017-ci il tarixi həmin “kserosurət kağız” yazılı sübut, maliyyə arayışı və ödəniş sənədi deyildir və xx.xx.2017-ci il tarixli müqavilələrə uyğun deyildir. Qeyd olunan “kağız parçası” ciddi uçot sənədi deyildir, “Mühasibatlıq Haqqında” AR qanunvericiliyinin tələblərinə tamamilə ziddir. İddia olunan mənzillər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xüsusi mülkiyyətindədir və onlar mənzilləri qanunla müəyyən olunmuş qaydada, notariat kontorunda müqavilə bağlamaqla almışlar və mənzilləri tam təmir edərək ailə üzvləri ilə birlikdə mənzildə yaşayırlar. Mənzillərə dair bütün kommunal xidmətlərinə dair müqavilələr bağlamış və ödənişləri həyata keçirirlər. İddiaçı isə mənzillərin dəyərini ödəmədiyi üçün 2017-ci ildən hal-hazıradək ümumiyyətlə mənzillərə heç vaxt gəlməmiş, mənzillərlə bağlı heç bir müraciət etməmişdir. Hazırda isə formal əsaslarla iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Qeyd olunduğu kimi müqavilələr tərəflər arasında notariat qaydada təsdiqlənməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Tərəflər arasında müqavilə ilə müəyyən olunan yazılı qiymət razılaşması mövcud deyildir. Cavabdeh3 MMC-nin nümayəndəsi ilkin iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə ilkin iddia üzrə 3-cü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə ilkin iddia üzrə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, məhkəmə hesab edir ki, ilkin iddia tələbləri əsassız olduğu üçün təmin edilməməli, qarşılıqlı iddia tələbləri təmin edilməlidir. İş üzrə “Satıcı” qismində "xxxx" MMC ilə “Alıcı” qismində İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, bu müqavilə ilə “Satıcı” özünə məxsus olan ünvan 1 ünvanında yerləşən yaşayış binasının 67 binanın, 10 mərtəbəsində (sol tərəfdə) yerləşən 4 otaqlı, ümumi burut sahəsi 320 kv.m. No 1 mənzili “Alıcı”ya satmağı, “Alıcı” isə həmin mənzili qəbul edərək onun məbləğini tam miqdarda “Satıcı”ya ödəməyi öhdələrini götürmüşlər (bənd 1.1). Mənzilin ümumi dəyəri ƏDV daxil olmaqla razılaşma yolu ilə müəyyən edilir (bənd 2.1). Həmin məbləğ 100% olaraq “Alıcı” tərəfindən müqavilə imzalandıqdan sonra 10 gün ərzində “Satıcı”nın bank hesabına manatla ödəniləcəkdir (bənd 2.2). “Satıcı” bu Müqavilə imzalandıqdan və müqavilənin 2.2-ci bəndində göstərilən məbləğ tam ödənildikdən sonra mənzili tamamlama-bəzək işlərinin görülməsi üçün “Alıcı”ya təhvil verir (bənd 3.1). İş üzrə “Satıcı” qismində "xxxx" MMC ilə “Alıcı” qismində İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, bu müqavilə ilə “Satıcı” özünə məxsus olan ünvan 1 ünvanında yerləşən yaşayış binasının 67 binanın, 10 mərtəbəsində (sağ tərəfdə) yerləşən 4 otaqlı, ümumi burut sahəsi 320 kv.m. No 2 mənzili “Alıcı”ya satmağı, “Alıcı” isə həmin mənzili qəbul edərək onun məbləğini tam miqdarda “Satıcı”ya ödəməyi öhdələrini götürmüşlər (bənd 1.1). Mənzilin ümumi dəyəri ƏDV daxil olmaqla razılaşma yolu ilə müəyyən edilir (bənd 2.1). Həmin məbləğ 100% olaraq “Alıcı” tərəfindən müqavilə imzalandıqdan sonra 10 gün ərzində “Satıcı”nın bank hesabına manatla ödəniləcəkdir (bənd 2.2). “Satıcı” bu Müqavilə imzalandıqdan və müqavilənin 2.2-ci bəndində göstərilən məbləğ tam ödənildikdən sonra mənzili tamamlama-bəzək işlərinin görülməsi üçün “Alıcı”ya təhvil verir (bənd 3.1). İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli, xx.xx.2016-cı il tarixli çıxarışın surətinə əsasən ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 41600,6 kv.m. olan çoxmərtəbəli yaşayış binası tam mülkiyyət hüququ üzrə "xxxx" MMC-nin mülkiyyətindədir. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli texniki pasportun surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus olan çoxmərtəbəli yaşayış binası 14 ədəd 1 otaqlı, 28 ədəd 2 otaqlı, 20 ədəd 3 otaqlı, 61 ədəd 4 otaqlı mənzillərdən ibarətdir, binanın ümumi sahəsi 41600,6 kv.m., yaşayış sahəsi 14347,7 kv.m., zirzəmi sahəsi 6242,2 kv.m. təşkil etmişdir. İş üzrə Bakı şəhəri 41 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2017-ci il tarixli AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətinə əsasən "xxxx" MMC (adından X2 çıxış etmiş) ünvan 4 ünvanında yerləşən 67-ci binanın, 10-cu mərtəbə, ümumi sahəsi 256,0 kv.m., yaşayış sahəsi 137,0 kv.m., qeyri-yaşayış sahəsi 119,0 kv.m. olan 4 otaqlı, 1 saylı mənzilini Cavabdeh1 512.000 manata satmışdır. İş üzrə Bakı şəhəri 41 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2017-ci il tarixli AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətinə əsasən "xxxx" MMC (adından X2 çıxış etmiş) ünvan 4 ünvanında yerləşən 67-ci binanın, 10-cu mərtəbə, ümumi sahəsi 256,0 kv.m., yaşayış sahəsi 137,0 kv.m., qeyri-yaşayış sahəsi 119,0 kv.m. olan 4 otaqlı, 2 saylı mənzilini Cavabdeh2 512.000 manata satmışdır. İş üzrə Gumush Residensinin satış meneceri Abdulkadir Toprak tərəfindən verilmiş xx.xx.2017ci il tarixli arayışın kserosurətindən görünür ki, ünvan 8 ünvanda yerləşən Gumush Rezidensin “B” blokunun 10-cu mərtəbəsindəki 91 və 92 nömrəli mənzillərin tam ödənişi mənzilin sahibi İddiaçı tərəfindən tam ödənilmişdir. İş üzrə İddiaçı tərəfindən "xxxx" MMC-nin direktoruna ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizənin surətindən görünür ki, ünvan 4 ünvanda yerləşən 67 saylı yaşayış binasının 10-cu mərtəbəsində (sağ tərəfdə) 91 nömrəli, 4 otaqdan ibarət ümumi sahəsi 320 kv.m. mənzilin alqısatqısına dair onunla xx.xx.2017-ci il tarixli, eyni zamanda həmin yaşayış binasının 10-cu mərtəbəsində (sol tərəfdə) 92 nömrəli, 4 otaqdan ibarət ümumi sahəsi 320 kv.m. mənzilin alqısatqısında dair xx.xx.2017-ci il tarixli müqavilələr bağlanmışdır. Müəssisənin təsdiq etdiyi maliyyə arayışına əsasən hər iki mənzillərin ödənişləri tam olaraq ödənilmişdir. Göstərilən mənzilləri Reyestr Xidmətində qeydiyyata alaraq çıxarış alınması üçün lazımi sənədlərin təsdiq olunmuş surətini ona təqdim edilməsinə dair göstəriş verilməsini xahiş etmişdir. İş üzrə Səbail rayon Məhkəməsinin 2(009)-1289/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən 67 saylı yaşayış binasının 10-cu mərtəbəsində (sol tərəfdə) 4 otaqdan ibarət ümumi sahəsi 320 kv.m. olan 91 nömrəli mənzilin və 67 saylı yaşayış binasının 10-cu mərtəbəsində (sağ tərəfdə) 4 otaqdan ibarət ümumi sahəsi 320 kv.m. olan 92 nömrəli mənzilin İddiaçı istifadəsinə və sahibliyinə verilməsi öhdəliyinin Cavabdeh3 MMC-nin üzərinə qoyulması qət edilmişdir. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli çıxarışın surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küçəsində yerləşən 63,65,67,69,71 saylı evin ümumi sahəsi 256 kv.m. olan 1 saylı mənzili (Yeni qaydalarla: AZ1006, ünvan 2) tam mülkiyyət hüququ üzrə Cavabdeh1 mülkiyyətindədir. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli çıxarışın surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küçəsində yerləşən 63,65,67,69,71 saylı evin ümumi sahəsi 256 kv.m. olan 2 saylı mənzili (Yeni qaydalarla: AZ1006, ünvan 3) tam mülkiyyət hüququ üzrə Cavabdeh2 mülkiyyətindədir. İş üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən ünvan 9 ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, Abdulkadir Toprakın adına "xxxx" MMC tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsisteminə əmək müqaviləsi bildirişi daxil edilməmişdir. İş üzrə Cavabdeh3 MMC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli müqavilələrin ləğv edilməsi barədə bildirişindən görünür ki, xx.xx.2017-ci il tarixdə "xxxx" MMC ilə İddiaçı arasında ünvan 4 ünvanda yerləşən 67 saylı yaşayış binasının 10-cu mərtəbəsində (sol tərəfdə) 4 otaqdan ibarət ümumi sahəsi 320 kv.m. olan 91 nömrəli və 67 saylı yaşayış binasının 10-cu mərtəbəsində (sağ tərəfdə) 4 otaqdan ibarət ümumi sahəsi 320 kv.m. olan 92 nömrəli mənzillərlə bağlı müqavilələr bağlamışdır. Hər iki müqavilənin 2-ci bəndinə əsasən tərəflər öhdəlik götürmüşlər ki, mənzillərin ümumi dəyəri razılaşma yolu ilə müəyyən edilir. Həmin məbləğ 100% olaraq “Alıcı” tərəfindən müqavilə imzalandıqdan sonra 10 gün ərzində Satıcının bank hesabına manatla ödəniləcəkdir. Hər iki müqavilənin 3-cü bəndinə əsasən “Satıcı” ilə müqavilə imzalandıqdan sonra və müqavilənin 2.2-ci bəndində göstərilən məbləğ tam ödənildikdən sonra mənzillər tamamlamabəzək işlərinin görülməsi üçün “Alıcı”ya təhvil verilir. Hər iki müqavilənin 6-cı bəndinə əsasən “Alıcı” heç bir səbəb və ya fors major halları olmadan, müqavilənin 2.2-ci bəndində göstərilən öhdəliklərini tam erinə yetirməsə “Satıcı” birtərəfli qaydada müqaviləyə xitam verə bilər. Mənzillərin dəyərinin müqavilə ilə müəyyən olunmuş müddətdə və qaydada ödənilməsi ilə bağlı müqavilə ilə üzərinə götürdüyü öhdəliklər İddiaçı tərəfindən icra edilməmişdir. Qeyd olunanları nəzərə alıb xx.xx.2017-ci il tarixdə "xxxx" MMc ilə İddiaçı arasında ünvan 4 ünvanda yerləşən 67 saylı yaşayış binasının 10cu mərtəbəsində (sol tərəfdə) 4 otaqdan ibarət ümumi sahəsi 320 kv.m. olan 91 nömrəli və 67 saylı yaşayış binasının 10-cu mərtəbəsində (sağ tərəfdə) 4 otaqdan ibarət ümumi sahəsi 320 kv.m. olan 92 nömrəli mənzillərlə bağlı bağlanmış hər iki müqavilə müvafiq surətdə ləğv edilmiş sayılır. Məhkəmə ilk növbədə qeyd edir ki, həm ilkin, həm də qarşılıqlı iddia tələbləri əqdlərin etibarsız hesab edilməsi ilə bağlı olduğundan, qanunvericilikdə isə həmin tələblə məhkəməyə müraciət etmənin müddəti 1 il müəyyən edildiyindən (Mülki Məcəllənin 354 mad.), tərəflər isə mübahisələndirdikləri müqavilələrdən 1 ildən az müddətdə məlumatlı olduqlarından (2022-ci ilin sonlarında məhkəmə mübahisəsi ilə bağlı), məhkəmə hesab edir ki, hər iki tərəf qanunda nəzərdə tutulmuş kəsici müddəti ötürmədən məhkəməyə müraciət etmişlər. Məhkəmə həmçinin qeyd edir ki, ilk növbədə verilmiş qarşılıqlı iddia tələbinə hüquqi qiymət verilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, ünvan 10 ünvanında yerləşən, 1,20681 ha torpaq sahəsi üzərində ümumi sahəsi 41600,6 kv.m. olan çoxmərtəbəli yaşayış binası xx.xx.2016-cı il tarixdən "xxxx" MMC-nin mülkiyyətindədir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Cavabdeh1 ilə "xxxx" MMC arasında xx.xx.2017-ci il tarixdə ünvan 4 ünvanında yerləşən 67-ci binanın 10-cu mərtəbəsindəki ümumi sahəsi 256,0 kv.m. olan 4 otaqlı, 1 saylı mənzilin 512.000 manata alqı-satqısına dair müqavilə bağlanılmışdır. Həmçinin Cavabdeh2 ilə "xxxx" MMC arasında xx.xx.2017-ci il tarixdə ünvan 4 ünvanında yerləşən 67-ci binanın 10-cu mərtəbəsindəki ümumi sahəsi 256,0 kv.m. olan 4 otaqlı, 2 saylı mənzilin 512.000 manata alqı-satqısına dair müqavilə bağlanılmışdır.Həmin alqı-satqı müqavilələr notarial qaydada rəsmiləşdirilmiş və onların əsasında mənzillər üzərində iddiaçıların mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim olunan sənədlərdən belə məlum olur ki, onunla "xxxx" MMC arasında xx.xx.2017-ci il tarixdə ünvan 1 ünvanında yerləşən yaşayış binasının 67 binanın, 10-cu mərtəbəsində yerləşən 4 otaqlı, hər birinin ümumi sahəsi 320 kv.m. olan 1 və 2 saylı mənzillərinin alqı-satqısına dair müqavilələr bağlanılmış, həmin müqavilələrdə mənzillərin ümumi dəyərinin razılaşma yolu ilə müəyyən edilməsi qeyd edilmişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən olunmuşdur ki, "xxxx" MMC Cavabdeh3 MMC-yə qoşulma şəkildə yenidən təşkil olunmuş, Cavabdeh3 MMC onun hüquqi varisidir. İddiaçılar tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cavabdeh İddiaçıla "xxxx" MMC arasında bağlanılmış müqavilə qanunla müəyyən edilmiş forma tələblərinə riayət edilməməklə, həmçinin qanunvericilikdə müəyyən edilmiş şərtləri pozmaqla bağlandığından etibarsız (əhəmiyyətsiz) əqd hesab edilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, Mülki Məcəllənin alğı-satqı müqaviləsi haqqında müddəalarından göründüyü kimi satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra dəyərini ödəməlidir. Qeyd edilməlidir ki, yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Mülki hüquqi öhdəliklərin ən mühüm yaranma əsası olaraq müqavilələr tərəflərin iradə sərbəstliyi ilə şərtləndirilir və tərəflərin iradə sərbəstliyi, müqavilə azadlığı müqavilə münasibətlərinin tənzimlənməsinin əsas prinsipləri olaraq qəbul edilir. Göstərilən prinsiplər mülki hüquq subyektlərinin müqavilələrin forması ilə bağlı iradə azadlığını da ehtiva edir. Mülki hüquq subyektləri bir qayda olaraq müqavilələri arzu etdikləri istənilən formada (şifahi, fiziki hərəkətlərlə, sadə yazılı, notarial qaydada təsdiqlənməklə) bağlaya bilərlər. Müqavilənin forması ilə bağlı tərəflərin iradə azadlığı mülki dövriyyənin inkişafı, mülki münasibətlərin dinamikliyinin təmin olunması baxımından çox əhəmiyyətlidir. Lakin şəxsi və (və ya) ictimai mənafeyin təmin olunması baxımından zərurət olduqda bəzi müqavilələrin bağlanılması qanunvericilikdə məcburi forma şərtinə tabe tutulur. Qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Əqdin notariat qaydasında təsdiqlənməsi onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış yazılı sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir (Mülki Məcəllənin 331 və 334-cü maddələri). Qanunvericilikdə bir sıra əqdlər üçün sadə yazılı və ya notariat qaydasında təsdiqlənmə tələbinin etibarlılıq şərti kimi müəyyən edilməsi həmin əqdlərin mahiyyətindən irəli gəlir. Belə ki, bir qayda olaraq iqtisadi dəyəri daha yüksək olan, fərdin şəxsi və iqtisadi həyatı baxımından mühüm rol oynayan (bir tərəf üçün öhdəlik və vəzifələr yaradan zaminlik, bağışlama vədi kimi) əqdlərin, dövlətin xüsusi qeydiyyatını apardığı əşyalara dair sərəncam öhdəliyi yaradan əqdlərin (daşınmaz əşyaların, avtomobil və s. əşyaların alğı-satqısı, ipoteka və s.) etibarlı olması üçün onların müvafiq məcburi formada bağlanması və ya notarial qaydasında təsdiqlənməsi tələb olunur. Bununla mülki dövriyyə iştirakçılarına daha yaxşı düşünmək, bağlayacaqları əqd səbəbindən yaranacaq nəticələri əvvəlcədən müəyyən etmək və yekun qəti qərara gəlmək imkanı yaratmaq məqsədi güdülür. Məhz bu məqsədə nail olmaq, nəticədə mülki hüquq subyektlərinin mənafelərini qorumaq üçün qanunverici bir sıra əqdlər baxımından forma tələbini etibarlılıq şərti kimi müəyyən etmişdir. AR Mülki Məcəlləsinin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Göstərilən Məcəllənin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Mülki Məcəllədə hər iki etibarsızlıq halına anlayış verilərək onların xüsusiyyətlərinə aydınlıq gətirilmişdir. Belə ki, Mülki Məcəllənin 337.2-ci maddəsinə görə, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Beləliklə, mübahisələndirmə dedikdə əqdin digər tərəfinə əqdin etibarsızlığı ilə bağlı iradə ifadəsinin bildirilməsi nəzərdə tutulur. Əqdi mübahisələndirən şəxsin iradə ifadəsini digər tərəfə bildirməsi baxımından qanunda hər hansı məcburi forma nəzərdə tutulmadığına görə, əqdin mübahisələndirilməsi bununla bağlı iradə ifadəsinin istənilən formada digər tərəfə bildirilməsi yolu ilə həyata keçirilə bilər. Məhkəmə qanunvericilik normalarının yuxarıda göstərilən tələbləri baxımından qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və şəxsə (fiziki və ya hüquqi) mülkiyyət hüququ üzrə məxsus olan əmlakın özgəninkiləşdirilməsinin rəsmiləşdirilməsi mütləq mənada notariat orqanında həyata keçirilməlidir. Qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçıla "xxxx" MMC arasında sonuncunun mülkiyyətində olan mənzillərin alqı-satqı müqavilələri qanunda müəyyən edilmiş formaya riayət edilmədən bağlanıldığı, yəni həmin müqavilələr notariat qaydada təsdiq olunmadığı üçün etibarsız əqd hesab edilməlidir. Məhkəmə İddiaçı bağladığı mənzillərin mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumatı olmamasına dair dəlillərini əsaslı hesab etmir. Belə ki, həmin mənzillərin "xxxx" MMC tərəfindən həmin il qarşılıqlı iddia tələbi üzrə iddiaçılara satılmasının rəsmiləşdirilməsi notariat orqanlarında həyata keçirilmişdir. Belə olan halda satıcının əmlakının mülkiyyət kimi qeydiyyatdan keçməsi barədə alıcıya məlumat verməməsi məntiqli hesab edilə bilməz. Məhkəmə digər tərəfdən qeyd edir ki, İddiaçı tərəfindən "xxxx" MMC arasında bağlanılmış müqavilələrin və satış təmsilçisi kimi A.Toprak tərəfindən imzalanmış maliyyə arayışının əsilləri məhkəməyə təqdim edilə bilməmiş, maliyyə arayışını imza edən şəxsin (Abdulkadir Toprak) ümumiyyətlə "xxxx" MMC-də işləməsi də öz təsdiqini tapmamış, müqavilələrdə, həmçinin maliyyə arayışında ümumiyyətlə daşınmaz əmlakların real qiymətləri qeyd olunmamışdır. Maliyyə arayışında isə binanın yerləşdiyi rayon və əldə olunan mənzillərin nömrələri müqavilələrdəki mənzillərin nömrələri ilə uyğunluq təşkil etmir. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” AR Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında formalaşmış hüquqi mövqeyə əsasən məhkəmələr məcburetmə və s. bu kimi əsaslardan dolayı əqdin etibarsızlığı ilə bağlı işlərə baxarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmununu və hüquqi niyyətlərini müəyyən etməlidirlər. Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun hüquqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmçinin, Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərar). Beləliklə məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, qarşılıqlı iddia əsaslı hesab edilərək təmin edilməli, İddiaçı ilə "xxxx" MMC (hazırda Cavabdeh3 MMC) arasında ünvan 4 ünvanında yerləşən 67-ci binanın 10-cu mərtəbəsindəki 1 və 2 nömrəli mənzillərin satışı barədə imzalanmış xx.xx.2017-ci il tarixli alqı-satqı müqavilələri etibarsız hesab edilməlidir. Məhkəmə ilk iddia tələbi üzrə aşağıdakıları qeyd edir. İlkin iddia tələbi üzrə İddiaçı "xxxx" MMC ilə onun arasında ünvan 1 ünvanda yerləşən 67 saylı yaşayış binasının 10-cu mərtəbəsində 4 otaqdan ibarət ümumi sahəsi 320 kv.metr təşkil edən 2 mənzilin onun tərəfindən dəyəri tam ödənilməklə (hər biri üçün 1.500.000 manat) ilkin olaraq əldə edilməsini nəzərə alaraq cavabdehlərlə "xxxx" MMC (Cavabdeh3 MMC) arasında həmin mənzillər üzrə bağlanılmış müqavilələrinin etibarsız hesab edilməsinə dair qərar qəbul edilməsini xahiş edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” AR Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli qərarında Plenum qeyd etmişdir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Qanunvericilikdə bütün əqdlər üçün tələb olunan etibarlılıq şərtləri ilə yanaşı, yalnız müəyyən növ əqdlər baxımından tələb olunan xüsusi etibarlılıq şərtləri də nəzərdə tutulmuşdur. Əqdlərin ümumi etibarlılıq şərtləri içərisində onun iştirakçılarının anlaqlılığı xüsusi əhəmiyyət daşıyır. Belə ki, əqd yalnız şəxsin müəyyən bir hüquqi nəticəni, yəni mülki hüquq və öhdəlikləri yaratmaq üçün etmiş olduğu iradə ifadəsinin nəticəsində əmələ gəlir. Bu səbəbdən, etibarlı bir əqdin yaranması üçün hər şeydən əvvəl əqdi əmələ gətirən iradə mövcud olmalıdır. İradənin mövcudluğu üçün isə anlaqlılığın olması zəruridir. Şəxsin iradəsini əmələ gətirən onun anlaqlılığıdır, anlaqlılıq olmadığı təqdirdə şəxsin formalaşmış iradəsindən də bəhs oluna bilməz. Məhkəmə qeyd edir ki, mübahisə edilən əqdlər baxımından yalnız əlaqədar şəxsin (subyektin) onu mübahisələndirməsi hallarında etibarsızlığın nəticələri əmələ gəlir və Mülki Məcəlləyə görə əqdi mübahisələndirməyə hüququ olan şəxs bununla bağlı iradəsini digər tərəfə bildirdiyi anda həmin əqd mübahisələndirilmiş hesab olunur. Tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olub-olmadığı müəyyən edilə bilər. Məhkəmə ilk növbədə qeyd edir ki, ilkin iddia tələbi üzrə cavabdehlərlə bağlanılmış alqı-satqı müqavilələri qanunvericilikdə müəyyən edilən qaydaya riayət edilməklə rəsmiləşdirilmiş və onlar həmin əmlaklar üzərində qanuni əsaslarla mülkiyyət hüquqları əldə etmişlər. Məhkəmə qeyd edir ki, qarşılıqlı iddia tələbi əsaslı olması səbəbi ilə təmin edilərək İddiaçı mənzillərə dair bağladığı müqavilələr etibarsız hesab edildiyindən,bununla da onun həmin əmlaklar üzərində hüquq sahibi olmaması müəyyən edildiyindən məhkəmə hesab edir ki, onun xx.xx.2017-ci il tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi,şəxslərin mənzildən çıxarılması barədə iddia irəli sürmək üçün subyektiv hüququ yaranmamışdır. AR Mülki Məcəllənin 14-cü maddəsi mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarını müəyyən edir. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqları məhkəmə vasitəsi ilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada hər kəs özünün subyektiv hüququnu həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə alınmalıdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərini məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsini mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüququa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu surətdə hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi üzrə iddiaçı tərəfindən alqı-satqı müqavilələrinin etibarsız hesab olunması ilə əlaqədar irəli sürülmüş tələblər əsassız olduğundan, həmçinin iddiaçının belə bir tələblə çıxış etmək üçün subyektiv hüququ olmadığından, ilkin iddia tələbi həm müqavilələrinin etibarsız hesab edilməsi, həm də mənzillərdə yaşayan şəxslərin oradan çıxarılması hissələrində əsassızdır və təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, ilkin iddia tələbi təmin olunmadığından, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İlkin iddiaçı tərəfindən xüsusi qərardadın çıxarılması ilə bağlı məhkəməyə vəsatət verilmişdir. Həmin vəsatətlə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası CPM-nin 204.1-ci maddəsinə əsasən törədilmiş və ya hazırlanan cinayət haqqında cinayət işinin başlanması üçün səbəb hesab edilən fiziki şəxslərin məlumatları yazılı və ya şifahi şəkildə ola bilər. Eyni Məcəllənin 205.1-ci maddəsinə əsasən törədilmiş və ya hazırlanan cinayət haqqında cinayət işinin başlanması üçün səbəb hesab edilən hüquqi şəxsin (vəzifəli şəxsin) məlumatları məktub, yaxud təsdiq edilmiş teleqram, telefonoqram, radioqram, teleks və ya digər qəbul edilmiş müraciət formasında olmalıdır. Xüsusi qərardad öz hüquqi mahiyyətinə görə cinayət təqibini həyata keçirən orqana müraciət formasıdır və istər xüsusi qərardad müraciətinin, istər fiziki şəxsin müraciətinin nəticəsi kimi bu müraciətlərə AR CPM-nin 207-ci maddəsi qaydasında baxılaraq müvafiq qərar qəbul edilir. Məhkəmə qeyd edir ki, xüsusi qərardad çıxarılmasından imtina olunması iddiaçının müstəqil şəkildə cinayət təqibini həyata keçirən orqana AR CPM-nin 204-cü maddəsinə əsasən müraciət etməsi hüququnu istisna etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 MMC-yə qarşı Cavabdeh3 MMC ("xxxx" MMC) ilə Cavabdeh1 arasında bağlanan müqaviləni etibarsız hesab edib, onun adına verilmiş ünvan 1, mənzil 1, Yeni qaydada: ünvan 2 ünvanda yerləşən ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli mənzilin qeydə alınmasına dair çıxarışın ləğv edilməsi, Cavabdeh3 MMC ("xxxx" MMC) ilə Cavabdeh2 arasında bağlanan müqaviləni etibarsız hesab edib, onun adına verilmiş ünvan 1, mənzil 2, Yeni qaydada: ünvan 3 ünvanda yerləşən ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli mənzilin qeydə alınmasına dair çıxarışın ləğv edilməsi, həmin mənzillərdə yaşayan şəxslərin oradan çıxarılmasına dair ilkin iddia tələbi əsassız olduğu üçün təmin edilməsin. Məhkəmə xərcləri ilkin iddia üzrə iddiaçıya aid edilsin. Qarşılıqlı iddia təmin edilsin. İddiaçı ilə "xxxx" MMC (hazırda Cavabdeh3 MMC) arasında ünvan 4 ünvanında yerləşən 67-ci binanın 10-cu mərtəbəsindəki 1 və 2 nömrəli mənzillərin satışı barədə imzalanmış xx.xx.2017-ci il tarixli alqı-satqı müqavilələri etibarsız hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-954/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-954/2023
09.06.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver