Məhkəmə qərarları › İş №2(009)-956/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-956/2023

28.07.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-956/2023 28.07.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əzizli Əziz Seyfulla oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh2 MMC-nə (3-cü şəxs "xxxx" ASC, Binəqədi rayon İcra şöbəsi, X11, X6, X12, ƏMDK DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi) qarşı «qiymətləndirmə rəyinin ləğv edilməsi, hərracın keçirilməsinə dair protokolun, alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təsviri hissə: İddiaçı cavabdehlər "xxxx" MMC-yə və "xxxx" MMC-yə (Binəqədi rayon İcra şöbəsi, X11, X6, X7 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" MMC tərəfindən qiymətləndirilmiş qiymətləndirmə rəyinin ləğv edilməsi, "xxxx" MMC tərəfindən keçirilmiş Hərracın yekunları barədə xx.xx.2013-cü il tarixli, Y-360 saylı protokolunun və "xxxx" ASC ilə X11, X6, X12 arasında Bakı şəhəri 53 saylı Notariat ofisində bağlanmış AN-İ seriyalı, ******* nömrəli “Daşınmaz əmlakın alğı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsi və həmin alğı-satqı müqaviləsi əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində maraqlı şəxslərin adlarına aparılmış qeydiyyatın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin 2(001)-1298/2012 saylı 30 yanvar 2012-ci il tarixli qətaməsi ilə (hakim M.Zeynalov) iddianın qismən təmin edilməsi, cavabdeh "xxxx" MMC-dən xx.xx.2007-ci il tarixli kredit müqaviləsi üzrə 600.000 manat əsas, 240.350 manat faiz borcu və 5.000 manat dəbbə pulunun, xx.xx.2007-ci il tarixli müqavilə üzrə 400.000 manat əsas, 171.789 manat faiz borcu və 4.000 manat dəbbə pulunun, 20 manat ödənilmiş dövlət rüsumunun "xxxx" ASC-in xeyrinə tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş mülkiyyət hüququ üzrə X4 məxsus ünvan 1 ünvanında istifadədə olan 0,24164 ha. torpaq sahəsində yerləşən 22571.1 kv.metr ümumi, 1.461 kv.m. əsas, 796.1 kv.metr köməkçi sahədən ibarət əmlak kompleksinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, açıq hərracdan satıldıqdan sonra əldə olunmuş məbləğin hesabına kredit müqavilələri üzrə yaranmış borcun Banka ödənilməsi, kredit borcu Banka ödənildikdən sonra isə qalan məbləğin X1ytarılması, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Bundan soma Binəqədi rayon məhkəməsinin 2(001)-1298/2012 saylı 30 yanvar 2012-ci il tarixli qətaməsi icra edilməsi üçün Binəqədi rayon İcra Şöbəsinə göndərilmişdir. Binəqədi rayon İcra Şöbəsinin Sifariş məktubu əsasında əmlak "xxxx" MMC tərəfindnə qiymətləndirilib "xxxx" MMC tərəfindən hərraca çıxarılmış və xx.xx.2013-cü il tarixli Y-360 Nömrəli Protokol əsasında "xxxx" ASC tərəfindən 382500 manata hərracdan əldə edilmişdir. Aşağıda göstərilənlərə əsasən, "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə rəyinin ləğv edilməsi və hərracın nəticələri haqqında Y-360 nömrəli Protokolun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməlidir. Belə ki, ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında istifadədə olan 0,24164 ha torpaq sahəsində yerləşən 2257,1 kv.metr ümumi, 1461,0 kv.metr əsas, 796,1 kv.metr köməkçi sahədən ibarət əmlak kompleksi kredit müqaviləsinin təminatı kimi Banka təqdim edilən zaman Kapital Bank ASC-nin mütəxəssisləri tərəfindən hələ xx.xx.2007-ci il tarixdə 1.742.800 (bir milyon yeddi yüz qırx iki min səkkiz yüz) manat məbləğində qiymətləndirilmiş və ipoteka ilə yüklü edilmişdir. Məhkəmə qətnaməsi çıxarılandan sonra isə Binəqədi İcra Şöbəsinin sifariş məktubu əsasında "xxxx" MMC-yə qiymətləndirilməsi üçün göndərilmiş və "xxxx" MMC tərəfindən əsassız olaraq 600.000 (altı yüz min) manata qiymətləndirilmişdir. Daha sonra hərraca çıxarılmış, güya hərracda 600.000 manata alınmadığı üçün Bank tərəfindən 382500 manata Bankın balansına götürülmüşdür. Bank tərəfindən mənə məxsus ünvan 3 ünvanında istifadədə olan 0,24164 ha torpaq sahəsində yerləşən 2257,1 kv.metr ümumi, 1461,0 kv.metr əsas, 796,1 kv.metr köməkçi sahədən ibarət əmlak kompleksi balansa qəbul edildikdən sonra xx.xx.2016-cı ildə yenidən 1.000.000 (bir milyon) manata X8 1/3 hissə, X2,.!/3 hissə və X7 1/3 hissə olmaqla satılmışdır. Kapital Bank ASC tərəfindən 1.742800 manata qiymətləndirilib girov götürülərək 600.000 manat kredit verilmiş, həmin kredit müqaviləsi üzrə illərlə faizlər ödənilmiş daha sonra həmin əmlak 382.000 manata balansa götürülüb, yenidən 1.000.000 manata satılmaqla mənim əmlakım hesabına Bank əsassız olaraq xeyli miqdarda qazanc götürərək mənə isə külli miqdarda ziyan vurmuşdur. Nəticədə isə bir neçə müddət əvvəl Kapital Bank ASC tərəfindən kredit götürən "xxxx" MMC-yə qarşı bir milyon borcunun qaldığı barədə məlumat verilmişdir. Qeyd etməyi zəruri hesab edirəm ki, "xxxx" ASC, "xxxx" MMC və "xxxx" MMC tərəfindən icra mərhələsində mənə məlumat verilməmişdir. Halbuki, Bank tərəfindən 1.742800 manat dəyərində qiymətləndirilərək götürülmüş əmlak real bazar dəyərinə qanunun tələbinə uyğun satılmalı və satıldıqdan sonra təminat kimi təqdim etdiyim borc məbləği ödənilməli və qalan 1.142800 manat mənə qaytarılmalı idi. Ona görə ki, mən əmlakımı yalnız 600.000 manat məbləğində borcun təminatı kimi Kapital Bank ASC-yə təqdim etmişəm. Lakin Bank əmlakı mənim iştrakım olmadan qat-qat aşağı qiymətləndirib, daha sonra isə hərrac barədə mənə məlumat verilmədən öz istəyinə uyğun çox-çox aşağı qiymətə hərracdan götürərək mənə bir milyondan artıq maddi zərər vurub. Əmlakın aşağı qiymətə qiymətləndirilib, hərracda qanunsuz satılması barədə Kapital Bank ASC tərəfindən Kompas MMC-yə bir neçə vaxt əvvəl qalıq borcunun olması və ödəməsi barədə məlumat verildikdən sonra mənimdə məlumatım olmuşdur. İşin faktiki hallarından da görünür ki "xxxx" MMC tərəfindən reallığı əks etdirməyən qiymət verilmiş və hərrac təşkilatı tərəfindən məlumatlandırma aparılmadan, bildiriş verilmədən hərrac keçirilərək çox çox aşağı qiymətə mənim əmlakım balansa götürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416.1 -ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 416.2-ci maddəsinin tələbinə görə, hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415.2-ci maddəsinin tələbinə görə qanunvericilikdə ayrı qayda nəzərdə tütulmayıbsa təşkilatçı hərracın keçirilməsinə onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Göründüyü kimi cavabdeh hərrac təşkilatı tərəfindən sözügedən maddi hüquqi normasının da tələbləri pozulmuşdur. Qeyd olunan Məcəllənin 416.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Cavabdeh "xxxx" MMC tərəfindən qiymətləndirilmiş qiymətləndirmə rəyinin ləğv edilməsi, "xxxx" MMC tərəfindən keçirilmiş Hərracın yekunları barədə xx.xx.2013-cü il tarixli, Y-360 saylı Protokolunun və "xxxx" ASC ilə X11, X6, X12 arasında Bakı şəhəri 53 saylı Notariat Ofisində bağlanmış AN-İ seriyalı, ******* nömrəli “Daşınmaz əmlakın alğı-satqısı müqaviləsi”nin etibarsız hesab edilməsi və həmin alğı-satqı müqaviləsi əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində maraqlı şəxslərin adlarına aparılmış qeydiyyatın ləğv edilməlidir. xx.xx.2023-cü il tarixdə İddiaçı nümayəndəsi və vəkili Vəkil1 dəqiqləşmə ərizəsi verərək "xxxx" MMC-ni əsl Cavabdeh2 MMC ilə əvəz edilməsini, Cavabdeh2 MMC tərəfindən verilmiş 26 aprel 2013-cü il tarixli qiymətləndirmə rəyinin ləğv edilməsi, "xxxx" MMC tərəfindən keçirilmiş Hərracın yekunları barədə xx.xx.2013-cü il tarixli, Y-360 saylı protokolunun, “hərracın yekunları üzrə əmlakın alğı-satqısı” barədə xx.xx.2013-cü il tarixli müqavilənin, həmçinin "xxxx" ASC ilə X11, X6, X12 arasında Bakı şəhəri 53 saylı Notariat ofisində bağlanmış AN-İ seriyalı, ******* nömrəli “Daşınmaz əmlakın alğı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsi və həmin alğı-satqı müqaviləsi əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində maraqlı şəxslərin adlarına aparılmış qeydiyyatın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. "xxxx" ASC xx.xx.2023-ci il tarixdə ərizə ilə müraciət etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1298/2012 saylı, xx.xx.2012-ci il tarixli icra vərəqəsinə əsasən, "xxxx" MMC-dən "xxxx" ASC-nin xeyrinə 19 fevral 2007-ci il tarixli kredit müqaviləsi üzrə 600000 manat əsas, 240 350 manat əsas borc öhdəliyinə hesablanmış tarz bvrcu və 5000 manat dəbbə pulu, 28 sentyabr 2007-ci il tarixli müqavilə üzrə 400 000 manat əsas. Hi 789 manat faiz borcu. 4000 manat dəbbə pulu və ödənilmiş 20 manat dövlət rüsumunu “Kapital Bank" ASC-nin xeyrinə tutulması, tutmanı ipoteka ilə yüklü edilmiş mülkiyyət hüququ üzrə İddiaçı məxsus ünvan 4 ünvanında istifadədə olan 0,24164 ha toıpaq sahəsində yerləşən 22571.1 kv.m ümumi, 1.461 kv.m əsas, 796.1 kv.m köməkçi sahədən ibarət əmlak kompleksinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, açıq hərracdan satıldıqdan sonra əldə olunmuş məbləğin hesbına kredit müqavilələri üzrə yaranmış borcun Banka ödənilməsi, kredit borcu Banka ödənildikdən sonra isə qalan məbləğin İddiaçı qaytarılması qət edilmişdir. Daha sonra Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-733/2011 saylı, xx.xx.2011-ci il tarixli icra vərəqəsi icra olunmasından ötrü Sabunçu rayon İcra şöbəsinə göndərilmişdir. Binəqədi rayon İcra şöbəsi tərəfindən sifariş məktubu əsasında "xxxx" MMC tərəfindən hərrac keçirilmişdir. İpoteka predmeti olan daşınmaz əmlak açıq hərrac vasitəsilə satılmadığı üçün Banka təklif edilmişdir. "xxxx" MMC- nin Y-360 saylı 09 dekabr 2013-cü il tarixli protokoluna əsasən ipoteka saxlayan "xxxx" ASC əldə etmişdir və Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Tərəfindən ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. İddiaçı Andolmanaf oğlu qiymətləndirmə rəyinin ləğv edilməsi, hərracın nəticələrinə dair protokolun etibarsız hesab edilməsi və həmin protokol əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbi ilə Bakı şəhəri Səbail rayon Məlikəsinə müraciət etmişdir. Göründüyü kimi, hazırda məhkəmədə əmlaka qoyulmuş ilkin satış qiyməti və hərracın yekunlarına dair protokolu mübahisələndirilən daşınmaz əmlak Bankın mülkiyyətində olmuşdur qeyd edilən mülki iş üzrə çıxarılıcaq məhkəmə qətnaməsi Bankın mənafeyinə toxunacaqdır. "xxxx" ASC xx.xx.2023-ci il tarixdə kəsici müddətin tətbiq edilməsinə dair ərizə ilə müraciət etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Bakı şəhəri Səbail rayon Məhkəməsinə iddia, ərizəsi ilə müraciət edərək cavabdehlər "xxxx" MMC, “Tərəqqi*’ MMC, üçüncü şəxslər Binəqədi rayon İcra Şöbəsi, X11, X6 və X7 qarşı qiymətləndirmə rəyinin ləğv edilməsi, hərracın yekunlarına dair protokolun etibarsız hesab edilməsi və həmin protokol əsasında verilmiş çıxarışın ləğv edilməsini xahiş etmişdir. İddiaçı “əqdlərin etibarsızlığını mübahisələndirmək hüququna” tətbiq olunan kəsici müddəti ötürməklə verdiyindən qeyd edilən əqdlərin etibarsızlığını mübahisələndirmək hüququna xitam verilməli və iddiası rədd olunmalıdır. Belə ki, Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, mülki məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Mülki Məcəllədə hər iki etibarsızlıq halına anlayış verilərək onların xüsusiyyətlərinə aydınlıq gətirmişdir. Mülki məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Beləliklə, mübahisələndinnə dedikdə əqdin digər tərəfinə əqdin etibarsızlığı ilə bağlı iradə ifadəsinin bildirilməsi nəzərdə tutulur. Əqdin mübahisələndirən şəxsin iradə ifadəsini digər tərəfə bildirməsi baxımından qanunda hər hansı məcburi (imperativ) forma nəzərdə tutulmayıb. Bu səbəbdən əqdin mübahisələııdirilməsi ilə bağlı tərəf iradə ifadəsini istənilən formada digər tərəfə bildirilməsi yolu ilə həyata keçirə bilər. Mübahisə edilən əqdlər baxımından yalnız əlaqədar şəxsin (subyektin) onu mübahisləndirməsi hallarında etibarsızlığın nəticələri əmələ gəlir və Mülki Məcəlləyə görə əqdi mübahisələndirməyə hüququ olan şəxs bununla bağlı iradəsini digər tərəfə bildirdiyi anda həmin əqd mübahisələndirilmiş hesab olunur. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Mülki Məcəllənin 389.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bir növü kimi mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Məlum olduğu kimi, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 42.6-cı maddəsində hərracın nəticələri haqqında protokolun müqavilə qüvvəsinə malik olduğu müəyyən edilmişdir. Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən isə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Göründüyü kimi, normada şəxsə qarşı tələb hüququnun deyil, əqdi mübahisələndirmək hüququnun realizəsi ilə bağlı müddət nəzərdə tutulmuşdur. Başqa sözlə, əqdin bağlanması zamanı iradə ifadəsi zədələnmiş şəxsin məhz maddədə göstərilən müddətlər ərzində həmin əqdi mübahisələndirmək hüququ tanınmışdır. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Beləliklə, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir. Maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığma dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Kəsici müddət - şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddiaçı Abdolmanf oğlu iddia ərizəsində qeyd etmişdir ki, "xxxx" ASC,"xxxx" MMC və "xxxx" MMC icra mərhələsində ona məlumat verməmişlər. İşin faktiki hallarına gəldikdə isə, iddiaçının icra sənədinin icrasına dair bütün hərəkətlərdən məlumat olub. Belə ki, İddiaçı Bakı Apellyasiya Məhkəməsinə ərizə verərək “kassasiya şikayətinin verilməsi müddətinin ötürülməmiş hesab edilməsini” xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2379/2012 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş ərizə təmin edilməmiş, kassasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardadda apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı birinci və apellyasiya instansiya məhkəməsində nümayəndəsi Kazımov Əbülfəz vasitəsilə təmsil olunmuş, nümayəndə məhkəmə iclaslarında iştirak etmişdir. Bakı Apellyasiya Məhkəməsində tərəfindən xx.xx.2012-ci il tarixli qətnaməsinin surəti cavabdeh İddiaçı qeydiyyat ünvanlan olan ünvan 5, Nəsimi rayonu, 28 may küçəsi, ev 14, mənzil 81 ünvanları üzrə göndərilmiş, qətnamə ünvan 7 ünvanından xx.xx.2012-ci il tarixdə SS055489305AZ saylı sifarişli poçt qəbzini imza edilməklə qəbul edilmişdir. Həmçinin məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X14 bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.05,2012-ci il tarixli, 2(103)-2379/2012 saylı qətnaməsindən məlumatlı olmuşlar. Onların hərracın keçirilməsindən və əmlakın banka verilməsindən də məlumatları olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2379/2012 saylı, xx.xx.2022-ci il tarixli qərardadı İddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-672/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. İddiaçı iddia ərizəsində bildirdiyi kimi, icra mərhələsindən məlumatsız olması halı mövcud deyil. İddiaçının əqdin etibarsız sayılmasına əsas verən halları 2013-cü ildən bildiyi məlum olur. Nəzəı alsaq ki, artıq 10 (on) il müddət keçib və əqdin etibarsızlığını mübahisələndirmək üçün Azərbyacan Respublikası Mülki Məcəlləsinin müvafiq normalarında nəzərdə tutulan 1 (bir) il kəsici müddəti ötürdüyü qənaətinə gəlinir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 izahatında bildirmişdir ki, İddiaçı iradə ifadəsini bildirmişdir. Cavabdehin dəlili ondan ibarətdir ki, əvvəlki məhkəmə iclaslarında kredit götürən tərəfin direktoru söyləyir ki, məlumatı var idi, lakin İddiaçı onu nə qədər ki təsdiqləməyib, bu onun etirafı sayıla bilməz. Həmin qərardan narazı qaldığı üçün kassasiya şikayəti vermişdir. Əgər kassasiya şikayəti verməsəydi hardasa başa düşmək olardı ki, İddiaçı bunlarla razıdır. Kassasiya şikayətində də dəfələrlə qeyd edib ki, icrada olmasından xəbəri olmamışdır. Kompas MMC-nin direktoru Şahin ayrı adamdır, İddiaçı ayrı adamdır. Həmin əmlak üzərində Şahin paylı mülkiyyətçi də deyil. Burda birinci dərəcəli maraqlı şəxs İddiaçıdir. Şahinin izahatı İddiaçı izahatı kimi qəbul edilə bilməz. Mülki işin dəlillərinin Şahinin ifadəsi üzərində qurulması düzgün deyil. Qanunvericiliyin tələbinə əsasən qiymətləndirilmə ipoteka qoyanın iştirakı ilə keçirilməli idi. Ən azından ipoteka qoyan məlumatlandırılmalı idi. Hərrac ipoteka qoyana bildirişlər, məlumatlar verilməklə keçirilməli idi. Heç biri barədə İddiaçı məlumatı olmamışdır. İddia əsaslı olduğu üçün təmin edilməlidir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X13 izahatında bildirmişdir ki, İddiaçı məhkəmə prosesində nümayəndə ilə təmsil olunub. Məlumdur ki, qətnamə çıxarılandan sonra müəyyən müddətdən sonra icraya yönəlir. İcraya yönəlməsi barədə onun məlumatının olmaması mümkün deyil. Bu kassasiya şikayətində də öz əksini tapıb. İpoteka qoyanın iştirakını təmin etmək qiymətləndirmə şirkətinin öhdəliyi deyil, Hərrac Mərkəzi də ancaq bildiriş göndərməklə kifayətlənir. İddia əsassız olduğu üçün rədd edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada digər cavabdehə məlumat verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, işə baxmağa haqlıdır. MPM-in 185.5-ci maddəsinə əsasən işə digər cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh2 MMC-nin xx.xx.2013-cü il tarixli əmlakın qiymətləndirilməsinə dair rəyindən görünür ki, ünvan 1 ünvanda istifadədə olan 0,24164 ha torpaq sahəsində yerləşən 22571.1 kv.m ümumi, 1.461 kv.m əsas, 796.1 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi 600000 manata qiymətləndirilmişdir. İş materiallarında olan 09 dekabr 2013-cü il tarixli, Y-360 saylı Hərracın nəticələri haqqında Protokoldan görünür ki, X5 məxsus ünvan 1 ünvanda istifadədə olan 0,24164 ha torpaq sahəsində yerləşən 22571.1 kv.m ümumi, 1.461 kv.m əsas, 796.1 kv.m köməkçi sahədən ibarət əmlak kompleksini ipotekasaxlayan «Kapital Bankr ASC 382500 manata almışdır. İş materiallarında olan hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə xx.xx.2013-cü il tarixli müqavilədən görünür ki, ünvan 1 ünvanda istifadədə olan 0,24164 ha torpaq sahəsində yerləşən 22571.1 kv.m ümumi, 1.461 kv.m əsas, 796.1 kv.m köməkçi sahədən ibarət əmlak kompleksini «Kapital Bankr ASC 382500 manata almışdır. İş materiallarında olan xx.xx.2016-cı il tarixli, 4Ə-533 saylı Əmlakın Alğı-satqısına dair notariat işindən görünür ki, AN-İ seriyalı, ******* nömrəli, xx.xx.2016-cı il tarixli alğısatqı müqaviləsinə əsasən "xxxx" ASC ünvan 1 ünvanda istifadədə olan 0,24164 ha torpaq sahəsində yerləşən 22571.1 kv.m ümumi, 1.461 kv.m əsas, 796.1 kv.m köməkçi sahədən ibarət əmlak kompleksinin 1/3 hissədə X8 333333 manata, 1/3 hissəsini X2 333333 manata və 1/3 hissəsini X7 333333 manata -cəmi ******* manata satmışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2007-ci il tarixli kredit müqaviləsi ilə "xxxx" MMC-nin direktoru X10 600000 manat məbləğində kredit vermişdir. xx.xx.2007-ci il ipoteka müqaviləsi ilə ******* manat məbləğində ünvan 1 ünvanında istifadədə olan 0,24164 ha. torpaq sahəsində yerləşən 22571.1 kv.metr ümumi, 1.461 kv.m. əsas, 796.1 kv.metr köməkçi sahədən ibarət əmlak kompleksi xx.xx.2007-ci il tarixli kredit müqaviləsi üçün ipoteka ilə yüklü edilmişdir. Binəqədi rayon Məhkəməsinin 2(001)-1298/2012 saylı, xx.xx.2012-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh "xxxx" MMC-dən xx.xx.2007-ci il tarixli kredit müqaviləsi üzrə 600.000 manat əsas, 240.350 manat faiz borcu və 5.000 manat dəbbə pulunun, xx.xx.2007-ci il tarixli müqavilə üzrə 400.000 manat əsas, 171.789 manat faiz borcu və 4.000 manat dəbbə pulunun, 20 manat ödənilmiş dövlət rüsumunun "xxxx" ASC-in xeyrinə tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş mülkiyyət hüququ üzrə X4 məxsus ünvan 1 ünvanında istifadədə olan 0,24164 ha. torpaq sahəsində yerləşən 22571.1 kv.metr ümumi, 1.461 kv.m. əsas, 796.1 kv.metr köməkçi sahədən ibarət əmlak kompleksinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, açıq hərracdan satıldıqdan sonra əldə olunmuş məbləğin hesabına kredit müqavilələri üzrə yaranmış borcun Banka ödənilməsi, kredit borcu Banka ödənildikdən sonra isə qalan məbləğin X1ytarılması müəyyən edilmişdir. Binəqədi rayon icra şöbəsinin xx.xx.2012-ci il tarixli qərarı ilə ünvan 1 ünvanında istifadədə olan 0,24164 ha. torpaq sahəsində yerləşən 22571.1 kv.metr ümumi, 1.461 kv.m. əsas, 796.1 kv.metr köməkçi sahədən ibarət əmlak kompleksinin qiymətləndirilməsi üçün Cavabdeh2 MMC-nin qiymətləndiricisi dəvət edilmiş və Cavabdeh2 MMC-nin xx.xx.2013-cü il tarixli əmlakın qiymətləndirilməsinə dair rəyi ilə ünvan 1 ünvanda istifadədə olan 0,24164 ha torpaq sahəsində yerləşən 22571.1 kv.m ümumi, 1.461 kv.m əsas, 796.1 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi 600000 manata qiymətləndirilmişdir. "xxxx" MMC tərəfindən ipoteka predmeti olan mübahisəli mənzil Binəqədi rayon İcra Şöbəsinin sifarişi əsasında hərraca çıxarılmışdır. İlkin satış qiyməti 600000 manat müəyyən edilmişdir. Keçirilmiş hərrac nəticəsində ipoteka saxlayan "xxxx" ASC 382500 manata almışdır. AN-İ seriyalı, ******* nömrəli, xx.xx.2016-cı il tarixli alğı-satqı müqaviləsinə əsasən "xxxx" ASC ünvan 1 ünvanda istifadədə olan 0,24164 ha torpaq sahəsində yerləşən 22571.1 kv.m ümumi, 1.461 kv.m əsas, 796.1 kv.m köməkçi sahədən ibarət əmlak kompleksinin 1/3 hissədə X8 333333 manata, 1/3 hissəsini X2 333333 manata və 1/3 hissəsini X7 333333 manata -cəmi ******* manata satmışdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, Cavabdeh2 MMC-nin qiymətləndiricisi tərəfindən əmlak kompleksi çox aşağı qiymətə qiymətləndirilmiş və "xxxx" MMC tərəfindən keçirilən hərracda mülkiyyətində olan əmlak kompleksi dəyərindən çox aşağı qiymətə satılmışdır. Eyni zamanda keçirilən hərracdan onun xəbəri olmamış və hərrac təşkilatçısı tərəfindən hərracın keçirilməsi ilə bağlı ona hər hansı məlumat verilməmişdir. Bu səbəbdən iddiaçı həmin hərracın və onun nəticələrinin etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun mübahisəli hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olmuş 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Qanunun hərracın keçirildiyi zaman qüvvədə olmuş redaksiyasının 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. İcra məmuru hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) sifariş verir. Həmin Qanunun 42.1-ci maddəsinin tələblərinə görə hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. (maddə 43.7-43.8). Bu Qanunun 42.5-ci və 42.6-cı maddələrinə görə ən yüksək qiymət təklif etmiş şəxs hərracı udmuş sayılır. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Qanunun 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. “İpoteka haqqında” Qanunun 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Məhkəmə, əqdin etibarsızlığına dair iddia tələblərinə kəsici müddətin tətbiqi üzrə zərurətin olub-olmamasını nəzərdən keçirib aşağıdakıları qeyd etməyi zəruri sayır. Azərbaycan Respublikası Mülki Məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Mülki dövriyyənin sabitliyinin qorunması tərəflərin əsaslandırılmış tələblərinin məhkəmə qaydasında həll edilməsinin müəyyənləşdirilməsi ilə yanaşı, həmçinin hüquqi tənzimetməyə şəxsin hüququnun pozulduğunu bilməsindən xeyli müddət keçdikdən sonra onun müdafiəsi üçün məhkəməyə müraciət etdikdə, qarşı tərəfə mübahisənin mahiyyəti üzrə baxılmamasını tələb etmək imkanı verən maddi hüquq normalarının daxil edilməsidir. Mülki hüquq münasibətlərinin bütün iştirakçılarına şamil edilən belə tənzimləmə mülki qanunvericiliyin iddia müddətlərinə, onların hesablanması qaydasına, axımının dayandırılması və kəsilməsi əsaslarına dair müddəalarında öz əksini tapmışdır. İddia müddətləri ümumi və xüsusi növlərə bölünür. Ümumi iddia müddəti hüquq münasibəti subyektlərinin hüquqi statusundan, mülkiyyətin formasından və növündən asılı edilməmişdir. Xüsusi iddia müddətləri isə bəzi tələblər üçün müəyyən edilmişdir və onlar ümumi iddia müddəti ilə müqayisədə qısaldılmış və ya uzadılmış ola bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür – ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. Xüsusi iddia müddətləri bəzi iddialar üçün müəyyən edilir. Ümumi müddətlə müqayisədə onlar qısaldılmış və ya uzadılmış ola bilər. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasınıtəmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Göstərilənlərlə yanaşı, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci madəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, həmin tələblər hərracın yekunları barədə protokolun, bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və hərracın yeni qiymətlə yenidən keçirilməsi ilə bağlıdır. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 373-cü maddəsində nəzərdə tutulmuş iddia müddəti ilə, Mülki Məcəllənin 354-cü maddəsində nəzərdə tutulmuş müddət tamamilə fərqli anlayışlardır. Mülki Məcəllənin 354-cü maddəsində nəzərdə tutulmuş müddətlər iddia müddəti deyil, kəsici müddət olmaq etibarı ilə hüququnun pozulması ehtimal olunan şəxsin müraciət müddətidir. Yəni qanunun tələbinə əsasən əqdin etibarsızlığı ilə bağlı tələb irəli sürmək üçün hüququ pozulmuş şəxs bir il ərzində məhkəməyə müraciət edə bilər. İş materiallarında olan qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2379/2012 saylı, xx.xx.2022-ci il tarixli qərardadından aktından görünür ki, İddiaçı birinci və apellyasiya instansiya məhkəməsində nümayəndəsi Kazımov Əbülfəz vasitəsilə təmsil olunmuş, nümayəndə məhkəmə iclaslarında iştirak etmiş, Bakı Apellyasiya Məhkəməsində tərəfindən xx.xx.2012-ci il tarixli qətnaməsinin surəti cavabdeh İddiaçı qeydiyyat ünvanları olan ünvan 5, Nəsimi rayonu, 28 may küçəsi, ev 14, mənzil 81 ünvanları üzrə göndərilmiş, qətnamə ünvan 7 ünvanından xx.xx.2012-ci il tarixdə SS055489305AZ saylı sifarişli poçt qəbzini imza edilməklə qəbul edilmişdir. Həmçinin məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X14 bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.05,2012-ci il tarixli, 2(103)-2379/2012 saylı qətnaməsindən məlumatlı olmuşlar. Onların hərracın keçirilməsindən və əmlakın banka verilməsindən də məlumatları olmuşdur. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)4672/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2379/2012 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Məhkəmə hesab edir ki, iddiaçı hüquqlarının pozulmasını bildiyi andan qanunla nəzərdə tutulmuş müddətdə pozulması ehtimal edilən hüququn bərpası üçün məhkəməyə müraciət etmədiyindən və bununla da müraciət müddəti ötürdüyündən, iddia tələbləri təmin edilməməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi hazırda əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar