Məhkəmə qərarları › İş №2(009)-98/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-98/2022

10.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-98/2022 10.02.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçıların nümayəndəsi və vəkili X6 və cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçılar X15 və X2 Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı “sığorta haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar X18 və X10 Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı “sığorta haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətindən iddiaçı X15 xeyrinə 5000 (beş min) manat icbari sığorta pulun, 1000 (bir min) manat vəkilə ödənilmiş pulun, 200 (iki yüz) manat "xxxx" MMC-yə ödənilmiş pulun və 30 (otuz) manat dövlət rüsumunun tutulması, iddiaçı X2 xeyrinə 3646 (üç min altı yüz qırx altı) manat narıncı şəhədatnamə üzrə sığorta pulunun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, 16 iyul 2021-ci il tarixdə Cavabdeh Sığorta Şirkəti tərəfindən icbari sığorta edilən X19 məxsus “VAZ 2107” markalı ** CG *** dövlət qeydiyyat nişanlı avtomobil Abşeron rayonu, Saray qəsəbəsi, H.Əliyev küçəsində hərəkətdə olarkən qarşı yola çıxaraq park edilmiş İddiaçı1 məxsus "xxxx" markalı ** GJ *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol hissəsi ilə toqquşmuşdur. Həmin vaxt Daxili İşlər Nazirliyinin X28 İdarəsinin əməkdaşları hadisə yerinə gələrək yol qəzası ilə bağlı izahatları alaraq inzibati xəta haqqında protokol tərtib etmişlər. Cavabdeh Sığorta Şirkəti tərəfindən həmin yol nəqliyyat hadisəsi nəticəsində avtomobilin zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə 02 avqust 2021-ci il tarixli hesabatına əsasən, zədələnmiş avtomobilə keçirilmiş baxış nəticəsində dəymiş zərər 1.700 (bir min yeddi yüz) manat həcmində müəyyən edilmişdir. Bu hesabatla müəyyən olunmuş zərər həqiqi dəymiş zərərdən xeyli aşağı olduğu üçün, iddiaçı Emin Əsgərov dəymiş zərəri müəyyən etmək məqsədi ilə "xxxx" MMC-yə müraciət etmişdir. Həmin şirkət tərəfindən təqdim edilən 12.08.2021-ci il tarixli qiymətləndirmə aktına əsasən avtomobilə dəymiş zərər 8646 (səkkiz min altı yüz qırx altı) manat müəyyən olunmuşdur. Eyni zamanda iddiaçı X10 Cavabdeh Sığorta Şirkəti tərəfindən 11.08.2020-ci il tarixdə RN- PAT**********N8139070 nömrəsi ilə “Narıncı” sığorta şəhatnaməsi ilə sığortalanmışdır. Bildirirlər ki, həmin sığorta şəhadətnaməsi 5.000 manata qarşı tərəfin avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə və 5.000 manat nəqliyyat vasitələrinin sığortası üzrə sığorta təminatıdır. Yəni sığorta hadisəsi nəticəsində dəymiş zərər icbari sığorta ilə nəzərdə tutulmuş 5.000 manat sığorta ödənişini aşdığı halda, “Narıncı” sığorta şəhadətnaməsi, sığorta olunana bu məbləğdən əlavə 5.000 manat vəsaitində sığorta təminatı verir. "xxxx" MMC tərəfindən müəyyən olunan zərər, icbari sığorta üzrə nəzərdə tutulmuş sığorta ödənişini 3.646 manat məbləğində aşdığı üçün, həmin məbləğ cavabdeh sığorta şirkətindən tutularaq sığorta olunan iddiaçı Nadejda Əsgərovaya ödənilməlidir. "xxxx" MMC-nin verilmiş qiymətləndirmə aktı əsas götürülərək İddiaçı2 tərəfindən cavabdeh Sığorta Şirkətinə bildiriş göndərilmiş və cavabdeh Sığorta Şirkəti iddiaçılara dəymiş zərəri yenidən hesablayaraq 2200 (iki min iki yüz) manata qədər artıraraq bu barədə 01.09.2021-ci il tarixli hesablamanın nəticəsi barədə məlumat vermişdir. Göründüyü kimi, Sığorta Şirkətinin məqsədi sığorta hadisəsi zamanı müştərinin günahı olmadan, digər nəqliyyat vasitəsi ilə toqquşma nəticəsində avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi olduğu halda, Cavabdeh Sığorta Şirkəti müxtəlif bəhanələrlə müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri layiqincə icra etməkdən boyun qaçırır. 20.08.2021-ci il tarixli iddiaçı tərəfindən cavabdehə ünvanlanmış bildirişlə sığorta pulunu 5 gün müddətinə ödəməyi tələb edilmiş, lakin cavabdeh Sığorta Şirkəti iddiaçıların tələbinə münasibət bildirmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətindədirlər. Bundan əlavə iddiaçılar öz hüquqlarını məhkəmədə müdafiə etmək məqsədi ilə “Faiq Nağıyev və Partnyorları” vəkil bürosu ilə hüquqi yardım göstərilməsi üçün müqavilə bağlamış və həmin müqaviləyə əsasən 1000 (bir min) manat büroya vəsait ödəmişdir. Eyni zamanda iddiaçılar sığorta hadisəsi zamanı onlara dəymiş zərəri müəyyən etmək üçün "xxxx" MMC-yə müraciət edərkən 200 (iki yüz) manat vəsait ödəmişlər. Hesab edirlər ki, həmin məbləğlər də cavabdeh Sığorta Şirkətindən tutulmalıdır. Sonradan iddiaçıların nümayəndəsi və vəkili X12 məhkəməyə iddia tələbi həcminin artırılması barədə ərizə verərək Cavabdeh Sığorta Şirkəti ASC-dən iddiaçı X15 xeyrinə 5000 (beş min) manat icbari sığorta pulun, 1000 (bir min) manat vəkilə ödənilmiş pulun, 200 (iki yüz) manat "xxxx" MMC-yə ödənilmiş pulun və 30 (otuz) manat dövlət rüsumunun tutulması, iddiaçı X2 xeyrinə 5000 (beş min) manat narıncı şəhadətnamə üzrə sığorta pulunun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi həcminin artırılması barədə ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2447/2021 saylı, 12.10.2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə tapşırılmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/8056 saylı, 28 dekabr 2021-ci il tarixli ekspert rəyinə əsasən iddiaçıya məxsus 2008-ci il buraxılşlı “Toyota Camry” markalı, ** GJ *** dövlət qeydiyyat nişanlı avtomobilin dəyişilməli hissələrinin dəyəri işlənmiş, lakin təyinatı üzrə istifadəyə yararlı hissələrin qiymətlərinə müvafiq hesablandığına görə, onların qiymətlərinə köhnəlmə faizi edilmədən dəymiş zərər 5900 (beş min doqquz yüz) manat müəyyən edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin müəyyən etdiyi avtomobilə dəymiş zərər "xxxx" MMC tərəfindən hesablanmış dəymiş zərərlə fərqli olduğundan avtomobilə real dəymiş zərəri müəyyən etmək məqsədi ilə onlar tərəfindən müstəqil ekspertə müraciət olunmuşdur. Eyni zamanda, sığorta hadisəsi zamanı avtomobilə dəymiş zərəri müəyyən edərkən, Sığorta Şirkətinin əsas məqsədi, zədələnmiş avtomobili sığorta hadisəsindən əvvəlki vəziyyətə çatdırmaq olduğunu nəzərə alaraq, iddiaçıya məxsus “Toyota Camry” markalı avtomobilin itirilmiş əmtəə dəyəri də sığorta ödənişinə aid edilməlidir. Bu səbəbdən avtomobilin itirilmiş öz əmtəə dəyərini müəyyən etmək məqsədi ilə müstəqil ekspertə müraciət olunmuşdur. "xxxx" MMC tərəfindən aparılmış “Toyota Camry” markalı avtomobilin bazar və itirilmiş əmtəə dəyəri haqqında 03.02.2022-ci il tarixli, MB-15/01001 nömrəli qiymətləndirmə hesabatına əsasən iddiaçı X15 mülkiyyətində olan “Toyota Camry” markalı ** GJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən ümumi ziyan 8233 (səkkiz min iki yüz otuz üç) manat, itirilmiş əmtəə dəyəri 2800 (iki min səkkiz yüz) manat müəyyən olunmuşdur. Hər iki ekspert rəyi, avtomobilə dəymiş zərərə görə iddiaçı X15 avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə ödənişini tam, yəni 5000 (beş min) manat ödənilməsinə əsas yaradır. Avtomobilə dəymiş ümumi ziyandan (8233 manat) icbari sığorta üzrə ödənişi (5000 manat) çıxıldıqda, qalan 3233 (üç min iki yüz otuz üç) manat dəymiş zərər və 2800 (iki min səkkiz yüz) manat avtomobilin itirilmiş əmtəə dəyəri toplamda 6033 (altı min otuz üç) manat təşkil etdiyini və nəqliyyat vasitələrinin sığortası üzrə sığorta təminatı olan narıncı sığorta şəhadətnaməsi üzrə sığorta pulu əlavə 5000 manata qədər olduğunu nəzərə alaraq, digər iddiaçı X2 narıncı sığorta şəhadətnaməsi üzrə müəyyən olunmuş 5000 (beş min) manat sığorta pulu cavabdehdən tutulması üçün əsasdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili X12 iddia ərizəsinin və artırılması barədə ərizənin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə etmiş və təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X13 iddia tələbinə etiraz təqdim edərək göstərmişdir ki, iş materiallarına əsasən nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə Cavabdeh Sığorta Şirkətində sığorta olunan “Vaz 21074” markalı, ** CG *** dövlət qeydiyyat nişanlı avtomobil 16 iyul 2021-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X15 idarə etdiyi “Toyota Camry” markalı, ** GJ *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.1-ci maddəsinə əsasən, sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. Həmin maddənin 2-ci bəndinə əsasən, sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 16.2-ci maddəsininin 1-ci cümləsində göstərilir ki, sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Qeyd edilənlərdən məlum olur ki, Cavabdeh Sığorta Şirkətinin sığorta hadisəsi nəticəsində dəymiş zərəri qiymətləndirmək hüququ qanunvericiliklə təsbit edilmişdir. Bunu nəzərə alaraq cavabdehin texniki ekspertiza şöbəsinin mütəxəssisləri tərəfindən əmlaka dəymiş zərər araşdırılmış və bununla bağlı müvafiq hesabat tərtib edilmişdir. Hesabata əsasən “Toyota Camry” markalı, ** GJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün 1700 manat tələb olunur. İddiaçının müraciətinə əsasən sığortaçı avtomobilə dəyən zərəri təkrar qiymətləndirmiş, nəticədə zərər məbləği 2200 manat müəyyən edilmişdir. Qeyd edilən zərər məbləğləri barədə sığortaçı tərəfindən iddiaçı X16 13 avqust 2021-ci il və 01 oktyabr 2021-ci il tarixlərində rəsmi məktub ünvanlanmış, həmin məktubda zərərin məbləği barədə məlumat verilmiş, eləcə də, avtomobilin təmirini təşkil etməyə və zərər məbləği ilə razı olmadıqları halda avtomobilin təkrar qiymətləndirilməsinin müstəqil ekspert tərəfindən keçirilməsini təşkil etməyə hazır olduğu bildirilmişdir. Mülki Məcəllənin 925.3-cü və “İcbari Sığortalar haqqında” Qanunun 16-cı maddələrinə əsasən Sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır. Lakin iddiaçılar təklif edilənlərə münasibət bildirməmiş, zərər məbləğinin şişirdilməsi məqsədilə birtərəfli qaydada avtomobili rəsmi servis müəssəsində qiymətləndirmişdir. Qüsur aktında avtomobilin buraxılış ilinin 2008-ci il olması nəzərə alınmadan, köhnəlmə tətbiq edilmədənyeni ehtiyat hissələri ilə əvəzlənməsi nəzərdə tutulduğu üçün zərər məbləği əsassız olaraq şişirdilmişdir. Mülki Məcəllənin 927.2-ci maddəsinə əsasən zərərin miqdarı barədə tərəflər arasında razılıq əldə edildikdən sonra əmlak sığortası üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında bu Məcəllənin 927.4-cü maddəsi nəzərə alınmaqla, aşağıdakı formalardan hər hansı birində həyata keçirilir (ödənilir): 927.2.1. zərər məbləğinin pul şəklində faydalanan şəxsə ödənilməsi; 927.2.2. sığorta hadisəsi nəticəsində dəyən zərərin aradan qaldırılması üçün sığortalıya (sığorta olunana və ya faydalanan şəxsə) göstərilən xidmətlərin və ya satılan əşyaların dəyərinin xidmət göstərənə və ya satıcıya ödənilməsi; 927.2.3. sığorta predmeti olan, yaxud zərərçəkmiş üçüncü şəxsə məxsus əmlakın təmiri və ya bərpası; 927.2.4. sığorta müqaviləsində nəzərdə tutularsa, həmin müqavilədə müəyyən edilən şərtlər əsasında sığorta predmeti olan əmlakın dəyişdirilməsi. Bildirir ki, qanunvericilik zərər məbləği barədə razılıq əldə etdikdən sonra sığortaçıya avtomobili əvvəlki vəziyyətinə qaytarmaq üçün tələb olunan zərər məbləğini faydalanan şəxsə ödənilməsini və ya sığortaçının seçimi əsasında avtomobilin təmir və ya bərpa olunması öhdəliyini qoyur. Baxılan halda isə, 13 illik istismar müddəti olan avtomobilin yeni ehtiyat hissələri ilə əvəzlənməsi xərclərinin sığortaçıdan tələb edilməsi əsassızdır. Bundan başqa iddia ərizəsində iddiaçı X2 Cavabdeh Sığorta Şirkəti ilə sığorta müqaviləsinin olmasına istinad edilərək, həmin şəhadətnamə üzrə 3233 manat ödənilməsini məhkəmədən xahiş etmişdir. Bildirir ki, həmin sığorta şəhadətnaməsi üzrə sığorta ödənişinin verilməsi zərər məbləği 5000 manatdan çox olduğu halda tətbiq edilir. Hazırki iş üzrə isə sığortaçı zərər məbləğini 2200 manat məbləğində müəyyən etdiyi üçün həmin şəhadətnaməyə istinad edilərək, sığorta ödənişinin tələb edilməsi əsassızdır. Göstərilənləri nəzərə alaraq iddiaçılar X15 və X2 “sığorta ödənişinin verilməsi tələbinə dair” iddiasının rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçınının nümayəndəsi və vəkilinin, eləcə də cavabdehin nümayəndəsinin izahatlarını dinləyib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş AB seriyalı, 568616 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Toyota Camry” markalı, ** GJ *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı1 məxsusdur. İş materiallarına əlavə olunmuş X1 tərəfindən verilmiş ƏN-İİ seriyalı, 530025 nömrəli, 21.05.2012-ci il tarixli nəqliyyat vasitəsinin etibarnaməsindən görünür ki, İddiaçı1 mülkiyyətində olan “Toyota Camry” markalı, ** GJ *** dövlət qeydiyyat nişanlı avtomobili 19.03.2022-ci il tarixədək idarə etmək üçün X5 etibarnamə vermişdir. İş materiallarında olan Cavabdeh Sığorta şirkəti ASC ilə İddiaçı2 arasında bağlanmış 11.08.2020-ci il tarixli “Narıncı” sığorta şəhadətnaməsinin surətindən görünür ki, sığortalı İddiaçı2 tərəfindən “Toyota Camry” markalı, ** GJ *** dövlət qeydiyyat nişanlı avtomobil 11.08.2021-ci il tarixədək Cavabdeh Sığorta şirkəti ASC-də sığortalanmışdır. Sığortaçı şəhadətnamə üzrə zərər məbləğinin 5000 manatdan artıq olan hissəsi üçün məsuliyyət daşıyır. İş materiallarında olan 17.07.2021-ci il tarixli, İXP ******* saylı İnzibati xəta haqqında Protokolun surətindən görünür ki, “Vaz 21074” markalı, ** CG *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X24 16.07.2021-ci il tarixdə, saat 21:10 radələrində Abşeron rayonu, Saray qəsəbəsi, H.Əliyev küçəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarında olan TP ******* nömrəli 17.07.2021-ci il tarixli İnzibati tənbeh vermə haqqında Qərarın surətindən görünür ki, X4 Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən 60 (altmış) manat məbləğində cərimə olunmuşdur. İşə əlavə edilmiş Cavabdeh Sığorta Şirkəti tərəfindən İddiaçı1 ünvanlanmış 13.08.2021-ci il tarixli cavab məktubundan görünür ki, sahibinin mülki məsuliyyəti Cavabdeh Sığorta şirkətində icbari sığortalanmış “VAZ 2107 ” markalı ** CG *** dövlət qeydiyyat nişanlı avtomobil 16.07.2021-ci il tarixində baş vermiş yol- nəqliyyat hadisəsi zamanı ona məxsus “Toyota Camry” markalı, ** GJ *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və ona maddi zərər vurmuşdur. Bildirirlər ki, ona məxsus olan avtomobilə dəymiş zərər mütəxəssisləri tərəfindən araşdırılmış və avtomobilə dəymiş zərər məbləği 1700 (bir min yeddi yüz) manat müəyyən edilmişdir. Cavabdeh Sığorta Şirkəti müəyyən edilmiş zərər məbləğini onun seçiminə əsasən ona ödəməyə və ya avtomobilin təmirini təşkil etməyə hazırdır. Avtomobilin təmiri ilə razı olduğu halda hazırkı məktubu aldıqdan 2 iş günü ərzində avtomobili Bakı şəhəri, Kamran Afkari küçəsi 22 yerləşən “Autoport Servis” Mərkəzinə təqdim etməyi xahiş olunmuş, müəyyən edilmiş zərər məbləğinin ona ödənilməsi ilə razı olduğu halda bu məktubu aldıqdan 2 iş günü ərzində Cavabdeh Sığorta şirkətinin qaynar xətti ilə (012 940) əlaqə saxlayaraq, onları məlumatlandırması xahiş olunmuşdur. Müəyyən edilmiş zərər məbləği ilə razı olmadığı halda, Cavabdeh Sığorta Şirkəti onun yazılı razılığı ilə dəymiş zərərin sığorta sahəsində yardımçı fəaliyyət göstərən müstəqil ekspert tərəfindən qiymətləndirilməsini təşkil etməyə hazırdır. İşə əlavə edilmiş İddiaçı2 tərəfindən Cavabdeh Sığorta Şirkəti ASC-yə ünvanlanmış 19.08.2021-ci il tarixli məktubun surətindən görünür ki, 16 iyul 2021-ci il tarixdə X9 tərəfindən icbari sığorta edilən ona məxsuz “VAZ 2107” markalı, ** CG *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Abşeron rayonu, Saray qəsəbəsi, H.Əliyev küçəsində hərəkətdə olarkən qarşı yola çıxaraq park edilmiş İddiaçı1 məxsus "xxxx" markalı ** GJ *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol hissəsi ilə toqquşmuşdur. Həmin vaxt Daxili İşlər Nazirliyinin X29 idarəsinin əməkdaşları hadisə yerinə gələrək yol qəzası ilə bağlı izahatları alaraq inzibati xəta haqqında protokol tərtib etmişlər. Şirkət tərəfindən həmin yol nəqliyyat hadisəsi nəticəsində avtomobilin zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə 02 avqust 2021-ci il tarixli hesabata əsasən, zədələnmiş avtomobilə keçirilmiş baxış nəticəsində dəymiş zərər 1700 (bir min yeddi yüz) manat həcmində müəyyən edilmişdir. Bu hesabatla müəyyən olunmuş zərər həqiqi dəymiş zərərdən xeyli aşağı olduğunu onlara bildirilmişdir. Belə ki, "xxxx" MMC tərəfindən təqdim edilən 12.08.2021-cı il tarixli qiymətləndirmə aktına əsasən avtomobilə dəymiş zərər 8646 (səkkiz min altı yüz qırx altı) manat müəyyən olunmuşdur. "xxxx" MMC tərəfindən müəyyən olunan zərər, icbari sığorta üzrə nəzərdə tutulmuş sığorta ödənişini aşdığını nəzərə alaraq bildirir ki, həmin avtomobil Sığorta Şirkətində həm “İcbari”, həm də “Narıncı” sığorta şəhatnaməsi ilə sığortalanmışdır. Odur ki, qeyd olunanları nəzərə alaraq 5 iş günündən gec olmayaraq ona dəymiş 8646 (səkkiz min altı yüz qırx altı) manat məbləğində zərərin ödənilməsini tələb etmiş, əks təqdirdə hüquqi tədbirlər görüləcəyi bildirilmişdir. İşə əlavə edilmiş Cavabdeh Sığorta Şirkəti tərəfindən İddiaçı1 ünvanlanmış 04.10.2021-ci il tarixli cavab məktubundan görünür ki, 16 iyul 2021-ci il tarixdə “Atəşgah" Sığorta Şirkəti ASC-də icbari sığorta müqaviləsi üzrə sığortalanmış “VAZ 21074” markalı, ** CG *** dövlət qeydiyyat nömrəli avtomobil ona məxsus “Toyota Camry” markalı ** GJ *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. “İcbari Sığortalar haqqında” Qanunun 17-ci maddəsinə əsasən bu Qanunun Xüsusi bölməsində ayrı qayda nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları (hadisənin baş vermə vaxtı, yeri, hadisəsinin baş verməsində təqsirli olan və (və ya) zərərçəkən şəxs (şəxslər), həmçinin zərər dəymiş əmlak, zərərin xüsusiyyətləri) barədə səlahiyyətli orqanın təqdim etdiyi arayış, faydalanan şəxsin sənədləri sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədlər siyahısındadır. Nəzərə alın ki, faydalanan şəxsə sığorta ödənişinin həyata keçirilməsi üçün zəruri olan onun və ya qüvvədə olan mülki etibarnamə əsasında səlahiyyətləndirilmiş nümayəndəsinin hesablaşma hesabı (rekvizitləri), şəxsiyyət vəsiqəsi və məbləğə münasibətdə razılıq əldə olunması qeyd olunmuş rəsmi müraciət məktubu Cavabdeh Sığorta Şirkəti ASC-yə təqdim olunmamışdır. Nəzərə çatdırırlar ki, qeyd edilən sənədlər şirkətə təqdim edildikdən sonra faydalanan şəxsə sığorta ödənişinin verilib-verilməməsi məsələsinə baxılacaqdır. İş materiallarından olan Cavabdeh Sığorta Şirkəti ASC-dən verilmiş 02.08.2021-ci il tarixli sığorta aktından görünür ki, “Toyota Camry” markalı, ** GJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği ümumilikdə 1700 (min yeddi yüz) manat məbləğində müəyyən edilmişdir. İş materiallarından olan Cavabdeh Sığorta Şirkəti ASC-dən verilmiş 01.09.2021-ci il tarixli sığorta aktından görünür ki, “Toyota Camry” markalı, ** GJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği ümumilikdə 2200 (iki min iki yüz) manat məbləğində müəyyən edilmişdir. İş materiallarından olan "xxxx" Bakı Mərkəzi MMC-dən verilmiş 12.08.2021-ci il tarixli qiymətləndirmə aktından görünür ki, “Toyota Camry” markalı, ** GJ *** dövlət qeydiyyat nişanlı avtomobilə qəza zamanı dəyən zərər ümumilikdə 8646 (səkkiz min altı yüz qırx altı) manat müəyyən edilmişdir. İş materiallarından olan "xxxx" Bakı Mərkəzi MMC-dən verilmiş 14.08.2021-ci il tarixli hesab fakturadan və qəbzdən görünür ki, “Toyota Camry” markalı, ** GJ *** dövlət qeydiyyat nişanlı avtomobilin qiymətləndirilmənin keçirilməsi üçün "xxxx" Bakı Mərkəzi MMC-nin hesabına 200 (iki yüz) manat məbləğində xidmət haqqı ödənilmişdir. İş materiallarından olan İddiaçı1 ilə “Faiq Nağıyev və Partnyorları” Vəkil Bürosu arasında bağlanmış 07.09.2021-ci il tarixli, 285 nömrəli hüquqi yardımın göstərilməsi haqqında müqavilədən görünür ki, İddiaçı1 və X5 hüquqi yardımın göstərilməsi üçün Büronun hesabına pul ödənilmiş, müqavilə üzrə hüquqi yardım göstərilməsi vəkil X8 həvalə edilmişdir. Müqavilənin 2.1-ci bəndinə görə hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 1000 (min) manat məbləğində müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş 07.09.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı1 “Faiq Nağıyev və Partnyorları” Vəkil Bürosunun hesabına 1000 (min) manat məbləğində pul ödəmişdir. İşə əlavə edilmiş 07.09.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı1 iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. İşə əlavə edilmiş 07.09.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, X10 iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. İşə əlavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş 03.02.2022-ci il tarixli avtomobilin bazar və itirilmiş əmtəə dəyəri haqqında Qiymətləndirmə hesabatından görünür ki, “Toyota Camry” markalı, ** GJ *** dövlət qeydiyyat nişanlı avtomobilinə 8233 (səkkiz min iki yüz otuz üç) manat dəymiş ümumi zərər və 2800 (iki min səkkiz yüz) manat itirilmiş əmtəə dəyəri hesablanmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh Sığorta Şirkəti ASC-də “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsi ilə sığortalanmış X24 özünə məxsus “Vaz 21074” markalı, ** CG *** dövlət qeydiyyat nişanlı avtomobillə 16 iyul 2021-ci il tarixində Abşeron rayonu, Saray qəsəbəsi, H.Əliyev küçəsində hərəkətdə olarkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində yolun kənarında dayanmış İddiaçı1 məxsus “Toyota Camry” markalı, ** GJ *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmiş və sözügedən yol-nəqliyyat hadisəsi nəticəsində E.Soltanov təqsirli bilinərək 17.07.2021-ci il tarixli, İXP ******* nömrəli protokolun qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən barəsində 60 (altmış) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı1 məxsus “Toyota Camry” markalı, ** GJ *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymiş, Cavabdeh Sığorta Şirkətinin mütəxəssisləri tərəfindən verilmiş hesabata əsasən “Toyota Camry” markalı ** GJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 1700 (min yeddi yüz) manat təşkil etdiyi bildirilmiş və ona Şirkət tərəfindən həmin məbləğin ödənilməsi və ya avtomobilin təmirinin təşkil edilməsi təklif olunmuş, lakin İddiaçı1 təklif olunan məbləğdən narazı qaldığından sığorta ödənişi ilə bağlı məhkəməyə müraciət etmişdir. Həmçinin müəyyən edilmişdir ki, Cavabdeh Sığorta şirkəti ASC ilə avtomobili etibaramə əsasında idarə edən İddiaçı2 arasında bağlanmış 11.08.2020-ci il tarixli “Narıncı” sığorta şəhadətnaməsinə əsasən sığortalı İddiaçı2 tərəfindən “Toyota Camry” markalı, ** GJ *** dövlət qeydiyyat nişanlı avtomobil 11.08.2021-ci il tarixədək Cavabdeh Sığorta şirkəti ASC-də sığortalanmış, həmin sığorta şəhadətnaməsində sığortaçının zərər məbləğinin 5.000 manatdan artıq olan hissəsi üçün məsuliyyət daşıdığı qeyd edilmiş, iddiaçılar "xxxx" MMC tərəfindən müəyyən olunan zərərin icbari sığorta üzrə nəzərdə tutulmuş sığorta ödənişini aşdığı üçün, MMC tərəfindən verilmiş aktda qeyd edilən məbləğin sığorta şirkətindən tutularaq sığorta olunan iddiaçı Nadejda Əsgərovaya ödənilməsi barədə Sığorta Şirkətinə bildiriş göndərmiş, cavabdeh Sığorta Şirkəti iddiaçıya dəymiş zərəri yenidən hesablayaraq 2200 (iki min iki yüz) manata qədər artıraraq bu barədə 01.09.2021-ci il tarixli hesablamanın nəticəsi barədə məlumat vermişdir. Lakin iddiaçılar həmin məbləğdən narazı qaldıqlarından iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iddia tələbinin “sığorta ödənişinin ödənilməsinə” aid hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.1-ci maddəsinə əsasən, sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. Sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır. (MM 925.3.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 926.1-ci maddəsinə əsasən, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən, icbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən, zərər dəymiş əmlakın təmiri və ya bərpası texniki və digər səbəblərdən mümkün olmadıqda, yaxud səmərəsiz olduqda, o, məhv olmuş hesab edilir. Əmlaka dəyən zərərin məbləği zərər dəymiş əmlakın təmiri və ya bərpası üçün birbaşa çəkilən xərclərdən, yaxud həmin əmlak məhv olmuş hesab edildikdə, onun sığorta hadisəsinin baş verməsindən bilavasitə əvvəlki dəyərindən; zərəri azaltmaq məqsədi ilə binaların, qurğuların, avadanlığın sökülməsi və başqa yerə köçürülməsi ilə bağlı xərclərdən; zərər dəymiş əmlakın daşınması, habelə onun qalıqlarının yığılması və daşınması ilə bağlı xərclərdən; sığorta hadisəsi zamanı zərəri azaltmaq məqsədi ilə görülən tədbirlər nəticəsində əmələ gələn digər zərərlərdən ibarətdir. (Qanun 15.3) Həmin Qanunun 16.1-ci maddəsinə əsasən, sığorta hadisəsi nəticəsində dövlət və bələdiyyə əmlakına dəyən zərərin məcburi qiymətləndirilməsi sığortaçı tərəfindən təmin edilməlidir. Sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır. (16.2) Qanunun 16.3-cü maddəsinə əsasən, sığortalı və ya sığorta olunan zərər məbləğinin sığortaçı tərəfindən və ya onun razılığı ilə bu Qanunun 16.4-cü maddəsində nəzərdə tutulmuş müddətdə qiymətləndirilməsinin başladığı anadək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.5-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətində saxlamadıqda və ya dəymiş zərərin qiymətləndirilməsi üçün şərait yaratmadıqda, zərərin sığortaçı tərəfindən müvafiq şəkildə qiymətləndirilməsinin nəticələrini qəbul etməlidir. Sığortaçı sığorta hadisəsinin baş verməsi barədə məlumatlandırıldığı tarixdən 7 iş günü müddətində əmlaka dəymiş zərərin məbləğinin qiymətləndirilməsini təşkil etmədikdə sığortalı və sığorta olunan, həmçinin zərər çəkmiş üçüncü şəxs təyin etdiyi qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert və ya mütəxəssis vasitəsilə əmlaka dəymiş zərərin ədalətli şəkildə qiymətləndirilməsinə və aradan qaldırılmasına başlaya bilər. Bu halda əgər sığortaçı əmlaka dəymiş zərərin vaxtında qiymətləndirilməməsini əmlak sahibinin ölümü və ya xəstəliyi, həmçinin sığortalının, sığorta olunanın və ya zərər çəkmiş üçüncü şəxsin əmlakın qiymətləndirilməsi üçün şərait yaratmaması nəticəsində baş verdiyini sübut edə bilməsə, o, zərər çəkmiş üçüncü şəxs tərəfindən bu maddədə nəzərdə tutulmuş qaydada həyata keçirilmiş qiymətləndirmənin nəticələrini qəbul etməlidir. (16.4) Göstərilən qanunvericilik aktı normalarının tələbindən də görünür ki, sığorta hadisəsi baş verdiyi halda (dəymiş zərər müəyyən edilməklə) sığortaçı tərəfindən sığorta ödənişinin zərərçəkmiş şəxsə verilməsi nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən yol-nəqliyyat hadisəsinin Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən sığortalanmış avtomobilin sürücüsünün təqsiri üzündən baş verməsi və hadisə nəticəsində iddiaçının avtomobilinə zərər vurulması və qeyd edilən hadisənin sığorta hadisəsi kimi tanınması işin mübahisəsiz halıdır. Məhkəmə sığorta hadisəsi nəticəsində dəyən zərərin həcminin müəyyən edilməsi ilə bağlı qeyd edir ki, iş materiallarından və tərəflərin izahatından görünür ki, iddiaçı tərəflər Cavabdeh Sığorta Şirkəti ASC arasında dəymiş zərərin miqdarı barədə razılaşma əldə edilməmişdir. Belə olan halda iddiaçı məbləğlə razılaşmadığından “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə ödənilməli olan sığorta ödənişinin məbləği ilə bağlı qeyd edir ki, iş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 12.10.2021-ci il tarixli, 2(009)-2447/2021 saylı qərardadı əsasında təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/80956 nömrəli, 28.12.2021-ci il tarixli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" MMC-nin 12.08.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2008-ci il buraxılışlı “Toyota Camry” markalı, ** GJ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci hadisə baş verən tarixə təxminən 5900 (beş min doqquz yüz) manat müəyyən edilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 9/80956 nömrəli, 28.12.2021-ci il tarixli rəyini mötəbər sübut hesab edir və onunla razılaşır. Belə ki, rəylə razılaşmamaq üçün heç bir əsas müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının avtomobilinə dəymiş zərərin 5900 (beş min doqquz yüz) manat məbləğində müəyyən edilməsi məqsədə müvafiqdir. Məhkəmə qeyd edir ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 56.1, 56.1.2-ci maddələrinə əsasən, üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləği 5000 (beş min) manat müəyyən edilmişdir. Məhkəmə Qanununvericiliyin tələblərini (avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğinin 5000 manat məbləğində müəyyən olunduğunu) nəzərə alaraq hesab edir ki, Məhkəmə Ekspertiza Mərkəzinin 28.12.2021-ci il tarixli rəyi ilə müəyyən olunmuş 5900 (beş min doqquz yüz) manat məbləğində zərərin 5000 (beş min) manat hissəsi Cavabdeh Sığorta Şirkəti ASC-dən tutularaq iddiaçı (nəqliyyat vasitəsinin sahibi) İddiaçı1 xeyrinə ödənilməlidir. Bundan başqa məhkəmə İddiaçı2 iddia tələbinə münasibət bildirərək qeyd edir ki, iş materialları ilə müəyyən edilmişdir ki, Cavabdeh Sığorta şirkəti ASC ilə İddiaçı2 arasında bağlanmış razılaşma əsasında verilmiş 11.08.2020-ci il tarixli “Narıncı” sığorta şəhadətnaməsinə əsasən sığortalı İddiaçı2 tərəfindən “Toyota Camry” markalı, ** GJ *** dövlət qeydiyyat nişanlı avtomobil 11.08.2021-ci il tarixədək Cavabdeh Sığorta şirkəti ASC-də sığortalanmışdır. Sığortaçı şəhadətnaməsi üzrə zərər məbləğinin 5000 manatdan artıq olan hissəsi üçün məsuliyyət daşıyır. Məhkəmə 11.08.2020-ci il tarixli “Narıncı” sığorta şəhadətnaməsinin şərtlərini nəzərə alaraq hesab edir ki, ekspert rəyi ilə müəyyən edilmiş 5900 ziyan məbləğinin 900 (doqquz yüz) manat hissəsi icbari sığorta ilə nəzərdə tutulmuş 5.000 manat sığorta ödənişi məbləğini aşdığı üçün 900 (doqquz yüz) manat Cavabdeh Sığorta şirkəti ASC-dən tutularaq sığortalı İddiaçı2 xeyrinə ödənilməlidir. Məhkəmə, İddiaçı1 avtomobilə dəymiş zərərin müəyyən edilməsi üçün "xxxx" MMCyə könüllü olaraq öz təşəbbüsü ilə müraciət etməsini nəzərə alaraq, “Toyota Camry” markalı, ** GJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə qüsur aktının tərtibi üçün ödədiyi 200 (iki yüz) manat məbləğində pulu cavabdehdən tələb etməsini əsassız hesab edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nın 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də əks olunmalı olduğundan, bu məsələ də öz həllini tapmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə əlavə edilmiş sənədlərdən görünür ki, məhkəmə xərcləri İddiaçı1 tərəfindən ödənilmiş 30 (otuz) manat və İddiaçı2 tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumlarından, həmçinin İddiaçı1 tərəfindən “Faiq Nağıyev və Partnyorları” Vəkil Börüsuna ödənilmiş 1000 (min) manatdan hüquqi xidmət haqqından və iş üzrə təyin edilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məsrəflərdən ibarətdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi isə qismən təmin olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar İddiaçı1 tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi cavabdehdən tutularaq İddiaçı1 ödənilməli, 10 manat hissəsi isə iddiaçıya aid edilməli, həmçinin İddiaçı2 tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 10 (on) manat hissəsi cavabdehdən tutularaq İddiaçı2 ödənilməli, 20 manat hissəsi isə iddiaçıya aid edilməlidir. Həmçinin iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manatın 50 (əlli) manat hissəsi cavabdehdən, 50 (əlli) manat hissəsi isə iddiaçılardan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, İddiaçı1 tərəfindən “Faiq Nağıyev və Partnyorları” Vəkil Börüsuna hüquqi xidmət haqqı kimi ödənilmiş 1000 (min) manatın, 200 (iki yüz) manat hissəsi, yəni ağlabatan məbləğ cavabdehdən tutularaq İddiaçı1 ödənilməli, 800 (səkkiz yüz) manat hissəsi isə iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, sığorta ödənişinin əvəzi olaraq 5900 (beş min doqquz yüz) manat məbləğində pul vəsaitinin 5000 (beş min) manat hissəsi, İddiaçı1 tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi, hüquqi yardım üçün ödənilmiş xidmət haqqı olan 1000 (bir min) manatın 200 (iki yüz) manat hissəsi olmaqla, cəmi 5220 (beş min iki yüz iyirmi) manat məbləğində pul vəsaiti Cavabdeh Sığorta Şirkəti ASC-dən tutularaq İddiaçı1 ödənilməli, dövlət rüsumunun 10 (on) manat hissəsi və hüquqi yardım üçün ödənilmiş xidmət haqqının 800 (səkkiz yüz) manat hissəsi İddiaçı1 aid edilməli, sığorta ödənişinin 900 (doqquz yüz) manat hissəsi və İddiaçı2 tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 10 (on) manat hissəsi olmaqla cəmi 910 (doqquz yüz on) manat məbləğində pul vəsaiti Cavabdeh Sığorta Şirkəti ASC-dən tutularaq İddiaçı2 ödənilməli, dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi İddiaçı2 aid edilməli, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manatın 50 (əlli) manat hissəsi cavabdehdən, 50 (əlli) manat hissəsi isə iddiaçılardan müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. İddialar qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı1 iddiası qismən təmin edilsin. Sığorta ödənişinin əvəzi olaraq 5000 (beş min) manat məbləğində pul vəsaiti, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi, hüquqi yardım üçün ödənilmiş xidmət haqqı olan 1000 (bir min) manatın 200 (iki yüz) manat hissəsi olmaqla, cəmi 5220 (beş min iki yüz iyirmi) manat məbləğində pul vəsaiti Cavabdeh Sığorta Şirkəti ASC-dən tutularaq İddiaçı1 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı2 iddiası qismən təmin edilsin. Sığorta ödənişinin əvəzi olaraq 900 (doqquz yüz) manat məbləğində pul vəsaiti, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 10 (on) manat hissəsi olmaqla, cəmi 910 (doqquz yüz on) manat məbləğində pul vəsaiti Cavabdeh Sığorta Şirkəti ASC-dən tutularaq İddiaçı2 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manatın 50 (əlli) manat hissəsi Cavabdeh Sığorta Şirkəti ASC-dən, 50 (əlli) manat hissəsi isə iddiaçılar X14 və X3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN ********** Hesab: AZ34CTRE********************; X11 VÖEN ********** Kod: 210005 Müxbir hesabı AZ41NABZ013601**********3944, hesab, S.W.İ.F.T. BİK:CTREAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar