Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-992/2025 02.05.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X4 Rüstəmlinin sədrliyi, Mələk Bəxtiyar qızı Hüseynovanın katibliyi İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı - Cavabdeh qarşı «pul» tələbi barədə iddiası üzrə mülki işə 02 may 2025-ci il tarixdə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 6400 manat pulun, 500 manat mənəvi zərərin əvəzinin, 320 manat hüquqi xidmət üçün ödənilmiş vəsaitin və dövlət rüsumuna görə ödənilmiş pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini belə əsaslandırmışdır ki, mən 2020-ci il tarixdə yaxın iş yoldaşım olan Vüqar Babaşovun tanışı, qiyabi tanıdığım Cavabdeh, yoldaşının müalicəsinə 6500 (altı min beş yüz) manat pula ehtiyyacı olması bildirib, ona on gün müddətinə borc verməyimi xahiş etmişdir. Mən, evimin təmiri üçün yığdığım pulu və evladımın ödənişli əsaslarla təhsil aldığı təhsil pulunu toplayıb, Cavabdeh yaşadığım Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, ünvan 1 ünvanda ona verdim. O, da pulu aldığı zaman, borc müqaviləsi haqqında rəsmi yazı yazmışdır. Mən ona inandığıma görə, mənə girov kimi verdiyi sənədləri ona geri qaytarıb, yazdığı borc müqaviləsini notarial qaydada rəsmləşdirmədim. Cavabdeh söz verdiyi müddətdə, məndən borca aldığı 6500 (altı min beş yüz) manat pul vəsaitini qaytarmadığına görə, onun istifadəsində olan 070 ***-**-** mobil nömrəsi ilə əlaqə saxlayaraq, pulun qaytarılmasını xahiş etdikdə, o, qıssa müddətdə borcunu gətirib qaytaracağını bildirmişdir. Sonradan Cavabdeh bankdan pul götürüb, mənim borcumu ödəyəcəyini bildirsə də, sözünə bir daha əməl etməmişdir. Dəfələrlə onun istifadəsində olan mobil telefonuna zənglər etsəm də, zənglərimi açmadığına görə, mən məcburiyyət qarşısında qalıb, dostum Vüqar Babaşovla birlikdə, cavabdehin son kirayə yaşadığı ünvana getdim. Ünvandan qarşımıza Cavabdeh həyat yoldaşı və bacısı (070 577-27-26) çıxmışdır. Onlar, İlqarın günlərdi evə gəlmədiyini, onu görmədiklərini bildirmişdilər. Bir müddət keçdikdən sonra, İlqar mənim telefon zənglərimi açmadığı üçün, mən yenidən onun kirayə yaşadığı ünvana getdikdə, həmin ünvandan köçdüyünün şahidi oldum. Cavabdeh bacısının mənə verdiyi mobil nömrəsi ilə əlaqə saxladıqda, o bank hesab kartını ona göndərilməsini, borc pul vəsaitini ayda 100 (yüz) manat olmaqla qaytaracağını bildirdikdə, mən ona öz etirazımı bildirib, borc pulun birdəfəlik ödənilməsini xahiş etdim. Sonradan mənimlə Cavabdeh oğlu, telefon əlaqəsi yaradaraq, borcu hissəhissə ödənilməsini təklif etmişdir. Mən Cavabdeh verdim 6500 (altı min beş yüz) manat pul vəsaitinin hissə-hissə qaytarılmasına etirazımı bildirdim. Cavabdeh məndən 15-20 gün müddətinə borca götürdüyü 6500 (altı min beş yüz) manat pul vəsaitini ödəməkdən yayındığı üçün, mən şikayətlə AR DİN-nə müraciət etmişdim. Müraciətim ərazi aidiyyəti üzrə yaşadığım və Cavabdeh borca verdiyim pul vəsaitini öz yaşadığım ünvanım olduğu üçün Suraxanı RPl-nin 31-ci PB-yə göndərmiş, bölmənin polis mayoru Rasim Seyidovun icraatına daxil olmuşdur. Mən müraciətimlə bağlı bölməyə yaxınlaşıb, Cavabdeh borca verdiyim 6500 (altı min beş yüz) manat pul vəsaitinin ona ödətdirilməsini xahiş etmişdim. Lakin, Suraxanı RPİ-nin baş təhqiqatçısı, polis mayoru Rasim Seyidov xx.xx.2022-ci il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul etmiş, qərarın müəyyən etdi hissəsində mənim ərizəmdə göstərdiyim xüsusatların tərəflər arasında münasibətlərin mülki xarakterli olduğuna dəlalət etdiyini, cinayət təqibini istisna etdiyini və məhkəmə yolu ilə həll olunmasını bildirmişdir. Həmçinin bildirmək istərdim ki, Cavabdeh, Suraxanı RPİ-nin 31-ci PB-yə dəvət edilərək, ondan izahat alınmış, o, izahatında 2-ci qrup əlil olan arvadı X1 9 ildir ki, xərçəng xəstəliyindən əzab çəkdiyini, ankiloji xəstəxanada qeydiyyatda olduğunu, hər həftənin 5-ci günü Zülfiyyə Əhmədovanın dərmanlarına görə 420 manat və hər ayın 21-də 1100 manat məbləğində pul xərclədiyini, eyni zamanda məndən 3480 manat pul aldığını, aldığı borcun müəyyən hissəsini qaytarsa da, 3000 (üç min) manat borcu qaldığını, 2022-ci ilin avqust ayına qədər borcunu qaytaracağını qeyd etmişdir. Həmin müddətdən, xx.xx.2024-cü il tarixə, Cavabdeh mənə 6500 (altı min beş yüz) manat olan borc puldan, 100 (yüz) manat pul qaytarmışdır. Məhkəmənin nəzərinə çatdıraraq bir daha bildirmək istərdim ki, Cavabdeh 31-ci PB-də yalan ifadə vermişdir. Məndə olan əlyazma müqaviləsinə görə mən ondan aldığı pulu sənəd əsasında sübutla tələb etmiş olsam da, o, əlində heç bir sübut və sənədi olmadan boş sözlər üzərində, aldığı və qaytardığı puldan danışmışdır.Cavabdeh məndən 2020-ci il tarixdə 6500 (altı min beş yüz) manat məbləğində 15-20 gün müddətində borc götürmüş, lakin, mənə yalan vədlər verərək vədinə əməl etməmişdir. Eyni zamanda, məhkəmənin nəzərinə çatdıraraq bildirmək istərdimki, mən 2 ildir ki, 31-ci PB-dən cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarını ala bilmirdim. xx.xx.2025-ci il tarixdə mən, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən “X3” MMC ilə 002/2025 nömrəli xidmət göstərilməsinə dair müqavilə bağladım. Həmin müqavilə əsasında, cəmiyyət Suraxanı RPİ-nin 31-cü PŞ-nə müraciətimlə bağlı sorğu yazaraq, material üzrə qəbul edilmiş qərarı və materialda olan bəzi sənədləri xx.xx.2025-ci il tarixdə rəsmi 3-13-54-2/2-646/25 nömrəli məktubu ilə təhvil almışdır. Yuxarıda qeyd edilen, 31-ci PŞ-nin qəbul etdiyi qərarın müəyyən etdi hissəsində yazılanları mən “X3” MMC-nin sorğusu ilə aldığı cavabda bilmişəm. Əvvəllər dəfələrlə müraciətimlə bağlı olan yekun nəticə barədə qərarı, ala bilmirdim. Lakin, alınmış sənədlərdə, ərizədə qeyd etdiyim faktın məhkəmə orqanlarının səlahiyyətinə aid olduğundan, məhkəməyə müraciət edə biləcəyim barədə ünvanıma adıma cavab vermələri barədə sənəd olsa da, mənə həmin sənəd göndərilməmişdir.“X3” MMC-nin sorğusu ilə, Suraxanı RPİ-nin 31-cü PŞ-dən xx.xx.2025-ci il tarixli, 3-13-54-2/2-646/25 nömrəli rəsmi məktubu ilə xx.xx.2025-ci il tarixdə alınmış, cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarı nəzərə alıb, Cavabdeh aldığı borc pulun qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qaldım. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, cavabdehin hazırlıq iclasında təqdim etdiyi ödəniş qəbzlərini dəqiqləşdirmək üçün banka müraciət etmişdir. Cavabdeh borcdan 300 manat məbləğində pulu onun bank hesabına göndərmiş, 200 manat məbləğində pulu isə ayrı-ayrı vaxtlarda 150 və 50 manat əskinazlarla ona ödəmişdir. Cavabdehin borcdan cəmi ödədiyi məbləğ 500 manat məbləğindədir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh bildirmişdir ki, 26 dekabr 2020-ci tarixli aktdakı imza ona məxsus olsa da, iddiaçı ona əslində 3480 manat məbləğində borc vermişdir. O isə öz növbəsində iddiaçıya olan borcdan 2750 manat məbləğində pul ödəmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 26 dekabr 2020-ci tarixli Cavabdeh tərəfindən imzalanmış aktın surətindən görünür ki, aktda Cavabdeh İddiaçı 6500 manat məbləğində borc pul aldığı qeyd olunmuşdur. xx.xx.2022-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda qeyd edilir ki, Cavabdeh izahat verərək bildirmişdir ki, tanışı olan İddiaçı 3480 manat borc pul almış və aldığı borcun müəyyən hissəsini qaytarsa da İddiaçı 3000 manat borclu qalmışdır. Cavabdeh həmin borcu 2022-ci ilin avqust ayına qədər qaytaracağını qeyd etmişdir. AR Mülki Məcəlləsinin: 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Beləliklə məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı və Cavabdeh arasında razılaşdırılmış 26 dekabr 2020-ci il tarixli əqddən yaranmış öhdəlik Cavabdeh tərəfindən yerinə yetirilməmiş, borc alan 6500 manat məbləğində pul vəsaitini müqavilə ilə razılaşdırılmış müddətdə tam həcmdə (borcdan cəmi 500 manat qaytarmışdır) olmaqla borc verən İddiaçı qaytarmamış və bununla da üzərinə düşən öhdəliklərini yerinə yetirməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, 6000 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Məhkəmə iddiaçının mənəvi təzminat kimi 500 manat tələb etməsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə də əsassız olduğundan təmin edilməməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında izah edilir ki, mənəvi zərər anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və y ahəmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Məhkəmə yuxarıda sadalananları və işin hallarını əsas götürərək hesab edir ki, iddiaçı cavabdeh tərəfindən aldadılmaqla mənəvi sarsıntı keçirdiyini bildirsə də, hansı mənəvi sarsıntı və ya fiziki itirab keçirdiyi barədə məhkəməyə əsaslı bir sübut təqdim edə bilməmişdir. Məhkəmə 320 manat hüquqi xidmətə görə ödənilmiş pulun cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd edir ki, AR MPM-nin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan 24 yanvar 2025-ci il tarixli Xidmət göstərilməsinə dair Müqavilənin surətindən görünür ki, iddiaçı tərəfindən hüquqi xidmətin göstərilməsi üçün vəkil X3 MMC-nin hesabına 320 manat məbləğində ödəniş edilmişdir. İddia tələbi qismən təmin edildiyindən həmin məbləğin 160 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin ödənilmiş dövlət rüsumu əvəzinin tutulması hissəsi ilə bağlı qeyd edir ki, Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün və hazırki iddia qismən təmin olunduğundan məhkəmə xərclərinə aid edilən 94 manat dövlət rüsumunun 50 manat hissəsi cavabdehdən tutulub iddiaçıya ödənilməlidir Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 6000 manat məbləğində pul vəsaiti, hüquqi yardıma görə ödənilmiş vəsaitin 160 manat hissəsi və ödənilmiş dövlət rüsumunun 50 manat hissəsi Cavabdeh tutulub İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətinə Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №2(009)-992/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-992/2025
02.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver