Məhkəmə qərarları › İş №2(010)-1032/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1032/2021

22.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1032/2021 22.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, X2, Cavabdeh iştirakı ilə, X2 Cavabdeh qarşı “alimentin azaldılması” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 Cavabdeh qarşı “alimentin azaldılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ondan Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin qətnaməsi ilə xx xxxxxx 2003-cü ildə anadan olmuş X1 üçün Cavabdeh xeyrinə hər ay tutulmalı olan 170 manat miqdarında sabit pul məbləğində alimentin azaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X3 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, onun Cavabdeh ilə rəsmi nikahı məhkəmə qətnaməsi ilə pozulmuş və nikah pozulduqdan sonra birgə nikahlarından olan xx xxxxxx 2003-cü il təvəllüdlü X8 adlı bir övladları var. Bakı şəhər Suraxanı rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsinə əsasən, ondan xx xxxxxx 2003-cü il təvəllüdlü X1 üçün hər ay sabit pul məbləğində 170 manat miqdarında aliment tutulmuşdur. Lakin bu məbləğ onu maddi cəhətdən çətin vəziyyətə salmışdır. O, ikinci dəfə ailə həyatı qurmuş və həmin ailə həyatında bir övladı var. Bu səbəbdən də alimentin miqdarının azaldılması ilə əlaqədar məhkəməyə müraciət etmişdir. Odur ki, iddia tələbinin təmin edilməsini və ondan Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin qətnaməsi ilə xx xxxxxx 2003-cü ildə anadan olmuş X1 üçün Cavabdeh qəzənən xeyrinə tutulmalı olan 170 manat miqdarında sabit pul məbləğində alimentin azaldılmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirərək göstərdi ki, Bakı şəhər Suraxanı rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsinə əsasən, X3ndan xx xxxxxx 2003-cü il təvəllüdlü X1 üçün hər ay sabit pul məbləğində 170 manat miqdarında aliment tutularaq, ona verilməlidir. X2 həmin aliment miqdarının azaldılması tələbi tamamilə əsassızdır. İddiaçı tərəfindən ödənilən aliment məbləği isə övladının tələbatlarını tam ödəmir. Hazırkı iddia tələbi ilə bağlı alimentin azaldılması xeyrinə aliment tutulan uşağın maddi vəziyyətini kəskin surətdə pisləşdirə bilər. Ona görə də, X2 “alimentin azaldılması” tələbi barədə iddia ərizəsinin tamamilə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, məhkəmə prosesində tədqiq edilən iş materiallarından və tərəflərin izahatlarından müəyyən olunur ki, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(010)-2617/2020 saylı qətnaməsi ilə Bakı şəhər Suraxanı rayon məhkəməsinin qətnaməsinə əsasən, cavabdeh İddiaçı xx xxxxxx 2003-cü il təvəllüdlü X6 yetkinlk yaşına çatanadək saxlanması üçün hər ay tutulan 76 manat sabit pul məbləğində alimentin miqdarı artırılaraq, hər ay 170 manat sabit pul məbləğində müəyyən edilməsi, alimentin artırılmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablanması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(103)-7808/2020 saylı qətnaməsinə əsasən, cavabdeh İddiaçı apelyasiya şikayəti təmin edilməmiş və Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(010)-2617/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Xətai rayonu MKTB-nin 99 saylı MKİS tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli Arayışdan görünür ki, İddiaçı Xətai rayonu MKTB-nin 99 saylı MKİS-də sosial işçi kimi işləyir və əmək haqqı 250 manat ödənilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Təsvir olunanlara və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki iddia tələbi qeyd olunan normalarına uyğun araşdırılmalıdır. Belə ki, həmin maddənin tələblərinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd olunan maddədən görünür ki, məhkəmə tərəfindən aliment miqdarı müəyyən olunduqdan sonra həmin aliment ödəməkdən azad edə bilmənin əsaslarını tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişikliklərin baş verməsi təşkil edir. Hazırkı işdə isə bu əsaslar mövcud deyildir. Bundan əlavə məhkəmə qeyd etməyi zərurui hesab edir ki, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(010)-2617/2020 saylı qətnaməsi ilə tutulmalı olan alimentin miqdarı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsinin tələbləri nəzərə alınmaqla müəyyən edilmişdir. Odur ki, məhkəmə bu nəticəyə gəlir ki, iddiaçı tərəf aliment məbləğinin azaldılmalı olmasını əsaslandıra bilməmiş və bunu əsaslandıran müvafiq sübutları məhkəməyə təqdim etməmişdir. Eyni zamanda, iddiaçı tərəf aliment məbləğinin azaldılmasını xahiş etsə də, alimentin hansı məbləğdə tutulmasını qeyd etməmişdir. Məhkəmə qeyd etməyi lazım bilir ki, iddiaçıdan digər övladı üçün aliment tutulması ilə əlaqədar alimentin azaldılması uşağın mənafeyini əhəmiyyətli dərəcədə pozur.Ona görə də, hazırkı iddia tələbi tutulan alimentin azaldılması və həmin uşağın əvvəlki təminatının səviyyəsinin dəyişdirilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddiaçı tərəfin tələbini sübuta yetirə bilməməsi, tərəflərin vəziyyəti və saxlanılması üçün xeyrinə aliment tutulan uşağın mənafeyi nəzərə alınaraq, iddiaçının hazırki iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 -ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: X2 Cavabdeh qarşı “alimentin azaldılması” tələbi barədə iddia tələbi təmin edilməsin. X3 tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar