Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1035/2024 28.02.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı "aliment" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi
1. İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahdan doğulan X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin dəlilləri
2. O, Cavabdeh ilə 2012-ci ildə rəsmi nikaha daxil olmadan ailə həyatı qurmuşdur. Birgə nikahdan xx.xx.2014-cü ildə X8 anadan olmuşdur. Yusifin doğum faktı 4 saylı Bakı Asan Xidmət Mərkəzindəki qeydiyyat şöbəsində xx.xx.2014-cü ildə 1286 saylı qeydlə qeydiyyata alınmış və oradan ona AZ-111-374450 saylı doğum haqqında şəhadətnamə verilmişdir. Yusifin doğum haqqında şəhadətnaməsinin ata qrafasında atası kimi Cavabdeh yazılmışdır. Eyni zamanda oğlu Yusifin atalığını müəyyən edilməsi barədə 4 saylı Asan Xidmət Mərkəzindən bizə xx.xx.2014-cü il tarixli, AZ - 1-263813 saylı “atalığın müəyyən edilməsi haqqmda” şəhadətnamə də verilmişdir. Ailə münasibətləri pozulduğuna görə 9 (doqquz) ildir ki, ayrılmış və o vaxtdan ayrı yaşayırlar. Yusif onunla, cavabdeh isə onlardan ayrı yaşayır. Ayrılmalarının səbəbi cavabdehin onunla ailəli olduğu halda, başqa bir qadınla da ailə qurması və həmin qadından da uşağının olması olmuşdur. Doqquz ildir ki, cavabdehlə heç bir ailə münasibəti yoxdur. Ayrıldıqları vaxtdan indiyə kimi azyaşlı oğlu Yusifi təkbaşına saxlayır və böyüdür. Ayrılandan sonra cavabdeh heç vaxt onlarla maraqlanmamış və heç bir köməklik etməmişdir.
Tərəflərin izahatları
3. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi və bildirdi ki, cavabdeh qeyd olunan miqdarda aliment ödəmək üçün maddi imkana malikdir.
4. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, iddia tələbi ilə razı deyildir. Eyni zamanda bildirdi ki, o satıcı vəzifəsində işləyir və aylıq əmək haqqısı 345 manat təşkil edir. Maddi vəziyyəti aşağıdır və hazırda kirayədə yaşayır. Başqa şəxslə rəsmi nikaha daxil olmuş və 2 övladı anadan olmuşdur. 50-60 manat həddində aliment ödəməyə maddi imkanı çatır. İş materialları
5. AZ-İ seriyalı, 263813 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh İddiaçı doğulan X1 atası olması müəyyən edilmişdir.
6. AZ-İİİ seriyalı, 374450 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2014-cü il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır.
7. AZ-İ seriyalı, 845372 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X5 xx.xx.2013-cü il tarixdə rəsmi nikaha daxil olmuşdurlar. Nikaha daxil olduqdan sonra ərə Fərəcov, arvada Fərəcova soyadı verilmişdir.
8. AZ-İİİ seriyalı, 057216 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2012-ci il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası X3r.
9. AZ-İİİ seriyalı, 287773 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2014-cü il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası X3r.
İşin faktiki halları
10. Tərəflərin faktiki nikah münasibətlərində olması və bu münasibətdən bir uşaqlarının olması, Cavabdeh İddiaçı doğulan xx.xx.2014-cü il təvəllüdlü X4 atası olmasının müəyyən edilməsi və həmin uşağın hazırda ananın yanında qalmasına dair hallar işin mübahisəsiz halı olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Hazırda iddiaçı cavabdehdən övladının yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 235 manat sabit pul məbləğində aliment təyin edilməsini xahiş edir. İddiaçı tələbində uşaq hüquqlarını tənzimləyən qanunvericilik normalarına və cari il üçün ölkə üzrə yetkinlik yaşına çatmayanlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləğinə əsaslanır. Cavabdeh tərəf iddia tələbi ilə razı deyildir. Etirazını onunla əsaslandırır ki, onun əmək haqqısı tələb edilən alimenti ödəmək üçün kifayət etmir, bundan əlavə o ailə qurmuşdur.
Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikası Konstitusiyası
Maddə 17. Ailə, uşaqlar və dövlət İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Maddə 34. Nikah hüququ İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
12. Azərbaycan Respublikası Ailə Məcəlləsi
Maddə 56. Valideynlərin hüquq və vəzifələrinin bərabərliyi 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 100. Alimentin tutulması barədə tələbin verilməsi müddətləri 100.2 Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.
13. Uşaq Hüquqları haqqında Qanun
5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 19-cu maddəsinin 1-ci bəndinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
14. “Uşaq hüquqları haqqında” xx.xx.1959-cu il tarixli Bəyannamə
6. Uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. “Uşaq hüquqları haqqında” BMT-nin xx.xx.1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 234. Qətnamənin icra edilməsi. 34.2. Aşağıdakı qətnamələr dərhal icra olunur: 234.2.1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında;
16. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il qərarı
Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
17. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarı
8.2. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
18. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu
Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilsin.
Məhkəmənin mövqeyi
18. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.
19. Məhkəmə qeyd edir ki, tərəflər faktiki nikah münasibətlərinə daxil olmuş və bu münasibətdən bir övladları anadan olmuşdur. Eyni zamanda həmin uşaq barəsində atalıq müəyyən edilmişdir - Cavabdeh İddiaçı doğulan xx.xx.2014-cü il təvəllüdlü X4 atası olması müəyyən edilmişdir. İddiaçı tərəfin izahatı və məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh iddiaçı və övladından ayrı yaşayır. Məhkəmə qeyd edir ki, hazırkı iddia tələbində iddiaçı cavabdehdən övladının saxlanması üçün hər ay 235 manat sabit pul məbləğində aliment təyin edilməsini xahiş edir. Qanunvericiliyin yuxarıda istinad edilən maddələrinə nəzər saldıqda aydın olur ki, uşağların saxlanılması, onlara maddi və mənəvi qayğı göstərilməsi vəzifəsi hər iki valideynə aid edilmişdir və qanunverici bu məslədə valideynlər arasında məsuliyyət fərqi qoymamışdır. Bu baxımdan, məhkəmə hesab edir ki, iddiaçı haqlı olaraq cavabdehə qarşı aliment tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Təyin ediləcək alimentin məbləğinə gəldikdə isə, məhkəmə hesab edir ki, təyin ediləcək aliment real və eyni zamanda qətnamənin icrası üçün mümkün olmalıdır. Bu baxımdan məhkəmə yetkinlik yaşına çatmayan uşağın yaşını, qida və digər zəruri xərclərə tələbatını, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşağı saxlamağa borclu olduğunu və ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunu nəzərə alaraq hesab edir ki, xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 235 manat məbləğində aliment təyin edilməsi qanuni və əsaslıdır. Məhkəmə bu xüsusda cavabdehin etirazını əsaslı hesab etmir. Belə ki, cavabdeh aylıq 345 manat əmək haqqı aldığını eyni zamanda başqa şəxslə nikaha daxil olduğunu və həmin şəxsdən iki övladının olduğunu bildirsə də, qeyd olunan hallar cavabdehi öz övladını saxlamaq üçün aliment ödəmək öhdəliyindən azad etmir. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, cavabdeh hər ay 50-60 manat aliment ödəməyə razı olduğunu bildirsə də, qeyd olunan miqdarda aliment uşağın minimum yaşayış xərclərinin qarşılanması üçün yetərli deyildir.
20. Ailə Məcəlləsinin 100-cü maddəsinə əsasən aliment məbləği iddiaçının məhkəməyə müraciət etdiyi tarixdən, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalıdır.
Məhkəmə xərcləri
21. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
22. AR MPM-nin 112.1.3-cü maddəsinə görə, iddianın qiyməti aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.
23. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi: İddia təmin edilsin. Cavabdeh Fərəcov Əzı̇ z Məhəmməd oğlundan xx.xx.2024-cü il tarixdən hesablanmaqla tərəflərin birgə nikahından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İş üzrə ödənilmiş 60 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilsin. İş üzrə ödənilməli olan 48.20 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə alimentə aid hissədə dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.