Məhkəmə qərarları › İş №2(010)-1109/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-1109/2023

01.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-1109/2023 01.03.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, Məhkəmə iclas katibi X1 qızının katibliyi ilə, İddiaçı Cavabdeh Rası̇ mxan oğluna qarşı "aliment" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh Rası̇ mxan oğluna qarşı "aliment" tələbinə dair ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. İş üzrə məhkəmə hazırlıq iclası 01 mart 2023-cü il tarixə, saat 12:45-ə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə rəsmi bildiriş məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə müraciət edərək, iddia tələbindən imtina etdiyini və məhkəməyə təqdim edilən sənədlərin əsllərinin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-cı maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh Rası̇ mxan oğluna qarşı "aliment" tələbinə dair iddia ərizəsi baxılmadan sənədlər ərizəçiyə geri qaytarılsın. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar