Məhkəmə qərarları › İş №2(010)-1135/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1135/2021

22.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1135/2021 22.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Anar Adil oğlunun sədrliyi Maqsudov İsa Sabir oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı əlavə tikililərə sərf edilmiş pul vəsaitinin 1/2 hissəsinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı əlavə tikililərə sərf edilmiş pul vəsaitinin 1/2 hissəsinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, cavabdehlə birgə nigah dövründə əldə etdiyi, ünvan 1 ünvanında yerləşən və birgə nigah dövründə əldə etdiyi gəlirlər hesabına tikilmiş əlavə tikililərə sərf edilmiş pul vəsaitinin 1/2 hissəsinin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, cavabdehlə o 09.12.1974-cü ildə rəsmi nikaha daxil olmuş, birgə nigahlarından 10.09.1977-ci ildə X2, 24.12.1978-ci ildə X3, 04.08.1980-ci ildə X4 və 11.07.1982-ci ildə X5 anadan olmuşlar. 1996-cı ildə birgə yaşadıqları dövrdə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini əldə etmişlər. Həmin mənzil Cavabdeh adına Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Dövlət Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 30.03.1996-cı il tarixli MH seriyalı 006901 N-li Qeydiyyat vəsiqəsinə əsasən rəsmiləşdirilmişdir. 2016-cı ilin sonlarında aralarında yaranan gərgin münasibətlər səbəbindən o Suraxanı rayon Məhkəməsinə mürciət etdərək birgə nigah dövründə əldə etdikləri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsindəki 55 saylı fərdi yaşayış evinin 1/2 hissəsinə onun, 1/2 hissəsinə isə cavabdehin hüquqları tanınması haqda qətnamə çıxarılmasını xahiş etmiş və məhkəmənin 26 yanvar 2(010)-407/2017 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Bundan sonar Suraxanı Rayon Məhkəməsinin 19 noyabr 2018-ci il tarixli, 2(010)-5814/2018 saylı qətnaməsi ilə mənzil sahəsinin naturada bölünməsi, əlavə tikililərə dair istifadə qaydalarının müəyyən edilməsinə” dair iddiası qismən təmin edilərək, ünvan 3 ünvanda yerləşən evin birinci mərtəbəsi bütünlüklə ikidə bir payı müəyyən edilən ona, ikinci mərtəbəyə çöl eyvan tərəfindən cavabdehin vəsaiti hesabına pilləkən qoyulmaqla həmin mərtəbəni bütünlüklə ikidə bir payı müəyyən edilərək Cavabdeh istifadəsinə verilməklə natura bölgüsü müəyyən edilmişdir. Hal-hazırda Bakı şəhəri, Suraxanı rayonu, Qaracuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsindəki 55 saylı fərdi yaşayış evinin həmin sahəyə bitişik, eləcə də, bitişik olmayan əlavə tikililər var ki, həmin sahələri də birgə nigah dövründə tikilmişlər. Lakin aparılmış bölgüdən sonra mənzilin yerləşdiyi həyətdə əlavə tikililərdən istifadə edə bilmir. Belə ki, həyətdə tikilmiş ümumi sahəsi 188.7 kv. metr olan 1 mərtəbəli yaşayış evi vardır. Halhazırda həmin tikili cavabdeh X1 istifadəsindədir və o həmin mənzilləri kirayə verib xeyir götürür (1200 manat kirəyə haqqı alır). O isə o mənzillərdən nə istifadə etmir, nə də ki, onların kirayəsindən alınan pula şərik olmamışdır. Odur ki, bunlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbinə etiraz edərək göstərdi ki, iddiaçının iddia tələbi ilə razılaşmır, çünki hazırda ayrılmışlar və birgə təsərrüfat aparmırlar. Mülkiyyətində olan mənzilin naturada bölünməsi aparılmış və bundan sonra iddiaçının hər hansı tələbi əsassızdır. Odur ki, onun iddiası rədd edilməlidir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğuna görə rədd edilməlidir. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 26 yanvar 2(010)- 407/2017 saylı qətnaməsi ilə müəyyən olunur ki, birgə nigah dövründə əldə etdikləri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsindəki 55 saylı fərdi yaşayış evinin 1/2 hissəsinə İddiaçı, 1/2 hissəsinə isə Cavabdeh hüquqları tanınmış, Suraxanı Rayon Məhkəməsinin 19 noyabr 2018-ci il tarixli, 2(010)-264/2019 saylı qətnaməsi ilə isə ünvan 3 ünvanda yerləşən evin birinci mərtəbəsi bütünlüklə ikidə bir payı iddiaçı - İddiaçı, ikinci mərtəbəyə çöl eyvan tərəfindən cavabdehin vəsaiti hesabına pilləkən qoyulmaqla həmin mərtəbəni bütünlüklə ikidə bir payı Cavabdeh istifadəsinə verilməklə natura bölgüsü aparılmışdır. Eyni ilə məhkəmə iclasında tərəflərin izahatları müəyyən olundu ki, mübahisəli fərdi yaşayış evinin həyətində yerləşən və sahəsi 188.7 kv təşkil edən əlavə tikililər faktiki tərəflər arasında daşınmaz əmlakın naturada bölgüsü aparıldıqdan sonra hər iki tərəfin faktiki istifadəsi və sahibliyində qalmışdır. Bu isə ona dəlalət edir ki, qeyd edilən 188.7 kv metr təşkil edən əlavə tikililərə sərf olunmuş pul vəsaitinin tutulmasına dair iddia tələbi əsassız olduğuna görə rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Odur ki, iddia tələbi əsassız olduğuna görə rədd olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia tələbi rədd edilsin. Qətnamədən bir ay müddətində Suraxanı rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar