Məhkəmə qərarları › İş №2(010)-1137/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1137/2025

04.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1137/2025 04.02.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədrliyi Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçı Əhmədova Məsmə Əkbər qızının iştirakı ilə, İddiaçı Əhmədova Məsmə Əkbər qızının cavabdeh Əhmədov Emin Fəhrad oğluna qarşı “aliment” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Əhmədova Məsmə Əkbər qızı cavabdeh Əhmədov Emin Fəhrad oğluna qarşı “aliment” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, 19.08.2014-cü il təvəllüdlü Əhmədov İlkin Emin oğlu və 10.10.2021-ci il təvəllüdlü Əhmədova Nilgün Emin qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Əhmədov Emin Fəhrad oğlundan hər ay qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında alimentin və 60 manat məbləğində ödədiyi mediasiyaya dair xərcin tutulub ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o - Əhmədova Məsmə Əkbər qızı cavabdeh Əhmədov Emin Fəhrad oğlu ilə 17.07.2010-cu ildə ailə həyatı qurmuşdur. Nikah həmin tarixdə Bakı şəhəri, Suraxanı rayon qeydiyyat şöbəsində rəsimləşdirilmiş və 753 № ilə qeyd edilmişdir. Həmin nikahdan 19.08.2014-cü il təvəllüdlü Əhmədov İlkin Emin oğlu və 10.10.2021-ci il təvəllüdlü Əhmədova Nilgün Emin qızı adlı və soyadlı övladları anadan olmuşdur. Cavabdeh ilə ilk vaxtlar ər-arvad kimi münasibətləri normal olmuşdur. Bir müddətdən sonra aralarında mübahisələr başlandı. Cavabdehlə xeyli müddətdir ki, faktiki olaraq ər-arvad kimi yaşamır və birgə təsərrüfat aparmırlar. Cavabdeh onun və azyaşlı övladlarının maddi-mənəvi vəziyyəti ilə maraqlanmır. Belə ki, övladlarının yaşı artdıqca onların tələbatı da artır. Bu səbəbdən aliment tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Əhmədov Emin Fəhrad oğlu hal-hazırda Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR), Neft Daşlarında işləyir və təxmini 2000 min manat maaş alır. Cavabdehin iş yerindən arayış iddia ərizəsinə əlavə edilmişdir. Hesab edir ki, uşaqların və onun diqqətəlayiq mənafeyi nəzərə alınaraq, eləcə də qanunvericiliyin tələblərinə uyğun olaraq, cavabdeh uşaqların saxlanması xərclərini ödəməlidir. Başqa sözlə, cavabdehdən uşaqların saxlanması üçün məhkəmə qaydasında alimentin tutulması tam qanunauyğundur. Tərəflərin izahatları. Məhkəmənin iclasında iştirak edən iddiaçı Əhmədova Məsmə Əkbər qızı iddia tələbini müdafiə edərək bildirmişdir ki, aliment tələb edir. Evlidirlər, amma maddi çətinlik çəkir. Cavabdeh Əhmədov Emin Fəhrad oğluna məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Əvvəlki məhkəmənin iclasında cavabdeh Əhmədov Emin Fəhrad oğlu iddianı qəbul edərək bildirmişdir ki, son 1 il ərzində problemlər yaşadılar. Qeyd edir ki, əmək haqqı var, 1700 manat maaş alır, ailə münasibətləri pozulmayıb. İş materialları. İş materiallarında olan “Socar” tərəfindən tərtib olunmuş 13-HN-47 saylı 20.12.2024-cü il tarixli arayışdan görünür ki, Əhmədov Emin Fəhrad oğlu karotajçı vəzifəsində çalışmaqla 1782,65 manat maaş alır. 2 saylı Bakı Asan xidmət mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-III seriyalı 385516 nömrəli 25.08.2014-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Əhmədov İlkin Emin oğlu (atası Əhmədov Emin Fəhrad oğlu, anası Əhmədova Məsmə Əkbər qızı) 19.08.2014-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 25.08.2014-cü il tarixdə 5000 sayla qeyd edilmişdir. Suraxanı Rayon Qeydiyyat Şöbəsi tərəfindən 17.07.2010-cu il tarixdə verilmiş, AZ-I seriyalı, 592790 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Əhmədov Emin Fəhrad oğlu və Hüseynova Məsmə Əkbər qızı arasında 17.07.2010-cu il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 753 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Əhmədova soyadı verilmişdir. 2 saylı Bakı Asan xidmət mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-IV seriyalı 657675 nömrəli 26.10.2021-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Əhmədova Nilgün Emin qızı (atası Əhmədov Emin Fəhrad oğlu, anası Əhmədova Məsmə Əkbər qızı) 10.10.2021-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 26.10.2021-ci il tarixdə 4334 sayla qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Mediasiya Prosesinin tətbiqi barədə təklifdən görünür ki, Əhmədov Emin Fəhrad oğluna aliment tələbinə dair təklif 20.11.2024-cü il tarixində göndərilmişdir. Bakı 6 saylı Mediasiya Təşkilatı tərəfindən 17.12.2024-cü il tarixdə verilmiş MŞB/16/2024-001824 nömrəli “İlkin Mediasiya Sesiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, tərəflər arasında mediasiya işi açılmış, 17.12.2024-cü il tarixə təyin edilmiş ilkin mediasiya sessiyasında Əhmədova Məsmə Əkbər qızı iştirak etmiş, Əhmədov Emin Fəhrad oğlu isə ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı Əhmədova Məsmə Əkbər qızı tərəfindən 50 manat məbləğində mediasiya xərci, 10 manat məbləğində poçt xidmətlərinə dair xərc ödənilmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası: 17-ci maddəsinin II-ci hissəsi: Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinin III və IV hissələri: ....analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir..... Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.... Azərbaycan Respublikasının Ailə Məcəlləsi. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. 75.3. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 75.5. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir. Maddə 76. Uşaqlar üçün məhkəmə qaydasında tutulan alimentin miqdarı 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: ...76.1.2. 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi;... 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 112. İddianın qiyməti 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir:...112.1.3. aliment alınması haqqındakı iddialarda — bir il ərzində ödəmənin məcmusu ilə;... Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. ...119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.... Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.... “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq maddələri: 13-cü maddəsi: Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsi: ...valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri 9.1.2 Aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 36. Mediasiya xərcləri 36.1. Mediasiya prosesinə dair xərclərə daxildir: 36.1.1. mediatora və ya mediasiya təşkilatına ödənilən haqq, o cümlədən mübahisə mediasiya vasitəsilə müsbət həll olunduqda mediatora və ya mediasiya təşkilatına ödənilən mükafat; 36.1.2. mediasiyanın keçirilməsi ilə əlaqədar mediatorun və ya mediasiya təşkilatının çəkdiyi xərclər, o cümlədən mübahisənin baxıldığı yerə getmək üçün yol, yaşayış və yemək xərcləri. 36.2. Bu Qanunun 28-ci maddəsində nəzərdə tutulmuş ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. 36.3. Mediator və ya mediasiya təşkilatı mediasiyanı ödənişli əsaslarla həyata keçirir. Mediator və ya mediasiya təşkilatı öz razılığı ilə mediasiyanı ödənişsiz əsaslarla da həyata keçirə bilər..... 36.5. “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.... “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı. İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği: 1. İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqq aşağıdakı məbləğlərdə müəyyən edilir: 1. Ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə - 50 manat. 2. İlkin mediasiya sessiyasının təşkil edilməsi ilə bağlı mediator və ya mediasiya təşkilatının çəkdiyi poçt, kargüzarlıq və digər cari xərclərin məbləği təsdiqedici sənədlər əsasında 10 manatdan çox olmayaraq müəyyən edilir. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 27.07.2016-cı il tarixli Qərarı.

1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.

2. Bu Qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. İşin hallarından göründüyü kimi, tərəflərin nikahından iki uşağı doğulmuşdur. Tərəflər arasında nikah rəsmi qaydada pozulmamış olsa da, ər-arvad münasibətləri tamamilə pozulmuşdur. İddiaçı məhkəməyə müraciət edərək cavabdehlə birgə nikahdan doğulmuş övladları 19.08.2014-cü il təvəllüdlü Əhmədov İlkin Emin oğlu və 10.10.2021-ci il təvəllüdlü Əhmədova Nilgün Emin qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay qazancının (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında alimentin ödənilməsini tələb etmişdir. Hazırda tərəflərin birgə nikahlarından doğulmuş 19.08.2014-cü il təvəllüdlü Əhmədov İlkin Emin oğlu və 10.10.2021-ci il təvəllüdlü Əhmədova Nilgün Emin qızı iddiaçı ilə yaşayır. Bu səbəbdən də uşaqları yanında saxlayan, onun saxlanılması ilə bağlı gündəlik qayğı göstərən və xərclər çəkən iddiaçı uşaqların saxlanılması üçün cavabdehdən aliment tələb etməkdə haqlı olmuşdur. İddiaçı aliment məbləğinin cavabdehin hər ay qazancının (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında müəyyən edilməsini tələb etmişdir. Məhkəmə qeyd edir ki, iş materialları ilə cavabdehin aylıq maaşının 1782.65 manat məbləğində olduğu müəyyən edilmişdir. Həmçinin, cavabdeh əvvəlki məhkəmə iclasında izahat verərək, iddianı qəbul etdiyini bildirmişdir. Qeyd edilənləri və valideynlərin maddi vəziyyəti, uşaqların üstün maraq və mənafelərini, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqlarını nəzərə alaraq, məhkəmə qeyd edir ki, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Əhmədov Emin Fəhrad oğlundan hər ay qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında alimentin tutulması işin hallarına və uşaqların üstün maraqlarına uyğundur. İddia tələbinin mediasiya dair xərcin cavabdehdən tutulması hissəsində məhkəmə qeyd edir ki, cavabdeh Əhmədov Emin Fəhrad oğlu ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etmədiyi üçün məhkəmə hesab edir ki, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı Əhmədova Məsmə Əkbər qızı tərəfindən 50 manat mediasiyaya dair xərc və 10 manat məbləğində poçt xidmətlərinə dair xərc də Əhmədov Emin Fəhrad oğlundan tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesаb edir ki, iddia təmin edilməli, 19.08.2014-cü il təvəllüdlü Əhmədov İlkin Emin oğlu və 10.10.2021-ci il təvəllüdlü Əhmədova Nilgün Emin qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Əhmədov Emin Fəhrad oğlundan hər ay qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment, 50 manat mediasiyaya dair xərc və 10 manat məbləğində poçt xidmətlərinə dair xərc tutularaq iddiaçı Əhmədova Məsmə Əkbər qızına ödənilməlidir. Məhkəmə xərcləri. Aliment alınması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı dövlət rüsumu ödəməkdən azad olunmuşdur. Odur ki, iddianın təmin edilmiş hissəsinə (594x12=7128) mütənasib olan 91,28 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. 19.08.2014-cü il təvəllüdlü Əhmədov İlkin Emin oğlu və 10.10.2021-ci il təvəllüdlü Əhmədova Nilgün Emin qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Əhmədov Emin Fəhrad oğlundan hər ay qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutularaq iddiaçı Əhmədova Məsmə Əkbər qızına ödənilsin. Mediasiya xərci olaraq ödənilmiş 50 manat mediasiyaya dair xərc və 10 manat məbləğində poçt xidmətlərinə dair xərc cavabdeh Əhmədov Emin Fəhrad oğlundan tutularaq iddiaçı Əhmədova Məsmə Əkbər qızına ödənilsin. Ödənilməmiş 91,28 manat məbləğində dövlət rüsumu cavabdeh Əhmədov Emin Fəhrad oğlundan tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar